• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Xocalı yenə də dünyanın diqqət mərkəzində - bu dəfə abad, gözəl, inkişafda olan şəhər kimi

Siyasət

3-06-2024, 10:47

Otuz iki ildən sonra dünyanın diqqəti yenidən Azərbaycanın Xocalı şəhərinə yönəlib. Ancaq bu dəfə şəhid Xocalı yox, qəhrəman Xocalı kimi. Həm də abadlaşan, gözəlləşən, inkişaf, tərəqqi yolunda sürətə irəliləyən Xocalı kimi. Prezident İlham Əliyev və Birinci vitse-prezident Xocalı sakinlərinə tam bərpa edilmiş və yeni tikilmiş, hər cür infrastruktura malik evlərin açarlarını təqdim etdilər və onların bundan sonra öz ata-baba yurdlarında tam təhlükəsiz, əbədi yaşayacaqlarına əminliklərini bildirdilər. Hər bir soydaşımız üçün qürurverici, ermənilərə və onların havadarlarına isə gözdağı olan bu mərasimdə Xocalı şəhərinə köçmüş 24 ailəyə təzə mənzillərin açarları təqdim edildi. Bir neçə gün sonra isə respublikanın müxtəlif ərazilərindəki yataqxana, sanatoriya, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış daha 20 ailənin Xocalıya - isti ocaqlarına qayıtmaları təmin edildi. İndiyədək Xocalı şəhərində 44 ailənin, yəni 169 nəfərin daimi məskunlaşması təmin edilib. Bu köç davam edəcək. Təkcə xocalılılar yox, yurd-yuvalarından didərgin salınmış keçmiş məcburi köçkün soydaşlarımız böyük sevinc və fərəhlə mərhələ-mərhələ doğma dədə-baba yurdlarına qayıtdılar.

Bu fikirləri açıqlamasında bir neçə gün əvvəl Xocalı sakinlərinə yeni mənzillərin açarlarının təqdimolunma mərasiminə münasibət bildirən siyasi şərhçi Əliqismət Bədəlov söyləyib.

O deyib ki, 32 ildən sonra isti ocaqlarına qayıdan soydaşlarımız sevinirlər ki, artıq “məcburi köçkün” kimi utancverici addan xilas oldular. Bu şad və xoşbəxt günləri onlara bəxş edən Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirirlər. Təkcə keçmiş məcburi köçkün soydaşlarımızda yox, xalqımızda da dövlətimizin başçısının qətiyyətlə dediyi “Biz bu torpaqlara, doğma torpaqlarımıza əbədi qayıtmışıq və burada əbədi yaşayacağıq” sözləri tam rahatlıq və əminlik yaradıb. Artıq uşaqdan-böyüyə hamıya bəllidir ki, işğalçı Ermənistan bir daha torpaqlarımıza göz dikə bilməz. Çünki dünyanın 50 ən güclü ordusu sırasında Azərbaycanın da yenilməz ordusunun adı var. Bu ordu işğalçıların torpaqlarımıza ayaq basmalarına imkan verməz. Ermənilər də dərk edirlər ki, indiki Azərbaycan 1992-ci ildəkindən qat-qat fərqlənir. 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində Xocalı separatçılardan tamamilə təmizləndi. Prezident İlham Əliyevin bu şəhərdə Azərbaycan Bayrağını qaldırması Xocalı faciəsi qurbanlarının qisasının alındığını bir daha nümayiş etdirdi. Bütün dünya da şahid oldu ki, Qarabağ Azərbaycandır!

Siyasi şərhçi birinci dəfə - 32 il əvvəl dünyanın nəzər-diqqətinin Azərbaycanın Xocalı şəhərinə yönəldiyi vaxtı xatırladaraq deyib ki, yəqin 1992-ci ildə erməni faşistlərinin Xocalıda törətdikləri qətliam yaddaşlardan silinməyib. Təbii ki, bu qanlı faciə soydaşlarımızın yaddaşından heç vaxt silinməyəcək. Hətta dünya ictimaiyyətinin nümayəndələri arasında da bu faciədən sarsılan humanist insanlar olmuşdu. Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması hər zaman Prezident İlham Əliyevin siyasi fəaliyyətinin prioritet istiqamətlərindən biri olub. Bu dəhşətli soyqırımının dünyada tanıdılmasında Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın da müstəsna xidmətləri var. Məhz aparılan uğurlu xarici siyasətin nəticəsidir ki, Xocalı soyqırımı indiyədək dünyanın 16 ölkəsi, Amerika Birləşmiş Ştatlarının 24 ştatı tərəfindən tanınıb və pislənilib. Bundan başqa, 57 ölkənin üzv olduğu İslam Əməkdaşlıq Təşkilatı da Xocalı soyqırımını tanıyıb və bununla əlaqədar 13 sənəd qəbul edib. Xocalı faciəsi haqqında həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması, bu qətliamın xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün Azərbaycan dövləti, dünya azərbaycanlıları məqsədyönlü və ardıcıl fəaliyyət göstərir. Xocalı soyqırımının tanınmasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq təbliğat və məlumatlandırma kampaniyası çərçivəsində görülən işlərin də mühüm rolu var.

Ə.Bədəlov deyib ki, bu gün hər birimiz şəhidlərimizin qanının yerdə qalmadığından qürur hissi keçiririk. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə igid oğullarımız bədnam düşmənin yeni işğalçılıq planlarına birdəfəlik son qoydu və xalqımızın tarixinə parlaq Qələbə yazaraq haqq-ədaləti bərpa etdi. Bu gün xalqımız XX əsrin ən dəhşətli qırğınlarından olan Xocalı soyqırımı qurbanlarının xatirəsini qalib ölkə, qalib xalq kimi yad edir, onlara “Ruhunuz şad olsun, rahat uyuyun. Qanınız yerdə qalmadı, biz doğma yurdumuza - Xocalıya qayıdırıq” deyirlər.

“Bir neçə gün əvvəl Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Xocalı şəhərində küçədə sakinlərlə sərbəst gəzmələri, səmimi söhbət etmələri, bərpa edilmiş evlərə baxmaları, şəhərin Baş planı ilə tanış olmaları dünyanın nəzər-diqqətini bu dəfə qəhrəman Xocalıya yönəltdi”, –deyə siyasi şərhçi bildirib.

Paylaş:
Digər xəbərlər

Siyasət

28-05-2024, 22:29

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocalı şəhərinə köçən sakinlərlə görüşüblər YENİLƏNƏCƏK

Cəmiyyət

22-12-2023, 21:05

Zabuxda daha 30 ailəyə evlərinin açarları təqdim olunub

Cəmiyyət

27-03-2024, 10:33

Füzuli şəhərinə daha 35 ailə yola salınıb

Cəmiyyət

22-04-2024, 10:26

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb

Cəmiyyət

22-01-2024, 10:30

Böyük Qayıdış: Füzuli şəhərinə daha 30 ailə yola salınıb

Yazarlar
Ad gününüz mübarək, Sevil xanım!
20 YANVAR - ÜMUMXALQ HÜZN GÜNÜAzərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 35 il ötür. Ocak 16, 2025 XƏBƏR
Ad gününüz mübarək, Sevil xanım!
Bu gün görkəmli Azərbaycan alimi Sara Aşurbəylinin doğum günüdür
Şərqdə ilk opera yazan qadın bəstəkar - Şəfiqə Axundova
Səbuhi Məmmədlinin ikinci ayağı da amputasiya edildi
Hadisə
22-04-2026, 11:30
Bakıda internat məktəbinin yataqxanasında yanğın baş verib
18-04-2026, 10:18
Gəncədə oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb
18-04-2026, 10:16
Lənkəranda zəncirvari qəza olub, 7 nəfər xəsarət alıb
16-04-2026, 12:57
Binəqədi rayonunda saxlanılan şəxslərdən 54 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
16-04-2026, 12:55
Şirvanda oğurluq etməkdə təqsirli bilinən 2 nəfər saxlanılıb
9-04-2026, 12:28
Nəsimi rayonunda saxlanılan şəxslərdən 72 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
Son xəbərlər
  • 22-04-2026, 22:03
    Otuz il əvvəl törədilmiş qətlin üstü açılıb, iki nəfər həbs edilib – BİRGƏ MƏLUMAT
  • 22-04-2026, 22:01
    Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları “Heydər Əliyev-2026” birgə təlimində yüksək peşəkarlıq nümayiş etdiriblər
  • 22-04-2026, 21:59
    Prezident Edqars Rinkeviçs: Azərbaycan bir çox Avropa ölkəsi üçün strateji tərəfdaşdır
  • 22-04-2026, 21:57
    Prezident: Bu gün Avropa İttifaqının 10 üzvü Azərbaycandan təbii qaz alır
  • 22-04-2026, 21:53
    Bakıda Azərbaycan-Latviya biznes-forumu keçirilib
  • 22-04-2026, 21:50
    Prezident İlham Əliyev Latviya Prezidentinin ölkəmizə səfəri ilə bağlı paylaşım edib
  • 22-04-2026, 21:48
    Azərbaycan Prezidenti İlham Əliyev və Latviya Prezidenti Edqars Rinkeviçs mətbuata bəyanatlarla çıxış ediblər
  • 22-04-2026, 21:44
    Latviya Prezidentinin rəsmi qarşılanma mərasimi olub
  • 22-04-2026, 11:41
    Tramp: Dəniz blokadası qaldırılarsa, İranla razılaşma mümkün deyil
  • 22-04-2026, 11:39
    DİM: Aprelin 26-da 55 mindən çox IX sinif şagirdi buraxılış imtahanı verəcək
  • 22-04-2026, 11:37
    Ali Məhkəmə: Eyni əsasla təkrar mənzil tələbi yolverilməzdir
  • 22-04-2026, 11:32
    Vəkilliyə qəbulla bağlı növbəti ixtisas imtahanının test mərhələsinə sənəd qəbulu davam edir
  • 22-04-2026, 11:30
    Bakıda internat məktəbinin yataqxanasında yanğın baş verib
  • 22-04-2026, 11:27
    Latviya Prezidenti Edqars Rinkeviçs Şəhidlər xiyabanını ziyarət edib
  • 22-04-2026, 11:25
    Latviya Prezidenti Edqars Rinkeviçs Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
  • 22-04-2026, 11:20
    Latviya Prezidentinin rəsmi qarşılanma mərasimi olub
  • 21-04-2026, 12:32
    Ombudsman: Energetik içkilər uşaqların sağlamlıq hüququnun təmininə ciddi narahatlıq yaradır
  • 21-04-2026, 12:30
    Tədrisdə yeni imkanlar: “Google” alətləri artıq “Rəqəmsal məktəb”də
  • 21-04-2026, 12:28
    Media: Üç gəmi Hörmüz boğazından keçməyə çalışır
  • 21-04-2026, 12:26
    Fövqəladə hallar nazirinin Naxçıvan şəhərində vətəndaşlarla görüşünün vaxtı dəyişib
  • 21-04-2026, 12:24
    “GOAL” proqramı yekunlaşdı: Azərbaycan startapları qlobal arenada
  • 21-04-2026, 12:22
    Aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı almaq istəyənlər üçün imtahan təşkil ediləcək
  • 20-04-2026, 13:45
    İran Prezidenti: Diplomatik vasitələrdən istifadə etmək zəruridir
  • 20-04-2026, 13:43
    Rezidenturaya qəbul olmaq üçün ərizə qəbulu başa çatır
  • 20-04-2026, 13:41
    Naftalanda və Tərtərdə məhkəmə qərarları əsasında müsadirə olunmuş narkotik vasitələr məhv edilib
  • 20-04-2026, 13:39
    ASAN Karyera Akselerasiya Proqramı başlayır
  • 20-04-2026, 13:37
    Prezident İlham Əliyev: Azərbaycan əsas daşımalar qovşağı kimi öz rolunu gücləndirir
  • 20-04-2026, 13:35
    Prezident: Yüksələn geosiyasi gərginlik onilliklər ərzində əldə olunmuş inkişaf nailiyyətlərinin kövrəkliyini üzə çıxarır
  • 18-04-2026, 10:22
    Bu gündən qatarlar Kürdəmirdə də dayanır
  • 18-04-2026, 10:20
    Tramp: ABŞ razılaşmadan dərhal sonra İran limanlarının blokadasını dayandıracaq
  • 18-04-2026, 10:18
    Gəncədə oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb
  • 18-04-2026, 10:16
    Lənkəranda zəncirvari qəza olub, 7 nəfər xəsarət alıb
  • 18-04-2026, 10:14
    Azərbaycan ilə Aİ arasında yeni ikitərəfli saziş üzrə danışıqlar bərpa edilir
  • 17-04-2026, 21:03
    Sabah magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq
  • 17-04-2026, 20:58
    Antalyada Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü keçirilir
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Sevil Ağayeva
  • Telefon: (+99450) 852 18 82
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ASELA.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə