• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Naxçıvanda muxtar respublikanın 100 illiyi təntənəli şəkildə qeyd olunub

Cəmiyyət

9-02-2024, 21:24

Azərbaycan Dövlət İnformasiya Agentliyi
REGİONLAR
Naxçıvanda muxtar respublikanın 100 illiyi təntənəli şəkildə qeyd olunub YENİLƏNİB
09.02.2024 [20:45]
A+ A-
Naxçıvan, 9 fevral, AZƏRTAC

Fevralın 9-da Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illiyi ilə bağlı tədbir keçirilib.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov, Naxçıvan Muxtar Respublikasının Baş naziri Səbuhi Məmmədov, digər rəsmi şəxslər və ictimaiyyət nümayəndələri tədbirdə iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsini ziyarət ediblər. Abidə önünə güllər düzülüb, Ulu Öndərimizin xatirəsinə dərin ehtiram ifadə olunub.

Tədbir Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında davam edib.

Səlahiyyətli nümayəndəyə, həmçinin dövlət və hökumət nümayəndələrinə Sarayın foyesində Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən muxtar respublikanın 100 illiyi ilə bağlı hazırlanmış veb-saytı, poçt markası, posterlər təqdim edilib.

“Şərq qapısı” qəzeti tərəfindən təşkil olunmuş fotosərgidə tədbir iştirakçıları muxtar respublikanın 100 illiyi ilə əlaqədar, eləcə də diyarımızın zəngin təbiətini, çoxəsrlik tarixini və təkrarsız abidələrini əks etdirən fotolara baxıblar.

Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli çıxış edərək Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın, Baş nazir Əli Əsədovun, eləcə də digər rəsmi şəxslərin muxtar respublikanın 100 illik yubileyi münasibətilə təbriklərini çatdırıb.

Naxçıvan Muxtar Respublikanın 100 illiyini Azərbaycanın bütövlüyü və suverenliyi təmin olunmuş şəkildə qeyd olunmasını xüsusi xoşbəxtlik kimi dəyərləndirən Fuad Nəcəfli Prezident İlham Əliyevi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsi münasibətilə təbrik edib, ali dövlətçilik fəaliyyətində yeni uğurlar arzulayıb.

Səlahiyyətli nümayəndə Prezident İlham Əliyevin 2023-cü il dekabrın 30-da “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin keçirilməsi haqqında” imzaladığı Sərəncama əsasən, bu il ərzində əlamətdar tədbirlərin keçiriləcəyini diqqətə çatdırıb.

Fuad Nəcəfli muxtariyyət tarixinə nəzər salaraq vurğulayıb ki, 1921-ci ildə Naxçıvanın muxtar respublika statusunda Azərbaycanın tərkibində qalmasını şərtləndirən 2 mühüm beynəlxalq sənəd - Moskva və Qars müqavilələri imzalanıb, muxtariyyətin əsasları, eyni zamanda, Naxçıvan Muxtar Respublikasının ərazisi təsdiq olunub, bu ərazinin beynəlxalq müqavilələrlə qorunan toxunulmazlıq hüququ təsbit edilib. 1921-ci ilin martında Naxçıvan Sovet Sosialist Respublikası, 1923-cü il iyunun 16-dan Naxçıvan diyarı təşkil olunub. Nəhayət, 1924-cü il fevralın 9-da Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin dekreti ilə Naxçıvan diyarı Naxçıvan MSSR-ə çevrilib.

1990-1993-cü illərdə Ümummilli Liderin Naxçıvanda yaşayıb fəaliyyət göstərməsi Naxçıvanı erməni işğalından, muxtariyyətini isə ləğv olunmaq təhlükəsindən xilas edib. Ulu Öndərin rəhbərliyi ilə 1990-cı il noyabrın 17-də keçirilən Naxçıvan parlamentinin iclasında müstəqil dövlətçilik tariximizlə bağlı mühüm tarixi qərarlar qəbul olunub, muxtar respublikanın adından “sovet, sosialist” sözləri çıxarılıb, Ali Sovetin adı dəyişdirilərək Naxçıvan Muxtar Respublikasının Ali Məclisi adlandırılıb. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Bayrağı Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul olunub və onun Azərbaycan Respublikasının dövlət bayrağı kimi qəbul edilməsi barədə Azərbaycan Respublikasının Ali Soveti qarşısında vəsatət qaldırılıb. Azərbaycan müstəqillik əldə etdikdən sonra Ümummilli Lider Heydər Əliyevin 1999-cu il 4 fevral tarixli Fərmanı ilə Naxçıvanın 75 illik yubileyi geniş qeyd olunub.

2003-cü ildən etibarən Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin digər bölgələri kimi, Naxçıvan Muxtar Respublikasında da mühüm infrastruktur tədbirləri həyata keçirilib, sosial-iqtisadi inkişaf təmin edilib, muxtar respublikanın müdafiə potensialı gücləndirilib. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Naxçıvan Muxtar Respublikasının 80, 85 və 90 illik yubileyləri dövlət səviyyəsində geniş qeyd olunub, 100 illik yubileylə bağlı imzaladığı Sərəncamda da vurğulandığı kimi, Naxçıvan Muxtar Respublikasının yaranması Azərbaycanın siyasi tarixinin mühüm əhəmiyyətli hadisəsi kimi yüksək qiymətləndirilib.

2020-ci ildə 44 günlük Vətən müharibəsində tarixi ədalətin bərpa olunmasında və 2023-cü il sentyabrın 19-20 tarixlərində Qarabağda həyata keçirilən lokal xarakterli antiterror tədbirlərində Naxçıvanın igid oğulları şanlı Zəfər salnaməmizə parlaq səhifələr yazıblar. Beləliklə, istər tarixi Qələbəmiz, istərsə də dövlətimizin suverenliyinin onun bütün ərazisində bərpa olunması regionda yeni reallıqlar yaratmaqla bərabər, Zəngəzur dəhlizinin açılması perspektivində Naxçıvan Muxtar Respublikasının ölkəmizin digər bölgələri ilə quru əlaqəsini də təmin edəcək. Dövlətimizin başçısının diqqət və qayğısının nəticəsi olaraq Naxçıvanda müasir idarəetmə modelinin tətbiqi, aparılan institusional islahatlar, nəqliyyat imkanlarının genişləndirilməsi, Azərbaycanda ətraf mühitin mühafizəsinə yönəlmiş fəaliyyəti çərçivəsində muxtar respublikanın “yaşıl enerji” zonası elan olunması, bütün bunların yekunu olaraq isə “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın qəbul olunması Naxçıvanda yeni inkişaf mərhələsinin əsasını qoyub.

Səlahiyyətli nümayəndə Fuad Nəcəfli Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması ilə bağlı verdiyi Sərəncama görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib, yubiley münasibətilə muxtar respublika əhalisini təbrik edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov çıxışında bildirib ki, “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin keçirilməsi haqqında” Prezident İlham Əliyevin Sərəncamı muxtariyyətin Azərbaycan dövlətçiliyində oynadığı rola verilən yüksək qiymətdir. Naxçıvanın milli istiqlal ideyalarına bağlılıq nümayiş etdirərək dövlət müstəqilliyimizin bərpası, qorunub saxlanılması və möhkəmləndirilməsində müstəsna xidmətlərinin olması, strateji mövqeyi ilə seçilməsi tarixən onu vaxtaşırı gərgin siyasi mübarizələr meydanına çevirsə də, bu diyarın qarşılaşdığı bütün sınaqları qətiyyətlə dəf etməsinin Sərəncamda qeyd olunmasını xatırladan Anar İbrahimov bununla da ölkə başçısı İlham Əliyevin, Naxçıvan Muxtar Respublikasının yaranmasını Azərbaycanın siyasi tarixinin əhəmiyyətli hadisəsi kimi qiymətləndirməsinin göstəricisi olduğunu bildirib. Dövlət başçısının Sərəncamda Naxçıvan Muxtar Respublikasının “yaradılması” deyil, məhz “yaranması” ifadəsini işlətməsi onun Naxçıvanın muxtariyyət statusunun qazanmasını kiminsə, ya da kimlərinsə fəaliyyəti deyil, bütövlükdə tarixi və siyasi proseslərin məntiqi davamı kimi qiymətləndirməsinin təzahürü, siyasi irsə, xüsusilə də Ulu Öndər Heydər Əliyevin siyasi irsinə verilən qiymət və sayğının nümunəsidir.

Həqiqətən də Naxçıvan əhalisi, həmin dövrün demokratik ruhlu ziyalıları bölgənin təhlükəsizliyinə, erməni ekspansionistlərinin hərbi basqınlarına qarşı mərdliklə mübarizə aparmış, qanları bahasına qədim diyarı qorumuşlar. Hələ 1918-ci ildə Naxçıvan Milli Şurası Xalq Cümhuriyyəti hökumətinə yazdığı məktubda göstərirdi ki, “biz ermənilərə tabe olmuruq, tezliklə Azərbaycan qoşunları tərəfindən Zəngəzurun azad edilməsini və Naxçıvanın Azərbaycana birləşməsini gözləyirik”. Naxçıvan İnqilab Komitəsinin Azərbaycan hökumətinə 1920-ci il 10 avqust tarixli məktubunda da bildirilirdi: “Əhalinin yekdil qərarı ilə Naxçıvan özünü Azərbaycanın ayrılmaz hissəsi hesab edir”.

Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının Baş naziri Səbuhi Məmmədov qədim, zəngin, çoxəsrlik tarixə, mədəniyyətə, dövlətçilik ənənələrinə malik və “Şərqin qapısı” adlandırılan Naxçıvanın keçdiyi çətin, eyni zamanda, şərəfli inkişaf yolundan bəhs edib. Bildirib ki, Naxçıvanın muxtariyyətinin iki mərhələsi xüsusilə çətin və mürəkkəb dövr olub. Bunlardan biri 1920-1924-cü illəri əhatə edən muxtariyyətin yaranması, digəri isə 1990-1993-cü illərdə muxtariyyətin qorunub saxlanıldığı dövrdür.

1924-cü il fevralın 9-da Naxçıvan Muxtar Respublikasının yaradılması bu qədim diyarın gələcək müqəddəratının həlli, ölkəmizin ərazi bütövlüyünün təmin olunması baxımından çox mühüm siyasi əhəmiyyətə malikdir. Bu mənada, Ulu Öndər Heydər Əliyevin Naxçıvanın Azərbaycan xalqının olduqca mürəkkəb bir siyasi şəraitdə əldə etdiyi muxtariyyəti böyük tarixi nailiyyət adlandırması təsadüfi deyil. Muxtariyyət dövründə ikinci çətin mərhələ isə 1990-cı ildə Naxçıvanın Ermənistan tərəfindən blokadaya alınması olub. Həmin dövrdə Naxçıvan Ümummilli Liderimizin də dediyi kimi: “Taleyin ümidinə buraxılmış tənha bir adanı xatırladırdı”. Bu gündən 33 il əvvəlki tarixə nəzər saldıqda açıq şəkildə görmək olur ki, Ulu Öndər o zaman Naxçıvana qayıtmasaydı, Naxçıvan da Qarabağ kimi işğala məruz qalacaqdı.

Səbuhi Məmmədov qeyd edib ki, bu gün Naxçıvan qalib Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi bölgə maraqlarından çıxaraq Şərq-Qərb tranzitində açar rolunu oynayan region kimi diqqət çəkir. Zəngəzur dəhlizinin açılması isə Naxçıvan Muxtar Respublikasının Türk dünyasına açılan bir qapı kimi rolunu artıracaq. Zəngəzur dəhlizi Türk dünyasının bütün ölkələrini Avropa və Asiya ilə birləşdirməklə əlaqələrinin genişləndirilməsində böyük rol oynayacaq. Bununla da gələcəkdə regionda sosial-iqtisadi münasibətlər daha da genişlənəcək. Zəngəzur dəhlizinin açılmasından sonra mühüm nəqliyyat habına çevriləcək qədim diyar həm də Cənubi Qafqazın iqtisadi inkişafına və təhlükəsizliyinə öz töhfəsini verəcək.

Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəylinin, Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayevin və AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi Hacıfəxrəddin Səfərlinin çıxışları dinlənilib. Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyev Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının inkişafına hər zaman böyük həssaslıqla yanaşıb, zəngin mədəniyyətə, çoxəsrlik dövlətçilik ənənələrinə malik bu qədim diyarın muxtariyyət tarixinin öyrənilməsinin və təbliğinin zəruriliyini mühüm vəzifə kimi qarşıya qoyub.

Sonra Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illiyinə həsr olunmuş videoçarx və Naxçıvan Televiziyasının hazırladığı “Ulu torpaq, Ulu Öndər” filmi nümayiş etdirilib.

Tədbir bədii hissə ilə davam edib.

15:42

Bu gün Naxçıvan Muxtar Respublikasının yaradılmasının 100 ili tamam olur.

Bu münasibətlə Naxçıvanda təntənəli tədbir təşkil olunub.

Tədbirdən öncə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi, dövlət və hökumət rəsmiləri, ictimaiyyət nümayəndələri Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət ediblər.

Tədbir Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında davam etdirilir.

Qeyd edək ki, Prezident İlham Əliyev 2023-cü il dekabrın 30-da “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncam imzalayıb.

Paylaş:
Digər xəbərlər

Cəmiyyət

22-12-2023, 10:47

Naxçıvan Muxtar Respublikası FHN-in fəaliyyəti ilə bağlı məsələlər müzakirə olunub

Cəmiyyət

14-01-2024, 21:01

Naxçıvan MR fövqəladə hallar nazirinin müavini vəzifəsindən azad edilib - FOTO

Siyasət

17-11-2023, 13:05

Prezident Naxçıvanda icra başçısını vəzifəsindən azad etdi

Mədəniyyət

29-09-2023, 23:24

Ordubadda dövlət tarix-mədəniyyət qoruğu yaradılacaq

Cəmiyyət

26-01-2024, 10:23

Baş Prokurorluqda geniş kollegiya iclası keçirilir

Yazarlar
Ad gününüz mübarək, Sevil xanım!
20 YANVAR - ÜMUMXALQ HÜZN GÜNÜAzərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 35 il ötür. Ocak 16, 2025 XƏBƏR
Ad gününüz mübarək, Sevil xanım!
Bu gün görkəmli Azərbaycan alimi Sara Aşurbəylinin doğum günüdür
Şərqdə ilk opera yazan qadın bəstəkar - Şəfiqə Axundova
Səbuhi Məmmədlinin ikinci ayağı da amputasiya edildi
Hadisə
13-05-2026, 13:07
Qaxda 4 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
12-05-2026, 10:38
Sabirabaddakı yol qəzasında ölən və yaralananların kimliyi məlum olub
12-05-2026, 09:38
Lökbatanda yanğın ərazisində xilasedicilər tərəfindən zəruri təhlükəsizlik tədbirləri davam etdirilir
11-05-2026, 12:19
Yüksək sürət gənc motosikletçinin həyatına son qoyub
11-05-2026, 12:12
Son 2 gündə 25 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
9-05-2026, 17:56
Bərdədə ödəmə terminallarından 40 min manat oğurlayan şəxslər saxlanılıb
Son xəbərlər
  • Вчера, 13:37
    Bu il 102 nömrəli tam orta ümumtəhsil məktəbindən 150 şagird məzun olub
  • Вчера, 13:35
    Paytaxtın 53 nömrəli məktəbində 187 nəfər məzun olub
  • Вчера, 13:33
    Paytaxtdakı 6 nömrəli məktəb-liseydən 144 nəfər məzun olur
  • Вчера, 13:27
    Qarabağ və Şərqi Zəngəzurda iki yeni qan bankı fəaliyyət göstərəcək
  • Вчера, 13:24
    Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb
  • Вчера, 10:15
    Cari ildə tədris prosesində iştirak edən müəllimlərin sayı açıqlanıb
  • Вчера, 09:27
    Neftçilər Milli Qurtuluş Gününü qeyd ediblər
  • Вчера, 09:24
    BDU-nu ən yüksək Ümumi Orta Müvəffəqiyyət Göstəricisi ilə bitirən məzunların adları açıqlanıb
  • Вчера, 09:22
    Bakı Dövlət Universitetinin “Məzun günü” qeyd olunub
  • Вчера, 08:34
    Azərbaycan məktəblərində “Son zəng” sədaları
  • Вчера, 08:32
    Cəmşid Naxçıvanski adına Hərbi Liseyin 54-cü buraxılış mərasimi olub
  • 12-06-2026, 21:32
    Balakəndə 10 tona yaxın çətənə kolu məhv edilib
  • 12-06-2026, 21:29
    Alparslan Bayraktar: TANAP Avropanın enerji təhlükəsizliyinin əsas təminatçısıdır
  • 12-06-2026, 21:18
    HDQ-də döyüş atışlı taktiki təlim olub
  • 11-06-2026, 15:17
    Qərbi Azərbaycan İcmasında süni intellektin idarə olunması mövzusunda məlumatlandırma sessiyası
  • 11-06-2026, 15:14
    Ekspert: İstanbul Bəyannaməsi Türkiyə, Azərbaycan və Gürcüstan əlaqələrinə dair vizyonu əks etdirir
  • 11-06-2026, 15:12
    Bu ilin 5 ayı ərzində 4 tondan çox narkotik vasitə və psixotrop maddələr müsadirə olunub
  • 11-06-2026, 15:09
    Bu ilin 5 ayı ərzində “802” xidmətinə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 38 müraciət daxil olub
  • 11-06-2026, 15:07
    Fərid Şəfiyev: Dayanıqlı sülh üçün Azərbaycanın qanuni tələbləri tam şəkildə təmin edilməlidir
  • 11-06-2026, 15:05
    Cənubi Qafqazda yeni geosiyasi reallıqlar və Azərbaycanın sülh gündəliyi müzakirəyə çıxarılıb
  • 11-06-2026, 15:03
    Azərbaycan müdafiə naziri Pakistan tərəfinə başsağlığı verib
  • 10-06-2026, 19:28
    Yasamal rayonunda Həsən bəy Zərdabi küçəsindəki obyektdə yanğın baş verib
  • 10-06-2026, 19:26
    Sabunçu rayonunda 46 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb
  • 10-06-2026, 19:24
    Valideynlərin sosial şəbəkə platformalarına nəzarət mexanizmi güclənəcək RƏY
  • 10-06-2026, 19:19
    Hərbi Dəniz Qüvvələrində döyüş atışlı taktiki təlim
  • 10-06-2026, 13:22
    Saxta sənədlərlə daşınmaz əmlak əldə edənləri nə gözləyir? - Ali Məhkəmədən vacib qərardad
  • 10-06-2026, 13:17
    Azərbaycanın müdafiə naziri Serbiyada rəsmi səfərdədir
  • 10-06-2026, 11:08
    Yasamal rayonunda yanğın təhlükəli obyektin fəaliyyəti dayandırılıb
  • 10-06-2026, 10:00
    Yazlıq taxıl sahələrinin sığortalanması müddəti iyunun 15-də başa çatır
  • 10-06-2026, 09:58
    Azərbaycan nefti 95 dollara satılır
  • 10-06-2026, 09:56
    Araz çayında batan şəxsin meyiti tapılıb
  • 10-06-2026, 09:54
    Azərbaycan və Litva arasında siyasi məsləhətləşmələrin növbəti raundu aparılıb
  • 9-06-2026, 15:52
    Rəsmi Bakının məqsədi regionda sülhə nail olmaq və iqtisadi inkişafa təkan verməkdir
  • 9-06-2026, 12:59
    Kəlbəcərdə Günəş panelli avtonom radiomonitorinq stansiyası istifadəyə verilib
  • 9-06-2026, 12:57
    Süni intellekt dövründə insan hüquqlarının gələcəyi Bakıda müzakirə olunacaq
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Sevil Ağayeva
  • Telefon: (+99450) 852 18 82
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ASELA.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə