• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Ermənistanın regiondan “uzaqlaşma” siyasətinin iki ölkə arasında davam edən sülh prosesinə təsirləri - TƏHLİL

Siyasət

28-11-2023, 15:28

Azərbaycan Dövlət İnformasiya Agentliyi
SİYASƏT
Ermənistanın regiondan “uzaqlaşma” siyasətinin iki ölkə arasında davam edən sülh prosesinə təsirləri - TƏHLİL
27.11.2023 [20:02]
A+ A-
Ermənistanın regiondan “uzaqlaşma” siyasətinin iki ölkə arasında davam edən sülh prosesinə təsirləri - TƏHLİL
Bakı, 27 noyabr, AZƏRTAC

Son zamanlar Ermənistan xarici siyasətində müşahidə edilən əsas məqamlardan biri də rəsmi İrəvanın region və qeyri–region dövlətləri ilə münasibətlərdə nümayiş etdirdiyi davranışlar, sistematik addımlardır. Ermənistanın son xarici siyasət reveransları belə qənaətə gəlməyimizə əsas verir ki, Nikol Paşinyan hökuməti üzləşdiyi problemləri və yaxud regiona aid məsələləri daha çox qeyri-region ölkələri ilə müzakirə etməyə və bütövlükdə, regiondan “uzaqlaşmağa” çalışır. Xüsusilə Azərbaycanla postmünaqişə problemlərinin həllində Ermənistan qeyri–region dövlətlərinin, güc mərkəzlərinin təklif etdiyi platformaları danışıqların aparılması üçün əsas müstəvi kimi qəbul edir.

Bu sözlər Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) eksperti, siyasi elmlər üzrə fəlsəfə doktoru Mətin Məmmədlinin "Ermənistanın regiondan “uzaqlaşma” siyasətinin iki ölkə arasında davam edən sülh prosesinə təsirləri" sərlövhəli məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir:

“Proseslərin gedişi onu sübut edir ki, Ermənistanın danışıqları kənar formatlarda davam etdirməyə xüsusi həvəs göstərməsi, ilk növbədə, rəsmi İrəvanın heç də sülhə xidmət etməyən məqsədləri ilə bağlıdır. Daha dəqiq desək, Ermənistan İkinci Qarabağ müharibəsindən sonra düşmüş olduğu vəziyyətdən məhz tərəfkeşlik edən, regionda geosiyasi iddialarını təmin etməyi sülhdən daha çox düşünən vasitəçilərin köməyi ilə çıxmağa və danışıqlar prosesində Azərbaycana qarşı mövqeyini gücləndirməyə çalışır. Vasitəçilərin də danışıqlar prosesində bir çox hallarda tərəfkeş, qərəzli yanaşması Ermənistanın iki ölkənin gələcək münasibətləri ilə bağlı xoş olmayan planlarının, istəklərinin reallaşması üçün münbit zəmin yaradır. Məhz bu baxımdan son aylarda danışıqlar prosesində fasilənin yaranmasını təsadüfi hesab etmək olmaz və danışıqlarda belə bir durğun vəziyyətin yaranması, ilk növbədə, Azərbaycanın haqlı olaraq Brüssel və Vaşinqton formatlarına inamsız yanaşması, iradları ilə bağlıdır. Bir yandan tərəflərə vasitəçilik təklif edib, digər yandan da tərəflərdən birinə tərəfkeşlik etmək, onun əsassız iddialarını müdafiə etmək heç bir halda vasitəçilik kriteriyaları ilə uyğun gəlmir. Ona görə də belə bir vasitəçilik missiyası uğurlu alına bilməz.

Məsələyə bir qədər də detallı yanaşaq, Vətən müharibəsindən sonra Azərbaycan təklif olunan bütün danışıqlar formatlarında (Moskva, Brüssel, Vaşinqton) fəal iştirak edib. Ölkəmizin bu formatlarda fəal, həvəslə iştirak etməsinin əsas səbəbi qısa müddət ərzində regionda davamlı sülhə nail olmaq istəyi ilə bağlıdır. Ancaq görünən odur ki, bizim istəyimizdən asılı olmayaraq vasitəçilər bir çox məqamlarla bağlı elə mövqe nümayiş etdirib ki, bu danışıqlar prosesində ciddi nəticələrin əldə edilməsinə mane olub. Xüsusilə də Azərbaycan Ordusunun sentyabrın 19–20-də Qarabağda keçirdiyi antiterror tədbirlərindən sonra bir sıra Avropa İttifaqı (Aİ) və ABŞ rəsmilərinin rəsmi Bakını ittiham edən açıqlamaları, Ermənistanın və müəyyən ermənipərəst dairələrin Azərbaycana qarşı başlatdığı böhtan kampaniyasına bəzi Qərb dövlətlərinin, strukturlarının qoşulması Azərbaycanın sülh prosesində Qərb platformasında iştirakla bağlı tərəddüdlərini artırıb. Son üç ildə istər ABŞ, istərsə də Aİ ilə Azərbaycan arasında meydana çıxan fikir ayrılıqlarını, ziddiyyətləri belə ümumiləşdirmək olar ki, Azərbaycanın mövqeyindən fərqli olaraq (xüsusilə ABŞ) münaqişənin bitmədiyi və bu səbəbdən də ATƏT-in Minsk qrupunun fəaliyyətinin bərpa edilməsi zərurəti bəyan olunub, Ermənistan-Azərbaycan sərhədində, Qarabağ bölgəsində baş verən hərbi toqquşmalarda daha çox ölkəmiz ittiham edilib. Həmçinin Azərbaycanın torpaqları üzərində suverenliyinə şübhə yaradan mövqe nümayiş etdirilib, Fransanın timsalında Qərbin bir sıra aparıcı dövlətləri açıq və gizli şəkildə Ermənistanı silahlandırıb və silahlandırmaqda davam edir. Bütün bunlarla bərabər o da etiraf olunmalıdır ki, Brüssel formatında aparılan danışıqlarda müəyyən irəliləyişlər əldə edilib və bu sırada Azərbaycanın təklif etdiyi ərazi bütövlüyünün qarşılıqlı olaraq tanınması prinsipinin Ermənistan tərəfindən qəbul edilməsi və sair məsələləri qeyd etmək olar. Ancaq buna baxmayaraq, Ermənistanın Qarabağda yaşayan ermənilərin beynəlxalq mexanizmlərlə statusunun və təhlükəsizliyinin təmin edilməsi şərtinin Brüssel və Vaşinqton tərəfindən də dəstəklənməsi və digər addımlar Qərb platformasında danışıqların perspektivi ilə bağlı inamın sarsılmasına səbəb olub. Bu səbəbdən də hesab edirik ki, Qərb platformasında danışıqlar prosesinin bərpa olunması üçün Vaşinqton və Brüsselin siyasətində, davranışlarında ciddi korrektlərə ehtiyac var.

Fikrimcə, Qərbin aparıcı mərkəzlərinin (ABŞ, Aİ) postmünaqişə problemlərinin həllində nümayiş etdirdiyi qeyri–adekvat, bir çox hallarda qərəzli, tərəfkeş yanaşmanın iki əsas səbəbi var. Birinci səbəb geosiyasi amillərlə bağlıdır. Görünən odur ki, Qərbdə belə düşünürlər ki, İrəvan və Moskva arasında mövcud ziddiyyətlərdən fürsət kimi istifadə edilməlidir və Ermənistanın Rusiyadan uzaqlaşması, Qərbə yaxınlaşması üçün bu ölkəyə bütün səviyyələrdə dəstək verilməlidir, o cümlədən də Azərbaycanla danışıqlar prosesində. Daha dəqiq desək, Qərbdə Rusiya ilə sərt geosiyasi qarşıdurma fonunda Ermənistana yeni əsas meydanlardan və yaxud alətlərdən biri kimi yanaşılır. Digər səbəb daxili amillərlə əlaqəlidir. Güclü erməni diaspor, lobbi qruplarının ABŞ və Avropada fəaliyyətini, daxili siyasi mübarizədə, seçkilər ərəfəsində qərbli elitaların bu qrupların dəstəyinə ehtiyacın artmasını, Qərbin bir sıra siyasi–elmi dairələrində ənənəvi oriyentalist düşüncə tərzinin hələ də güclü olmasını, bəzi Qərb çevrələrində “xristian təəssübkeşliyi”nin baş qaldırmasını və sair amilləri bu sıraya aid etmək olar.

Beləliklə, baş verən prosesləri, qeyd olunan amilləri nəzərə alaraq Azərbaycan Ermənistana birbaşa danışıqlar aparmağı təklif edir. Bu baxımdan Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanla vasitəçisiz danışıqlar aparmaq üçün Tiflis şəhərini təklif etməsi təsadüfi hesab edilə bilməz. Həmçinin Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Ermənistan anlamalıdır ki, sülhün kökləri Vaşinqton, Brüssel, Moskva və yaxud digər şəhərlərdə yox, regiondadır” fikirləri də rəsmi Bakının iki ölkə arasında sülhün gələcəyi ilə bağlı aydın mövqeyini ifadə edir. Azərbaycan uzun illərdən sonra yaranmış sülh imkanının ayrı–ayrı güc mərkəzlərinin geosiyasi iddialarına qurban verilməsini istəmir və bu səbəbdən də Ermənistanı da məsuliyyətli davranmağa dəvət edir. Onu da qeyd edək ki, ümumiyyətlə, son zamanlar rəsmi Bakının xarici siyasətində regional aspekt xeyli aktuallaşıb və Azərbaycan yalnız Ermənistanla postmünaqişə problemlərini deyil, bütövlükdə regiona aid bütün məsələlərin məhz bölgə dövlətləri ilə müzakirə edilməsinə, həllinə böyük əhəmiyyət verir. Azərbaycan regional təhlükəsizliyin, əməkdaşlığın, rifahın əsas yollarından birinin məhz bölgə dövlətləri ilə münasibətlərin yenidən qurulmasından, inkişaf etdirilməsindən asılı olması fikrini qəbul edir və siyasətində də bu prinsipə əməl edir. Azərbaycanın digər region dövlətlərindən, xüsusilə də Ermənistandan əsas gözləntisi ondan ibarətdir ki, iki ölkəyə aid problemləri kənara çıxarmadan birlikdə həllinə üstünlük versin. Nəhayət, Ermənistan aydın dərk etməlidir ki, iki ölkə arasında aparılan danışıqlar prosesini qarşı duran güc mərkəzlərinin geosiyasi rəqabət meydanlarından birinə çevirməklə bütövlükdə Cənubi Qafqazda davamlı sülhün əldə olunmasına mane olur”.

Paylaş:
Digər xəbərlər

Siyasət

26-11-2023, 20:44

Ermənistanın sülh müqaviləsini uzatması onu region ölkələrindən uzaqlaşdırır - ŞƏRH

Siyasət

18-11-2023, 20:22

Ermənistanın əsassız və ziddiyyətli bəyanatlara üstünlük verməsi ənənəvi hal alıb - XİN

Siyasət

23-11-2023, 10:39

Fransanın Ermənistanı silahlandırması regionda yeni münaqişənin yaranmasına xidmət edir ŞƏRH

Siyasət

13-11-2023, 16:22

Fransanın Ermənistanı silahlandırması: Paris Cənubi Qafqazda sülhə qarşı - ŞƏRH

Siyasət

28-11-2023, 15:15

SPECA-nın Zirvə görüşü Mərkəzi Asiya ölkələri ilə Azərbaycanın münasibətlərində yeni mərhələnin başlanğıcı oldu - ŞƏRH

Yazarlar
Ad gününüz mübarək, Sevil xanım!
20 YANVAR - ÜMUMXALQ HÜZN GÜNÜAzərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 35 il ötür. Ocak 16, 2025 XƏBƏR
Ad gününüz mübarək, Sevil xanım!
Bu gün görkəmli Azərbaycan alimi Sara Aşurbəylinin doğum günüdür
Şərqdə ilk opera yazan qadın bəstəkar - Şəfiqə Axundova
Səbuhi Məmmədlinin ikinci ayağı da amputasiya edildi
Hadisə
13-05-2026, 13:07
Qaxda 4 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
12-05-2026, 10:38
Sabirabaddakı yol qəzasında ölən və yaralananların kimliyi məlum olub
12-05-2026, 09:38
Lökbatanda yanğın ərazisində xilasedicilər tərəfindən zəruri təhlükəsizlik tədbirləri davam etdirilir
11-05-2026, 12:19
Yüksək sürət gənc motosikletçinin həyatına son qoyub
11-05-2026, 12:12
Son 2 gündə 25 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
9-05-2026, 17:56
Bərdədə ödəmə terminallarından 40 min manat oğurlayan şəxslər saxlanılıb
Son xəbərlər
  • Сегодня, 10:15
    Cari ildə tədris prosesində iştirak edən müəllimlərin sayı açıqlanıb
  • Сегодня, 09:27
    Neftçilər Milli Qurtuluş Gününü qeyd ediblər
  • Сегодня, 09:24
    BDU-nu ən yüksək Ümumi Orta Müvəffəqiyyət Göstəricisi ilə bitirən məzunların adları açıqlanıb
  • Сегодня, 09:22
    Bakı Dövlət Universitetinin “Məzun günü” qeyd olunub
  • Сегодня, 08:34
    Azərbaycan məktəblərində “Son zəng” sədaları
  • Сегодня, 08:32
    Cəmşid Naxçıvanski adına Hərbi Liseyin 54-cü buraxılış mərasimi olub
  • Вчера, 21:32
    Balakəndə 10 tona yaxın çətənə kolu məhv edilib
  • Вчера, 21:29
    Alparslan Bayraktar: TANAP Avropanın enerji təhlükəsizliyinin əsas təminatçısıdır
  • Вчера, 21:18
    HDQ-də döyüş atışlı taktiki təlim olub
  • 11-06-2026, 15:17
    Qərbi Azərbaycan İcmasında süni intellektin idarə olunması mövzusunda məlumatlandırma sessiyası
  • 11-06-2026, 15:14
    Ekspert: İstanbul Bəyannaməsi Türkiyə, Azərbaycan və Gürcüstan əlaqələrinə dair vizyonu əks etdirir
  • 11-06-2026, 15:12
    Bu ilin 5 ayı ərzində 4 tondan çox narkotik vasitə və psixotrop maddələr müsadirə olunub
  • 11-06-2026, 15:09
    Bu ilin 5 ayı ərzində “802” xidmətinə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 38 müraciət daxil olub
  • 11-06-2026, 15:07
    Fərid Şəfiyev: Dayanıqlı sülh üçün Azərbaycanın qanuni tələbləri tam şəkildə təmin edilməlidir
  • 11-06-2026, 15:05
    Cənubi Qafqazda yeni geosiyasi reallıqlar və Azərbaycanın sülh gündəliyi müzakirəyə çıxarılıb
  • 11-06-2026, 15:03
    Azərbaycan müdafiə naziri Pakistan tərəfinə başsağlığı verib
  • 10-06-2026, 19:28
    Yasamal rayonunda Həsən bəy Zərdabi küçəsindəki obyektdə yanğın baş verib
  • 10-06-2026, 19:26
    Sabunçu rayonunda 46 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb
  • 10-06-2026, 19:24
    Valideynlərin sosial şəbəkə platformalarına nəzarət mexanizmi güclənəcək RƏY
  • 10-06-2026, 19:19
    Hərbi Dəniz Qüvvələrində döyüş atışlı taktiki təlim
  • 10-06-2026, 13:22
    Saxta sənədlərlə daşınmaz əmlak əldə edənləri nə gözləyir? - Ali Məhkəmədən vacib qərardad
  • 10-06-2026, 13:17
    Azərbaycanın müdafiə naziri Serbiyada rəsmi səfərdədir
  • 10-06-2026, 11:08
    Yasamal rayonunda yanğın təhlükəli obyektin fəaliyyəti dayandırılıb
  • 10-06-2026, 10:00
    Yazlıq taxıl sahələrinin sığortalanması müddəti iyunun 15-də başa çatır
  • 10-06-2026, 09:58
    Azərbaycan nefti 95 dollara satılır
  • 10-06-2026, 09:56
    Araz çayında batan şəxsin meyiti tapılıb
  • 10-06-2026, 09:54
    Azərbaycan və Litva arasında siyasi məsləhətləşmələrin növbəti raundu aparılıb
  • 9-06-2026, 15:52
    Rəsmi Bakının məqsədi regionda sülhə nail olmaq və iqtisadi inkişafa təkan verməkdir
  • 9-06-2026, 12:59
    Kəlbəcərdə Günəş panelli avtonom radiomonitorinq stansiyası istifadəyə verilib
  • 9-06-2026, 12:57
    Süni intellekt dövründə insan hüquqlarının gələcəyi Bakıda müzakirə olunacaq
  • 9-06-2026, 12:55
    Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb
  • 9-06-2026, 12:53
    Azərbaycanın xarici işlər naziri Yaponiyaya rəsmi səfərə yola düşüb
  • 9-06-2026, 12:51
    XİN beynəlxalq təhlükəsizlik mühitində artan risklərlə bağlı bəyanat yayıb
  • 9-06-2026, 12:47
    Azov dənizində zərər görən gəmilərin 19 nəfər azərbaycanlı heyət üzvü ölkəmizə yola salınıb
  • 8-06-2026, 14:45
    Gömrük əməkdaşlarının insan alveri və məcburi əmək hallarının aşkarlanması sahəsində bilikləri artırılır
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Sevil Ağayeva
  • Telefon: (+99450) 852 18 82
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ASELA.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə