• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Ədliyyə Nazirliyində 2023-cü ilin yekunlarına həsr olunan geniş kollegiya iclası keçirilib

Cəmiyyət

31-01-2024, 23:52

Azərbaycan Dövlət İnformasiya Agentliyi
CƏMİYYƏT
Ədliyyə Nazirliyində 2023-cü ilin yekunlarına həsr olunan geniş kollegiya iclası keçirilib.
Bakı, 31 yanvar.
Yanvarın 31-də ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə 2023-cü ildə ədliyyə orqanları tərəfindən görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunan geniş kollegiya iclası keçirilib.
Bu barədə Ədliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
İclasda nazirliyin rəhbərliyi və məsul işçiləri, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin və regional ədliyyə qurumlarının rəhbər şəxsləri iştirak ediblər.
Tədbirdən əvvəl Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Nazir çıxış edərək 2023-cü ilin xalqımız və dövlətimiz üçün uğurlu və əlamətdar il olduğunu, Ümummilli Liderin 100 illik yubileyi ilə əlaqədar elan edilmiş “Heydər Əliyev İli”ndə Ədliyyə Nazirliyi tərəfindən Ulu Öndərin xalqımızın milli sərvəti olan zəngin irsinə həsr olunan silsilə tədbirlərin keçirildiyini vurğulayıb.
Dahi Liderin yolu ilə gedən müasir müstəqil Azərbaycanın son 20 ildə hərtərəfli davamlı tərəqqisindən, Böyük Qələbəmizlə azad edilmiş torpaqlarımızda aparılan geniş quruculuq işlərindən bəhs edib. Bildirib ki, 2023-cü il ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunması ilə Zəfər salnaməmizə qızıl hərflərlə əbədi həkk olunub. Bu gün üçrəngli bayrağımız Qarabağın hər yerində, qədim diyarımız Xankəndidə, Şuşada vüqarla dalğalanır. Həmvətənlərimiz öz doğma yurdlarına dönür, onların konstitusion hüquqları tam təmin olunur.
Nazir qarşıdan gələn növbədənkənar prezident seçkilərinə toxunaraq müstəqillik tariximizdə ilk dəfə seçkilərin ölkəmizin bütün ərazisində keçiriləcəyini, minlərlə seçicinin, öz torpaqlarına qayıdan vətəndaşlarımızın Qarabağ və Şərqi Zəngəzurda səs verəcəyini vurğulayıb.
İclasda ölkəmizin hərtərəfli tərəqqisinə uyğun olaraq ədliyyə fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı görülən tədbirlər ətraflı təhlil olunaraq məlumat verilib ki, vətəndaşların, xüsusilə şəhid ailələrinin, müharibə veteranlarının müraciətlərinə daim qayğı və həssaslıqla yanaşılaraq 19 mindən çox vətəndaş nazirlikdə, bölgələrdə, habelə virtual qaydada qəbul edilib, qaldırılan məsələlərlə bağlı zəruri tədbirlər görülüb.
2023-cü ildə iqtisadi inkişafa, əhalinin sosial rifahına xidmət edən Azərbaycan Prezidentinin fərman və sərəncamlarının, qanunların qəbul olunduğu vurğulanaraq nazirlik tərəfindən 5700-dək hüquqi akt layihəsinin hazırlandığı və ya ekspertizadan keçirildiyi, bu zaman sui-istifadəyə, hüquqi qeyri-müəyyənliyə yol verilməməsi, habelə insan hüquqlarının təminatı, digər qanunvericilik aktlarına və beynəlxalq hüquqi sənədlərə uyğunluğu məsələlərinə xüsusilə diqqət yetirildiyi bildirilib. Qeyd olunub ki, 3000-dən çox sənəd Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib, milli qanunvericiliyin e-qanun.az vahid elektron resursundan bəhrələnənlərin sayı 50 faiz artaraq 5 milyona çatıb.
Əhalinin hüquqi biliklərinin artırılması məqsədilə nazirlik tərəfindən səmərəli kommunikasiya strategiyası həyata keçirildiyi, ötən il 8500-ə yaxın hüquqi maarifləndirmə işi aparıldığı, media subyektləri və vətəndaş cəmiyyəti cəlb olunmaqla brifinq, ictimai təqdimat, “açıq qapı” günləri və mediaturlar təşkil edildiyi bildirilib, vahid kommunikasiya siyasəti ilə bağlı yüksək göstəricilərə nail olunduğu qeyd edilib. Kollegiyada nazirliyin 2024-2026-cı illər üzrə hazırlanmış yeni Kommunikasiya Strategiyası müzakirə edilərək təsdiq olunub.
İclasda ölkəmizin iqtisadi tərəqqisi və mülki dövriyyənin artması nəticəsində 5.2 milyon notariat hərəkətinin, 290 min vətəndaşlıq vəziyyəti aktının rəsmiləşdirildiyi bildirilib. Nikahların sayı 54 mini, doğum halları 113 mini ötüb. Notariuslar tərəfindən aparılan əməliyyatlar nəticəsində, o cümlədən bununla bağlı tutulan vergi üzrə ümumilikdə 75 milyona yaxın vəsait dövlət büdcəsinə köçürülüb.
Nazirliyin əhaliyə təqdim etdiyi elektron və mobil xidmətlərin tətbiqi genişləndirilib, il ərzində e-xidmətlərdən ümumi istifadə sayı 3 milyona, “Mobil notariat” istifadəçilərinin sayı isə 2 dəfə artaraq 900 minə çatıb.
Eyni zamanda nazirliyin innovativ məhsulu olan “ƏNTEZ” (Ədliyyə Nazirliyinə Təcili Elektron Zəng) xidmət platformasının vətəndaşlara eyni vaxtda müxtəlif ədliyyə xidmətlərinin göstərilməsində əhəmiyyəti qeyd olunub. Bildirilib ki, ölkədə ilk dəfə dövlət xidmətləri sahəsində bu platformada süni intellektin tətbiqi insanın davranışını vizuallaşdıraraq xidmət üçün müraciət etmiş şəxslə ünsiyyət qurur və istəyinə uyğun sənədlərin hazırlanmasını və təqdim olunmasını təmin edir. “ƏNTEZ” Xidmətdə, həmçinin vətəndaşın şəxsiyyəti “Üz tanıma” sistemi əsasında avtomatlaşdırılmış qaydada eyniləşdirilir, xidmət üzrə sənədlər isə ani vaxt rejimində icra edilərək yerində çap olunur. Artıq bu platforma “ASAN xidmət” və DOST mərkəzlərində, Heydər Əliyev Beynəlxalq Aeroportunda tətbiq edilir.
Kollegiyada məhkəmə qərarlarının icrası işinin səmərəliliyinin artırılması, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, “Elektron icra” informasiya sisteminin, özəl icra institutunun tətbiqi ilə bağlı görülən işlərdən danışılıb, həyata keçirilən təsirli tədbirlər nəticəsində 2023-cü ildə icrası təmin edilən işlərin sayının 10 faizdən çox artaraq 570 minə yaxın sənədin icrasının təmin edildiyi, hüquqi və fiziki şəxslərə 1 milyard manata yaxın, o cümlədən aliment tələbləri üzrə 80 milyon manata qədər vəsaitin ödətdirildiyi qeyd olunub.
Azadlıqdan məhrumetməyə alternativ cəzaların icrası diqqətdə saxlanılaraq hazırda 5200-dən artıq məhkuma elektron nəzarət vasitəsi tətbiq edildiyi bildirilib, dövlətimizin humanist siyasətinin təzahürü olaraq Ulu Öndər Heydər Əliyevin 100 illiyi münasibətilə imzalanmış müstəqillik tariximizin ən böyük əfv aktı ilə 801 məhkumun azadlıqdan məhrumetmə və digər cəzalardan azad edildiyi vurğulanıb. Ədliyyə infrastrukturunun müasirləşdirilməsi, o cümlədən məhkumların saxlanma şəraitinin yaxşılaşdırılması ilə bağlı görülən tədbirlər qeyd olunub.
Kollegiyada yerli demokratiyanın inkişafında mühüm rol oynayan bələdiyyələrin fəaliyyətində qanunçuluğun təmin olunması, onlara metodoloji yardımın göstərilməsi üzrə görülən tədbirlər qeyd edilib, nazirlik tərəfindən inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı hazırlanmış 2023-cü il üzrə İllik Məruzə müzakirə olunaraq Milli Məclisə təqdim olunması qərara alınıb.
Bundan əlavə, nazirliyin beynəlxalq hüquqi əməkdaşlığına toxunularaq ötən il hüquqi yardım, ekstradisiya və digər məsələlərlə bağlı 24 mindən artıq sorğunun icrasının təmin edildiyi, habelə ədliyyə sahəsində nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin həyata keçirildiyi və təcrübə mübadiləsinin aparıldığı, Azərbaycanın nailiyyətlərinə böyük maraq göstərən Belarus ədliyyə nazirinin birinci müavininin başçılıq etdiyi nümayəndə heyətinin hazırda ölkəmizdə səfərdə olduğu diqqətə çatdırılıb.
İclasda nazir müavinlərinin, baş idarə və idarə rəislərinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin və regional ədliyyə qurumlarının rəhbərlərinin çıxışları dinlənilib. Görülmüş işlərlə yanaşı, qarşıda duran vəzifələr müzakirə edilib, insanlara qayğılı münasibət göstərilməsi, vətəndaş məmnunluğunun yüksəldilməsi, şəffaflığın artırılması, nizam-intizama, etik davranış qaydalarına dönmədən riayət olunması ilə bağlı və digər konkret tapşırıqlar verilib.
Ədliyyə fəaliyyətinin müasir çağırışlara uyğun təkmilləşdirilməsi, nazirliyin elektron informasiya sistemlərinin imkanlarından istifadə olunmaqla işin səmərəli qurulması, elektron monitorinqlərin təşkili, elektron sənəd dövriyyəsi sisteminə tam keçidin təmin edilməsi, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin və regional ədliyyə qurumlarının işinin səmərəliliyinin artırılması və onlara əməli köməyin gücləndirilməsi ilə bağlı və digər aidiyyəti tədbirlər müəyyənləşdirilib.
Sonda bir sıra qeyri-kommersiya hüquqi şəxslər dövlət qeydiyyatına alınıb.

Paylaş:
Digər xəbərlər

Cəmiyyət

31-01-2024, 19:43

Ötən il Ədliyyə Nazirliyi 5700-dək hüquqi akt layihəsini hazırlayıb və ya ekspertizadan keçirib

Cəmiyyət

31-01-2024, 23:47

Ötən il Ədliyyə Nazirliyi 5700-dək hüquqi akt layihəsini hazırlayıb və ya ekspertizadan keçirib

Cəmiyyət

26-01-2024, 10:23

Baş Prokurorluqda geniş kollegiya iclası keçirilir

Cəmiyyət

26-12-2023, 23:00

Penitensiar Xidmətin Mühafizə Alayının yaradılmasının 67-ci ili qeyd edilib

Cəmiyyət

20-12-2023, 18:44

Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı test imtahanında 65 nəfər müvəffəqiyyət qazanıb

Yazarlar
Ad gününüz mübarək, Sevil xanım!
20 YANVAR - ÜMUMXALQ HÜZN GÜNÜAzərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 35 il ötür. Ocak 16, 2025 XƏBƏR
Ad gününüz mübarək, Sevil xanım!
Bu gün görkəmli Azərbaycan alimi Sara Aşurbəylinin doğum günüdür
Şərqdə ilk opera yazan qadın bəstəkar - Şəfiqə Axundova
Səbuhi Məmmədlinin ikinci ayağı da amputasiya edildi
Hadisə
7-07-2026, 13:14
Mərdəkanda faciə: Bir ailənin iki üzvü dənizdə batıb
13-05-2026, 13:07
Qaxda 4 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
12-05-2026, 10:38
Sabirabaddakı yol qəzasında ölən və yaralananların kimliyi məlum olub
12-05-2026, 09:38
Lökbatanda yanğın ərazisində xilasedicilər tərəfindən zəruri təhlükəsizlik tədbirləri davam etdirilir
11-05-2026, 12:19
Yüksək sürət gənc motosikletçinin həyatına son qoyub
11-05-2026, 12:12
Son 2 gündə 25 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Son xəbərlər
  • Сегодня, 12:42
    Azərbaycan və Qazaxıstan həmkarlar ittifaqları arasında əməkdaşlıq üzrə “Yol xəritəsi” imzalanıb
  • Сегодня, 12:39
    Gömrük nəzarətindən gizlədilən brilyant qaşlar aşkarlanıb
  • Сегодня, 12:33
    Aİ sədrliyinə hazırlaşan Litva Azərbaycanla əməkdaşlığı genişləndirmək əzmindədir
  • Вчера, 15:36
    Prokurorluq orqanlarında qulluğa qəbulla əlaqədar test imtahanında iştirak edəcək namizədlərin nəzərinə
  • Вчера, 15:33
    Əməkhaqqlarının artırılması həkimlərin öz işlərinə daha məsuliyyətlə yanaşmasına, motivasiyalarının yüksəlməsinə güclü təkan verir - RƏY
  • Вчера, 15:29
    İcraçı direktor: Növbəti mərhələlərdə həkimlərin əməyinin qiymətləndirilməsi nəticə ilə ölçülməlidir
  • Вчера, 13:12
    Bakıda IV Beynəlxalq Minatəmizləmə konfransı işə başlayıb
  • Вчера, 13:08
    Azərbaycanda humanitar minatəmizləmə fəaliyyətinə ayrılan vəsait açıqlanıb
  • Вчера, 13:04
    Azərbaycan Prezidenti: Azad edilmiş ərazilərdə genişmiqyaslı minatəmizləmə əməliyyatları yerinə yetirilir
  • Вчера, 13:02
    Prezident İlham Əliyev: 2020-ci ildən indiyədək 437 Azərbaycan vətəndaşı mina qurbanı olub
  • Вчера, 13:00
    Azərbaycan Prezidenti: Humanitar minatəmizləmə təhlükəsiz yaşayış məskənlərinin yaradılmasının təməlində dayanır
  • Вчера, 12:57
    Prezident: Azərbaycan-Vyetnam münasibətləri qarşılıqlı hörmət və dostluq ənənələrinə əsaslanır
  • 1-09-2026, 18:00
    Gömrük nəzarətinə bəyan edilməyən mallar aşkarlanıb
  • 1-09-2026, 17:55
    Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazə və ödənişlər kimlərə şamil edilmir?
  • 1-09-2026, 17:43
    Prezident İlham Əliyev: Ermənistanla birlikdə yeni yerüstü nəqliyyat kommunikasiyalarının yaradılması üzərində çalışırıq
  • 1-09-2026, 13:45
    13 il əvvəl qəsdən adam öldürülmə cinayətini təşkil etməkdə təqsirləndirilən şəxs barəsində materiallar məhkəməyə göndərilib
  • 1-09-2026, 13:41
    Bişkekdə ŞƏT-in növbəti sammiti keçirilir
  • 1-09-2026, 13:38
    Dünya mediası Prezident İlham Əliyevin Bişkekdə Nikol Paşinyanla görüşünü diqqət mərkəzində saxlayıb
  • 1-09-2026, 13:30
    Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
  • 1-09-2026, 13:27
    Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
  • 31-08-2026, 11:50
    Faktiki hava: Bəzi yerlərdə leysan yağır
  • 31-08-2026, 11:47
    Xüsusi icra məmuru fəaliyyəti üzrə müsabiqədə iştirak edən namizədlərlə müsabiqənin ikinci mərhələsi başlayır
  • 31-08-2026, 11:44
    Prezident: Azərbaycan-Qırğızıstan münasibətlərinin müttəfiqlik səviyyəsinə çatması məmnunluq doğurur
  • 31-08-2026, 10:22
    Dünya birjalarında neft bahalaşıb
  • 31-08-2026, 10:14
    Təhsilverənlərin təkrar sertifikatlaşdırılmasının müsahibə mərhələsi sentyabrın 3-dən başlanır
  • 31-08-2026, 10:12
    Bakının bəzi yollarında sıxlıq yaranıb
  • 31-08-2026, 10:09
    Azərbaycan-ŞƏT əməkdaşlığı və Avrasiyada strateji bağlantının gücü - Analitik təhlil
  • 29-08-2026, 15:04
    Ombudsman Beynəlxalq Məcburi Yoxaçıxma Qurbanları Günü ilə bağlı bəyanat yayıb
  • 29-08-2026, 12:46
    Nizami rayonunda quldurluq edən şəxs saxlanılıb
  • 29-08-2026, 12:41
    Bu gün Beynəlxalq Nüvə Sınaqlarına Qarşı Mübarizə Günüdür
  • 28-08-2026, 16:31
    Dövlət orqanlarında daxili müsahibələrin keçirilmə qrafiki müəyyənləşdirilib
  • 28-08-2026, 16:28
    Qanunsuz onlayn kazino əməliyyatları çərçivəsində daha 3 nəfər saxlanılıb
  • 28-08-2026, 09:56
    Bu ilin ikinci Ay tutulması başlayıb
  • 28-08-2026, 09:54
    Heydər Əliyev Beynəlxalq Hava Limanında “Elektron qapı sərhəd nəzarəti sistemi” istifadəyə verilib
  • 28-08-2026, 09:52
    Göyçayda narkotik tərkibli bitkilər yetişdirən şəxs tutulub
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Sevil Ağayeva
  • Telefon: (+99450) 852 18 82
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ASELA.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə