• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Bakıda “Heydər Əliyev və Naxçıvanın muxtariyyəti” adlı dəyirmi masa keçirilib

Cəmiyyət

22-02-2024, 16:01

Azərbaycan Dövlət İnformasiya Agentliyi
CƏMİYYƏT
Bakıda “Heydər Əliyev və Naxçıvanın muxtariyyəti” adlı dəyirmi masa keçirilib
22.02.2024 [15:44]
Naxçıvan Muxtar Respublikasının Bakıdakı daimi nümayəndəliyində Naxçıvan Muxtar Respublikasının təşkil olunmasının 100-cü ildönümününə həsr edilmiş “Heydər Əliyev və Naxçıvanın muxtariyyəti” adlı dəyirmi masa keçirilib.
Tədbirdə çıxış edən daimi nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov qədim, zəngin, çoxəsrlik tarixə, mədəniyyətə, dövlətçilik ənənələrinə malik və “Şərqin qapısı” adlandırılan qədim Naxçıvanın keçdiyi mürəkkəb və çətin, eyni zamanda, şərəfli tarixi inkişaf yolundan ətraflı danışıb. Naxçıvan Muxtar Respublikasının yaranmasının Azərbaycanın siyasi tarixində çox mühüm hadisə olduğunu bildirən B.Əsgərov Prezident İlham Əliyevin 2023-cü il dekabrın 30-da imzaladığı “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd olunması haqqında” Sərəncamı müstəqil və qalib ölkəmizin müasir tarixində əhəmiyyətli hadisə adlandırıb. O qeyd edib ki, Naxçıvanın davamlı inkişafında Ümummilli Lider Heydər Əliyevin böyük xidməti var. Ulu Öndər hakimiyyətə gəldiyi vaxtlardan etibarən daim Naxçıvanı diqqətdə saxlayıb, muxtar respublikanın gələcəyi ilə bağlı ən vacib qərarların təşəbbüskarı olub. Son 100 ildə Naxçıvan Muxtar Respublikası böyük inkişaf yolu keçib. Ölkə Prezidentinin Naxçıvana ardıcıl səfərləri, muxtar respublikanın yaradılmasının yubileylərində proqram xarakterli çıxışları, muxtar respublikada müstəqillik illərində görülən işlər, həyata keçirilən quruculuq tədbirləri Ulu Öndər Heydər Əliyevin siyasi kursunun ölkəmizdə uğurla davam etdirildiyini göstərir. Bu gün ardıcıl, düşünülmüş, uzaqgörən siyasət nəticəsində Naxçıvan birbaşa Prezident İlham Əliyevin diqqəti və qayğısı ilə müasir inkişaf dövrünün yeni mərhələsinə başlayır. Naxçıvan muxtariyyət statusu qazanmasını və muxtar respublikanın 100-cü ildönümünü keçdiyi şanlı tarixin qüruru, daha böyük nailiyyətlərə imza atmaq arzusu ilə qeyd edir.
Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş torpaqlarının azad edildikdən sonra 2020-ci ilin noyabrın 10-da imzalanan üçtərəfli Bəyanatın 9-cu bəndindən söz açan B.Əsgərov vurğulayıb: “Həmin bəndə əsasən regiondakı bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir, bölgədə yerləşən dövlətlərin vətəndaşlarının, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə yaradılacaq dəhliz vasitəsilə Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsi bərpa olunur. Yaranacaq dəhlizdən region dövlətlərinin istifadəsi üçün zəmin yaranır. Ən əsası isə Azərbaycanın Türkiyə ilə birbaşa əlaqəsi formalaşır. Dəhlizin bərpası ilə region dövlətləri arasında iqtisadi əməkdaşlıq üçün sağlam mühit formalaşacaq. Yaradılacaq bu şərait, ilk növbədə, muxtar respublikanın iqtisadi, sosial inkişafı üçün etibarlı təminatdır”.
Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli çıxışında tarixi torpaqlarımıza qayıdış uğrunda mübarizə apardıqlarını, bu kontekstdə Qərbi Azərbaycan torpaqlarına qayıdışla bağlı ilk tədbirin də məhz Naxçıvanda keçirildiyini qeyd edib. Deputat müstəqil Azərbaycanın quruculuğu prosesinin Naxçıvandan başladığını xatırladaraq deyib ki, Naxçıvan Azərbaycanın yeni hədəflərinin həyata keçirilməsində ən öndə gedən bölgələrdən biri olacaq.
Sonra çıxış edən Milli Məclisin deputatı Jalə Əliyeva Naxçıvanı düşünən beyinlər, istedadlar diyarı adlandırıb. Deputat Naxçıvan torpağında böyük ictimai-siyasi xadimlərin yetişdiyini diqqətə çatdırıb. “Naxçıvanı bizə doğma edən onun qədim diyar olması ilə yanaşı, bu torpağın Vətənimizə bəxş etdiyi böyük, dahi insanlar. Onlardan birincisi isə ən böyük azərbaycanlı olan Ulu Öndər Heydər Əliyevdir”, - deyə deputat vurğulayıb.
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasının 100 illiyinin qeyd olunması haqqında Sərəncamının Naxçıvanın çoxəsrlik inkişaf yoluna verilən böyük dəyərin nəticəsi kimi qiymətləndirib. O qeyd edib ki, Naxçıvanın taleyində Ulu Öndərin müstəsna rolu var. Ulu Öndərin həm sovet hakimiyyəti, həm də müstəqillik illərində göstərdiyi xidmətlər muxtar respublika da daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanılmasında böyük rol oynayıb. Heydər Əliyev Naxçıvan da daxil olmaqla, Azərbaycanın müstəqilliyinə öz möhürünü vurub. Bu gün Naxçıvan öz 100 illiyini yeni inkişaf mərhələsi ilə qarşılayır.
Sonda tədbir iştirakçıları Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr edilmiş kitab sərgisi ilə tanış olublar.

Paylaş:
Digər xəbərlər

Cəmiyyət

9-02-2024, 21:24

Naxçıvanda muxtar respublikanın 100 illiyi təntənəli şəkildə qeyd olunub

Cəmiyyət

22-12-2023, 10:47

Naxçıvan Muxtar Respublikası FHN-in fəaliyyəti ilə bağlı məsələlər müzakirə olunub

Mədəniyyət

29-09-2023, 23:24

Ordubadda dövlət tarix-mədəniyyət qoruğu yaradılacaq

Cəmiyyət

16-02-2024, 21:29

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bir sıra qərarlar qəbul edib

Siyasət

17-11-2023, 13:05

Prezident Naxçıvanda icra başçısını vəzifəsindən azad etdi

Yazarlar
Ad gününüz mübarək, Sevil xanım!
20 YANVAR - ÜMUMXALQ HÜZN GÜNÜAzərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 35 il ötür. Ocak 16, 2025 XƏBƏR
Ad gününüz mübarək, Sevil xanım!
Bu gün görkəmli Azərbaycan alimi Sara Aşurbəylinin doğum günüdür
Şərqdə ilk opera yazan qadın bəstəkar - Şəfiqə Axundova
Səbuhi Məmmədlinin ikinci ayağı da amputasiya edildi
Hadisə
7-07-2026, 13:14
Mərdəkanda faciə: Bir ailənin iki üzvü dənizdə batıb
13-05-2026, 13:07
Qaxda 4 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
12-05-2026, 10:38
Sabirabaddakı yol qəzasında ölən və yaralananların kimliyi məlum olub
12-05-2026, 09:38
Lökbatanda yanğın ərazisində xilasedicilər tərəfindən zəruri təhlükəsizlik tədbirləri davam etdirilir
11-05-2026, 12:19
Yüksək sürət gənc motosikletçinin həyatına son qoyub
11-05-2026, 12:12
Son 2 gündə 25 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Son xəbərlər
  • Вчера, 11:50
    Faktiki hava: Bəzi yerlərdə leysan yağır
  • Вчера, 11:47
    Xüsusi icra məmuru fəaliyyəti üzrə müsabiqədə iştirak edən namizədlərlə müsabiqənin ikinci mərhələsi başlayır
  • Вчера, 11:44
    Prezident: Azərbaycan-Qırğızıstan münasibətlərinin müttəfiqlik səviyyəsinə çatması məmnunluq doğurur
  • Вчера, 10:22
    Dünya birjalarında neft bahalaşıb
  • Вчера, 10:14
    Təhsilverənlərin təkrar sertifikatlaşdırılmasının müsahibə mərhələsi sentyabrın 3-dən başlanır
  • Вчера, 10:12
    Bakının bəzi yollarında sıxlıq yaranıb
  • Вчера, 10:09
    Azərbaycan-ŞƏT əməkdaşlığı və Avrasiyada strateji bağlantının gücü - Analitik təhlil
  • 29-08-2026, 15:04
    Ombudsman Beynəlxalq Məcburi Yoxaçıxma Qurbanları Günü ilə bağlı bəyanat yayıb
  • 29-08-2026, 12:46
    Nizami rayonunda quldurluq edən şəxs saxlanılıb
  • 29-08-2026, 12:41
    Bu gün Beynəlxalq Nüvə Sınaqlarına Qarşı Mübarizə Günüdür
  • 28-08-2026, 16:31
    Dövlət orqanlarında daxili müsahibələrin keçirilmə qrafiki müəyyənləşdirilib
  • 28-08-2026, 16:28
    Qanunsuz onlayn kazino əməliyyatları çərçivəsində daha 3 nəfər saxlanılıb
  • 28-08-2026, 09:56
    Bu ilin ikinci Ay tutulması başlayıb
  • 28-08-2026, 09:54
    Heydər Əliyev Beynəlxalq Hava Limanında “Elektron qapı sərhəd nəzarəti sistemi” istifadəyə verilib
  • 28-08-2026, 09:52
    Göyçayda narkotik tərkibli bitkilər yetişdirən şəxs tutulub
  • 28-08-2026, 09:51
    34 il, 24 həyat, bir faciə - Ballıqaya
  • 27-08-2026, 16:33
    Bakı-Tbilisi aviareysi ilə gedən sərnişinin üzərində kokain aşkarlanıb
  • 27-08-2026, 16:30
    Podrat müqaviləsi bağlayarkən bunlara diqqət edin – Ali Məhkəmədən mühüm açıqlama
  • 27-08-2026, 16:26
    Azərbaycan-Pakistan 12-ci İşçi Qrupu Səviyyəli Görüşü olub
  • 27-08-2026, 16:24
    “Eternity-2026” təliminin yekun planlaşdırma konfransı olub
  • 26-08-2026, 15:05
    Laçın Şəhəri Günü rəngarəng mədəni proqramlarla qeyd olunur
  • 26-08-2026, 15:00
    “Gənc istedadlar” liseyinin məzunlarının hamısı ali məktəbə qəbul olunub
  • 26-08-2026, 14:57
    UNEC ilə Özbəkistan universitetləri arasında birgə elmi tədqiqatlar genişlənir
  • 26-08-2026, 14:49
    Ekspert: Laçın üzərində nəzarətin təmin olunması Qarabağda separatizmin kökünün kəsilməsində mühüm amillərdən olub
  • 26-08-2026, 11:25
    Bakıda yanğın baş verib, 1 nəfər ölüb
  • 25-08-2026, 15:42
    “Brent” neftinin qiyməti 90 dollardan aşağı enib
  • 25-08-2026, 15:39
    BDU-nun tələbəsi adını qazanan şəhid övladları
  • 25-08-2026, 15:34
    Baş prokuror Şəkidə sakinlərin müraciətlərini dinləyib, yeni xidməti mənzillər istifadəyə verilib
  • 25-08-2026, 15:29
    AQTA monitorinq keçirib, 158,4 kiloqram uyğunsuz dondurma məhsulu məhv edilib
  • 25-08-2026, 14:40
    Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək
  • 25-08-2026, 14:36
    Faiz müqabilində borc verənləri hansı təhlükə gözləyir? - Ali Məhkəmə xəbərdarlıq etdi
  • 24-08-2026, 11:10
    Azərbaycanda ilk dəfə kriptovalyuta dövlət nəfinə müsadirə edilib
  • 24-08-2026, 11:06
    Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub
  • 24-08-2026, 11:06
    Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub
  • 23-08-2026, 11:41
    Səbinə Əliyeva: Ombudsman və milli insan hüquqları təsisatları süni intellektin təhlükəsiz tətbiqinin təşviqində mühüm rol oynayır
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Sevil Ağayeva
  • Telefon: (+99450) 852 18 82
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ASELA.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə