• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

“TRT Haber”: Fransanın Ermənistandakı nümayəndələri: Hədəf Türkiyədir?

Siyasət

2-04-2024, 19:23

Türkiyənin “TRT Haber” agentliyi son dövrlər Fransa hökumətinin regiona artan marağı, xüsusilə Ermənistana dəstəyi ilə bağlı məqalə yayımlayıb.
“Fransanın Ermənistandakı nümayəndələri: Hədəf Türkiyədir?” sərlövhəli məqalədə İkinci Qarabağ müharibəsindən sonra “Ermənistanın yeni himayədarı” kimi ortaya çıxan Fransanın bölgəni yenidən alovlandıra biləcək addımlar atdığı vurğulanır.
Qeyd edilir ki, Fransanın Zəngəzur dəhlizindən çox narahat olduğunu dilə gətirən ekspertlərin fikrincə, Afrikadakı müstəmləkələrindən qovulan rəsmi Paris bu addımlarla Türkiyəyə təzyiq göstərmək istəyir.
“TRT Haber”in müxbiri Sertaç Aksanın müəllifi olduğu yazıda vurğulanır ki, son vaxtlar Fransanın adının ən çox səsləndiyi yerlərdən biri də Ermənistandır. Paris burada addımlarını gah açıq, gah da kəşfiyyat təşkilatları vasitəsilə gizli şəkildə atır.
Eyni günlərdə dərc olunan iki müxtəlif xəbərə diqqət çəkən müəllif bu yazıların, əslində, bölgə ilə bağlı əhəmiyyətli ipucları verdiyini bildirib.
“Fransanın “Le Figaro” nəşrində yayımlanan məqalədə Paris-İrəvan münasibətləri ilə bağlı maraqlı detallar yer alıb. Yazıda irəli sürülən iddialara görə, Fransa prezidenti Makron Azərbaycanın Qarabağda həyata keçirdiyi hərbi əməliyyatlar zamanı bəzi addımlar atmaq istəyib. Bunların arasında Laçın dəhlizindən keçmək, Avropadan Azərbaycanla bağlı birgə qınaq qərarı tələb etmək, Vatikandan açıqlama gözləmək kimi mövzular olub.
Xəbərdə diqqət çəkilən ikinci məqalədə bildirilir ki, Fransa Ermənistanı yeni müharibəyə hazırlayır və Bakının milli təhlükəsizliyinə xələl gətirəcək casus şəbəkəsi yaratmağa çalışır. Bu faktlara nəzərə salanda aydın olur ki, Fransa Ermənistan məsələsində yeni “qapı” açmağa çalışır. Bundan əlavə, Fransanın Ukrayna-Rusiya müharibəsi ilə bağlı mövqeyi, Makronun açıqlamaları və Avropa İttifaqından tamamilə fərqli fikirləri də diqqətləri Parisə yönəldir. Digər tərəfdən Ermənistan üzərindən qurulan istənilən oyun Türkiyəni də yaxından maraqlandırır.
Mütəxəssis rəyləri əsasında hazırlanan məqalədə vurğulanır ki, Vətən müharibəsində məğlubiyyətdən sonra rəsmi Moskvadan dəstək görməyən İrəvan hökuməti Avropa İttifaqı və NATO-ya üz tutub. Burada da Fransa işə qarışaraq İrəvanın və Paşinyanın “müdafiəçisi” rolunu öz üzərinə götürüb, siyasi addımlarını da məhz bu istiqamətdə atmağa başlayıb. Məsələn, Fransanın xarici işlər naziri Katrin Kolonna İrəvana səfəri zamanı Ağrı dağının fotosunu paylaşıb “Ermənistana yenidən qayıtdım” yazaraq İrəvana hər cür hərbi yardımın edilə biləcəyini açıqlamışdı.
Məqalənin “Fransanın “qarnının ağrısı” Zəngəzur dəhlizidir” yarımbaşlıqlı hissəsində Qarabağ Zəfərindən sonra imzalanan sazişin ən mühüm maddələrindən birinin də Azərbaycanla Naxçıvan arasında yeni nəqliyyat əlaqəsinin açılması olduğu qeyd edilir.
Müəllif bölgə üzrə mütəxəssis - Türkiyənin Atatürk Universitetinin dosenti Savaş Eğilmezin bununla bağlı fikirlərinə də yer verib: “Fransanı narahat edən məhz Zəngəzur dəhlizidir. Zəngəzur dəhlizinin reallaşması ilə Türk dünyasının ticarət, logistika və siyasi əlaqələri güclənəcək. Zəngəzur həm Türk dünyasının, həm də bölgənin parlayan ulduzu olacaq”. Eğilmezin fikrincə, regionda baş verən son proseslər onu göstərir ki, bəzi Qərb qüvvələri, o cümlədən Fransa Zəngəzur dəhlizinin açılmasının qarşısını almaq üçün irrasional fəaliyyətlə məşğuldur və aralarında terrorçuların da olduğu yaraqlıları regiona yerləşdirilir, bölgə silahlandırılır.
Yazının “Ciddiyə alınmamaq kompleksi Makronu səhvə sürükləyir” hissəsində ekspert qeyd edib: “Fransada 600 mindən çox yaxşı təşkilatlanmış və təsir imkanları olan erməni var. Bunu gözardı etmək olmaz. Fransa və onun lideri Makron, əslində, “ciddiyə alınmamaq kompleksi” ilə Avropanın liderliyi üçün oynayır. Bunu o qədər həvəslə və tələsik edir ki, bu da Fransa üçün ciddi səhvlərə gətirib çıxarır. Makron xüsusilə Türkiyə və Azərbaycanın üzərinə gələrək Afrikada itirdiyi nüfuzunu unutdurmağa çalışır. Üstəlik, o, “Ukraynaya əsgər göndərək” kimi qəribə ifadələri ilə həqiqətən də gülünc vəziyyətə düşür.
Məqalənin “Afrika və Qafqazın hesabını Türkiyəyə kəsmək istəyirlər” yarımbaşlıqlı hissəsində isə vurğulanır ki, məsələ hər nə qədər Fransa-Ermənistan və təbii olaraq Azərbaycana təsir etsə də, bütün bu hadisələrin inkişafının Türkiyəyə təsirsiz ötüşəcəyini düşünmək mümkün deyil.
Ankaradan ümumi mənzərənin necə göründüyünə də toxunan ekspert Fransanın son dövrdəki siyasətində Türkiyə üçün ayrıca bir başlıq açmağın zəruri olduğunu vurğulayaraq deyib: “Hətta bu başlıqları iki alt başlıqla bəzəyə bilərik: Afrikada Türkiyə və Qafqazda Türkiyə. Hər iki vəziyyət Fransanın yuxusunu qaçıracaq səviyyədə Türkiyənin xeyrinə inkişaf etməkdədir”.
Eğilmezin sözlərinə görə, bir-birinin ardınca Afrikadakı müstəmləkələrindən qovulan Fransa bunun əsas səbəbi kimi Türkiyəni görür.
Yazıya əlavə edilən infoqrafikada 2010-cu illərdən etibarən Fransa koloniyalarında mərkəzi hökumətə qarşı etirazların artması və bu bölgələrdə idarəetmə sisteminin dəyişməsinin Parisi qitədən ayrılmaq məcburiyyəti qarşısında qoyması, onun müstəmləkələrdən geri çəkilməsi mərhələli şəkildə izah edilir.

Paylaş:
Digər xəbərlər

Siyasət

23-11-2023, 10:36

Rumıniya mediası Azərbaycan Prezidentinin Fransanın siyasəti ilə bağlı tənqidi fikirlərinə yer ayırıb

Siyasət

1-04-2024, 20:34

Sabiq nazir Fransanın İsrailə və Azərbaycana qarşı riyakar siyasətini tənqid edib

Siyasət

27-12-2023, 10:50

Fransa Azərbaycana qarşı yürütdüyü siyasətdə artıq bütün hədləri aşıb

Dünya

22-02-2024, 16:29

Fransanın müdafiə naziri Ermənistana gedəcək

Siyasət

11-01-2024, 22:00

Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsi Türkiyə mediasında geniş işıqlandırılıb

Yazarlar
Ad gününüz mübarək, Sevil xanım!
20 YANVAR - ÜMUMXALQ HÜZN GÜNÜAzərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 35 il ötür. Ocak 16, 2025 XƏBƏR
Ad gününüz mübarək, Sevil xanım!
Bu gün görkəmli Azərbaycan alimi Sara Aşurbəylinin doğum günüdür
Şərqdə ilk opera yazan qadın bəstəkar - Şəfiqə Axundova
Səbuhi Məmmədlinin ikinci ayağı da amputasiya edildi
Hadisə
Вчера, 16:38
Ötən gün 18 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb
22-04-2026, 11:30
Bakıda internat məktəbinin yataqxanasında yanğın baş verib
18-04-2026, 10:18
Gəncədə oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb
18-04-2026, 10:16
Lənkəranda zəncirvari qəza olub, 7 nəfər xəsarət alıb
16-04-2026, 12:57
Binəqədi rayonunda saxlanılan şəxslərdən 54 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
16-04-2026, 12:55
Şirvanda oğurluq etməkdə təqsirli bilinən 2 nəfər saxlanılıb
Son xəbərlər
  • Сегодня, 12:24
    Avropa İmmunlaşdırma Həftəsi: Hər nəsil üçün peyvəndlər effektivdir
  • Сегодня, 12:02
    Türk dünyasında qadınların iqtisadi güclənməsi: Düzcədə memorandumlar imzalanıb
  • Сегодня, 11:59
    Bəşəriyyətin sağalmayan yarası: Çernobıl faciəsindən 40 il keçir
  • Сегодня, 11:56
    Avropa Azərbaycan Mərkəzi Nyu-York merinin əsassız açıqlaması ilə bağlı bəyanat yayıb
  • Вчера, 16:38
    Ötən gün 18 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb
  • Вчера, 16:35
    Azərbaycan və Ukrayna prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
  • Вчера, 16:31
    Qəbələdə Azərbaycan Prezidenti İlham Əliyevin Ukrayna Prezidenti ilə təkbətək və geniş tərkibdə görüşü olub
  • 22-04-2026, 22:03
    Otuz il əvvəl törədilmiş qətlin üstü açılıb, iki nəfər həbs edilib – BİRGƏ MƏLUMAT
  • 22-04-2026, 22:01
    Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları “Heydər Əliyev-2026” birgə təlimində yüksək peşəkarlıq nümayiş etdiriblər
  • 22-04-2026, 21:59
    Prezident Edqars Rinkeviçs: Azərbaycan bir çox Avropa ölkəsi üçün strateji tərəfdaşdır
  • 22-04-2026, 21:57
    Prezident: Bu gün Avropa İttifaqının 10 üzvü Azərbaycandan təbii qaz alır
  • 22-04-2026, 21:53
    Bakıda Azərbaycan-Latviya biznes-forumu keçirilib
  • 22-04-2026, 21:50
    Prezident İlham Əliyev Latviya Prezidentinin ölkəmizə səfəri ilə bağlı paylaşım edib
  • 22-04-2026, 21:48
    Azərbaycan Prezidenti İlham Əliyev və Latviya Prezidenti Edqars Rinkeviçs mətbuata bəyanatlarla çıxış ediblər
  • 22-04-2026, 21:44
    Latviya Prezidentinin rəsmi qarşılanma mərasimi olub
  • 22-04-2026, 11:41
    Tramp: Dəniz blokadası qaldırılarsa, İranla razılaşma mümkün deyil
  • 22-04-2026, 11:39
    DİM: Aprelin 26-da 55 mindən çox IX sinif şagirdi buraxılış imtahanı verəcək
  • 22-04-2026, 11:37
    Ali Məhkəmə: Eyni əsasla təkrar mənzil tələbi yolverilməzdir
  • 22-04-2026, 11:32
    Vəkilliyə qəbulla bağlı növbəti ixtisas imtahanının test mərhələsinə sənəd qəbulu davam edir
  • 22-04-2026, 11:30
    Bakıda internat məktəbinin yataqxanasında yanğın baş verib
  • 22-04-2026, 11:27
    Latviya Prezidenti Edqars Rinkeviçs Şəhidlər xiyabanını ziyarət edib
  • 22-04-2026, 11:25
    Latviya Prezidenti Edqars Rinkeviçs Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
  • 22-04-2026, 11:20
    Latviya Prezidentinin rəsmi qarşılanma mərasimi olub
  • 21-04-2026, 12:32
    Ombudsman: Energetik içkilər uşaqların sağlamlıq hüququnun təmininə ciddi narahatlıq yaradır
  • 21-04-2026, 12:30
    Tədrisdə yeni imkanlar: “Google” alətləri artıq “Rəqəmsal məktəb”də
  • 21-04-2026, 12:28
    Media: Üç gəmi Hörmüz boğazından keçməyə çalışır
  • 21-04-2026, 12:26
    Fövqəladə hallar nazirinin Naxçıvan şəhərində vətəndaşlarla görüşünün vaxtı dəyişib
  • 21-04-2026, 12:24
    “GOAL” proqramı yekunlaşdı: Azərbaycan startapları qlobal arenada
  • 21-04-2026, 12:22
    Aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı almaq istəyənlər üçün imtahan təşkil ediləcək
  • 20-04-2026, 13:45
    İran Prezidenti: Diplomatik vasitələrdən istifadə etmək zəruridir
  • 20-04-2026, 13:43
    Rezidenturaya qəbul olmaq üçün ərizə qəbulu başa çatır
  • 20-04-2026, 13:41
    Naftalanda və Tərtərdə məhkəmə qərarları əsasında müsadirə olunmuş narkotik vasitələr məhv edilib
  • 20-04-2026, 13:39
    ASAN Karyera Akselerasiya Proqramı başlayır
  • 20-04-2026, 13:37
    Prezident İlham Əliyev: Azərbaycan əsas daşımalar qovşağı kimi öz rolunu gücləndirir
  • 20-04-2026, 13:35
    Prezident: Yüksələn geosiyasi gərginlik onilliklər ərzində əldə olunmuş inkişaf nailiyyətlərinin kövrəkliyini üzə çıxarır
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Sevil Ağayeva
  • Telefon: (+99450) 852 18 82
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ASELA.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə