• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Çinin “Phoenix” telekanalı Azərbaycana həsr olunmuş xüsusi veriliş yayımlayıb

Siyasət

29-03-2024, 10:21

Azərbaycan Dövlət İnformasiya Agentliyi
SİYASƏT
Çinin “Phoenix” telekanalı Azərbaycana həsr olunmuş xüsusi veriliş yayımlayıb
29.03.2024 [01:28]
Bakı, 29 mart,
Çinin “Phoenix” telekanalı Azərbaycana həsr olunmuş xüsusi veriliş yayımlayıb.
Xüsusi verilişin qonağı olan Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev aparıcının Azərbaycanla Ermənistan arasında sülh danışıqları, “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində Çin-Azərbaycan əməkdaşlığı, Şərq-Qərb nəqliyyat dəhlizinin əhəmiyyəti, ölkələrimiz arasında enerji sahəsində əməkdaşlıq, Bakının ev sahibliyi edəcəyi COP29 və digər mövzularda suallarını cavablandırıb.
Bildirilib ki, Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən öz ərazi bütövlüyünü və suverenliyini təmin edib. İndi Ermənistan və Azərbaycan sülhə heç vaxt olmadığı qədər yaxındırlar. Son altı ayda Ermənistan-Azərbaycan sərhədində iki ölkə tarixində ən sakit dövrlərdən biri olub.
Vurğulanıb ki, Fransa və ABŞ-ın həmsədrlik etdikləri ATƏT-in Minsk qrupunun himayəsi ilə aparılan 30 illik danışıqlar praktiki olaraq heç bir nəticə verməyib. Amma indi sülh daha yaxındır, bölgədə de-fakto sülh hökm sürür. Azərbaycanın məqsədi Qafqaz regionunu sülh və əməkdaşlıq bölgəsinə çevirməkdir. Qeyd edilib ki, Azərbaycanın hərbi işğala məruz qalmasına baxmayaraq, məhz o, sülh müqaviləsinin təşəbbüskarı olub və onun mətnini hazırlayıb.
“Bir kəmər, bir yol” layihəsi ilə bağlı sualı cavablandıran Prezidentin köməkçisi deyib ki, Azərbaycan Çin Xalq Respublikasının Sədri Si Cinpin tərəfindən irəli sürülən “Bir kəmər, bir yol” təşəbbüsünü dəstəkləyən ilk ölkələrdən biri olub. Qeyd edilib ki, Asiya ilə Avropa arasında yükdaşımalarda ən qısa marşrut olan Şərq-Qərb Nəqliyyat Dəhlizi rəqabətədavamlı, eyni zamanda, təhlükəsiz və etibarlıdır. Avropa şirkətləri və qitənin ticarət institutları Çin və Mərkəzi Asiya bazarlarına çıxmaq üçün bu marşrutdan istifadə edə bilərlər.
Eyni zamanda, bu il Azərbaycanda keçiriləcək COP29 barədə məlumat verilib. Bildirilib ki, iqlimin maliyyələşdirilməsi Bakı konfransında əsas mövzu olacaq.
Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminatçısı olduğu, bir çox Avropa ölkələrinə neft və təbii qaz ixrac etdiyi diqqətə çatdırılıb. Çinlə Azərbaycan arasında enerji sahəsində sıx əməkdaşlıq mövcud olduğunu, yaşıl keçidin Azərbaycan üçün prioritet sahəyə çevrildiyi diqqətə çatdırılıb.
İki ölkə arasında münasibətlərə toxunan Hikmət Hacıyev bildirib: “Çin və Azərbaycan ənənəvi dostlardır. Ölkəmizlə Çin arasında dərin tərəfdaşlıq əlaqələri mövcuddur. Azərbaycan müstəqillik əldə etdiyi vaxtdan hər zaman Çinin dəstəyinin və tərəfdaşlığının şahidi olub. Prezidentlərimiz arasında sıx dostluq münasibətləri var. 2019-cu ildə Prezident İlham Əliyevin Çinə səfəri zamanı ÇXR-in Sədri Si Cinpin dövlətimizin başçısını yaxşı dost kimi qiymətləndirdi. Bu parametrlərə əsaslanaraq biz Azərbaycan-Çin münasibətlərini inkişaf etdiririk. Çin və Azərbaycan siyasi səviyyədə çox yaxşı dostlardır. Biz bir-birimizin ərazi bütövlüyünü dəstəkləyirik. Azərbaycan həmişə “Vahid Çin” prinsipini rəhbər tutur. Azərbaycan və Çin beynəlxalq hüququn fundamental prinsiplərini dəstəkləyir”.
Həmçinin vurğulanıb ki, ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində də əməkdaşlıq edir. Qeyd olunub ki, Azərbaycan bu il COP29-a ev sahibliyi edəcək və bu istiqamətdə də Çinlə əməkdaşlıq imkanları mövcuddur. İki ölkə arasında əməkdaşlığın digər istiqaməti isə iqtisadi sahədir. Bu xüsusda, Azərbaycanla Çinin ticarət əlaqələri davamlı olaraq genişlənir.
Sonda bildirilib ki, Azərbaycan inkişaf edən ölkədir və Çin ilə Orta Dəhliz boyu əməkdaşlıq potensialı mövcuddur.

Paylaş:
Digər xəbərlər

Siyasət

18-03-2024, 22:40

Hikmət Hacıyev: Azərbaycan ilə Çin arasında ənənəvi dostluq və tərəfdaşlıq münasibətləri var

Siyasət

29-03-2024, 10:18

Hikmət Hacıyev: COP29 Azərbaycanın qətiyyətini, diplomatik və siyasi cəsarətini nümayiş etdirir

Dünya

26-03-2024, 21:38

Son on ayda Türkiyədə 830 terrorçu zərərsizləşdirilib

Siyasət

26-03-2024, 21:40

“Global Times” qəzeti Azərbaycan-Çin münasibətlərini “Dostluğun qızıl standartı” hesab edir

Siyasət

26-01-2024, 22:09

Hikmət Hacıyev Mövlud Çavuşoğlu və Fəxrəddin Altuna ölkəmizə haqsızlığa qarşı göstərdikləri qəti mövqeyə görə təşəkkür edib

Yazarlar
Ad gününüz mübarək, Sevil xanım!
20 YANVAR - ÜMUMXALQ HÜZN GÜNÜAzərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 35 il ötür. Ocak 16, 2025 XƏBƏR
Ad gününüz mübarək, Sevil xanım!
Bu gün görkəmli Azərbaycan alimi Sara Aşurbəylinin doğum günüdür
Şərqdə ilk opera yazan qadın bəstəkar - Şəfiqə Axundova
Səbuhi Məmmədlinin ikinci ayağı da amputasiya edildi
Hadisə
13-05-2026, 13:07
Qaxda 4 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
12-05-2026, 10:38
Sabirabaddakı yol qəzasında ölən və yaralananların kimliyi məlum olub
12-05-2026, 09:38
Lökbatanda yanğın ərazisində xilasedicilər tərəfindən zəruri təhlükəsizlik tədbirləri davam etdirilir
11-05-2026, 12:19
Yüksək sürət gənc motosikletçinin həyatına son qoyub
11-05-2026, 12:12
Son 2 gündə 25 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
9-05-2026, 17:56
Bərdədə ödəmə terminallarından 40 min manat oğurlayan şəxslər saxlanılıb
Son xəbərlər
  • Сегодня, 10:15
    Cari ildə tədris prosesində iştirak edən müəllimlərin sayı açıqlanıb
  • Сегодня, 09:27
    Neftçilər Milli Qurtuluş Gününü qeyd ediblər
  • Сегодня, 09:24
    BDU-nu ən yüksək Ümumi Orta Müvəffəqiyyət Göstəricisi ilə bitirən məzunların adları açıqlanıb
  • Сегодня, 09:22
    Bakı Dövlət Universitetinin “Məzun günü” qeyd olunub
  • Сегодня, 08:34
    Azərbaycan məktəblərində “Son zəng” sədaları
  • Сегодня, 08:32
    Cəmşid Naxçıvanski adına Hərbi Liseyin 54-cü buraxılış mərasimi olub
  • Вчера, 21:32
    Balakəndə 10 tona yaxın çətənə kolu məhv edilib
  • Вчера, 21:29
    Alparslan Bayraktar: TANAP Avropanın enerji təhlükəsizliyinin əsas təminatçısıdır
  • Вчера, 21:18
    HDQ-də döyüş atışlı taktiki təlim olub
  • 11-06-2026, 15:17
    Qərbi Azərbaycan İcmasında süni intellektin idarə olunması mövzusunda məlumatlandırma sessiyası
  • 11-06-2026, 15:14
    Ekspert: İstanbul Bəyannaməsi Türkiyə, Azərbaycan və Gürcüstan əlaqələrinə dair vizyonu əks etdirir
  • 11-06-2026, 15:12
    Bu ilin 5 ayı ərzində 4 tondan çox narkotik vasitə və psixotrop maddələr müsadirə olunub
  • 11-06-2026, 15:09
    Bu ilin 5 ayı ərzində “802” xidmətinə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 38 müraciət daxil olub
  • 11-06-2026, 15:07
    Fərid Şəfiyev: Dayanıqlı sülh üçün Azərbaycanın qanuni tələbləri tam şəkildə təmin edilməlidir
  • 11-06-2026, 15:05
    Cənubi Qafqazda yeni geosiyasi reallıqlar və Azərbaycanın sülh gündəliyi müzakirəyə çıxarılıb
  • 11-06-2026, 15:03
    Azərbaycan müdafiə naziri Pakistan tərəfinə başsağlığı verib
  • 10-06-2026, 19:28
    Yasamal rayonunda Həsən bəy Zərdabi küçəsindəki obyektdə yanğın baş verib
  • 10-06-2026, 19:26
    Sabunçu rayonunda 46 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb
  • 10-06-2026, 19:24
    Valideynlərin sosial şəbəkə platformalarına nəzarət mexanizmi güclənəcək RƏY
  • 10-06-2026, 19:19
    Hərbi Dəniz Qüvvələrində döyüş atışlı taktiki təlim
  • 10-06-2026, 13:22
    Saxta sənədlərlə daşınmaz əmlak əldə edənləri nə gözləyir? - Ali Məhkəmədən vacib qərardad
  • 10-06-2026, 13:17
    Azərbaycanın müdafiə naziri Serbiyada rəsmi səfərdədir
  • 10-06-2026, 11:08
    Yasamal rayonunda yanğın təhlükəli obyektin fəaliyyəti dayandırılıb
  • 10-06-2026, 10:00
    Yazlıq taxıl sahələrinin sığortalanması müddəti iyunun 15-də başa çatır
  • 10-06-2026, 09:58
    Azərbaycan nefti 95 dollara satılır
  • 10-06-2026, 09:56
    Araz çayında batan şəxsin meyiti tapılıb
  • 10-06-2026, 09:54
    Azərbaycan və Litva arasında siyasi məsləhətləşmələrin növbəti raundu aparılıb
  • 9-06-2026, 15:52
    Rəsmi Bakının məqsədi regionda sülhə nail olmaq və iqtisadi inkişafa təkan verməkdir
  • 9-06-2026, 12:59
    Kəlbəcərdə Günəş panelli avtonom radiomonitorinq stansiyası istifadəyə verilib
  • 9-06-2026, 12:57
    Süni intellekt dövründə insan hüquqlarının gələcəyi Bakıda müzakirə olunacaq
  • 9-06-2026, 12:55
    Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb
  • 9-06-2026, 12:53
    Azərbaycanın xarici işlər naziri Yaponiyaya rəsmi səfərə yola düşüb
  • 9-06-2026, 12:51
    XİN beynəlxalq təhlükəsizlik mühitində artan risklərlə bağlı bəyanat yayıb
  • 9-06-2026, 12:47
    Azov dənizində zərər görən gəmilərin 19 nəfər azərbaycanlı heyət üzvü ölkəmizə yola salınıb
  • 8-06-2026, 14:45
    Gömrük əməkdaşlarının insan alveri və məcburi əmək hallarının aşkarlanması sahəsində bilikləri artırılır
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Sevil Ağayeva
  • Telefon: (+99450) 852 18 82
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ASELA.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə