• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Azərbaycan əhəmiyyətli tədbirləri keçirmək üçün müasir infrastruktura malik ölkədir

Siyasət

16-12-2023, 19:09

Birləşmiş Millətlər Təşkilatının (BMT) iqlim dəyişikliyi ilə bağlı konfransları BMT-nin İqlim Dəyişikliyi haqqında Çərçivə Konvensiyası (UNFCCC) nəzdində hər il keçirilən konfransdır. Bu görüşlər iqlim dəyişikliyi ilə mübarizədə əldə edilmiş tərəqqini qiymətləndirmək və ölkələrin atmosferə buraxdığı istixana qazı emissiyalarını azaltmaq və Kiota Protokolunu müzakirə etmək üçün keçirilir. Kioto Protokolu qlobal istiləşmə və iqlim dəyişikliyi mövzusunda mübarizə aparmaq üçün tək beynəlxalq protokoldur. Protokolu imzalayan ölkələr karbondioksid və qlobal isinməyə səbəb olan beş qazın miqdarını 1990-cı ildəki səviyyəyə qədər azaltmağa razılaşıblar. BMT-nin ilk İqlim Dəyişikliyi Konfransı 1995-ci ildə Berlin şəhərində keçirilib. Konfrans hər il konvensiyanın müddəalarının yerinə yetirilməsini nəzərdən keçirmək, onun qaydalarının daha da inkişaf etdirilməsinə qərar vermək və yeni öhdəliklər barədə danışıqlar aparmaq üçün toplaşan ali orqandır.
Bu sözləri Ana Vətən Partiyası sədrinin müavini, politoloq Yalçın Hacızadə söyləyib.
Onun sözlərinə görə, COP28-in dekabrın 11–də keçirilən plenar iclasında COP29-un gələn il Azərbaycanda keçirilməsi ilə bağlı qərarın qəbul olunması bu il əldə etdiyimiz növbəti böyük uğurlardandır: “Hər il dünyanın müxtəlif yerlərindən olan dövlət və hökumət nümayəndələri toplaşaraq iqlim dəyişmələrinin qarşısının alınması və fəsadlarının aradan qaldırılması istiqamətində birgə səylər göstərmək üçün çağırışlar edir. Ümumilikdə belə tədbirlərdə 100 minə yaxın insan iştirak edir. COP BMT-nin ən genişmiqyaslı tədbirlərindən biridir.
COP-a ev sahibliyi bir qayda olaraq BMT-nin beş regional qrupu arasında rotasiya edilir. Hər regional qrup, üzvlərindən bu konfransı təşkil edəcək bir ölkəni irəli sürmək üçün konsensusla qərar qəbul etməlidir. COP29-u keçirmək 2024-cü il üçün Şərqi Avropa regional qrupuna düşürdü. Şərqi Avropa qrupuna düşən Azərbaycan Konfransı 2024-cü ildə keçirməyi təklif etmişdi. Eyni zamanda, Ermənistan və Bolqarıstan da bu tədbiri keçirməyə iddialı idilər. Amma 2023-cü il dekabrın 7-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Baş nazirinin Aparatı arasında aparılmış birbaşa danışıqların nəticəsi olaraq verilmiş birgə bəyanatda Ermənistan Azərbaycanın xeyrinə öz namizədliyini geri çəkib. Bundan sonra Bolqarıstan da öz namizədliyini geri götürdü”.
Politoloq bildirib ki, belə bir tədbirin ölkəmizdə keçirilməsi barədə qərarın verilməsi bu ilin sentyabr ayında baş tutan antiterror tədbirlərindən sonra ölkəmizə qarşı ermənipərəst qüvvələr tərəfindən başladılan qarayaxma kampaniyasına verilən tutarlı cavabdır. Ölkəmiz dəfələrlə beynəlxalq miqyaslı mötəbər tədbirləri yüksək səviyyədə təşkil etmək bacarığını göstərib. Azərbaycanın belə əhəmiyyətli tədbirləri keçirmək üçün müasir infrastruktura malik və təhlükəsizlik baxımından sabit ölkə olması dünya ictimaiyyətinə bəllidir.
“Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin apardığı davamlı və uğurlu siyasət, Vətən müharibəsində qazandığımız şanlı Zəfər, Avropanın enerji təhlükəsizliyi sahəsində həyata keçirilən fəaliyyət və qlobal məsələlərin həllində oynanılan rol ölkəmizi dünyada daha güclü dövlət kimi tanıdıb. Dövlətimizin başçısının siyasi iradəsi və geniş təcrübəsi sahəsində aparılan siyasət nəticəsində ölkəmizin beynəlxalq səviyyədə nüfuzu günbəgün artır.
Azərbaycanın dünyanın ən böyük və əhəmiyyətli dövlətlərarası tədbirlərindən biri olan COP29-a ev sahibliyi etməsi üçün seçilməsi Prezident İlham Əliyevin növbəti təntənəli uğurudur. Bu, Təhlükəsizlik Şurasına üzvlüyümüzdən və Qoşulmama Hərəkatına sədrliyimizdən sonra xarici siyasətimizin ən böyük qələbəsidir. Bununla bir daha sübut olundu ki, Azərbaycanla təzyiq, zor dilində danışıla bilinməz. Bizimlə ancaq əməkdaşlıq etmək mümkündür.
Ölkəmiz qlobal problemlərdən olan iqlim dəyişikliklərinə qarşı səyləri səfərbər etmək və bu istiqamətdə töhfə vermək üçün dünyanın diqqət mərkəzində olacaq. Azərbaycan1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarını 35 faiz azaldılmasını hədəfləyir. 2030-cu ildən sonra isə daha iddialı hədəf müəyyən edilib ki, bu da 2050-ci ilə qədər istixana qazlarının miqdarının 40 faiz azaldılmasından ibarətdir. Ölkəmizdə yaşıl enerjinin istehsalı sahəsində böyük imkanlar və resurslar var. Bu istiqamətdə xarici şirkətlərlə böyük müqavilələr bağlanılıb. Qonşu ölkələrin və Avropa dövlətlərinin yaşıl enerji ilə təmin olunması üçün böyük layihələr işlənilir. İşğaldan azad olunmuş ərazilərimiz Prezident İlham Əliyev tərəfindən “Yaşıl enerji” zonası elan edilib və bütün infrastruktur layihələr yaşıl enerji meyarı əsasında qurulur ki, sonra bütün ölkə ərazisinə şamil ediləcək”, - deyə Y.Hacızadə vurğulayıb.

Paylaş:
Digər xəbərlər

Siyasət

16-12-2023, 19:05

COP29 çərçivəsində Azərbaycanın qlobal enerji təhlükəsizliyində rolu bir daha təsdiqlənəcək -

Siyasət

1-12-2023, 16:57

İlham Əliyev Dubayda Ərdoğanla görüşdü - Foto

Siyasət

15-12-2023, 16:10

Prezident İlham Əliyev: COP29-da on minlərlə xarici nümayəndə ölkəmizə gələcək, iki həftə ərzində Bakı dünyanın mərkəzi olacaq

Siyasət

28-11-2023, 15:55

Odun tədarükünün meşəyə xeyri, “əcnəbi” ağaclar, yanğınlar və qiymətlər - MÜSAHİBƏ + FOTO

Siyasət

27-11-2023, 11:00

Bakıda “Azərbaycanda qızılbaş irsi: tarixin izi ilə” mövzusunda beynəlxalq konfrans keçirilir

Yazarlar
Ad gününüz mübarək, Sevil xanım!
20 YANVAR - ÜMUMXALQ HÜZN GÜNÜAzərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 35 il ötür. Ocak 16, 2025 XƏBƏR
Ad gününüz mübarək, Sevil xanım!
Bu gün görkəmli Azərbaycan alimi Sara Aşurbəylinin doğum günüdür
Şərqdə ilk opera yazan qadın bəstəkar - Şəfiqə Axundova
Səbuhi Məmmədlinin ikinci ayağı da amputasiya edildi
Hadisə
13-05-2026, 13:07
Qaxda 4 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
12-05-2026, 10:38
Sabirabaddakı yol qəzasında ölən və yaralananların kimliyi məlum olub
12-05-2026, 09:38
Lökbatanda yanğın ərazisində xilasedicilər tərəfindən zəruri təhlükəsizlik tədbirləri davam etdirilir
11-05-2026, 12:19
Yüksək sürət gənc motosikletçinin həyatına son qoyub
11-05-2026, 12:12
Son 2 gündə 25 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
9-05-2026, 17:56
Bərdədə ödəmə terminallarından 40 min manat oğurlayan şəxslər saxlanılıb
Son xəbərlər
  • Сегодня, 13:37
    Bu il 102 nömrəli tam orta ümumtəhsil məktəbindən 150 şagird məzun olub
  • Сегодня, 13:35
    Paytaxtın 53 nömrəli məktəbində 187 nəfər məzun olub
  • Сегодня, 13:33
    Paytaxtdakı 6 nömrəli məktəb-liseydən 144 nəfər məzun olur
  • Сегодня, 13:27
    Qarabağ və Şərqi Zəngəzurda iki yeni qan bankı fəaliyyət göstərəcək
  • Сегодня, 13:24
    Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb
  • Сегодня, 10:15
    Cari ildə tədris prosesində iştirak edən müəllimlərin sayı açıqlanıb
  • Сегодня, 09:27
    Neftçilər Milli Qurtuluş Gününü qeyd ediblər
  • Сегодня, 09:24
    BDU-nu ən yüksək Ümumi Orta Müvəffəqiyyət Göstəricisi ilə bitirən məzunların adları açıqlanıb
  • Сегодня, 09:22
    Bakı Dövlət Universitetinin “Məzun günü” qeyd olunub
  • Сегодня, 08:34
    Azərbaycan məktəblərində “Son zəng” sədaları
  • Сегодня, 08:32
    Cəmşid Naxçıvanski adına Hərbi Liseyin 54-cü buraxılış mərasimi olub
  • Вчера, 21:32
    Balakəndə 10 tona yaxın çətənə kolu məhv edilib
  • Вчера, 21:29
    Alparslan Bayraktar: TANAP Avropanın enerji təhlükəsizliyinin əsas təminatçısıdır
  • Вчера, 21:18
    HDQ-də döyüş atışlı taktiki təlim olub
  • 11-06-2026, 15:17
    Qərbi Azərbaycan İcmasında süni intellektin idarə olunması mövzusunda məlumatlandırma sessiyası
  • 11-06-2026, 15:14
    Ekspert: İstanbul Bəyannaməsi Türkiyə, Azərbaycan və Gürcüstan əlaqələrinə dair vizyonu əks etdirir
  • 11-06-2026, 15:12
    Bu ilin 5 ayı ərzində 4 tondan çox narkotik vasitə və psixotrop maddələr müsadirə olunub
  • 11-06-2026, 15:09
    Bu ilin 5 ayı ərzində “802” xidmətinə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 38 müraciət daxil olub
  • 11-06-2026, 15:07
    Fərid Şəfiyev: Dayanıqlı sülh üçün Azərbaycanın qanuni tələbləri tam şəkildə təmin edilməlidir
  • 11-06-2026, 15:05
    Cənubi Qafqazda yeni geosiyasi reallıqlar və Azərbaycanın sülh gündəliyi müzakirəyə çıxarılıb
  • 11-06-2026, 15:03
    Azərbaycan müdafiə naziri Pakistan tərəfinə başsağlığı verib
  • 10-06-2026, 19:28
    Yasamal rayonunda Həsən bəy Zərdabi küçəsindəki obyektdə yanğın baş verib
  • 10-06-2026, 19:26
    Sabunçu rayonunda 46 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb
  • 10-06-2026, 19:24
    Valideynlərin sosial şəbəkə platformalarına nəzarət mexanizmi güclənəcək RƏY
  • 10-06-2026, 19:19
    Hərbi Dəniz Qüvvələrində döyüş atışlı taktiki təlim
  • 10-06-2026, 13:22
    Saxta sənədlərlə daşınmaz əmlak əldə edənləri nə gözləyir? - Ali Məhkəmədən vacib qərardad
  • 10-06-2026, 13:17
    Azərbaycanın müdafiə naziri Serbiyada rəsmi səfərdədir
  • 10-06-2026, 11:08
    Yasamal rayonunda yanğın təhlükəli obyektin fəaliyyəti dayandırılıb
  • 10-06-2026, 10:00
    Yazlıq taxıl sahələrinin sığortalanması müddəti iyunun 15-də başa çatır
  • 10-06-2026, 09:58
    Azərbaycan nefti 95 dollara satılır
  • 10-06-2026, 09:56
    Araz çayında batan şəxsin meyiti tapılıb
  • 10-06-2026, 09:54
    Azərbaycan və Litva arasında siyasi məsləhətləşmələrin növbəti raundu aparılıb
  • 9-06-2026, 15:52
    Rəsmi Bakının məqsədi regionda sülhə nail olmaq və iqtisadi inkişafa təkan verməkdir
  • 9-06-2026, 12:59
    Kəlbəcərdə Günəş panelli avtonom radiomonitorinq stansiyası istifadəyə verilib
  • 9-06-2026, 12:57
    Süni intellekt dövründə insan hüquqlarının gələcəyi Bakıda müzakirə olunacaq
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Sevil Ağayeva
  • Telefon: (+99450) 852 18 82
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ASELA.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə