• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Bəradər Səməndərli: "TARİX BİZİ, BİZ TARİXİ YAZIRIQ"

Yazarlar

2-10-2023, 22:01


Bəradər Səməndərli

TARİX BİZİ, BİZ TARİXİ YAZIRIQ

Qəlbimizdə hiylə-kələk, məkr yox,
Haqq işinin tarix yazanlarıyıq.
Biz düşmənə dost gözüylə baxırıq,
Mərhəmətli Allah adamlarıyıq.

Amalımız zəiflərə köməkdir,
Əməlimiz ətir saçan çiçəkdir.
Sərvətimiz qüdrətimiz deməkdir,
Pətəyindən bal süzulən arıyıq.

Bütün dünya indi bizi seyr edir,
Azərbaycan-Türkiyə bir köylüdür.
Dilimiz də, dinimiz də eynidir,
Bir ağacın köklü budaqlarıyıq.

Millətimdə özü boyda ürək var,
Tükənməyən min bir arzu-dilək var.
İlahidən üzümüzə çörək var,
Bəhər verən, bar gətirən darıyıq.

Elə bilmə, iynəylə gör qazırıq,
Tarix bizi, biz tarixi yazırıq.
Buyursunlar, barışığa hazırıq,
Ağıllı insanların dostlarıyıq.

Yatanların çəkilibdi kölgəsi,
İlanları məst eləyir ney sesi,
Ruh ağacdı, poeziya meyvəsi,
Səməndərli, sözün xridarıyıq.

İNSAN

Gör necə cızından çıxıbdı bəşər,
Heyvandan götürür ibrəti insan.
Başqa canlılardan görməyir zərər,
Yaradır qəzəbi, nifrəti insan.

Çoxuna gəlməsin dan, bu sətirlər,
Ayaq qoyulası deyil ləpirlar.
Mərdi qova-qova namərd edirlər,
Dəyişir çarəsiz, sürəti insan.

Ağılsız insanı şeytan azdırar,
Sərt qısın onündə bahar-yaz durar.
Cəhənnəm oduna adın yazdırar,
Dilinə gətirsə, qeybəti insan.

Hər kəs mənliyini özü qazansın,
İtirsə, özündən özü utansın.
Bazarda satılmır, təzədən alsın,
Əxlaqı, vicdanı, qeyrəti insan.

Bu mizan-tərəzi yaman pozulub,
Əyrinin oduna yanan düz olub.
Üzündə Allahın adı yazılıb,
Quran ayəsidi, surədi insan.

Bəradər, savaba qatma günahı,
Unutma dünəni, düşün sabahı.
Hər kəsin özüdür ziyarətgahı,
Məkkə, Mədinədi, qiblədi insan.

QAŞLA GÖZÜN ARASINDA

Heç kəs bilmir növbəsini,
Gedənlərin sırasında.
Ölüm haqlayır adamı,
Qaşla gözün arasında.

Qısa ömrü elə sür ki,
Öləndə çıxmasın çirki.
Ölüm elə mələkdir ki,
Bilən yoxdu çarasın da.

Çalış yaxşı adla tanın,
Bil ki, əmanətdi canın.
Gizlənəcəksən dünyanın,
Axı, qaçıb harasında?

Kim dünyadan doyub gedir,
Günahların yuyub, gedir?
Bu dünyada qoyub gedir
Malın, pulun-parasın da.

Ölüm hər kəsə olacaq,
Sanma kimsa qurtaracaq.
Özü ilə aparacaq
Məzara, üz qarasın da.

Bəradər, borcluyuq canı,
Təmizlə dildən tikanı.
Dünyanın heç bir dərmanı,
Sağaltmır söz yarasın da.

VAR

Gecəylə gündüzü qarısıq salıb,
Bu geniş dünyanı dar edənlər var.
Yaramaz işlərlə öz özlərini,
El-aləm içində xar edənlər var.

Meşə dərdsiz olar ayılar qansa,
Ədalət yerini tutar haçansa.
Yağ ilə bal kimi yaşamaqdansa,
Ayranı çürüdüb şor edənlər var.

Dağ dərə üçündü, dərə dağ üçün,
Çox gözəl həyatdı, yaşamaq üçün.
Başını bəlaya salmamaq ücün,
Gözün kor, qulağın kar edənlər var.

Bəradər, dərdləşək gəlsənə, hərdən,
Bivec yaranıbı fərsiz, əzəldən.
Duzsuz danısıqdan, yersiz əməldən,
Görəsən, heç həya, ar edənlər var.

NƏ AD VERƏSƏN BELƏ İNSANLARA?

Çox biləndə az danışar düz adam,
Boş nağara səs çıxarar ucadan,
Qapıdan qovanda girər bacadan,
Gəzər otaqları, çixar kandara,
Nə ad verəsən belə insanlara?

Şəhid oldu, şirin cana qıyanlar,
Vətən torpaq sevgisini duyanlar.
Toy-bayramda iştahı olmayanlar,
Hücum çəkirlər yasda ehsanlara,
Nə ad verəsən belə insanlar?

"Kişi" olub hər yerindən qalxanlar,
Seldən, sudan yaranarlar yarğanlar
Çöldə tülküdən, çaqqaldan qorxanlar
Evdə dönürlər şirə, aslanlara,
Nə ad verəsən belə insanlara?

Meydan sulayır külə köz deyənlər,
Düzə əyri, əyriyə düz deyənlər,
Beş qəpiyə dərisi dəyməyənlər,
Özlərin tay tuturlar sultanlara,
Nə ad verəsən belə insanlara?

Gününü bük Göy əskiyə, göynəmə,
Dərdi-qəmi daş-divara söyləmə.
Səməndərli, nəfsini qul eyləmə,
İnsana bənzər cinə, şeytanlara,
Nə ad verəsən belə insanlara?

ƏZİZİM

Yaxşılıgın yamanlıqdı cavabı,
Bu, həyatın təzadıdı əzizim.
Alnımıza yazılanlar yaşanır,
Qədər budu, qəza budu əzizim.

Açma külək, dərdlərimin bələyin,
Yolma fələk, gözlərimin lələyin.
Bu dərd-qübar Şeytan adlı mələyin
Fitnəsidi, fəsadıdı əzizim.

Əməllərin sabahına əkər qəm,
Günahların gözlərindən çəkər nəm,
O dünyada gedəcəyin cəhənnəm,
Bu dünyanın əzabıdı əzizim.

Qarşıdadı məsələlər, misallar,
Çox olacaq yediyini qusanlar.
İnkir-minkir verəcəyi suallar,
Ömrün hesab-kitabıdı əzizim?

Bəzən kiçik təpəyə dağ deyirlər,
El dilində mıxa, qadaq deyirlər.
Canavara da yalquzaq deyirlər,
Hər ikisi öz adıdı əzizim.

Nədən qısa ömür sürür gül görən?
Tez yetişir, meyvələrdən gün görən.
Təbi verən, istedadı göndərən,
Bəradərin mövlasıdı əzizim.

FƏLƏK SAYDIĞIN SAYIBDI

Getdi o şən çağlarımız,
Dağılıbdı sıramız da.
Artıq-əskik danışmazdıq,
Pərdə vardı aramızda.

Sinəsi söz sərvətiylə,
Mənəvi var-dövlətiylə,
İmanıyla, ismətiylə,
Mələk idi anamız da.

Nə göz tökər, qaş oyardıq,
Nə ev sökər, daş oyardıq.
Deyə-gülə yaşayardıq,
Gözəl idi dünyamız da

Sevinc üzdən çəkilməzdi,
Bel də vaxtsız bükülməzdü.
Ovulmazdı, tökülməzdi
Daşımız da, qayamız da.

Həyatımız abad idi,
Abırımız niqab idi.
O daxili hicab idi,
Yerindəydi həyamız da.

Fələk saydığın sayıbdı,
Yaxşı heç nə qalmayıbdı.
Daha mamır bağlayıbdı,
Daşımız da, qayamız da.

Bəradər, gəl etmə qürüb,
Fitnə-fəsad səni yorub.
Halallıq ustündə durub
Kökümüz də, mayamız da.

Paylaş:
Digər xəbərlər

Mədəniyyət

29-09-2023, 23:24

Ordubadda dövlət tarix-mədəniyyət qoruğu yaradılacaq

Cəmiyyət

29-09-2023, 22:00

AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev Qənirə Paşayevanın vəfatı ilə əlaqədar onun yaxınlarına başsağlığı verib

Mədəniyyət

29-09-2023, 12:08

“Uzun Həsən - Ağqoyunlu dövlətinin hökmdarı” sərgisi açılır - İlk dəfə!

Siyasət

1-10-2023, 20:40

Zəngilan yeni inkişaf dövrünə qədəm qoyur

Siyasət

2-10-2023, 10:50

Səttar Möhbalıyev: “Uzun illər işğala rəvac verən ölkələr Azərbaycanın gücünə və iradəsinə bələd oldular”

Yazarlar
Ad gününüz mübarək, Sevil xanım!
20 YANVAR - ÜMUMXALQ HÜZN GÜNÜAzərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 35 il ötür. Ocak 16, 2025 XƏBƏR
Ad gününüz mübarək, Sevil xanım!
Bu gün görkəmli Azərbaycan alimi Sara Aşurbəylinin doğum günüdür
Şərqdə ilk opera yazan qadın bəstəkar - Şəfiqə Axundova
Səbuhi Məmmədlinin ikinci ayağı da amputasiya edildi
Hadisə
13-05-2026, 13:07
Qaxda 4 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
12-05-2026, 10:38
Sabirabaddakı yol qəzasında ölən və yaralananların kimliyi məlum olub
12-05-2026, 09:38
Lökbatanda yanğın ərazisində xilasedicilər tərəfindən zəruri təhlükəsizlik tədbirləri davam etdirilir
11-05-2026, 12:19
Yüksək sürət gənc motosikletçinin həyatına son qoyub
11-05-2026, 12:12
Son 2 gündə 25 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
9-05-2026, 17:56
Bərdədə ödəmə terminallarından 40 min manat oğurlayan şəxslər saxlanılıb
Son xəbərlər
  • Сегодня, 10:15
    Cari ildə tədris prosesində iştirak edən müəllimlərin sayı açıqlanıb
  • Сегодня, 09:27
    Neftçilər Milli Qurtuluş Gününü qeyd ediblər
  • Сегодня, 09:24
    BDU-nu ən yüksək Ümumi Orta Müvəffəqiyyət Göstəricisi ilə bitirən məzunların adları açıqlanıb
  • Сегодня, 09:22
    Bakı Dövlət Universitetinin “Məzun günü” qeyd olunub
  • Сегодня, 08:34
    Azərbaycan məktəblərində “Son zəng” sədaları
  • Сегодня, 08:32
    Cəmşid Naxçıvanski adına Hərbi Liseyin 54-cü buraxılış mərasimi olub
  • Вчера, 21:32
    Balakəndə 10 tona yaxın çətənə kolu məhv edilib
  • Вчера, 21:29
    Alparslan Bayraktar: TANAP Avropanın enerji təhlükəsizliyinin əsas təminatçısıdır
  • Вчера, 21:18
    HDQ-də döyüş atışlı taktiki təlim olub
  • 11-06-2026, 15:17
    Qərbi Azərbaycan İcmasında süni intellektin idarə olunması mövzusunda məlumatlandırma sessiyası
  • 11-06-2026, 15:14
    Ekspert: İstanbul Bəyannaməsi Türkiyə, Azərbaycan və Gürcüstan əlaqələrinə dair vizyonu əks etdirir
  • 11-06-2026, 15:12
    Bu ilin 5 ayı ərzində 4 tondan çox narkotik vasitə və psixotrop maddələr müsadirə olunub
  • 11-06-2026, 15:09
    Bu ilin 5 ayı ərzində “802” xidmətinə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 38 müraciət daxil olub
  • 11-06-2026, 15:07
    Fərid Şəfiyev: Dayanıqlı sülh üçün Azərbaycanın qanuni tələbləri tam şəkildə təmin edilməlidir
  • 11-06-2026, 15:05
    Cənubi Qafqazda yeni geosiyasi reallıqlar və Azərbaycanın sülh gündəliyi müzakirəyə çıxarılıb
  • 11-06-2026, 15:03
    Azərbaycan müdafiə naziri Pakistan tərəfinə başsağlığı verib
  • 10-06-2026, 19:28
    Yasamal rayonunda Həsən bəy Zərdabi küçəsindəki obyektdə yanğın baş verib
  • 10-06-2026, 19:26
    Sabunçu rayonunda 46 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb
  • 10-06-2026, 19:24
    Valideynlərin sosial şəbəkə platformalarına nəzarət mexanizmi güclənəcək RƏY
  • 10-06-2026, 19:19
    Hərbi Dəniz Qüvvələrində döyüş atışlı taktiki təlim
  • 10-06-2026, 13:22
    Saxta sənədlərlə daşınmaz əmlak əldə edənləri nə gözləyir? - Ali Məhkəmədən vacib qərardad
  • 10-06-2026, 13:17
    Azərbaycanın müdafiə naziri Serbiyada rəsmi səfərdədir
  • 10-06-2026, 11:08
    Yasamal rayonunda yanğın təhlükəli obyektin fəaliyyəti dayandırılıb
  • 10-06-2026, 10:00
    Yazlıq taxıl sahələrinin sığortalanması müddəti iyunun 15-də başa çatır
  • 10-06-2026, 09:58
    Azərbaycan nefti 95 dollara satılır
  • 10-06-2026, 09:56
    Araz çayında batan şəxsin meyiti tapılıb
  • 10-06-2026, 09:54
    Azərbaycan və Litva arasında siyasi məsləhətləşmələrin növbəti raundu aparılıb
  • 9-06-2026, 15:52
    Rəsmi Bakının məqsədi regionda sülhə nail olmaq və iqtisadi inkişafa təkan verməkdir
  • 9-06-2026, 12:59
    Kəlbəcərdə Günəş panelli avtonom radiomonitorinq stansiyası istifadəyə verilib
  • 9-06-2026, 12:57
    Süni intellekt dövründə insan hüquqlarının gələcəyi Bakıda müzakirə olunacaq
  • 9-06-2026, 12:55
    Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb
  • 9-06-2026, 12:53
    Azərbaycanın xarici işlər naziri Yaponiyaya rəsmi səfərə yola düşüb
  • 9-06-2026, 12:51
    XİN beynəlxalq təhlükəsizlik mühitində artan risklərlə bağlı bəyanat yayıb
  • 9-06-2026, 12:47
    Azov dənizində zərər görən gəmilərin 19 nəfər azərbaycanlı heyət üzvü ölkəmizə yola salınıb
  • 8-06-2026, 14:45
    Gömrük əməkdaşlarının insan alveri və məcburi əmək hallarının aşkarlanması sahəsində bilikləri artırılır
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Sevil Ağayeva
  • Telefon: (+99450) 852 18 82
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ASELA.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə