• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

ABŞ-nin əsas prioritetləri: separatizmə dəstək, ölkələrin daxili işlərinə qarışmaq - ŞƏRH + FOTO

Siyasət

23-11-2023, 19:00


Amerika Birləşmiş Ştatları (ABŞ) separatizmə qarşı mübarizəni prioritet elan etsə də, reallıqda bunun əksini müşahidə edirik. Bir çox məsələlərdə olduğu kimi, ABŞ burada da öz maraqlarından çıxış edir, faktlar da bunu təsdiqləyir.

Noyabrın 15-də ABŞ Konqresinin yuxarı palatasının Azərbaycana yardımla bağlı səlahiyyətlərdən imtinanı nəzərdə tutan bədnam “S.3000” qanun layihəsinə də bu prizmadan baxmaq gərəkdir. Qanun ABŞ prezidentinə Azərbaycanla bağlı “907-ci düzəliş”i dayandırmağa icazə vermir. Azadlığa Dəstək Aktına edilən 907-ci düzəliş ABŞ hökumətinin Azərbaycanın rəsmi strukturlarına yardım göstərməsini qadağan edir. Bədnam düzəliş 2002-ci ildən bəri ABŞ prezidentləri tərəfindən hər il dayandırılır. Qərar qüvvəyə minməzdən əvvəl Nümayəndələr Palatası tərəfindən təsdiq edilməli və prezident tərəfindən imzalanmalıdır.

Düzəlişlə bağlı müzakirələr də birbaşa separatizmin dəstəklənməsi deməkdir.

Görünən odur ki, ABŞ 30 illik işğala son qoyan, Qarabağda separatçı rejimi yer üzündən silən Azərbaycana dəstək vermək əvəzinə, onu sanksiya və yardımları dayandırmaqla hədələyir. Bunda təəccüblü də nəsə yoxdur. 30 illik işğal zamanı hər il separatçılara maliyyə və hərtərəfli yardım göstərməsini yada salaq. Hətta bu yardım indi də davam edir.

ABŞ hər il dünya ölkələrində insan haqları və demokratiyanın vəziyyəti ilə bağlı hesabat yayaraq bu məsələdə də öz mövqeyindən və maraqlarından çıxış edir. Azərbaycanla bağlı tutduğu mövqeyi də bundan irəli gəlir. Halbuki, rəsmi Bakı regionda yeni reallıq yaradıb, Ermənistanla sülh sazişinin imzalanmasına çalışır. ABŞ isə prosesə dəstək vermək əvəzinə nə edir? Fransa ilə yanaşı, İrəvanı şirnikləndirib yeni müharibəyə çalışır. Rusiya ilə qarşıdurma vəziyyətində olan Birləşmiş Ştatların öz maraqları var və buna çatmaq üçün hər addımı atmağa qadirdir, bölgəni Kremlin nəzarətindən çıxarmaq üçün bütün xalqı belə qurban verər. Təəssüf doğuran hal ondan ibarətdir ki, ermənilər də ara-sıra sülhdən dəm vursalar da, bu plana uyğun addımlar atırlar.

Separatizmdən söz düşmüşkən, ABŞ bu hərəkatı Çinə qarşı da aparır. Bu ölkəni dəfələrlə insan haqlarını pozmaqda, Tayvana qarşı zorakılıqlar həyata keçirməkdə ittiham edir. Qarşı tərəf də bunu cavabsız qoymur. Çin Dövlət Şurasının (Nazirlər Kabineti) İnformasiya Ofisinin hər il hazırladığı hesabatda Birləşmiş Ştatlarda insan hüquqlarının müxtəlif aspektlərdə pozulması faktları əksini tapıb. Buraya vətəndaşların mülki hüquqlarının pozulması, gəlir bərabərsizliyi, irqi ayrı-seçkilik, uşaqlara, qadınlara və miqrantlara qarşı təhdidlər, habelə birtərəfli “Amerika birincidir” siyasətinin doğurduğu insan haqlarının pozulması halları daxildir.

ABŞ-nin təbliğ etdiyi demokratiya modeli, əslində, sözdədir. Bu, digər dövlətlərə təzyiq göstərmək və onların daxili işlərinə qarışmaq üçün sadəcə, görüntü və bəhanədir. ABŞ-nin demokratik sistemi universal deyil və mükəmməllikdən uzaqdır. Bununla belə, uzun müddətdir ki, Birləşmiş Ştatlar öz demokratik sisteminin struktur qüsurlarına və yerli demokratik təcrübələrin çatışmazlıqlarına məhəl qoymur. “Demokratiya modeli” və bu bəhanə ilə başqa ölkələrin daxili işlərinə qarışmaq, demokratiya bayrağı altında müharibələr açmaq, regional iğtişaşlara və humanitar fəlakətlərə səbəb olmaqdır. Dünyanın müxtəlif ölkələrinin və regionlarının iqtisadi inkişaf səviyyələrində, tarixi və mədəniyyətində fərqliliklərə baxmayaraq, ABŞ hökuməti öz siyasi sistemini və dəyərlərini başqa dövlətlərə sırıyır, “demokratik islahatlar” aparır. Bunlar isə “rəngli inqilablar” planlaşdırmaq, başqa ölkələrin daxili işlərinə qarışmaq və hətta fəlakətli nəticələrlə başqa ölkələrin qanuni rejimlərini devirməkdir.
Çin Dövlət Şurasının hesabatında xüsusilə qeyd olunur ki, ABŞ-nin ölkədəki demokratik sistemi mükəmməl təqdim etmək cəhdlərinə baxmayaraq, reallıqda onun mənfi cəhətləri getdikcə ciddiləşir. Belə ki, ABŞ demokratiyası pulun həlledici əhəmiyyət kəsb etdiyi “pul siyasəti”nə çevrilib, irqi ayrı-seçkilik mövcud olmaqda və inkişaf etməkdə davam edir, varlı və kasıb arasındakı fərq genişlənir.
Yeri gəlmişkən, hər il təqdim olunan hesabatlarda ABŞ-nin separatizmi dəstəkləməsini sübut edən çoxsaylı faktlar barədə danışılsa da, Vaşinqton öz ampluasındadır. Onun ən böyük qərəzi, ikiüzlülüyü Tayvanla da bağlı tutduğu mövqedə üzə çıxır. Məsələn, bir tərəfdən deyir ki, Çinin ərazi bütövlüyünü dəstəkləyir, digər tərəfdən də Tayvanı silahlandırır. Pekin də bu səbəbdən dəfələrlə bəyan edib ki, Vaşinqton Tayvanın Çinə sülh yolu ilə birləşməsini dəstəkləməli və adanı silahla doldurmağı dayandırmalıdır.
Beləliklə, ABŞ Çinə münasibətdə “Tayvan kartı”ndan, Azərbaycana qarşı isə ermənilərdən istifadə edir, bununla da bölgələri təzyiq altında saxlamağa çalışır. Vaşinqton separatizmə qarşı mübarizə apardığını elan etsə də, əslində, dünya ölkələrində bu hərəkata vüsət verir. Qarabağ və Tayvanla bağlı yeritdiyi siyasət də bunun bariz nümunəsidir. Odur ki, ikili standartlar və münaqişələr yaratmaq, əslində, ABŞ-nin əsl mahiyyətindən xəbər verir.

Paylaş:
Digər xəbərlər

Siyasət

18-11-2023, 13:22

ABŞ-ın 907-ci düzəlişlə bağlı laqeyd hərəkəti Azərbaycana qarşı bədxah addımdır

Siyasət

23-11-2023, 18:46

BMTM-in sədri: Ermənistan müstəqil olmadığından sülh müqaviləsi barədə nə isə demək çətindir - MÜSAHİBƏ

Siyasət

6-10-2023, 18:28

Milli Məclisin plenar iclasında

Siyasət

13-11-2023, 13:36

Sahibə Qafarova: Gələn il dövlət büdcəsinin həm gəlirləri, həm də xərcləri rekord həcmdə olacaq

Siyasət

30-10-2023, 15:58

Azərbaycan XİN başçısının müavini: Sülh sazişi ilə bağlı bundan sonrakı addımlar daha çox Ermənistan tərəfindən atılmalıdır - EKSKLÜZİV 30.10.2023 [14:15] A+ A-

Yazarlar
Ad gününüz mübarək, Sevil xanım!
20 YANVAR - ÜMUMXALQ HÜZN GÜNÜAzərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 35 il ötür. Ocak 16, 2025 XƏBƏR
Ad gününüz mübarək, Sevil xanım!
Bu gün görkəmli Azərbaycan alimi Sara Aşurbəylinin doğum günüdür
Şərqdə ilk opera yazan qadın bəstəkar - Şəfiqə Axundova
Səbuhi Məmmədlinin ikinci ayağı da amputasiya edildi
Hadisə
22-04-2026, 11:30
Bakıda internat məktəbinin yataqxanasında yanğın baş verib
18-04-2026, 10:18
Gəncədə oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb
18-04-2026, 10:16
Lənkəranda zəncirvari qəza olub, 7 nəfər xəsarət alıb
16-04-2026, 12:57
Binəqədi rayonunda saxlanılan şəxslərdən 54 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
16-04-2026, 12:55
Şirvanda oğurluq etməkdə təqsirli bilinən 2 nəfər saxlanılıb
9-04-2026, 12:28
Nəsimi rayonunda saxlanılan şəxslərdən 72 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
Son xəbərlər
  • 22-04-2026, 22:03
    Otuz il əvvəl törədilmiş qətlin üstü açılıb, iki nəfər həbs edilib – BİRGƏ MƏLUMAT
  • 22-04-2026, 22:01
    Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları “Heydər Əliyev-2026” birgə təlimində yüksək peşəkarlıq nümayiş etdiriblər
  • 22-04-2026, 21:59
    Prezident Edqars Rinkeviçs: Azərbaycan bir çox Avropa ölkəsi üçün strateji tərəfdaşdır
  • 22-04-2026, 21:57
    Prezident: Bu gün Avropa İttifaqının 10 üzvü Azərbaycandan təbii qaz alır
  • 22-04-2026, 21:53
    Bakıda Azərbaycan-Latviya biznes-forumu keçirilib
  • 22-04-2026, 21:50
    Prezident İlham Əliyev Latviya Prezidentinin ölkəmizə səfəri ilə bağlı paylaşım edib
  • 22-04-2026, 21:48
    Azərbaycan Prezidenti İlham Əliyev və Latviya Prezidenti Edqars Rinkeviçs mətbuata bəyanatlarla çıxış ediblər
  • 22-04-2026, 21:44
    Latviya Prezidentinin rəsmi qarşılanma mərasimi olub
  • 22-04-2026, 11:41
    Tramp: Dəniz blokadası qaldırılarsa, İranla razılaşma mümkün deyil
  • 22-04-2026, 11:39
    DİM: Aprelin 26-da 55 mindən çox IX sinif şagirdi buraxılış imtahanı verəcək
  • 22-04-2026, 11:37
    Ali Məhkəmə: Eyni əsasla təkrar mənzil tələbi yolverilməzdir
  • 22-04-2026, 11:32
    Vəkilliyə qəbulla bağlı növbəti ixtisas imtahanının test mərhələsinə sənəd qəbulu davam edir
  • 22-04-2026, 11:30
    Bakıda internat məktəbinin yataqxanasında yanğın baş verib
  • 22-04-2026, 11:27
    Latviya Prezidenti Edqars Rinkeviçs Şəhidlər xiyabanını ziyarət edib
  • 22-04-2026, 11:25
    Latviya Prezidenti Edqars Rinkeviçs Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
  • 22-04-2026, 11:20
    Latviya Prezidentinin rəsmi qarşılanma mərasimi olub
  • 21-04-2026, 12:32
    Ombudsman: Energetik içkilər uşaqların sağlamlıq hüququnun təmininə ciddi narahatlıq yaradır
  • 21-04-2026, 12:30
    Tədrisdə yeni imkanlar: “Google” alətləri artıq “Rəqəmsal məktəb”də
  • 21-04-2026, 12:28
    Media: Üç gəmi Hörmüz boğazından keçməyə çalışır
  • 21-04-2026, 12:26
    Fövqəladə hallar nazirinin Naxçıvan şəhərində vətəndaşlarla görüşünün vaxtı dəyişib
  • 21-04-2026, 12:24
    “GOAL” proqramı yekunlaşdı: Azərbaycan startapları qlobal arenada
  • 21-04-2026, 12:22
    Aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı almaq istəyənlər üçün imtahan təşkil ediləcək
  • 20-04-2026, 13:45
    İran Prezidenti: Diplomatik vasitələrdən istifadə etmək zəruridir
  • 20-04-2026, 13:43
    Rezidenturaya qəbul olmaq üçün ərizə qəbulu başa çatır
  • 20-04-2026, 13:41
    Naftalanda və Tərtərdə məhkəmə qərarları əsasında müsadirə olunmuş narkotik vasitələr məhv edilib
  • 20-04-2026, 13:39
    ASAN Karyera Akselerasiya Proqramı başlayır
  • 20-04-2026, 13:37
    Prezident İlham Əliyev: Azərbaycan əsas daşımalar qovşağı kimi öz rolunu gücləndirir
  • 20-04-2026, 13:35
    Prezident: Yüksələn geosiyasi gərginlik onilliklər ərzində əldə olunmuş inkişaf nailiyyətlərinin kövrəkliyini üzə çıxarır
  • 18-04-2026, 10:22
    Bu gündən qatarlar Kürdəmirdə də dayanır
  • 18-04-2026, 10:20
    Tramp: ABŞ razılaşmadan dərhal sonra İran limanlarının blokadasını dayandıracaq
  • 18-04-2026, 10:18
    Gəncədə oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb
  • 18-04-2026, 10:16
    Lənkəranda zəncirvari qəza olub, 7 nəfər xəsarət alıb
  • 18-04-2026, 10:14
    Azərbaycan ilə Aİ arasında yeni ikitərəfli saziş üzrə danışıqlar bərpa edilir
  • 17-04-2026, 21:03
    Sabah magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq
  • 17-04-2026, 20:58
    Antalyada Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü keçirilir
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Sevil Ağayeva
  • Telefon: (+99450) 852 18 82
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ASELA.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə