• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

İcbari tibbi sığorta infeksion xəstəliklərin diaqnostikasını qarşılayır

Cəmiyyət

8-10-2024, 11:58

Bakı, 8 oktyabr.

İcbari tibbi sığorta infeksion xəstəliklərin erkən diaqnostikasını təmin edir. Bu xəstəliklər adətən patogen mikroorqanizmlərin, o cümlədən virus, bakteriya və göbələklərin orqanizmə daxil olması ilə inkişaf edir. Onlar bədəndə sürətlə yayılaraq müxtəlif orqanlara və toxumalara zərər verə bilər. İnfeksion xəstəliklər tənəffüs yollarından tutmuş həzm və qan dövranı sisteminə qədər geniş sahələrə təsir göstərə bilər. Bu xəstəliklərin erkən mərhələdə aşkarlanması və vaxtında müalicəsi onların ağırlaşmasının və yayılmasının qarşısını almaqda mühüm rol oynayır, həmçinin epidemiya və pandemiya riskini azaldır.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətindən bildirilib ki, infeksion xəstəliklərin diaqnostikasını dəqiq və etibarlı şəkildə aparmaq üçün isə bir neçə əsas metoddan istifadə olunur. İcbari tibbi sığortanın xidmətlər zərfinə bir sıra infeksion xəstəliklərin diaqnostikası üçün funksional diaqnostika və laborator müayinələr daxildir. Bu müayinələr vasitəsilə infeksion xəstəliklərin dəqiq diaqnostikasını aparmaq, patogen mikroorqanizmləri müəyyən etmək, xəstəliyin yayılma mərhələsini dəyərləndirmək və bədənin immun cavabını öyrənmək mümkündür.

İcbari tibbi sığorta çərçivəsində bakterial, virus, göbələk və parazitar infeksiyaların aşkarlanması məqsədilə müxtəlif laborator müayinələr həyata keçirilir. Bu müayinələr xəstəliyə səbəb olan mikroorqanizmlərin növünü dəqiq şəkildə müəyyən edir. Məsələn, qanın və digər bədən mayelərinin analizləri xəstəliyin mənbəyini aydınlaşdırmaq və infeksiyanın necə yayıldığını müəyyən etmək üçün geniş istifadə olunur.

İnfeksion xəstəliklərin diaqnostikasında kompüter tomoqrafiyası (KT) və rentgen müayinələri mühüm yer tutur. Xüsusilə, tənəffüs yolları infeksiyalarında, bu metodlar ağciyərlərdə yaranan patologiyaların, o cümlədən pnevmoniya kimi ağırlaşmaların vaxtında aşkarlanmasına kömək edir. KT müayinəsi orqanların strukturunu detallı şəkildə göstərir, iltihabi proseslərin və digər xəstəlik əlamətlərinin dəqiq lokalizasiyasını təmin edir. Rentgen müayinəsi isə tənəffüs yollarının zədələnməsi dərəcəsini qiymətləndirmək və orqanizmdə inkişaf edən infeksiyaların təsirini aşkar etmək üçün geniş istifadə olunur. Bu diaqnostik vasitələr sayəsində dəqiq diaqnozun qoyulması müalicə prosesini sürətləndirməyə imkan yaradır.

İnfeksion xəstəliklərin aşkarlanmasında qanda antigen və antikor testləri vacib rol oynayır və geniş tətbiq olunur. İcbari tibbi sığorta hesabına qarşılanan bu testlər, xüsusilə Hepatit B, Hepatit C, İİV (İnsanın İmmunçatışmazlığı virusu) və digər qan yolu ilə keçən infeksiyaların diaqnostikasında mühüm rol oynayır. Antigen testləri infeksiyaya səbəb olan mikroorqanizmlərin spesifik zülallarını aşkarlayaraq xəstəliyin mövcudluğunu təsdiqləyir. Antikor testləri isə orqanizmin həmin infeksiyaya qarşı yaratdığı immun cavabı müəyyən edir. Bu da xəstəliyin keçmişdə baş verdiyini və ya hazırda aktiv fazada olub-olmadığını göstərir.

İcbari tibbi sığorta ilə qarşılanan bu tibbi xidmətlər tibbi göstəriş əsasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyindəki dövlət tibb müəssisələrində, Səhiyyə Nazirliyinin elmi-tədqiqаt institutlarında və göndəriş əsasında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müqavilə bağladığı özəl tibb müəssisələrində icra olunur.

Paylaş:
Digər xəbərlər

Cəmiyyət

3-06-2024, 18:44

Ürək damarlarına stent qoyulması icbari tibbi sığorta ilə ödənişsizdir

Cəmiyyət

5-07-2024, 11:33

Tiroidektomiya əməliyyatı icbari tibbi sığorta ilə ödənişsizdir

Cəmiyyət

15-08-2024, 19:22

Miomektomiya əməliyyatı icbari tibbi sığorta təminatına daxildir

Cəmiyyət

29-02-2024, 11:52

Fevralın 29-u Beynəlxalq Nadir Rast Gəlinən Xəstəliklər Günüdür

Cəmiyyət

31-01-2024, 15:54

Terapevt: Revmatoloji xəstəliklərin müalicəsində irəliləyiş var

Yazarlar
Ad gününüz mübarək, Sevil xanım!
20 YANVAR - ÜMUMXALQ HÜZN GÜNÜAzərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 35 il ötür. Ocak 16, 2025 XƏBƏR
Ad gününüz mübarək, Sevil xanım!
Bu gün görkəmli Azərbaycan alimi Sara Aşurbəylinin doğum günüdür
Şərqdə ilk opera yazan qadın bəstəkar - Şəfiqə Axundova
Səbuhi Məmmədlinin ikinci ayağı da amputasiya edildi
Hadisə
13-05-2026, 13:07
Qaxda 4 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
12-05-2026, 10:38
Sabirabaddakı yol qəzasında ölən və yaralananların kimliyi məlum olub
12-05-2026, 09:38
Lökbatanda yanğın ərazisində xilasedicilər tərəfindən zəruri təhlükəsizlik tədbirləri davam etdirilir
11-05-2026, 12:19
Yüksək sürət gənc motosikletçinin həyatına son qoyub
11-05-2026, 12:12
Son 2 gündə 25 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
9-05-2026, 17:56
Bərdədə ödəmə terminallarından 40 min manat oğurlayan şəxslər saxlanılıb
Son xəbərlər
  • Сегодня, 13:46
    Müəllimlərin sertifikatlaşdırılması prosesinə başlanılıb
  • Сегодня, 13:44
    Media qurumları arasında əməkdaşlıq gücləndirilir
  • Сегодня, 13:42
    Bəzi ixtisaslar üzrə həkimlərin rezidenturasız regionlara göndərilməsi mümkün olacaq
  • Сегодня, 13:41
    Sərhəd nəzarəti fəaliyyətində insan hüquq və azadlıqlarının təmin edilməsinin əhəmiyyətindən danışılıb
  • Сегодня, 13:38
    Füzuli, Ağdam və Cəbrayıl rayonlarının Mərkəzi xəstəxanalarının tikintisi davam etdirilir
  • Сегодня, 13:35
    Səhiyyə Nazirliyi Tibb İşçilərinin Peşə Bayramı Gününü qeyd edib
  • Сегодня, 13:35
    Səhiyyə Nazirliyi Tibb İşçilərinin Peşə Bayramı Gününü qeyd edib
  • Сегодня, 13:31
    Baş nazir Əli Əsədova “Bright Uzbekistan” layihəsi təqdim olunub
  • Сегодня, 13:29
    Dövlət Baxçalı: Zəngəzur dəhlizi Türk dünyasının Qərbi ilə Şərqini birləşdirən strateji həlqədir
  • Сегодня, 13:26
    Prezident İlham Əliyev ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvünü qəbul edib
  • Вчера, 12:30
    BDU-da yaz imtahan sessiyası davam edir
  • Вчера, 12:29
    Rezidenturaya qəbul imtahanının 2-ci mərhələsində iştirak edəcək namizədlərin nəzərinə
  • Вчера, 12:27
    Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyənin Qars şəhərində rəsmi səfərdə olub
  • Вчера, 12:24
    Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçilib
  • Вчера, 12:21
    Prezident İlham Əliyev Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefektini qəbul edib
  • 15-06-2026, 11:45
    Tahir Budaqov: Şuşa Bəyannaməsi Milli Qurtuluş Gününün formalaşdırdığı müstəqil dövlətçilik ideyalarının məntiqi davamıdır
  • 15-06-2026, 10:36
    Sumqayıtda yanğın hadisəsi baş verib
  • 15-06-2026, 09:50
    Böyük Qayıdışdan Qurtuluşa aparan yol
  • 15-06-2026, 09:46
    Prezident: Ölkəmiz regionda davamlı sülh və sabitlik mühitinin yaradılması istiqamətində qətiyyətli siyasət həyata keçirir
  • 15-06-2026, 09:25
    Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür
  • 15-06-2026, 09:23
    Milli Qurtuluş Günü: Azərbaycanın sabitlikdən Zəfərə uzanan inkişaf yolunun başlanğıcı
  • 15-06-2026, 09:19
    Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampı 80 illik yubileyi münasibətilə təbrik edib
  • 14-06-2026, 14:03
    Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub
  • 14-06-2026, 14:01
    Abşeron rayonunda Milli Qurtuluş Günü təntənə ilə qeyd edilib
  • 14-06-2026, 13:59
    İyunun 14-ü Ümumdünya Qan Donoru Günüdür
  • 14-06-2026, 13:57
    Milli Qurtuluş Günü və məhkəmə hakimiyyətinin formalaşması
  • 13-06-2026, 13:37
    Bu il 102 nömrəli tam orta ümumtəhsil məktəbindən 150 şagird məzun olub
  • 13-06-2026, 13:35
    Paytaxtın 53 nömrəli məktəbində 187 nəfər məzun olub
  • 13-06-2026, 13:33
    Paytaxtdakı 6 nömrəli məktəb-liseydən 144 nəfər məzun olur
  • 13-06-2026, 13:27
    Qarabağ və Şərqi Zəngəzurda iki yeni qan bankı fəaliyyət göstərəcək
  • 13-06-2026, 13:24
    Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb
  • 13-06-2026, 10:15
    Cari ildə tədris prosesində iştirak edən müəllimlərin sayı açıqlanıb
  • 13-06-2026, 09:27
    Neftçilər Milli Qurtuluş Gününü qeyd ediblər
  • 13-06-2026, 09:24
    BDU-nu ən yüksək Ümumi Orta Müvəffəqiyyət Göstəricisi ilə bitirən məzunların adları açıqlanıb
  • 13-06-2026, 09:22
    Bakı Dövlət Universitetinin “Məzun günü” qeyd olunub
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Sevil Ağayeva
  • Telefon: (+99450) 852 18 82
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ASELA.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə