• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Meksikanın tanınmış jurnalı Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı geniş material dərc edib

Siyasət

19-12-2023, 09:37


Azərbaycan Dövlət İnformasiya Agentliyi
SİYASƏT
Meksikanın tanınmış jurnalı Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı geniş material dərc edib
19.12.2023 [04:33]
Bakı, 19 dekabr
Meksikanın dövlət və hökumət qurumları, parlament, akademik çevrələr və ölkədə akkreditə olunmuş diplomatik korpus üzvləri arasında geniş yayılan “Mundo Internacional” jurnalında “Hər bir xalqın lideri ona layiq olur” başlıqlı iri həcmli yazı dərc olunub.
Ölkəmizin Meksikadakı səfirliyindən bildirilib ki, məqalədə Heydər Əliyevin Azərbaycan xalqı üçün milli qürur mənbəyi olduğu, görkəmli siyasətçi və dövlət xadiminin adının ölkə tarixinə qızıl hərflərlə yazıldığı, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə Prezident İlham Əliyevin Sərəncamı ilə 2023-cü ilin Azərbaycanda “Heydər Əliyev İli” elan edildiyi qeyd olunur.
Yazıda Ümummilli Liderin keçdiyi şərəfli həyat yoluna qısa nəzər salınır, onun Sovet İttifaqı dövründə və müstəqillik illərində Azərbaycanın dövlətçiliyi və xalqın tərəqqisi istiqamətindəki müstəsna xidmətləri haqda məlumat verilir, məhz Ulu Öndərin Azərbaycanı xaos və dərin böhrandan çıxardığı, xalqımızın taleyində misilsiz xilaskar missiyasını şərəflə yerinə yetirdiyi bildirilir.
Həmçinin 1990-cı ilin yanvar ayının 20-də paytaxt Bakı sakinlərinin üzərinə qoşun göndərilərək çoxlu sayda mülki azərbaycanlının qətlə yetirilməsindən sonra Ümummilli Lider Heydər Əliyevin bu cinayəti kəskin şəkildə pisləyən, xalqımıza qarşı törədilmiş qırğına siyasi qiymət verilməsi və günahkarların cəzalandırılmasını tələb edən ilk dövlət xadimi olduğu vurğulanır.
Müəllif qonşu Ermənistan tərəfindən təcavüzə məruz qalmış və SSRİ-nin süqutu ilə müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikası üçün ağır sınaq dövründə Ulu Öndər Heydər Əliyevin xalqın israrlı çağırışı ilə hakimiyyətə qayıtdığını və bu qayıdışla ölkədə sabitliyin təmin olunması, həmrəyliyin möhkəmləndirilməsi, inkişaf üçün ilkin şərtlərin təmin olunması istiqamətində çox təsirli addımların atıldığını qeyd edir.
Qeyd olunur ki, 1991-ci ildə dövlət müstəqilliyini bərpa edən Azərbaycan Ermənistanın təcavüzü və daxili çəkişmələrlə əlaqədar dövlətçiliyini itirmək təhlükəsi ilə qarşılaşdığı bir vaxtda Heydər Əliyev ölkədə müşahidə olunan dərin tənəzzülün qarşısını alıb, dövlətin dayanıqlı inkişaf yolunu müəyyən edib.
Yazıda Ulu Öndərin müstəqilliyimizin qorunub saxlanılmasında, dövlətçiliyimizin möhkəmləndirilməsində əvəzsiz rolundan bəhs edilir, onun təşəbbüsü ilə reallaşan dünya miqyaslı iqtisadi layihələr nəticəsində Azərbaycan iqtisadiyyatının böhrandan qurtulduğu, ölkədə yoxsulluq səviyyəsinin kəskin şəkildə azaldığı bildirilir. Məhz Heydər Əliyevin uzaqgörən siyasətinin bəhrəsi olan Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri və Cənub Qaz Dəhlizi kimi dünya miqyaslı layihələr sayəsində bu gün Avrasiyanın enerji və nəqliyyat xəritələrinin tamamilə dəyişdiyi, bu sahələrdə qitə miqyasında yeni reallıq yaratdığı vurğulanır.
Məqalədə Heydər Əliyevin uzaqgörən siyasətinin, hadisələrə baxışının və zəngin ideyalarının bu gün üçün də aktuallığını qoruyub saxladığı, məhz bu sayədə bu gün Azərbaycanın böyük coğrafiyaları birləşdirən nəqliyyat-energetika şəbəkələrində əsas aktor rolunu oynadığı bildirilir.
Yazıda bu gün Heydər Əliyevin siyasi kursunu davam etdirən Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycanın dünyada nüfuzunun gündən-günə artdığı, 2020-ci ildə otuz illik həsrətə son qoyularaq işğal altında olan torpaqların azad olunduğu və 44 günlük Vətən müharibəsində qazanılan Zəfər nəticəsində ölkəmizin ərazi bütövlüyünün bərpa edildiyi, bu gün Azərbaycan tarixində yeni səhifənin yazıldığı, hazırda regionda yeni reallıqların yarandığı, azərbaycanlı məcburi köçkünlərin öz yurdlarına təhlükəsiz qayıdışının təmin olunması üçün işğaldan azad edilmiş ərazilərdə Azərbaycan tərəfindən yenidənqurma və bərpa işlərinin aparıldığı qeyd olunur.
Məqalədə, həmçinin bu ilin aprel ayında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Meksika Deputatlar Palatasında fəaliyyət göstərən Meksika-Azərbaycan Dostluq Qrupunun xüsusi iclası barədə məlumat verilir.
Qeyd edək ki, jurnalın üz qabığında da Ulu Öndərin şəkli əks olunub.

Paylaş:
Digər xəbərlər

Siyasət

16-12-2023, 16:27

“Diplomatik Protokol Bələdçisi” təqdim olunub 16.12.2023 [16:10] A+ A-

Siyasət

12-12-2023, 09:45

Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib

Siyasət

12-12-2023, 10:05

Dövlət və hökumət rəsmiləri Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin xatirəsini yad ediblər

İqtisadiyyat / Cəmiyyət

12-12-2023, 19:54

Mərkəzi Gömrük Hospitalında Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib

Siyasət

17-12-2023, 11:41

AZƏRTAC-ın təşkilatçılığı ilə Parisdə Ümummilli Lider Heydər Əliyevin yubileyinə həsr olunmuş fotosərgi açılıb

Yazarlar
Ad gününüz mübarək, Sevil xanım!
20 YANVAR - ÜMUMXALQ HÜZN GÜNÜAzərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 35 il ötür. Ocak 16, 2025 XƏBƏR
Ad gününüz mübarək, Sevil xanım!
Bu gün görkəmli Azərbaycan alimi Sara Aşurbəylinin doğum günüdür
Şərqdə ilk opera yazan qadın bəstəkar - Şəfiqə Axundova
Səbuhi Məmmədlinin ikinci ayağı da amputasiya edildi
Hadisə
13-05-2026, 13:07
Qaxda 4 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
12-05-2026, 10:38
Sabirabaddakı yol qəzasında ölən və yaralananların kimliyi məlum olub
12-05-2026, 09:38
Lökbatanda yanğın ərazisində xilasedicilər tərəfindən zəruri təhlükəsizlik tədbirləri davam etdirilir
11-05-2026, 12:19
Yüksək sürət gənc motosikletçinin həyatına son qoyub
11-05-2026, 12:12
Son 2 gündə 25 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
9-05-2026, 17:56
Bərdədə ödəmə terminallarından 40 min manat oğurlayan şəxslər saxlanılıb
Son xəbərlər
  • Сегодня, 13:37
    Bu il 102 nömrəli tam orta ümumtəhsil məktəbindən 150 şagird məzun olub
  • Сегодня, 13:35
    Paytaxtın 53 nömrəli məktəbində 187 nəfər məzun olub
  • Сегодня, 13:33
    Paytaxtdakı 6 nömrəli məktəb-liseydən 144 nəfər məzun olur
  • Сегодня, 13:27
    Qarabağ və Şərqi Zəngəzurda iki yeni qan bankı fəaliyyət göstərəcək
  • Сегодня, 13:24
    Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb
  • Сегодня, 10:15
    Cari ildə tədris prosesində iştirak edən müəllimlərin sayı açıqlanıb
  • Сегодня, 09:27
    Neftçilər Milli Qurtuluş Gününü qeyd ediblər
  • Сегодня, 09:24
    BDU-nu ən yüksək Ümumi Orta Müvəffəqiyyət Göstəricisi ilə bitirən məzunların adları açıqlanıb
  • Сегодня, 09:22
    Bakı Dövlət Universitetinin “Məzun günü” qeyd olunub
  • Сегодня, 08:34
    Azərbaycan məktəblərində “Son zəng” sədaları
  • Сегодня, 08:32
    Cəmşid Naxçıvanski adına Hərbi Liseyin 54-cü buraxılış mərasimi olub
  • Вчера, 21:32
    Balakəndə 10 tona yaxın çətənə kolu məhv edilib
  • Вчера, 21:29
    Alparslan Bayraktar: TANAP Avropanın enerji təhlükəsizliyinin əsas təminatçısıdır
  • Вчера, 21:18
    HDQ-də döyüş atışlı taktiki təlim olub
  • 11-06-2026, 15:17
    Qərbi Azərbaycan İcmasında süni intellektin idarə olunması mövzusunda məlumatlandırma sessiyası
  • 11-06-2026, 15:14
    Ekspert: İstanbul Bəyannaməsi Türkiyə, Azərbaycan və Gürcüstan əlaqələrinə dair vizyonu əks etdirir
  • 11-06-2026, 15:12
    Bu ilin 5 ayı ərzində 4 tondan çox narkotik vasitə və psixotrop maddələr müsadirə olunub
  • 11-06-2026, 15:09
    Bu ilin 5 ayı ərzində “802” xidmətinə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 38 müraciət daxil olub
  • 11-06-2026, 15:07
    Fərid Şəfiyev: Dayanıqlı sülh üçün Azərbaycanın qanuni tələbləri tam şəkildə təmin edilməlidir
  • 11-06-2026, 15:05
    Cənubi Qafqazda yeni geosiyasi reallıqlar və Azərbaycanın sülh gündəliyi müzakirəyə çıxarılıb
  • 11-06-2026, 15:03
    Azərbaycan müdafiə naziri Pakistan tərəfinə başsağlığı verib
  • 10-06-2026, 19:28
    Yasamal rayonunda Həsən bəy Zərdabi küçəsindəki obyektdə yanğın baş verib
  • 10-06-2026, 19:26
    Sabunçu rayonunda 46 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb
  • 10-06-2026, 19:24
    Valideynlərin sosial şəbəkə platformalarına nəzarət mexanizmi güclənəcək RƏY
  • 10-06-2026, 19:19
    Hərbi Dəniz Qüvvələrində döyüş atışlı taktiki təlim
  • 10-06-2026, 13:22
    Saxta sənədlərlə daşınmaz əmlak əldə edənləri nə gözləyir? - Ali Məhkəmədən vacib qərardad
  • 10-06-2026, 13:17
    Azərbaycanın müdafiə naziri Serbiyada rəsmi səfərdədir
  • 10-06-2026, 11:08
    Yasamal rayonunda yanğın təhlükəli obyektin fəaliyyəti dayandırılıb
  • 10-06-2026, 10:00
    Yazlıq taxıl sahələrinin sığortalanması müddəti iyunun 15-də başa çatır
  • 10-06-2026, 09:58
    Azərbaycan nefti 95 dollara satılır
  • 10-06-2026, 09:56
    Araz çayında batan şəxsin meyiti tapılıb
  • 10-06-2026, 09:54
    Azərbaycan və Litva arasında siyasi məsləhətləşmələrin növbəti raundu aparılıb
  • 9-06-2026, 15:52
    Rəsmi Bakının məqsədi regionda sülhə nail olmaq və iqtisadi inkişafa təkan verməkdir
  • 9-06-2026, 12:59
    Kəlbəcərdə Günəş panelli avtonom radiomonitorinq stansiyası istifadəyə verilib
  • 9-06-2026, 12:57
    Süni intellekt dövründə insan hüquqlarının gələcəyi Bakıda müzakirə olunacaq
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Sevil Ağayeva
  • Telefon: (+99450) 852 18 82
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ASELA.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə