• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Dövlət Proqramının qaliblərinə xaricdə təhsil prosesi ilə bağlı məlumat verilib

Cəmiyyət

4-08-2026, 15:56

Bakı, 4 avqust.

Avqustun 4-də ADA Universitetində “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı”nın 2026/2027-ci tədris ili üzrə qalibləri ilə görüş keçirilib.

Elm və Təhsil Nazirliyinin Dövlət Proqramı İdarəetmə Qrupunun təşkilatçılığı ilə keçirilən tədbirin məqsədi proqram qaliblərini xaricdə təhsil mərhələsinə hazırlamaq, onlara proqram çərçivəsində yaradılan imkanlar və öhdəliklər barədə məlumat vermək, həmçinin iştirakçıları maraqlandıran sualları cavablandırmaq olub.

Görüşdə proqram iştirakçılarına xaricdə təhsilə hazırlıq prosesi, qarşıdakı mərhələlər, akademik və peşəkar inkişaf imkanları, eləcə də ictimai təmsilçilik məsələləri ilə bağlı ətraflı məlumat və tövsiyələr təqdim edilib.

Tədbirdə çıxış edən elm və təhsil nazirinin müavini Həsən Həsənli və Dövlət Neft Fondunun icraçı direktorunun müavini Rövşən Cavadov Dövlət Proqramının ölkədə insan kapitalının inkişafına verdiyi töhfədən, gənclərə göstərilən etimaddan və proqram iştirakçılarının gələcək fəaliyyətinə dair gözləntilərdən danışıblar.

Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Qədir Xəlilov isə 2026/2027-ci tədris ili üzrə qəbulun statistik göstəricilərini təqdim edib. O bildirib ki, təqaüdçülərin seçimi namizədlərin bilik və bacarıqları, motivasiyası, məqsədyönlülüyü və ümumi hazırlıq səviyyəsinin kompleks qiymətləndirildiyi rəqabətli seçim prosesi əsasında həyata keçirilir.

Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdir müavini Ayla Həsənova-Məmmədova çıxışında gəncləri xaricdə təhsil aldıqları müddətdə Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında fəal olmağa çağırıb, onların ictimai müzakirələrdə məsuliyyətli mövqe nümayiş etdirməsinin əhəmiyyətini vurğulayıb.

Diasporla İş üzrə Dövlət Komitəsinin Avropa ölkələri şöbəsinin müdir müavini Orxan Kərimov isə xaricdə yaşayan azərbaycanlı icmaları ilə əlaqələrin qurulmasının, ölkənin tarixi, mədəniyyəti və müasir inkişafı barədə dolğun məlumatların çatdırılmasının, həmçinin gənclərin diaspor fəaliyyətində və ictimai təşəbbüslərdə fəal iştirakının vacibliyini diqqətə çatdırıb.

Görüşdə Dövlət Proqramı məzunları da çıxış edərək təcrübələrini yeni proqram qalibləri ilə bölüşüblər. London İmperial Kollecində (Böyük Britaniya) ictimai səhiyyə ixtisası üzrə təhsil almış Aydan Poladova və Miçiqan Universitetində (ABŞ, Enn Arbor) dövlət idarəetməsi ixtisası üzrə təhsil almış Raul Məmmədov xaricdə təhsil müddətində qazandıqları akademik və peşəkar təcrübələrdən bəhs ediblər.

Tədbirdə Dövlət Proqramı İdarəetmə Qrupunun proqram iştirakçıları ilə iş üzrə mütəxəssisi Nərmin Bünyatova xaricdə təhsilə hazırlıq və növbəti mərhələlərə dair təqdimatla çıxış edib.

Sonda proqram iştirakçılarının xaricdə təhsil, maliyyələşmə və təşkilati məsələlərlə bağlı sualları cavablandırılıb.

Paylaş:
Digər xəbərlər

Cəmiyyət

10-03-2026, 12:25

Aprel ayından xaricdə təhsil üzrə Dövlət Proqramı çərçivəsində sənəd qəbuluna başlanılır

Cəmiyyət

4-08-2025, 11:34

2025/2026-cı tədris ili üçün Dövlət Proqramı çərçivəsində xaricdə təhsil almaq hüququ qazananların siyahısı açıqlanıb

Cəmiyyət

29-12-2024, 17:48

Dövlət Proqramı çərçivəsində xaricdə təhsil almaq üçün universitet və proqramların siyahısı açıqlanıb

Cəmiyyət

7-03-2025, 18:14

2022-2028-ci illər Dövlət Proqramı çərçivəsində doktoranturaya qəbul üzrə seçim qaydaları açıqlanıb

Cəmiyyət

29-07-2026, 14:50

BMU-nun 22 məzunu dünyanın nüfuzlu ali təhsil müəssisələrində

Yazarlar
Ad gününüz mübarək, Sevil xanım!
20 YANVAR - ÜMUMXALQ HÜZN GÜNÜAzərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 35 il ötür. Ocak 16, 2025 XƏBƏR
Ad gününüz mübarək, Sevil xanım!
Bu gün görkəmli Azərbaycan alimi Sara Aşurbəylinin doğum günüdür
Şərqdə ilk opera yazan qadın bəstəkar - Şəfiqə Axundova
Səbuhi Məmmədlinin ikinci ayağı da amputasiya edildi
Hadisə
7-07-2026, 13:14
Mərdəkanda faciə: Bir ailənin iki üzvü dənizdə batıb
13-05-2026, 13:07
Qaxda 4 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
12-05-2026, 10:38
Sabirabaddakı yol qəzasında ölən və yaralananların kimliyi məlum olub
12-05-2026, 09:38
Lökbatanda yanğın ərazisində xilasedicilər tərəfindən zəruri təhlükəsizlik tədbirləri davam etdirilir
11-05-2026, 12:19
Yüksək sürət gənc motosikletçinin həyatına son qoyub
11-05-2026, 12:12
Son 2 gündə 25 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Son xəbərlər
  • Вчера, 12:42
    Azərbaycan və Qazaxıstan həmkarlar ittifaqları arasında əməkdaşlıq üzrə “Yol xəritəsi” imzalanıb
  • Вчера, 12:39
    Gömrük nəzarətindən gizlədilən brilyant qaşlar aşkarlanıb
  • Вчера, 12:33
    Aİ sədrliyinə hazırlaşan Litva Azərbaycanla əməkdaşlığı genişləndirmək əzmindədir
  • 2-09-2026, 15:36
    Prokurorluq orqanlarında qulluğa qəbulla əlaqədar test imtahanında iştirak edəcək namizədlərin nəzərinə
  • 2-09-2026, 15:33
    Əməkhaqqlarının artırılması həkimlərin öz işlərinə daha məsuliyyətlə yanaşmasına, motivasiyalarının yüksəlməsinə güclü təkan verir - RƏY
  • 2-09-2026, 15:29
    İcraçı direktor: Növbəti mərhələlərdə həkimlərin əməyinin qiymətləndirilməsi nəticə ilə ölçülməlidir
  • 2-09-2026, 13:12
    Bakıda IV Beynəlxalq Minatəmizləmə konfransı işə başlayıb
  • 2-09-2026, 13:08
    Azərbaycanda humanitar minatəmizləmə fəaliyyətinə ayrılan vəsait açıqlanıb
  • 2-09-2026, 13:04
    Azərbaycan Prezidenti: Azad edilmiş ərazilərdə genişmiqyaslı minatəmizləmə əməliyyatları yerinə yetirilir
  • 2-09-2026, 13:02
    Prezident İlham Əliyev: 2020-ci ildən indiyədək 437 Azərbaycan vətəndaşı mina qurbanı olub
  • 2-09-2026, 13:00
    Azərbaycan Prezidenti: Humanitar minatəmizləmə təhlükəsiz yaşayış məskənlərinin yaradılmasının təməlində dayanır
  • 2-09-2026, 12:57
    Prezident: Azərbaycan-Vyetnam münasibətləri qarşılıqlı hörmət və dostluq ənənələrinə əsaslanır
  • 1-09-2026, 18:00
    Gömrük nəzarətinə bəyan edilməyən mallar aşkarlanıb
  • 1-09-2026, 17:55
    Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazə və ödənişlər kimlərə şamil edilmir?
  • 1-09-2026, 17:43
    Prezident İlham Əliyev: Ermənistanla birlikdə yeni yerüstü nəqliyyat kommunikasiyalarının yaradılması üzərində çalışırıq
  • 1-09-2026, 13:45
    13 il əvvəl qəsdən adam öldürülmə cinayətini təşkil etməkdə təqsirləndirilən şəxs barəsində materiallar məhkəməyə göndərilib
  • 1-09-2026, 13:41
    Bişkekdə ŞƏT-in növbəti sammiti keçirilir
  • 1-09-2026, 13:38
    Dünya mediası Prezident İlham Əliyevin Bişkekdə Nikol Paşinyanla görüşünü diqqət mərkəzində saxlayıb
  • 1-09-2026, 13:30
    Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
  • 1-09-2026, 13:27
    Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
  • 31-08-2026, 11:50
    Faktiki hava: Bəzi yerlərdə leysan yağır
  • 31-08-2026, 11:47
    Xüsusi icra məmuru fəaliyyəti üzrə müsabiqədə iştirak edən namizədlərlə müsabiqənin ikinci mərhələsi başlayır
  • 31-08-2026, 11:44
    Prezident: Azərbaycan-Qırğızıstan münasibətlərinin müttəfiqlik səviyyəsinə çatması məmnunluq doğurur
  • 31-08-2026, 10:22
    Dünya birjalarında neft bahalaşıb
  • 31-08-2026, 10:14
    Təhsilverənlərin təkrar sertifikatlaşdırılmasının müsahibə mərhələsi sentyabrın 3-dən başlanır
  • 31-08-2026, 10:12
    Bakının bəzi yollarında sıxlıq yaranıb
  • 31-08-2026, 10:09
    Azərbaycan-ŞƏT əməkdaşlığı və Avrasiyada strateji bağlantının gücü - Analitik təhlil
  • 29-08-2026, 15:04
    Ombudsman Beynəlxalq Məcburi Yoxaçıxma Qurbanları Günü ilə bağlı bəyanat yayıb
  • 29-08-2026, 12:46
    Nizami rayonunda quldurluq edən şəxs saxlanılıb
  • 29-08-2026, 12:41
    Bu gün Beynəlxalq Nüvə Sınaqlarına Qarşı Mübarizə Günüdür
  • 28-08-2026, 16:31
    Dövlət orqanlarında daxili müsahibələrin keçirilmə qrafiki müəyyənləşdirilib
  • 28-08-2026, 16:28
    Qanunsuz onlayn kazino əməliyyatları çərçivəsində daha 3 nəfər saxlanılıb
  • 28-08-2026, 09:56
    Bu ilin ikinci Ay tutulması başlayıb
  • 28-08-2026, 09:54
    Heydər Əliyev Beynəlxalq Hava Limanında “Elektron qapı sərhəd nəzarəti sistemi” istifadəyə verilib
  • 28-08-2026, 09:52
    Göyçayda narkotik tərkibli bitkilər yetişdirən şəxs tutulub
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Sevil Ağayeva
  • Telefon: (+99450) 852 18 82
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ASELA.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə