• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Azərbaycanın Ermənistan üzərindəki Qələbəsi ABŞ-ı niyə qıcıqlandırır? ŞƏRH

Siyasət / Cəmiyyət

24-11-2023, 11:38


ABŞ Senatının “2023-cü il erməniləri müdafiə aktı” ilə əlaqədar qəbul etdiyi bəyanat Vaşinqtonun özünün xarici siyasətində nə qədər qeyri-ardıcıl, etibarsız bir tərəfdaş olmasının təsdiqidir. ABŞ Nümayəndələr Palatasının Xarici işlər komitəsinin Avropa üzrə alt komitəsində keçirilmiş dinləmələr, dövlət rəsmilərinin ölkəmizə qarşı ifadə etdikləri qərəzli fikirləri və nəhayət qəbul olunan bəyanat iki ölkə arasındakı münasibətlərə ciddi zərbədir. Bu, həm də Cənubi Qafqazda sülhə və sabitliyə ciddi əngəlıdir.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı İltizam Yusifov deyib.

Onun sözlərinə görə, Bayden Administrasiyasının təhriki, korrupsiyalaşmış, müsəlman düşmənləri olan senatorların saxta məlumatları əsasında Senatın qəbul etdiyi akt bumeranq effektini verəcək. Azərbaycan bu aktdan heç nə itirməyəcək, lakin onun qəbulu ABŞ-ın etimadının ciddi şəkildə azalmasına xidmət edəcək.

“1992-ci ildə Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti geniş vüsət alanda - Xocalı soyqırımı, Qaradağlı, Ağdaban, Ballıqaya faciələri törədilən bir məqamda ABŞ bu hərbi cinayətlərin, etnik təmizləmələrin qarşısını almağa çalışmaq əvəzinə “Azadlığa dəstək aktı” adlanan qanuna 907-ci düzəlişi qəbul etdi. Burada söhbət ABŞ hökumətinin Azərbaycana maliyyə yardımını dayandırmasından gedir. Birləşmiş Ştatlar postsovet məkanında yalnız Azərbaycana qarşı belə bir sanksiya tətbiq edib. Bu sanksiya Ermənistanın əl-qolunu açdı və işğalçılıq siyasətini davam və müdafiə etmələri üçün dəstək oldu. 907-ci düzəlişin tətbiqi 2001-ci ildə - ABŞ NATO qüvvələri ilə birlikdə Əfqanıstanda əməliyyata başlayanda dayandı. Azərbaycan hava məkanını, Şimal Paylayıcı Şəbəkəsini açmaqla ABŞ tərəfinə yardım əlini uzatdı. Əfqanıstanda terrorizmə qarşı ABŞ ilə çiyin-çiyinə mübarizə aparan ilk dövlətlərdən biri də Azərbaycan olmuşdur. Eyni zamanda, Azərbaycan Əfqanıstanı tərk edən sonuncu tərəfdaş ölkə idi. Əfqanıstanda əməliyyatlar dayandıqdan sonra yenidən 907-ci düzəliş gündəmə gətirildi”, - deyə deputat bildirib.

O qeyd edib ki, ötən müddət ərzində ABŞ-ın Azərbaycana etdiyi yardım olduqca kiçik idi. Bu gün Azərbaycanın ABŞ-ın yardımlarına ehtiyacı yoxdur. Azərbaycan daxili imkanları hesabına Ordusunu dünya standartlarına uyğunlaşdırıb, gücləndirib. Silah-sursat almaq üçün dünya bazarında sənaye müəssisələrinin sayı kifayət qədərdir.

“ABŞ Azərbaycanın işğal edilmiş ərazisində Ermənistan tərəfindən yaradılmış qanunsuz separatçı rejimi hər zaman müxtəlif formalarda dəstəkləyib. Separatçıların ABŞ-a müntəzəm səyahətləri təşkil olunub, rəsmi şəxslərlə görüşləri olub. Vaşinqtonun Azərbaycana qarşı qərəzli, ədalətsiz mövqeyi ABŞ-ın vasitəçilik missiyasını kölgə altına qoyur. Azərbaycan ərazilərinin 20 faizinin işğal edilməsinə, etnik təmizləməyə, Xocalı soyqırımına və digər qətliamlara, bir milyondan artıq qaçqın və məcburi köçkünün taleyinə biganə yanaşmış ABŞ 2020-ci ilin 44 günlük Vətən müharibəsində qazanılan Zəfərimizi qəbul etmək istəmir”, - deyə İltizam Yusifov vurğulayıb.

Deputatın sözlərinə görə, qondarma “Dağlıq Qarabağ Respublikası” özünü buraxdığını elan etdiyi halda ABŞ Nümayəndələr Palatasında “Dağlıq Qarabağın gələcəyi” adlı dinləmələrin keçirilməsi Vaşinqtonun Cənubi Qafqazda münaqişələri qızışdırmaqla sülhün və sabitliyin pozulmasında maraqlı olduğunu göstərir. Sözdə Azərbaycanın ərazi bütövlüyünü tanıyan ABŞ reallıqda ərazimizi işğal edən qüvvələrə dəstək verir. Qarabağın erməni əhalisinin Azərbaycan cəmiyyətinə reinteqrasiyasının təmin edilməsi üçün Bakının siyasətini görməzlikdən gələn ABŞ bölgədə sosial, humanitar və infrastruktur məsələlərinin həlli istiqamətində aparılan kompleks tədbirləri də qulaqardına vurur. Beynəlxalq Qırmızı Xaç Komitəsi, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı kimi mötəbər qurumların nümayəndələri işğaldan azad edilmiş Xankəndi, Xocalı və digər rayonlarda, qəsəbə və kəndlərdə oldular, insanlarla söhbət etdilər. Onlar Qarabağda heç bir etnik təmizləmə siyasətinin aparılmadığına dair rəy verdilər. Amma bəzi Qərb dövlətləri bölgədən könüllü getmiş erməni sakinlərin ərazidən zorla köçkün salındığını iddia edirlər.

“Maraqlıdır ki, Azərbaycanın beynəlxalq normalar çərçivəsində apardığı hərbi əməliyyatların nəticələrini qəbul etməyən ABŞ Əfqanıstan və Yaxın Şərqdə 20 ilə yaxın qanlı müharibələr apardı. ABŞ bölgəyə daxil olandan sonra Əfqanıstanda narkotik bitkilər becərilməsi kütləvi hal aldı. 2003-cü ildə İraqın işğalı nəticəsində milyonlarla sakin didərgin düşdü, yüz minlərlə insan həlak oldu. Bunlar ABŞ “demokratiyasının” dünyaya verdiyi “töhfələr”in sadəcə çox az qismidir. Dünyanın müxtəlif regionlarında təşkil olunan “rəngli inqilablar” nəticəsində baş verən faciələrə görə ABŞ məsuliyyət daşıyır”, - deyə İltizam Yusifov fikirlərini yekunlaşdırıb.

Paylaş:
Digər xəbərlər

Siyasət

18-11-2023, 13:22

ABŞ-ın 907-ci düzəlişlə bağlı laqeyd hərəkəti Azərbaycana qarşı bədxah addımdır

Siyasət

17-11-2023, 12:27

Həmid Həmidov ABŞ dövlət katibinin köməkçisinin Azərbaycan əleyhinə bəyanatlarına münasibət bildirdi

Siyasət

18-11-2023, 20:22

Ermənistanın əsassız və ziddiyyətli bəyanatlara üstünlük verməsi ənənəvi hal alıb - XİN

Gündəm / Siyasət

14-11-2023, 17:01

Azərbaycan XİN-dən Avropa İttifaqına XƏBƏRDARLIQ

Siyasət

13-11-2023, 16:22

Fransanın Ermənistanı silahlandırması: Paris Cənubi Qafqazda sülhə qarşı - ŞƏRH

Yazarlar
Ad gününüz mübarək, Sevil xanım!
20 YANVAR - ÜMUMXALQ HÜZN GÜNÜAzərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 35 il ötür. Ocak 16, 2025 XƏBƏR
Ad gününüz mübarək, Sevil xanım!
Bu gün görkəmli Azərbaycan alimi Sara Aşurbəylinin doğum günüdür
Şərqdə ilk opera yazan qadın bəstəkar - Şəfiqə Axundova
Səbuhi Məmmədlinin ikinci ayağı da amputasiya edildi
Hadisə
13-05-2026, 13:07
Qaxda 4 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
12-05-2026, 10:38
Sabirabaddakı yol qəzasında ölən və yaralananların kimliyi məlum olub
12-05-2026, 09:38
Lökbatanda yanğın ərazisində xilasedicilər tərəfindən zəruri təhlükəsizlik tədbirləri davam etdirilir
11-05-2026, 12:19
Yüksək sürət gənc motosikletçinin həyatına son qoyub
11-05-2026, 12:12
Son 2 gündə 25 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
9-05-2026, 17:56
Bərdədə ödəmə terminallarından 40 min manat oğurlayan şəxslər saxlanılıb
Son xəbərlər
  • Сегодня, 13:37
    Bu il 102 nömrəli tam orta ümumtəhsil məktəbindən 150 şagird məzun olub
  • Сегодня, 13:35
    Paytaxtın 53 nömrəli məktəbində 187 nəfər məzun olub
  • Сегодня, 13:33
    Paytaxtdakı 6 nömrəli məktəb-liseydən 144 nəfər məzun olur
  • Сегодня, 13:27
    Qarabağ və Şərqi Zəngəzurda iki yeni qan bankı fəaliyyət göstərəcək
  • Сегодня, 13:24
    Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb
  • Сегодня, 10:15
    Cari ildə tədris prosesində iştirak edən müəllimlərin sayı açıqlanıb
  • Сегодня, 09:27
    Neftçilər Milli Qurtuluş Gününü qeyd ediblər
  • Сегодня, 09:24
    BDU-nu ən yüksək Ümumi Orta Müvəffəqiyyət Göstəricisi ilə bitirən məzunların adları açıqlanıb
  • Сегодня, 09:22
    Bakı Dövlət Universitetinin “Məzun günü” qeyd olunub
  • Сегодня, 08:34
    Azərbaycan məktəblərində “Son zəng” sədaları
  • Сегодня, 08:32
    Cəmşid Naxçıvanski adına Hərbi Liseyin 54-cü buraxılış mərasimi olub
  • Вчера, 21:32
    Balakəndə 10 tona yaxın çətənə kolu məhv edilib
  • Вчера, 21:29
    Alparslan Bayraktar: TANAP Avropanın enerji təhlükəsizliyinin əsas təminatçısıdır
  • Вчера, 21:18
    HDQ-də döyüş atışlı taktiki təlim olub
  • 11-06-2026, 15:17
    Qərbi Azərbaycan İcmasında süni intellektin idarə olunması mövzusunda məlumatlandırma sessiyası
  • 11-06-2026, 15:14
    Ekspert: İstanbul Bəyannaməsi Türkiyə, Azərbaycan və Gürcüstan əlaqələrinə dair vizyonu əks etdirir
  • 11-06-2026, 15:12
    Bu ilin 5 ayı ərzində 4 tondan çox narkotik vasitə və psixotrop maddələr müsadirə olunub
  • 11-06-2026, 15:09
    Bu ilin 5 ayı ərzində “802” xidmətinə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 38 müraciət daxil olub
  • 11-06-2026, 15:07
    Fərid Şəfiyev: Dayanıqlı sülh üçün Azərbaycanın qanuni tələbləri tam şəkildə təmin edilməlidir
  • 11-06-2026, 15:05
    Cənubi Qafqazda yeni geosiyasi reallıqlar və Azərbaycanın sülh gündəliyi müzakirəyə çıxarılıb
  • 11-06-2026, 15:03
    Azərbaycan müdafiə naziri Pakistan tərəfinə başsağlığı verib
  • 10-06-2026, 19:28
    Yasamal rayonunda Həsən bəy Zərdabi küçəsindəki obyektdə yanğın baş verib
  • 10-06-2026, 19:26
    Sabunçu rayonunda 46 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb
  • 10-06-2026, 19:24
    Valideynlərin sosial şəbəkə platformalarına nəzarət mexanizmi güclənəcək RƏY
  • 10-06-2026, 19:19
    Hərbi Dəniz Qüvvələrində döyüş atışlı taktiki təlim
  • 10-06-2026, 13:22
    Saxta sənədlərlə daşınmaz əmlak əldə edənləri nə gözləyir? - Ali Məhkəmədən vacib qərardad
  • 10-06-2026, 13:17
    Azərbaycanın müdafiə naziri Serbiyada rəsmi səfərdədir
  • 10-06-2026, 11:08
    Yasamal rayonunda yanğın təhlükəli obyektin fəaliyyəti dayandırılıb
  • 10-06-2026, 10:00
    Yazlıq taxıl sahələrinin sığortalanması müddəti iyunun 15-də başa çatır
  • 10-06-2026, 09:58
    Azərbaycan nefti 95 dollara satılır
  • 10-06-2026, 09:56
    Araz çayında batan şəxsin meyiti tapılıb
  • 10-06-2026, 09:54
    Azərbaycan və Litva arasında siyasi məsləhətləşmələrin növbəti raundu aparılıb
  • 9-06-2026, 15:52
    Rəsmi Bakının məqsədi regionda sülhə nail olmaq və iqtisadi inkişafa təkan verməkdir
  • 9-06-2026, 12:59
    Kəlbəcərdə Günəş panelli avtonom radiomonitorinq stansiyası istifadəyə verilib
  • 9-06-2026, 12:57
    Süni intellekt dövründə insan hüquqlarının gələcəyi Bakıda müzakirə olunacaq
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Sevil Ağayeva
  • Telefon: (+99450) 852 18 82
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ASELA.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə