• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Azərbaycanın əleyhinə bəyanat verməzdən əvvəl Kanada gərək öz tarixinə baxsın

Siyasət

25-09-2024, 19:10

[center][medium]https:Bakı, 25 sentyabr.

Bu gün “demokratik” obrazını dünyaya yaymağa çalışan Qərbin tarixinə diqqət yetirdikdə xalqları necə tabe edərək öz korporativ və biznes maraqlarını qoruduğunu müşahidə edərik. Qərb ölkələri, xüsusilə də Fransa bu gün də müstəmləkəçilik siyasətini davam etdirərək milli azlıqları əzir, istismara məruz qoyur. Fransa Karib dənizindəki adalarda yaşayan aborigen xalqları qəddarlıqla assimilyasiyaya uğradır, torpaqlarını mənimsəyir və bu siyasətin adını “demokratikləşmə prosesi” qoyur. Kanada təbiətinin füsunkarlığı ilə avropalı kapitalistləri həmişə cəlb edib. XIII əsrdən başlayaraq bu coğrafiyanı fəth etməyə başlayan Fransa yerli xalqları demək olar məhv edib. Hazırda Kanadada yalnız 5 faiz yerli hindu xalqı yaşayır ki, onların da sosial vəziyyəti buraya köçən fransalılardan və digər avropalılardan köklü surətdə fərqlənir. Onlar üçün sosial lift, sərbəst həyat məfhumları demək olar yoxdur. Mütəmadi olaraq polis təqibləri, dövlət strukturlarının təzyiqi yaxın gələcəkdə həmin 5 faizin də tamamilə məhv olmasına gətirib çıxaracaq. Mədəni dünya isə sanki bu prosesi görmür və meydana çıxan qanunsuzluqlar, soyqırımı siyasəti ört-basdır edilir.

XIX əsrdən başlayaraq katolik kilsəsi tərəfindən yaradılan məktəblərə zorla cəlb edilən uşaqlar burada dəhşətli əzablara dözməli olublar. 2008-ci ildə Kanada ərazisindəki bəzi kilsələrin həyətində tapılan naməlum uşaq məzarlarındakı cəsədlərin analizi onların zorakılıqla öldürülərək dəfn edildiyini deməyə əsas verir. Katolik məktəblərə cəlb olunan uşaqlar zorla valideynlərindən alınırdı və təhsil almağa məcbur edilirdi. Uşaqların valideynlərlə görüşünə qadağa qoyulurdu və onlara aşağı təbəqəyə aid olduqları təlqin edilərək beyinləri yuyulurdu.

Rusiyanın tanınmış tədqiqatçısı, professor Yuri Akimov “Kanada tarixi” adlı tədqiqat əsərində yazır ki, XX əsrdən başlayaraq Fransa Kanadada yaşayan yerli xalqları Milton Qordunun nəzəriyyəsinə uyğun olaraq assimilyasiyaya məruz qoymağa başladı. Bu nəzəriyyəyə əsasən, yerli xalqların dini dəyişdirilməli, ailə qurmalarına imkan verilməməli və qadınlar başqa xalqdan olan kişilərlə evləndirilməli idilər. Bu üsulla tədricən yerli xalqın özünüdərki itir və o, məhv olur.

Kanadada Yerli Xalqlara Xidmət Nazirliyinin fəaliyyət göstərməsinə baxmayaraq, aborigenlərin sayı ildən-ilə azalmaqdadır. Müasir dövrümüzdə Fransa Yeni Kaledoniya, Martinika adalarında eyni üsuldan istifadə edir.

Sankt-Peterburq Universitetinin müəllimi, tarix elmləri doktoru, mədəniyyətşünas Vladimir Timofeyev qeyd edir ki, yerli xalqlar Kanadada yeni ərazilərin işğalına maneə törətdikləri üçün onların assimilyasiyaya məruz qalması zərurəti meydana çıxmışdı. Buna görə də Kanada hakimiyyəti XX əsrin 80-ci illərinədək hinduların, inuitlərin və yerli metislərin saylarının azalması istiqamətində siyasət yürüdürdü.

Kanadanın ilk Baş naziri Con Makdonald 1883-cü ildə parlamentdə çıxışı zamanı deyib: “Hindu ailəsində doğulan uşaq ətrafında yalnız vəhşiləri görür. Onu valideynlərindən zorla ayırıb kilsə məktəblərinə vermək lazımdır. Məktəb uşağın düşüncə və həyat tərzini dəyişəcək, onu avropalıya çevirəcək”. Bu məktəblər 1996-cı ilədək fəaliyyət göstərib. Həmin il sonuncu məktəb bağlandı və hinduların vətəndaş hüquqları tanındı. Lakin buna baxmayaraq, Kanadada hindi tayfaları “ikinci sort” adamlar kimi qəbul edilir. Bu, özünü Oka böhranı zamanı daha aydın formada göstərdi. Kvebek şəhəri yaxınlığında yerləşən Oka qəsəbəsində yaşayan moqavki hinduları onlara məxsus torpaqların alınıb qolf meydançası üçün istifadə olunmasına qarşı çıxdılar. Kütləvi etirazlara qatılan moqavki tayfasının nümayəndələri ilə polis arasında silahlı toqquşma baş verdi və 1 polis əməkdaşı qətlə yetirildi. Hadisə yerinə Kanada hərbçiləri də cəlb olundu. İğtişaşlar 3 ay davam etdi və nəticədə 1997-ci ilin sentyabrında hökumət həmin ərazinin moqavkilərə məxsus olduğunu tanıdı, qolf meydançasının tikintisi dayandırıldı.

Bu gün okeanın o tayından bu tayına müdaxilə etməyə çalışan Kanadanın Xarici İşlər Nazirliyi (XİN) öz ölkəsinin tarixindən dərs çıxarıb milli azlıqlara qarşı törətdiyi cinayətlərə görə üzrxahlıq etmək əvəzinə, erməni separatizmini qızışdırmağa başlayıb. Azərbaycan öz ərazilərini işğaldan azad edərək regionda sülh yaratmaq istiqamətində addımlar ataraq Ermənistana əl uzatdığı təqdirdə, Kanada bu əlin geri qaytarılması üçün əlindən gələni əsirgəmir. Lakin Azərbaycan xalqı heç də Kanada hinduları deyil. Burada hüquqi və güclü dövlət var. Azərbaycan xalqı da öz ölkəsinin ərazisinə uzanan xain əlləri kəsməyi bacarır. 2020-ci ildə cəmi 44 gün davam edən Vətən müharibəsi onu göstərdi ki, Azərbaycan ərazi bütövlüyünü və suverenliyini heç kimə güzəştə getmək fikrində deyil. Kanada XİN-in bəyanatı isə, sadəcə olaraq, “demokratik” hesab edilən bir dövlətin əsl simasını ortaya qoydu.

Paylaş:
Digər xəbərlər

Siyasət

16-01-2024, 20:29

Fransanın beynəlxalq hüququ manipulyasiya etmək cəhdləri hər keçən gün daha da artır

Siyasət

20-02-2024, 19:25

Rusiyalı politoloq: Qərb Bakı ilə yaxşı münasibətlər qurmaq istəyir

Siyasət

2-03-2024, 10:58

Ekspert: Fransa sülhdən danışır, amma real hərəkətləri ilə müharibəni təşviq edir

Siyasət

17-07-2024, 17:45

Abbas Abbasov: Bakı Təşəbbüs Qrupu Fransa koloniyalarında yaşayan gənclər üçün Azərbaycanda təhsil almaqla bağlı tələbə təqaüdü elan edib

Siyasət

16-02-2024, 20:24

Əli Hüseynli: Paris Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətini açıq şəkildə

Yazarlar
Ad gününüz mübarək, Sevil xanım!
20 YANVAR - ÜMUMXALQ HÜZN GÜNÜAzərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 35 il ötür. Ocak 16, 2025 XƏBƏR
Ad gününüz mübarək, Sevil xanım!
Bu gün görkəmli Azərbaycan alimi Sara Aşurbəylinin doğum günüdür
Şərqdə ilk opera yazan qadın bəstəkar - Şəfiqə Axundova
Səbuhi Məmmədlinin ikinci ayağı da amputasiya edildi
Hadisə
25-04-2026, 16:38
Ötən gün 18 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb
22-04-2026, 11:30
Bakıda internat məktəbinin yataqxanasında yanğın baş verib
18-04-2026, 10:18
Gəncədə oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb
18-04-2026, 10:16
Lənkəranda zəncirvari qəza olub, 7 nəfər xəsarət alıb
16-04-2026, 12:57
Binəqədi rayonunda saxlanılan şəxslərdən 54 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
16-04-2026, 12:55
Şirvanda oğurluq etməkdə təqsirli bilinən 2 nəfər saxlanılıb
Son xəbərlər
  • Сегодня, 12:50
    Eşqi Bağırov: Növbəti tədris ilindən “Rəqəmsal məktəb” platforması daha 5 şəhərdə tam tətbiq olunacaq
  • Сегодня, 12:47
    Bu ildən etibarən IX və XI siniflər üzrə attestatlar elektron qaydada veriləcək
  • Сегодня, 12:43
    Müdafiə Nazirliyində akademik Zərifə Əliyevanın anadan olmasının 103-cü ildönümü qeyd edilib
  • Сегодня, 12:03
    DİM: Qəbul imtahanlarında iştirak etmək üçün 89 mindən çox abituriyent qeydiyyatdan keçib
  • Сегодня, 12:01
    WSJ: Tramp İranın danışıqlar təklifinə şübhə ilə yanaşır
  • Сегодня, 11:57
    AzMİU-da “Dizayn həftəsi”nə start verilib: Yaradıcılıq, innovasiya və WUF13 ruhu bir arada
  • Сегодня, 11:55
    Tibb Universitetinin dosenti: akademik Zərifə Əliyeva öz bilik və peşəkarlığı ilə seçilirdi
  • Сегодня, 11:52
    Yol-nəqliyyat hadisələri baş verib: İşıqforlar və idarəetmə qutusu yararsız hala düşüb
  • Сегодня, 11:49
    Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə tarixi-memarlıq abidələrinin bərpadan sonra açılışında iştirak ediblər
  • Сегодня, 11:46
    Çexiyanın Baş nazirinin Azərbaycana səfəri başa çatıb
  • Вчера, 14:40
    Minatəmizləmə zamanı həlak olanların övladlarının təhsilhaqqı dövlət büdcəsindən ödəniləcək
  • Вчера, 14:38
    Ağcabədidə 2 nəfəri qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub
  • Вчера, 14:35
    Terror fəaliyyəti ilə bağlı yeni cəzalar parlamentdə üçüncü oxunuşda qəbul edilib
  • Вчера, 14:33
    Çexiyanın Baş naziri: Milli enerji operatorumuz Azərbaycandan təbii qaz almaq niyyətindədir
  • Вчера, 14:31
    Azərbaycan artan diplomatik cazibə mərkəzi kimi: Çexiya Baş nazirinin Qəbələ səfəri kontekstində yeni reallıqlar TƏHLİL
  • Вчера, 14:26
    Prezident İlham Əliyev: Çexiya ilə çox fəal siyasi dialoqumuz var
  • Вчера, 14:24
    “EFES - 2026” təliminə cəlb edilən hərbi qulluqçularımız Türkiyəyə yola düşüblər
  • Вчера, 14:21
    Qəbələdə Çexiyanın Baş naziri Andrey Babişin rəsmi qarşılanma mərasimi olub
  • 26-04-2026, 12:24
    Avropa İmmunlaşdırma Həftəsi: Hər nəsil üçün peyvəndlər effektivdir
  • 26-04-2026, 12:02
    Türk dünyasında qadınların iqtisadi güclənməsi: Düzcədə memorandumlar imzalanıb
  • 26-04-2026, 11:59
    Bəşəriyyətin sağalmayan yarası: Çernobıl faciəsindən 40 il keçir
  • 26-04-2026, 11:56
    Avropa Azərbaycan Mərkəzi Nyu-York merinin əsassız açıqlaması ilə bağlı bəyanat yayıb
  • 25-04-2026, 16:38
    Ötən gün 18 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb
  • 25-04-2026, 16:35
    Azərbaycan və Ukrayna prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
  • 25-04-2026, 16:31
    Qəbələdə Azərbaycan Prezidenti İlham Əliyevin Ukrayna Prezidenti ilə təkbətək və geniş tərkibdə görüşü olub
  • 22-04-2026, 22:03
    Otuz il əvvəl törədilmiş qətlin üstü açılıb, iki nəfər həbs edilib – BİRGƏ MƏLUMAT
  • 22-04-2026, 22:01
    Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları “Heydər Əliyev-2026” birgə təlimində yüksək peşəkarlıq nümayiş etdiriblər
  • 22-04-2026, 21:59
    Prezident Edqars Rinkeviçs: Azərbaycan bir çox Avropa ölkəsi üçün strateji tərəfdaşdır
  • 22-04-2026, 21:57
    Prezident: Bu gün Avropa İttifaqının 10 üzvü Azərbaycandan təbii qaz alır
  • 22-04-2026, 21:53
    Bakıda Azərbaycan-Latviya biznes-forumu keçirilib
  • 22-04-2026, 21:50
    Prezident İlham Əliyev Latviya Prezidentinin ölkəmizə səfəri ilə bağlı paylaşım edib
  • 22-04-2026, 21:48
    Azərbaycan Prezidenti İlham Əliyev və Latviya Prezidenti Edqars Rinkeviçs mətbuata bəyanatlarla çıxış ediblər
  • 22-04-2026, 21:44
    Latviya Prezidentinin rəsmi qarşılanma mərasimi olub
  • 22-04-2026, 11:41
    Tramp: Dəniz blokadası qaldırılarsa, İranla razılaşma mümkün deyil
  • 22-04-2026, 11:39
    DİM: Aprelin 26-da 55 mindən çox IX sinif şagirdi buraxılış imtahanı verəcək
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Sevil Ağayeva
  • Telefon: (+99450) 852 18 82
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ASELA.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə