• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Lənkəranın istedadlı gəncləri robot yarışlarında kubok qazanıblar

Cəmiyyət

5-02-2025, 18:43

Lənkəran, 5 fevral.

“STEAM Azərbaycan” layihəsinin təşkilatçılığı ilə “VEX Robotics” yarışlarının “VEX IQ” kateqoriyası üzrə “JosephCUP 2025” adlı Respublika turniri keçirilib. Tədbirdə Azərbaycanın 19 fərqli regionundan 50-dən çox komanda iştirak edib, ümumilikdə 300-dən çox şagird mübarizə aparıb. İştirak edən komandalar təhsil aldıqları məktəbləri təmsil edərək həm fərdi bacarıqlarını nümayiş etdirib, həm də komanda ruhunu ön plana çıxarıb. Yarışda Lənkəran STEAM Mərkəzində hazırlaşan Lənkəran şəhər 6 nömrəli texniki-riyaziyyat təmayüllü liseyin şagirdlərindən ibarət URP komandası 2-ci yeri və “Excellence” kubokunu qazanıb.
Lənkəran STEAM Mərkəzinin koordinatoru Maya Ağayevanın rəhbərliyi ilə URP komandası - Musa Camalov, Rəşid Ramazanzadə, Banu Camalova və Ülvi Əliyev əvvəlcədən hazırlanmış robotları ilə xüsusi tapşırıqları yerinə yetirərək həm texniki biliklərini, həm də strateji düşüncə qabiliyyətlərini nümayiş etdiriblər. Müsabiqə zamanı iştirakçılar yarış meydanında tapşırıqları yerinə yetirib, robotun dizaynı, mühəndislik prosesləri və proqramlaşdırma bacarıqlarını münsiflər heyətinə təqdim ediblər.

Komandanın kapitanı Musa Camalov deyir ki, bu uğur onları yeni nailiyyətlərə həvəsləndirir: “Bundan əvvəl SAF24 Beynəlxalq yarışına qatılmışdıq. Bu yarışda “Best of Best” kubokunu qazanaraq çempion olmuşduq. Bizim komandanın bütün üzvlərində bu həvəs uşaq yaşlarından başlayıb. Məktəbimizdə olan avadanlıqlar sayəsində bu sahəyə marağımız daha da artıb. Hazırda robot yarışlarına qatılırıq və çəkdiyimiz əziyyətin bəhrəsini görürük”.

6 nömrəli texniki-riyaziyyat təmayüllü liseyin 10-cu sinif şagirdi olan URP komandasının üzvü Ülvi Əliyev də yarışdan danışır. O, komandanın tərkibində robotu idarə edən iki nəfərdən biri olub. “Bizə 1 dəqiqə vaxt verilmişdi. Bu vaxtın 30 saniyəsində birinci sürücü robotu idarə edərək, sahə içərisindəki topları yığdı və təyin olunmuş yerə atdı. 30 saniyə bitdikdən sonra idarəetmə ikinci sürücüyə keçdi. O da robotu 30 saniyə ərzində idarə edir. Vaxt bitdikdən sonra hakimlər tərəfindən təyin olunmuş yerə nə qədər top atılıbsa, hesablandı və komanda ilə bölüşüldü. Nəticədə kuboka layiq görüldük”, - deyə Ü.Əliyev bildirir.

Banu Camalova da bu komandanın üzvüdür. O, təəssüratlarını bölüşərək deyir: “Mən yarışa hazırlaşarkən mühəndislik dəftəri düzəltdim və burada robotun necə ərsəyə gəldiyini, işlədiyini qeyd etmişdim. Bu komandanın üzvü olmaq mənə çox şey qazandırdı. Çünki texniki biliklərimi artırdım və robotun necə işlədiyini öyrəndim”.

Turnir beynəlxalq "VEX Robotics" yarışının standartlarına uyğun təşkil olunub və “VEX IQ” kateqoriyası üzrə müxtəlif tapşırıqları və robotların proqramlaşdırılmasını əhatə edib. Lənkəran STEAM Mərkəzinin koordinatoru Raya Ağayeva əldə olunan uğurdan danışarkən bildirir ki, komandanın kapitanı Musa Camalov həm də “Excellence” yarışında hakim kimi iştirak edəcək. Bunun özü də böyük uğurdur: “Biz bu mərkəzdə şagirdlərin və müəllimlərin təlimləri ilə məşğul oluruq. Müəllim və şagirdlər burada müxtəlif modullar üzrə təlimlər alır. Şagirdlərimiz bu təlimlərdən yararlanaraq müxtəlif yarışlarda iştirak edirlər. Lənkəran STEAM Mərkəzində nəinki Lənkəran rayonu, hətta Lənkəran-Astara Regional Təhsil İdarəsinin əhatə etdiyi rayonlardan da şagirdlər təlimlərə cəlb olunur. Burada şagirdlər öz bacarıqlarını üzə çıxarır, müxtəlif yarışlarda iştirak edib uğur qazanırlar”.

Qeyd edək ki, “JosephCUP 2025” adlı Respublika turnirinin əsas məqsədi Azərbaycan gənclərinin mühəndislik, robot texnologiyaları və rəqəmsal bacarıqlar sahəsində bilik və bacarıqlarını inkişaf etdirməkdir.

Paylaş:
Digər xəbərlər

Cəmiyyət

25-04-2024, 16:50

Tərtərdə “Şahin” hərbi-idman oyununun zona birinciliyinin qalibi müəyyənləşib

İdman

18-11-2023, 20:25

Voleybol üzrə ordu birinciliyi başa çatıb

İqtisadiyyat / Cəmiyyət

11-04-2024, 20:00

Quru Qoşunlarında hərbiləşdirilmiş kros birinciliyi keçirilib

İdman

24-07-2024, 11:22

Azərbaycanın karate komandası beynəlxalq turnirdə medal qazanıb

---

30-06-2024, 15:01

Bakı Ali Neft Məktəbinin ikinci komandası da 100 min dollar investisiya qazanıb

Yazarlar
Ad gününüz mübarək, Sevil xanım!
20 YANVAR - ÜMUMXALQ HÜZN GÜNÜAzərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 35 il ötür. Ocak 16, 2025 XƏBƏR
Ad gününüz mübarək, Sevil xanım!
Bu gün görkəmli Azərbaycan alimi Sara Aşurbəylinin doğum günüdür
Şərqdə ilk opera yazan qadın bəstəkar - Şəfiqə Axundova
Səbuhi Məmmədlinin ikinci ayağı da amputasiya edildi
Hadisə
13-05-2026, 13:07
Qaxda 4 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
12-05-2026, 10:38
Sabirabaddakı yol qəzasında ölən və yaralananların kimliyi məlum olub
12-05-2026, 09:38
Lökbatanda yanğın ərazisində xilasedicilər tərəfindən zəruri təhlükəsizlik tədbirləri davam etdirilir
11-05-2026, 12:19
Yüksək sürət gənc motosikletçinin həyatına son qoyub
11-05-2026, 12:12
Son 2 gündə 25 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
9-05-2026, 17:56
Bərdədə ödəmə terminallarından 40 min manat oğurlayan şəxslər saxlanılıb
Son xəbərlər
  • Сегодня, 13:26
    Prezident İlham Əliyev ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvünü qəbul edib
  • Вчера, 12:30
    BDU-da yaz imtahan sessiyası davam edir
  • Вчера, 12:29
    Rezidenturaya qəbul imtahanının 2-ci mərhələsində iştirak edəcək namizədlərin nəzərinə
  • Вчера, 12:27
    Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyənin Qars şəhərində rəsmi səfərdə olub
  • Вчера, 12:24
    Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçilib
  • Вчера, 12:21
    Prezident İlham Əliyev Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefektini qəbul edib
  • 15-06-2026, 11:45
    Tahir Budaqov: Şuşa Bəyannaməsi Milli Qurtuluş Gününün formalaşdırdığı müstəqil dövlətçilik ideyalarının məntiqi davamıdır
  • 15-06-2026, 10:36
    Sumqayıtda yanğın hadisəsi baş verib
  • 15-06-2026, 09:50
    Böyük Qayıdışdan Qurtuluşa aparan yol
  • 15-06-2026, 09:46
    Prezident: Ölkəmiz regionda davamlı sülh və sabitlik mühitinin yaradılması istiqamətində qətiyyətli siyasət həyata keçirir
  • 15-06-2026, 09:25
    Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür
  • 15-06-2026, 09:23
    Milli Qurtuluş Günü: Azərbaycanın sabitlikdən Zəfərə uzanan inkişaf yolunun başlanğıcı
  • 15-06-2026, 09:19
    Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampı 80 illik yubileyi münasibətilə təbrik edib
  • 14-06-2026, 14:03
    Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub
  • 14-06-2026, 14:01
    Abşeron rayonunda Milli Qurtuluş Günü təntənə ilə qeyd edilib
  • 14-06-2026, 13:59
    İyunun 14-ü Ümumdünya Qan Donoru Günüdür
  • 14-06-2026, 13:57
    Milli Qurtuluş Günü və məhkəmə hakimiyyətinin formalaşması
  • 13-06-2026, 13:37
    Bu il 102 nömrəli tam orta ümumtəhsil məktəbindən 150 şagird məzun olub
  • 13-06-2026, 13:35
    Paytaxtın 53 nömrəli məktəbində 187 nəfər məzun olub
  • 13-06-2026, 13:33
    Paytaxtdakı 6 nömrəli məktəb-liseydən 144 nəfər məzun olur
  • 13-06-2026, 13:27
    Qarabağ və Şərqi Zəngəzurda iki yeni qan bankı fəaliyyət göstərəcək
  • 13-06-2026, 13:24
    Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb
  • 13-06-2026, 10:15
    Cari ildə tədris prosesində iştirak edən müəllimlərin sayı açıqlanıb
  • 13-06-2026, 09:27
    Neftçilər Milli Qurtuluş Gününü qeyd ediblər
  • 13-06-2026, 09:24
    BDU-nu ən yüksək Ümumi Orta Müvəffəqiyyət Göstəricisi ilə bitirən məzunların adları açıqlanıb
  • 13-06-2026, 09:22
    Bakı Dövlət Universitetinin “Məzun günü” qeyd olunub
  • 13-06-2026, 08:34
    Azərbaycan məktəblərində “Son zəng” sədaları
  • 13-06-2026, 08:32
    Cəmşid Naxçıvanski adına Hərbi Liseyin 54-cü buraxılış mərasimi olub
  • 12-06-2026, 21:32
    Balakəndə 10 tona yaxın çətənə kolu məhv edilib
  • 12-06-2026, 21:29
    Alparslan Bayraktar: TANAP Avropanın enerji təhlükəsizliyinin əsas təminatçısıdır
  • 12-06-2026, 21:18
    HDQ-də döyüş atışlı taktiki təlim olub
  • 11-06-2026, 15:17
    Qərbi Azərbaycan İcmasında süni intellektin idarə olunması mövzusunda məlumatlandırma sessiyası
  • 11-06-2026, 15:14
    Ekspert: İstanbul Bəyannaməsi Türkiyə, Azərbaycan və Gürcüstan əlaqələrinə dair vizyonu əks etdirir
  • 11-06-2026, 15:12
    Bu ilin 5 ayı ərzində 4 tondan çox narkotik vasitə və psixotrop maddələr müsadirə olunub
  • 11-06-2026, 15:09
    Bu ilin 5 ayı ərzində “802” xidmətinə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 38 müraciət daxil olub
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Sevil Ağayeva
  • Telefon: (+99450) 852 18 82
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ASELA.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə