• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Nəyi, necə, nə vaxt etmək lazım olduğunu hamıdan yaxşı bilən Lider

Siyasət

22-12-2023, 09:15

Dekabrın 21- də xalqımız, eləcə də dünya ictimaiyyəti daha bir tarixi hadisənin şahidi oldu. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva Xocavənd, Xocalı rayonlarına və Şuşaya səfərlərindən sonra Xankəndidə keçirilən “Qarabağ” və MOİK komandaları arasında Azərbaycan Kubokunun 1/8 final mərhələsinin oyununu izlədilər. Prezident, Ali Baş Komandan İlham Əliyevin stadionda topa ilk toxunuşu mənə qeyri-ixtiyari olaraq dövlət başçımızın tarixi sözlərini xatırlatdı: “Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm”. Prezident və Birinci xanımın birlikdə işğaldan azad edilmiş topaqlarımızı qarış-qarış gəzmələri, sürətlə davam etdirilən yenidənqurma, abadlıq və tikinti-bərpa işləri ilə şəxsən tanış olmaları, Xankəndi şəhər stadionunda Azərbaycanın futbol komandalarının yarışını azərbaycanlı azarkeşlərlə, o cümlədən şəhid övladları ilə birlikdə tam təhlükəsiz izləmələri, eyni zamanda, soydaşlarımızın ata- baba yurdlarına qayıtmaları dünyaya bir daha bəyan etdi ki, Qarabağ Azərbaycandır!
Bu fikirləri siyasi şərhçi Əliqismət Bədəlov bildirib.
O deyib ki, bütün bunlar nə röya, nə də xəyaldır. Prezident İlham Əliyevin düşünülmüş xarici siyasətinin məntiqi nəticəsidir. Necə deyərlər, bu, dövlət başçımızın 20 il ərzində yaratdığı möcüzədir. Ə.Bədəlov söhbət zamanı bir əhvalatı da xatırlatmağı özünə borc bildi: “Həmin hadisədən dörd ildən artıq vaxt keçib. 2019-cu il mayın 10 -da Ermənistanın baş naziri Nikol Paşinyanın Şuşanın işğalının 27-ci ilini qeyd etmək üçün Şuşa şəhərinə gəlməsini xatırlatmağım təsadüfi deyil. Yəqin ki, bu “tədbiri” heç kim unutmayıb. Paşinyan həmin “tədbirə” tək gəlməmişdi. Bu işğalda xüsusi rolu olmuş və əli dinc azərbaycanlıların qanına batmış sabiq prezident Serj Sarkisyan da daxil olmaqla, bir çox erməni rəsmisi Şuşaya gəlmişdi. Paşinyan əvvəlcə işğal şərəfinə şərab içdi, sonra isə Azərbaycan şəhərində Azərbaycan xalq mahnısına oynayan ermənilərə qoşulub Yallı getdi. Bu hadisədən sonra xarici anti-Azərbaycan qüvvələrin yerlərdəki əlaltıları, sapı özümüzdən olan “balatacıqlar” dərhal hakimiyyətə hücuma keçdilər. Guya, Paşinyanın Şuşada Yallı getməsi bunların olmayan vətənpərvərlik hisslərinə toxunubmuş. Sanki 1992-ci il hadisəsini, silahlı yolla hakimiyyətə gəlməyi təkrarlamaq istəyirdilər. Guya, indiki hakimiyyət torpaqlarımızı işğaldan azad edə bilmir, əksinə, Paşinyan Şuşada Yallı gedir. Həmin vaxt Prezident İlham Əliyev böyük səbr, təmkin, siyasi iradə nümayiş etdirdi. Qaragüruhçuların hay-küyünə əhəmiyyət vermədi. Sonra baş verən hadisələr bir daha nümayiş etdirdi ki, nəyi, necə, nə vaxt etmək lazım olduğunu hamıdan yaxşı o, özü bilirmiş”.
Ə.Bədəlov 2020-ci il sentyabrın 27-də Ermənistanın başladığı genişmiqyaslı təxribatlardan, sonradan açıq şəkildə müharibəyə çevirməsindən söhbət açıb. Deyib ki, həm anti-Azərbaycan qüvvələrinin, onlara dəstək verən Ermənistanın havadarlarının, həm də yerlərdəki hakimiyyət hərislərinin arzuları ürəklərində qaldı: “Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yenilməz ordumuzun ilk gündən düşmənə ağır zərbələr endirməsi, müharibə başlayandan bir gün sonra torpaqlarımızı hissə-hissə işğaldan azad etməsi, ermənilərin, onların himayədarlarının və yerlərdəki xainlərin ümidlərini alt-üst etdi. Hətta Vətən müharibəsi başlayanda bütün siyasi partiyalar həmrəylik nümayiş etdirib Prezidentin ətrafında sıx birləşəndə həmin xainlər bu həmrəyliyə qoşulmadılar. Bu gün də onlar öz xislətlərini ört- basdır edə bilmir, fevralın 7- də keçiriləcək növbədənkənar prezident seçkilərində iştirakdan imtina edir, hətta boykota əl atırlar”.
Siyasi şərhçi növbədənkənar prezident seçkilərini boykot etmək istəyənlərə 20 il əvvəl Azərbaycan xalqının cənab İlham Əliyevə böyük etimad göstərərək prezident seçkilərində Prezident vəzifəsinə seçdiyini xatırladıb. O vaxt Prezident İlham Əliyev andiçmə mərasimindəki çıxışı zamanı Konstitusiyaya və “Qurani-Kərim”ə əl basaraq and içmişdi ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcək, torpaqlarımızı işğaldan azad edəcək və ölkəmizin ərazi bütövlüyünü qoruyacaq. Bu, həm də Ulu Öndər Heydər Əliyevin vəsiyyəti idi. Son 20 il ərzində verdiyi bütün vədlər, qarşıya qoyduğu bütün vəzifələr icra edildi-ata vəsiyyətini yerinə yetirdi. Üç ay bundan əvvəl birgünlük antiterror tədbirləri nəticəsində Xankəndi işğaldan azad edildi, ərazi bütövlüyümüz bərpa olundu. Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi. Bu gün bütün Qarabağ bölgəsində Azərbaycan Bayrağı dalğalanır. Bu, böyük tarixi hadisədir. Azərbaycan xalqı, dünya azərbaycanlıları bu Zəfər ilə əbədi fəxr edəcək.
“Gələn il keçiriləcək növbədənkənar prezident seçkilərində də xalq otuz ilə yaxın müddətdə işğal altında olan ərazilərimizi düşməndən azad edən, tarixi Qələbəyə imza atan, keçmiş məcburi köçkün soydaşlarımızın dədə-baba yurdlarına təhlükəsiz qayıtmlarını təmin edən, Qarabağda genişmiqyaslı yenidənqurma, tikinti-bərpa işlərinin həyata keçrilməsinə rəhbərlik edən Prezident İlham Əliyevin ətrafında sıx birləşəcək və yekdilliklə onu yenidən Prezident seçəcək”-deyə Ə.Bədəlov bildirib.

Paylaş:
Digər xəbərlər

Siyasət / Cəmiyyət

22-12-2023, 09:10

Nəyi, necə, nə vaxt etmək lazım olduğunu hamıdan yaxşı bilən Lider

Siyasət

21-12-2023, 23:13

Prezident: “Bundan sonra bu torpaqlarda Azərbaycan Bayrağı əbədi dalğalanacaq”

Cəmiyyət

21-12-2023, 23:05

Prezident İlham Əliyev 2023-cü ilin idman yekunları ilə bağlı təşkil olunmuş mərasimdə idman ictimaiyyətinin təltif edilmiş nümayəndələri ilə görüşüb YENİLƏNİB VİDEO 21.12.2023 [16:53] A+ A-

Gündəm

20-12-2023, 19:02

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocalı rayonunun Şuşakənd kəndinin ərazisinə baxış keçiriblər

İdman

21-12-2023, 23:02

Qurban Qurbanov: Kubok oyunlarımızın hamısını Xankəndidə keçirə bilərik

Yazarlar
Ad gününüz mübarək, Sevil xanım!
20 YANVAR - ÜMUMXALQ HÜZN GÜNÜAzərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 35 il ötür. Ocak 16, 2025 XƏBƏR
Ad gününüz mübarək, Sevil xanım!
Bu gün görkəmli Azərbaycan alimi Sara Aşurbəylinin doğum günüdür
Şərqdə ilk opera yazan qadın bəstəkar - Şəfiqə Axundova
Səbuhi Məmmədlinin ikinci ayağı da amputasiya edildi
Hadisə
7-07-2026, 13:14
Mərdəkanda faciə: Bir ailənin iki üzvü dənizdə batıb
13-05-2026, 13:07
Qaxda 4 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
12-05-2026, 10:38
Sabirabaddakı yol qəzasında ölən və yaralananların kimliyi məlum olub
12-05-2026, 09:38
Lökbatanda yanğın ərazisində xilasedicilər tərəfindən zəruri təhlükəsizlik tədbirləri davam etdirilir
11-05-2026, 12:19
Yüksək sürət gənc motosikletçinin həyatına son qoyub
11-05-2026, 12:12
Son 2 gündə 25 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Son xəbərlər
  • Вчера, 11:50
    Faktiki hava: Bəzi yerlərdə leysan yağır
  • Вчера, 11:47
    Xüsusi icra məmuru fəaliyyəti üzrə müsabiqədə iştirak edən namizədlərlə müsabiqənin ikinci mərhələsi başlayır
  • Вчера, 11:44
    Prezident: Azərbaycan-Qırğızıstan münasibətlərinin müttəfiqlik səviyyəsinə çatması məmnunluq doğurur
  • Вчера, 10:22
    Dünya birjalarında neft bahalaşıb
  • Вчера, 10:14
    Təhsilverənlərin təkrar sertifikatlaşdırılmasının müsahibə mərhələsi sentyabrın 3-dən başlanır
  • Вчера, 10:12
    Bakının bəzi yollarında sıxlıq yaranıb
  • Вчера, 10:09
    Azərbaycan-ŞƏT əməkdaşlığı və Avrasiyada strateji bağlantının gücü - Analitik təhlil
  • 29-08-2026, 15:04
    Ombudsman Beynəlxalq Məcburi Yoxaçıxma Qurbanları Günü ilə bağlı bəyanat yayıb
  • 29-08-2026, 12:46
    Nizami rayonunda quldurluq edən şəxs saxlanılıb
  • 29-08-2026, 12:41
    Bu gün Beynəlxalq Nüvə Sınaqlarına Qarşı Mübarizə Günüdür
  • 28-08-2026, 16:31
    Dövlət orqanlarında daxili müsahibələrin keçirilmə qrafiki müəyyənləşdirilib
  • 28-08-2026, 16:28
    Qanunsuz onlayn kazino əməliyyatları çərçivəsində daha 3 nəfər saxlanılıb
  • 28-08-2026, 09:56
    Bu ilin ikinci Ay tutulması başlayıb
  • 28-08-2026, 09:54
    Heydər Əliyev Beynəlxalq Hava Limanında “Elektron qapı sərhəd nəzarəti sistemi” istifadəyə verilib
  • 28-08-2026, 09:52
    Göyçayda narkotik tərkibli bitkilər yetişdirən şəxs tutulub
  • 28-08-2026, 09:51
    34 il, 24 həyat, bir faciə - Ballıqaya
  • 27-08-2026, 16:33
    Bakı-Tbilisi aviareysi ilə gedən sərnişinin üzərində kokain aşkarlanıb
  • 27-08-2026, 16:30
    Podrat müqaviləsi bağlayarkən bunlara diqqət edin – Ali Məhkəmədən mühüm açıqlama
  • 27-08-2026, 16:26
    Azərbaycan-Pakistan 12-ci İşçi Qrupu Səviyyəli Görüşü olub
  • 27-08-2026, 16:24
    “Eternity-2026” təliminin yekun planlaşdırma konfransı olub
  • 26-08-2026, 15:05
    Laçın Şəhəri Günü rəngarəng mədəni proqramlarla qeyd olunur
  • 26-08-2026, 15:00
    “Gənc istedadlar” liseyinin məzunlarının hamısı ali məktəbə qəbul olunub
  • 26-08-2026, 14:57
    UNEC ilə Özbəkistan universitetləri arasında birgə elmi tədqiqatlar genişlənir
  • 26-08-2026, 14:49
    Ekspert: Laçın üzərində nəzarətin təmin olunması Qarabağda separatizmin kökünün kəsilməsində mühüm amillərdən olub
  • 26-08-2026, 11:25
    Bakıda yanğın baş verib, 1 nəfər ölüb
  • 25-08-2026, 15:42
    “Brent” neftinin qiyməti 90 dollardan aşağı enib
  • 25-08-2026, 15:39
    BDU-nun tələbəsi adını qazanan şəhid övladları
  • 25-08-2026, 15:34
    Baş prokuror Şəkidə sakinlərin müraciətlərini dinləyib, yeni xidməti mənzillər istifadəyə verilib
  • 25-08-2026, 15:29
    AQTA monitorinq keçirib, 158,4 kiloqram uyğunsuz dondurma məhsulu məhv edilib
  • 25-08-2026, 14:40
    Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək
  • 25-08-2026, 14:36
    Faiz müqabilində borc verənləri hansı təhlükə gözləyir? - Ali Məhkəmə xəbərdarlıq etdi
  • 24-08-2026, 11:10
    Azərbaycanda ilk dəfə kriptovalyuta dövlət nəfinə müsadirə edilib
  • 24-08-2026, 11:06
    Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub
  • 24-08-2026, 11:06
    Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub
  • 23-08-2026, 11:41
    Səbinə Əliyeva: Ombudsman və milli insan hüquqları təsisatları süni intellektin təhlükəsiz tətbiqinin təşviqində mühüm rol oynayır
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Sevil Ağayeva
  • Telefon: (+99450) 852 18 82
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ASELA.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə