• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

AHİK: Süni intellektin tətbiqi əsassız ixtisarlara səbəb olmamalıdır

Cəmiyyət

4-08-2026, 15:40

Bakı, 4 avqust.

Beynəlxalq təşkilatların və tədqiqat mərkəzlərinin araşdırmaları göstərir ki, daha çox təkrarlanan və standart qaydalar əsasında yerinə yetirilən işlər süni intellektin təsirinə məruz qalır. Bunlara kargüzarlıq və sənəd dövriyyəsinin idarəolunması, mühasibatlıq üzrə bəzi əməliyyatlar, çağrı mərkəzlərində standart müraciətlərin cavablandırılması və digər oxşar sahələr daxildir. Ən böyük təsir təkrarlanan işlərdə müşahidə olunsa da, süni intellekt, demək olar ki, bütün peşələrdə iş proseslərinin təşkilinə təsir göstərir. Məsələn, hüquq sahəsində iddia ərizələrinin, müqavilələrin və digər hüquqi sənədlərin ilkin layihələrinin hazırlanmasına dəstək göstərilməsi, böyük həcmdə hüquqi məlumatların qısa müddətdə təhlil edilməsi, tibb sahəsində isə klinik qərarların qəbulunda yardımçı analitik vasitə kimi istifadə olunması və sənədləşmə prosesinin sürətləndirilməsi kimi işlərdə süni intellekt mütəxəssislərin iş yükünün müəyyən hissəsinin optimallaşdırılmasına və vaxta qənaət edilməsinə imkan yaradır. Bu tendensiyanı digər fəaliyyət sahələrində də görmək mümkündür. Bununla yanaşı, elə sahələr və peşələr var ki, burada insanın bilik və təcrübəsi, peşəkar mühakiməsi, ünsiyyət bacarıqları və vəziyyətə uyğun düzgün qərar verməsi həlledici əhəmiyyət daşıyır. Belə hallarda süni intellekt yalnız köməkçi vasitə rolunu oynaya bilər.

Bu barədə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasından (AHİK) məlumat verilib.

“AHİK-in yanaşması budur ki, insan əmək fəaliyyətinin mərkəzində dayanır. Süni intellekt isə insan əməyini dəstəkləyən və onun səmərəliliyini artıran texnoloji vasitədir. Əsas məsələ işçilərin süni intellektdən səmərəli istifadə etməyi bacarmasıdır. Bu baxımdan gələcək əmək bazarında süni intellekt əsasən insan əməyini tamamlayan, iş proseslərini daha effektiv və məhsuldar edən bir alət kimi çıxış etməlidir. Bu sahədə ən önəmli vasitələrdən biri ilk növbədə, süni intellektin əmək bazarına mümkün təsirlərinin qabaqcadan qiymətləndirilməsi və ixtisar əsaslarının real olub-olmamasının təhlil edilməsidir. Xüsusilə vurğulanmalıdır ki, hökumət, AHİK və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında bağlanmış 2026-2028-ci illər üçün Baş Kollektiv Sazişdə də rəqəmsallaşma, yeni texnologiyalar və süni intellektin əmək bazarına mümkün təsirlərinin qabaqcadan qiymətləndirilməsi nəzərdə tutulub. Sazişə əsasən, işəgötürənlər tərəfindən iş yerlərinin azalması riski ilə üzləşə biləcək işçilərin müəyyənləşdirilməsi, bu barədə illik hesabatların hazırlanmasının təşviqi, habelə yeni texnologiyalar tətbiq edilməzdən əvvəl əmək bazarına təsirin qiymətləndirilməsinin aparılması mühüm öhdəliklər sırasında yer alıb. Hesab edirik ki, süni intellektin tətbiqi heç bir halda əsassız ixtisarlara səbəb olmamalıdır. Çünki bu cür qərarlar insanların sosial vəziyyətinə və məşğulluğuna birbaşa təsir göstərir. Əksinə, belə dəyişikliklər planlaşdırılarkən öncə işəgötürən və həmkarlar ittifaqları arasında səmərəli sosial dialoq qurulmalıdır. Əgər texnoloji yeniliklər nəticəsində hansısa işin məzmunu dəyişirsə, ilk addım yeni bacarıqlar qazanılmasına şərait yaratmaq olmalıdır. Bunun üçün yenidən ixtisaslaşma və peşə hazırlığı proqramlarından istifadə edilməli, mümkün olduğu hallarda isə işçinin müəssisənin daxilində başqa işə keçirilməsi imkanları dəyərləndirilməlidir”,- deyə sorğuya cavabda qeyd edilib.

Paylaş:
Digər xəbərlər

Cəmiyyət

9-07-2024, 23:22

BDU-da Süni intellekt etikası kafedrası yaradılır

Dünya

6-02-2025, 10:51

Professor: Süni intellekt ürək xəstəliklərinin diaqnozunda inqilabi rol oynayacaq

Cəmiyyət

28-03-2026, 09:54

İnformasiya Texnologiyaları İnstitutunda süni intellekt sahəsində dərc olunan elmi əsərlərin xülasələri toplusu dərc olunub

Cəmiyyət

11-06-2026, 15:17

Qərbi Azərbaycan İcmasında süni intellektin idarə olunması mövzusunda məlumatlandırma sessiyası

Dünya

9-05-2024, 10:36

Mütəxəssislər xəbərdarlıq edirlər: Süni intellekt sosial nizamı məhv edə bilər

Yazarlar
Ad gününüz mübarək, Sevil xanım!
20 YANVAR - ÜMUMXALQ HÜZN GÜNÜAzərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 35 il ötür. Ocak 16, 2025 XƏBƏR
Ad gününüz mübarək, Sevil xanım!
Bu gün görkəmli Azərbaycan alimi Sara Aşurbəylinin doğum günüdür
Şərqdə ilk opera yazan qadın bəstəkar - Şəfiqə Axundova
Səbuhi Məmmədlinin ikinci ayağı da amputasiya edildi
Hadisə
7-07-2026, 13:14
Mərdəkanda faciə: Bir ailənin iki üzvü dənizdə batıb
13-05-2026, 13:07
Qaxda 4 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
12-05-2026, 10:38
Sabirabaddakı yol qəzasında ölən və yaralananların kimliyi məlum olub
12-05-2026, 09:38
Lökbatanda yanğın ərazisində xilasedicilər tərəfindən zəruri təhlükəsizlik tədbirləri davam etdirilir
11-05-2026, 12:19
Yüksək sürət gənc motosikletçinin həyatına son qoyub
11-05-2026, 12:12
Son 2 gündə 25 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Son xəbərlər
  • Вчера, 12:42
    Azərbaycan və Qazaxıstan həmkarlar ittifaqları arasında əməkdaşlıq üzrə “Yol xəritəsi” imzalanıb
  • Вчера, 12:39
    Gömrük nəzarətindən gizlədilən brilyant qaşlar aşkarlanıb
  • Вчера, 12:33
    Aİ sədrliyinə hazırlaşan Litva Azərbaycanla əməkdaşlığı genişləndirmək əzmindədir
  • 2-09-2026, 15:36
    Prokurorluq orqanlarında qulluğa qəbulla əlaqədar test imtahanında iştirak edəcək namizədlərin nəzərinə
  • 2-09-2026, 15:33
    Əməkhaqqlarının artırılması həkimlərin öz işlərinə daha məsuliyyətlə yanaşmasına, motivasiyalarının yüksəlməsinə güclü təkan verir - RƏY
  • 2-09-2026, 15:29
    İcraçı direktor: Növbəti mərhələlərdə həkimlərin əməyinin qiymətləndirilməsi nəticə ilə ölçülməlidir
  • 2-09-2026, 13:12
    Bakıda IV Beynəlxalq Minatəmizləmə konfransı işə başlayıb
  • 2-09-2026, 13:08
    Azərbaycanda humanitar minatəmizləmə fəaliyyətinə ayrılan vəsait açıqlanıb
  • 2-09-2026, 13:04
    Azərbaycan Prezidenti: Azad edilmiş ərazilərdə genişmiqyaslı minatəmizləmə əməliyyatları yerinə yetirilir
  • 2-09-2026, 13:02
    Prezident İlham Əliyev: 2020-ci ildən indiyədək 437 Azərbaycan vətəndaşı mina qurbanı olub
  • 2-09-2026, 13:00
    Azərbaycan Prezidenti: Humanitar minatəmizləmə təhlükəsiz yaşayış məskənlərinin yaradılmasının təməlində dayanır
  • 2-09-2026, 12:57
    Prezident: Azərbaycan-Vyetnam münasibətləri qarşılıqlı hörmət və dostluq ənənələrinə əsaslanır
  • 1-09-2026, 18:00
    Gömrük nəzarətinə bəyan edilməyən mallar aşkarlanıb
  • 1-09-2026, 17:55
    Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazə və ödənişlər kimlərə şamil edilmir?
  • 1-09-2026, 17:43
    Prezident İlham Əliyev: Ermənistanla birlikdə yeni yerüstü nəqliyyat kommunikasiyalarının yaradılması üzərində çalışırıq
  • 1-09-2026, 13:45
    13 il əvvəl qəsdən adam öldürülmə cinayətini təşkil etməkdə təqsirləndirilən şəxs barəsində materiallar məhkəməyə göndərilib
  • 1-09-2026, 13:41
    Bişkekdə ŞƏT-in növbəti sammiti keçirilir
  • 1-09-2026, 13:38
    Dünya mediası Prezident İlham Əliyevin Bişkekdə Nikol Paşinyanla görüşünü diqqət mərkəzində saxlayıb
  • 1-09-2026, 13:30
    Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
  • 1-09-2026, 13:27
    Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
  • 31-08-2026, 11:50
    Faktiki hava: Bəzi yerlərdə leysan yağır
  • 31-08-2026, 11:47
    Xüsusi icra məmuru fəaliyyəti üzrə müsabiqədə iştirak edən namizədlərlə müsabiqənin ikinci mərhələsi başlayır
  • 31-08-2026, 11:44
    Prezident: Azərbaycan-Qırğızıstan münasibətlərinin müttəfiqlik səviyyəsinə çatması məmnunluq doğurur
  • 31-08-2026, 10:22
    Dünya birjalarında neft bahalaşıb
  • 31-08-2026, 10:14
    Təhsilverənlərin təkrar sertifikatlaşdırılmasının müsahibə mərhələsi sentyabrın 3-dən başlanır
  • 31-08-2026, 10:12
    Bakının bəzi yollarında sıxlıq yaranıb
  • 31-08-2026, 10:09
    Azərbaycan-ŞƏT əməkdaşlığı və Avrasiyada strateji bağlantının gücü - Analitik təhlil
  • 29-08-2026, 15:04
    Ombudsman Beynəlxalq Məcburi Yoxaçıxma Qurbanları Günü ilə bağlı bəyanat yayıb
  • 29-08-2026, 12:46
    Nizami rayonunda quldurluq edən şəxs saxlanılıb
  • 29-08-2026, 12:41
    Bu gün Beynəlxalq Nüvə Sınaqlarına Qarşı Mübarizə Günüdür
  • 28-08-2026, 16:31
    Dövlət orqanlarında daxili müsahibələrin keçirilmə qrafiki müəyyənləşdirilib
  • 28-08-2026, 16:28
    Qanunsuz onlayn kazino əməliyyatları çərçivəsində daha 3 nəfər saxlanılıb
  • 28-08-2026, 09:56
    Bu ilin ikinci Ay tutulması başlayıb
  • 28-08-2026, 09:54
    Heydər Əliyev Beynəlxalq Hava Limanında “Elektron qapı sərhəd nəzarəti sistemi” istifadəyə verilib
  • 28-08-2026, 09:52
    Göyçayda narkotik tərkibli bitkilər yetişdirən şəxs tutulub
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Sevil Ağayeva
  • Telefon: (+99450) 852 18 82
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ASELA.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə