• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Beynəlxalq konyunkturanın indiki halında Ermənistanın perspektivləri qaranlıq görünür

Siyasət

15-01-2025, 11:26

Azərbaycan Dövlət İnformasiya Agentliyi
SİYASƏT
Beynəlxalq konyunkturanın indiki halında Ermənistanın perspektivləri qaranlıq görünür ŞƏRH
15.01.2025 [10:43]
Beynəlxalq konyunkturanın indiki halında Ermənistanın perspektivləri qaranlıq görünür ŞƏRH
Bakı, 15 yanvar.

Azərbaycan-Ermənistan münasibətlərindən danışarkən qeyd etməliyəm ki, 2024-cü ildə iki ölkə arasındakı proseslərdə müəyyən irəliləyişlər oldu. İlk növbədə, həmin ilin aprelində delimitasiya və demarkasiya komissiyalarının razılaşmasını və bu razılıq nəticəsində sərhədin 12,7 kilometrlik hissəsinin delimitasiya olunmasını misal çəkə bilərik. Daha sonra hər iki ölkənin komissiyalarının birgə fəaliyyət haqqında əsasnaməsinin 2024-cü ilin avqustunda razılaşdırılmasını qeyd etmək olar. Eyni zamanda, sülh sazişinin layihəsinin 17 maddəsindən 15-nin razılaşdırılması da bu irəliləyişlər arasında göstərilə bilər. Amma bununla belə, iki ölkə arasındakı münasibətlərdə hələ də müəyyən maneələr və problemlər mövcuddur. Bu problemlər, ilk növbədə, Ermənistanın destruktiv mövqeyi, ölkədə revanşizmin getdikcə çoxalması, aktiv militarizasiya siyasəti və Fransa kimi Cənubi Qafqazda yalnız öz geosiyasi ambisiyalarını güdən ölkələrin Ermənistanı əlaltısı və forpostu kimi istifadə etməsindən qaynaqlanır. Prezident İlham Əliyevin də öz çıxışında vurğuladığı kimi, Ermənistanın Qazax rayonunun dörd kəndini qaytarması əslində Ermənistanın istəyi ilə deyil, Azərbaycanın tələb irəli sürməsi nəticəsində baş verdi. Biz bilirik ki, Ermənistan indiyə qədər heç vaxt Azərbaycana hansısa ərazini geri qaytarmaq istəyində olmayıb – nə münaqişə dövründə, nə də münaqişədən sonra.

Bunu açıqlamasında Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin müəllimi, politoloq Sultan Zahidov deyib.

O bildirib ki, İkinci Qarabağ müharibəsi və 2023-cü ilin antiterror əməliyyatları Ermənistanı Azərbaycanın şərtlərinə ciddi yanaşmağa vadar etdi və nəticədə həmin dörd kənd geri qaytarıldı. Hələ 2024-cü ilin fevralında Prezident İlham Əliyev çıxışında bildirmişdi ki, dörd kənd qeyd-şərtsiz geri qaytarılmalıdır və belə də oldu. Burada əsas amil Azərbaycanın iradəsi və prinsipial mövqeyidir. Ermənistanın silahlanması məsələsinə gəlincə, Prezident İlham Əliyev çıxışında vurğulayıb ki, Ermənistanın aktiv şəkildə silahlanması, militarizasiya siyasəti regional sülhə və sabitliyə, eləcə də iki ölkə arasındakı münasibətlərin nizamlanmasına ciddi əngəl törədir. Beynəlxalq münasibətlərdə “təhlükəsizlik dilemması” adlı konsepsiya var. Bu konsepsiyaya əsasən, hansısa dövlətin aktiv silahlanması həmin regionda yerləşən digər dövlətlərin də silahlanmasına səbəb olur və nəticədə bu, ölkələr arasında silah yarışına gətirib çıxarır. Bu da regionun təhlükəsizliyi və sabitliyini daha böyük təhdid altına salır. Hazırda bu silah yarışının əsas təşəbbüskarı Ermənistandır. Biz bilirik ki, son illərdə Ermənistanın hərbi büdcəsi həndəsi silsilə ilə artır. Ermənistan həm Fransadan, həm Hindistandan, həm də digər ölkələrdən hərbi texnika almağa davam edir. Son bir neçə ildə Ermənistanla Fransa arasında üç hərbi texniki əməkdaşlıq razılaşması imzalanıb. Bütün bu proseslər açıq şəkildə göstərir ki, Fransanın bölgədə sülh yaratmaq kimi bir niyyəti yoxdur. Onun əsas istəyi Cənubi Qafqazda postkolonial məqsədlərinə nail olmaqdır. Bu gün Afrika, Uzaq Şərq və Yaxın Şərq regionlarında təsir dairəsini itirən Fransa indi Qafqaza və Mərkəzi Asiyaya yönəlib və bu məqsədlərinə çatmaq üçün Ermənistandan bir forpost kimi istifadə edir.

“Azərbaycan bununla bağlı öz şərtlərini açıq-aşkar şəkildə irəli sürüb. Dövlətimizin başçısı bir mənalı şəkildə qeyd edib ki, Ermənistan dərhal silahlanmanı dayandırmalı, alınan silahları geri qaytarmalı və bütün kontraktlara xitam verməlidir. Yəni, əks təqdirdə bundan ziyan görən, ilk növbədə, Ermənistan olacaqdır. Birincisi, Ermənistan nə qədər silahlanırsa silahlansın, heç bir halda Azərbaycanla bu yarışda hər hansı bir üstünlük əldə də bilməyəcək. Digər tərəfdən bu silahlanma sülh prosesinə əngəl törədir. Həmçinin bu, Ermənistanın özü üçün də böyük problemdir. Çünki Ermənistan bir iqtisadi bataqlıqdadır. Bu iqtisadi bataqlıq fonunda onun hərbi sahəyə bu qədər maddi vəsait ayırması ölkənin gələcək inkişafı üçün də ciddi əngəl törətməkdədir. Ermənistanı silahlandıran güclər bu gün müxtəlif sahələrdə bu ölkə ilə razılaşmalar imzalayır. Buna 2024-cü il aprelin 5-də Avropa İttifaqı, ABŞ və Ermənistan arasında imzalanan razılaşmanı misal çəkə bilərik. Bu razılaşmanın həm qeyri-hərbi, həm də hərbi tərəfləri mövcud olsa da, hərbi tərəfləri mediaya açıq şəkildə elan edilmədi. Bütün bu proseslər göstərir ki, bəzi Qərb dövlətləri Ermənistanı yalnız öz maraqları üçün istifadə edirlər. Onların əsas məqsədi Ermənistanın gələcəyi və rifahı deyil”, - deyə politoloq qeyd edib.

Sultan Zahidov diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin söylədiyi kimi, Ermənistan dövlətinin formalaşmasının əsasında faşist ideologiyaları dayanır. “Miatsum” və “Böyük Ermənistan” kimi şüarlar Ermənistanın millətçi mövqeyini və faşist ideologiyasını açıq şəkildə nümayiş etdirir. Məsələn, 1980-ci illərdə “Miatsum” hərəkatı başlayanda ermənilər azərbaycanlıları kütləvi şəkildə Ermənistandan deportasiya etdilər. Həmin dövrdə 300 minə yaxın azərbaycanlı öz dədə-baba torpaqlarından didərgin düşdü. Birinci Qarabağ müharibəsi dövründə Ermənistanın azərbaycanlılara qarşı törətdiyi qətliamları və etnik təmizləmə siyasətini də misal çəkmək olar. Həmin dövrdə Ermənistan Azərbaycanın tarixi və mədəni irsini məhv edirdi ki, bölgədə azərbaycanlılara aid heç bir iz qalmasın. Bu faktlar Ermənistanın Azərbaycana qarşı etnik təmizləmə siyasətini və faşist ritorikasının elementlərini bir daha təsdiqləyir. Ermənistan hökuməti vaxtilə öz torpaqlarından qovulmuş Qərbi azərbaycanlıların geri qayıtmasına da mane olur. Onların çağırışlarına cavab vermir, geri qayıdış hüququnu tanımır. Bu, hazırkı Ermənistan hökumətində də millətçi-faşist elementlərinin mövcudluğunu göstərir.

“Reallıq isə ondan ibarətdir ki, bu gün geosiyasi vəziyyət dəyişir. Ermənistanın beynəlxalq himayədarları zəifləməkdədir. ABŞ-da Ermənistanla bir o qədər də yaxın olmayan Tramp administrasiyası hakimiyyətə gəlir. Fransada Makron hökuməti ciddi sosial və iqtisadi problemlərlə üzləşir. Digər tərəfdən, Ermənistanın müttəfiqi Bəşər Əsəd rejimi devrilib, Rusiya-Ermənistan münasibətlərində isə ciddi soyuqluq müşahidə olunur. Bütün bu faktorlar heç də Ermənistan lehinə deyil. Ermənistan üçün yeganə çıxış yolu Azərbaycanın sülh təşəbbüslərinə müsbət yanaşmaqdır. Bu, Ermənistan Konstitusiyasının dəyişdirilməsi, ATƏT-in Minsk qrupunun ləğvi, məhkəmələrdəki qarşılıqlı iddialardan imtina və sərhədlərdə üçüncü tərəf qüvvələrinin olmaması şərtlərini əhatə edir. Yalnız bu yolla Ermənistan öz gələcəyini, inkişafını təmin edə bilər. Yəni, əks təqdirdə həm Azərbaycanla, həm Türkiyə, həm də Rusiyaya ilə problemli münasibətlər şəraitində və beynəlxalq konyunktura indiki halında Ermənistanın perspektivləri kifayət qədər qaranlıq görünür. Zəngəzur dəhlizinin açılması məsələsi də gündəmdədir. Ermənistan bu prosesi uzatmağa çalışsa da, Prezident İlham Əliyevin açıq şəkildə qeyd etdiyi kimi, Zəngəzur dəhlizi açılmalıdır və açılacaq. Çünki bu dəhlizin açılması yalnız Azərbaycan-Ermənistan münasibətlərində deyil, bütövlükdə region üçün sabitlik, təhlükəsizlik və iqtisadi inkişaf baxımından əhəmiyyətli olacaq”, - deyə politoloq vurğulayıb.

Paylaş:
Digər xəbərlər

Siyasət

28-02-2024, 17:05

Musa Qasımlı: Azərbaycan hər zaman konkret, preventiv siyasət yürüdür və bundan sonra da yürüdəcək

Cəmiyyət

12-01-2024, 10:46

Azərbaycanın əsas məqsədi tarixi ədalətə əsaslanan sülh əldə etməkdir - AÇIQLAMA

Siyasət

29-11-2023, 14:43

“Ermənistan praktiki olaraq dövlət suverenliyini itirib, o artıq Fransanın müstəmləkəsidir” - RF-dən MÜSAHİBƏ

Siyasət

9-03-2024, 09:49

Gürcü politoloq: İndiki halda Ermənistan, Fransa, Yunanıstan və Hindistanın birgə hərbi blok yaratması real deyil

Siyasət

20-04-2024, 10:58

Qazaxın kəndlərinin qaytarılması barədə razılıq Azərbaycan Prezidentinin qətiyyətli mövqeyin realizəsidir ŞƏRH

Yazarlar
Ad gününüz mübarək, Sevil xanım!
20 YANVAR - ÜMUMXALQ HÜZN GÜNÜAzərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 35 il ötür. Ocak 16, 2025 XƏBƏR
Ad gününüz mübarək, Sevil xanım!
Bu gün görkəmli Azərbaycan alimi Sara Aşurbəylinin doğum günüdür
Şərqdə ilk opera yazan qadın bəstəkar - Şəfiqə Axundova
Səbuhi Məmmədlinin ikinci ayağı da amputasiya edildi
Hadisə
Вчера, 16:38
Ötən gün 18 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb
22-04-2026, 11:30
Bakıda internat məktəbinin yataqxanasında yanğın baş verib
18-04-2026, 10:18
Gəncədə oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb
18-04-2026, 10:16
Lənkəranda zəncirvari qəza olub, 7 nəfər xəsarət alıb
16-04-2026, 12:57
Binəqədi rayonunda saxlanılan şəxslərdən 54 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
16-04-2026, 12:55
Şirvanda oğurluq etməkdə təqsirli bilinən 2 nəfər saxlanılıb
Son xəbərlər
  • Вчера, 16:38
    Ötən gün 18 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb
  • Вчера, 16:35
    Azərbaycan və Ukrayna prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
  • Вчера, 16:31
    Qəbələdə Azərbaycan Prezidenti İlham Əliyevin Ukrayna Prezidenti ilə təkbətək və geniş tərkibdə görüşü olub
  • 22-04-2026, 22:03
    Otuz il əvvəl törədilmiş qətlin üstü açılıb, iki nəfər həbs edilib – BİRGƏ MƏLUMAT
  • 22-04-2026, 22:01
    Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları “Heydər Əliyev-2026” birgə təlimində yüksək peşəkarlıq nümayiş etdiriblər
  • 22-04-2026, 21:59
    Prezident Edqars Rinkeviçs: Azərbaycan bir çox Avropa ölkəsi üçün strateji tərəfdaşdır
  • 22-04-2026, 21:57
    Prezident: Bu gün Avropa İttifaqının 10 üzvü Azərbaycandan təbii qaz alır
  • 22-04-2026, 21:53
    Bakıda Azərbaycan-Latviya biznes-forumu keçirilib
  • 22-04-2026, 21:50
    Prezident İlham Əliyev Latviya Prezidentinin ölkəmizə səfəri ilə bağlı paylaşım edib
  • 22-04-2026, 21:48
    Azərbaycan Prezidenti İlham Əliyev və Latviya Prezidenti Edqars Rinkeviçs mətbuata bəyanatlarla çıxış ediblər
  • 22-04-2026, 21:44
    Latviya Prezidentinin rəsmi qarşılanma mərasimi olub
  • 22-04-2026, 11:41
    Tramp: Dəniz blokadası qaldırılarsa, İranla razılaşma mümkün deyil
  • 22-04-2026, 11:39
    DİM: Aprelin 26-da 55 mindən çox IX sinif şagirdi buraxılış imtahanı verəcək
  • 22-04-2026, 11:37
    Ali Məhkəmə: Eyni əsasla təkrar mənzil tələbi yolverilməzdir
  • 22-04-2026, 11:32
    Vəkilliyə qəbulla bağlı növbəti ixtisas imtahanının test mərhələsinə sənəd qəbulu davam edir
  • 22-04-2026, 11:30
    Bakıda internat məktəbinin yataqxanasında yanğın baş verib
  • 22-04-2026, 11:27
    Latviya Prezidenti Edqars Rinkeviçs Şəhidlər xiyabanını ziyarət edib
  • 22-04-2026, 11:25
    Latviya Prezidenti Edqars Rinkeviçs Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
  • 22-04-2026, 11:20
    Latviya Prezidentinin rəsmi qarşılanma mərasimi olub
  • 21-04-2026, 12:32
    Ombudsman: Energetik içkilər uşaqların sağlamlıq hüququnun təmininə ciddi narahatlıq yaradır
  • 21-04-2026, 12:30
    Tədrisdə yeni imkanlar: “Google” alətləri artıq “Rəqəmsal məktəb”də
  • 21-04-2026, 12:28
    Media: Üç gəmi Hörmüz boğazından keçməyə çalışır
  • 21-04-2026, 12:26
    Fövqəladə hallar nazirinin Naxçıvan şəhərində vətəndaşlarla görüşünün vaxtı dəyişib
  • 21-04-2026, 12:24
    “GOAL” proqramı yekunlaşdı: Azərbaycan startapları qlobal arenada
  • 21-04-2026, 12:22
    Aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı almaq istəyənlər üçün imtahan təşkil ediləcək
  • 20-04-2026, 13:45
    İran Prezidenti: Diplomatik vasitələrdən istifadə etmək zəruridir
  • 20-04-2026, 13:43
    Rezidenturaya qəbul olmaq üçün ərizə qəbulu başa çatır
  • 20-04-2026, 13:41
    Naftalanda və Tərtərdə məhkəmə qərarları əsasında müsadirə olunmuş narkotik vasitələr məhv edilib
  • 20-04-2026, 13:39
    ASAN Karyera Akselerasiya Proqramı başlayır
  • 20-04-2026, 13:37
    Prezident İlham Əliyev: Azərbaycan əsas daşımalar qovşağı kimi öz rolunu gücləndirir
  • 20-04-2026, 13:35
    Prezident: Yüksələn geosiyasi gərginlik onilliklər ərzində əldə olunmuş inkişaf nailiyyətlərinin kövrəkliyini üzə çıxarır
  • 18-04-2026, 10:22
    Bu gündən qatarlar Kürdəmirdə də dayanır
  • 18-04-2026, 10:20
    Tramp: ABŞ razılaşmadan dərhal sonra İran limanlarının blokadasını dayandıracaq
  • 18-04-2026, 10:18
    Gəncədə oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb
  • 18-04-2026, 10:16
    Lənkəranda zəncirvari qəza olub, 7 nəfər xəsarət alıb
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Sevil Ağayeva
  • Telefon: (+99450) 852 18 82
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ASELA.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə