• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Qətiyyətli, prinsipial, milli maraqlara hesablanmış ardıcıl siyasət və güclü Azərbaycan amili – Məqalə

Siyasət

17-02-2024, 21:42

Azərbaycan Dövlət İnformasiya Agentliyi
SİYASƏT
Qətiyyətli, prinsipial, milli maraqlara hesablanmış ardıcıl siyasət və güclü Azərbaycan amili – Məqalə
17.02.2024 [20:54]
Yorulmaz əzmlə Vətəninin, xalqının rifahı uğrunda çalışan, mübarizə aparan, hər kəlməsi, addımı və əməli ilə millətinə uğurlar, qələbələr bəxş edən Lider və şəxsiyyət İlham Əliyev tarixin Azərbaycana bəxş etdiyi ən böyük mükafatdır. Azərbaycan tarixində ilk dəfə Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqımızın və dünya azərbaycanlılarının tam milli birliyi və həmrəyliyi təmin edildi. Bu milli birlik və həmrəylik tarixi zəfərlərin qazanılmasında Azərbaycanın ən böyük uğuru oldu. Azərbaycanın Qələbə salnaməsinin banisi Prezident İlham Əliyev tariximizdən bizə miras qalan qanlı günləri, matəmləri, əsrlərdir həllini tapmayan problemləri həll edib yeni dövlətin, yeni milli kimlik və təqvimin əsasını qoydu. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordu və xalqın birliyi ilə qazanılan Qələbə xalq və Lider həmrəyliyinin ən tarixi təntənəsidir. Dövlətimizin başçısı bir daha bütün dünyaya sübut etdi ki, xalqımızın öz istiqlaliyyətinə inamına, vətən sevgisinə heç bir qüvvə mane ola bilməz. Beləliklə, xalqımız inamı, birliyi, bütövlüyü və həmrəyliyi ilə mənalandırdığı varlığının tarixi əsaslarını Prezident İlham Əliyevin rəhbərliyində yeni qələbələrlə daha da möhkəmləndirdi.
Bu fikirlər Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri Əfqan Vəliyevin “Qətiyyətli, prinsipial, milli maraqlara hesablanmış ardıcıl siyasət və güclü Azərbaycan amili” sərlövhəli məqaləsində yer alıb.
Məqalədə, həmçinin bildirilir ki, Vətən müharibəsindəki Qələbə tariximizin ən şanlı səhifəsidir. 2023-cü il sentyabrın 20-si isə suverenliyimizin tam təmin olunduğu möhtəşəm tarixi gündür. Xalqımızın yüz illərdir davam edən vətən, istiqlal və firavan gələcək uğrunda mübarizəsi Prezident İlham Əliyevin liderliyində Qələbə ilə nəticələndi. Dövlətimizin başçısının ötən ilin oktyabrın 15-də Xankəndidə Azərbaycan Bayrağını ucaltması və orada etdiyi çıxış ən əlamətdar hadisə kimi yaddaşlarda və tarixdə qalacaq. Qələbə və qalib dövlət anlayışı dəyişməz bir reallıq olaraq xalqımızın şüuruna, kimliyinə həkk olunmaqla yanaşı, yeni bir tarixi dövrün də əsasını qoydu. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ərazi bütövlüyünü və suverenliyini öz gücünə bərpa etdi, güclü milli iqtisadiyyata söykənərək regionumuza sülh, əmin-amanlıq və inkişaf üçün yeni imkanlar gətirən ölkəyə çevrildi. Onun rəhbərliyi ilə qazanılan Qələbə sayəsində xalqımız və Ordumuz həlli çətin görünən münaqişəyə son qoydu, digər xalqlara da örnək oldu.
Azərbaycanın qazandığı qələbələr tarixə və bəşəriyyətə töhfə verib, yeni dəyərlər sistemi yaratdı. Haqqı, ədaləti, sülhü ön planda tutan Azərbaycanın Qələbəsi məzlumlara ilham və ümid, bəşəriyyətə sivilizasiyanın müjdəsi və fürsəti oldu. Azərbaycanın qələbələri həm ölkəmiz, həm də region dövlətlərinin siyasi, sosial və iqtisadi rifahı baxımından mühüm əhəmiyyət daşıyır. Otuz il Qərb və digər dövlətlərin, yaxud onların subpodrat təşkilatlarının vəkilliyi ilə işğalı legitimləşdirmək üçün Ermənistanın həyata keçirdiyi siyasi və diplomatik hücumlar 44 gündə darmadağın edildi. Lakin həm Ermənistan dövləti və dünya erməniləri, həm də onların “dəstəkçiləri” və “himayədarları” ilə mübarizə bundan sonra siyasi, diplomatik, sosial, iqtisadi sahələrdə davam edəcək. Buna görə də bütün sahələrdə inkişaf, Qələbənin istehkamlarının möhkəmləndirilməsi və qalib statusunun qorunması dövlətimiz üçün prioritet vəzifəyə çevrildi.
Prezident İlham Əliyevin dahiliyi və uğurlu siyasəti nəticəsində Qələbə və qalib dövlət anlayışı dəyişməz bir reallıq olaraq xalqımızın şüuruna, kimliyinə və tarixinə həkk olundu. Tarixdəki nümunələr sübut edir ki, cəbhədə qələbə qazanmaq qədər, o qələbələri elmlə, incəsənətlə, fəlsəfə ilə layiqli sivilizasiya dəyərlərinə çevirərək qorumaq, sosial, mədəni, siyasi və iqtisadi sahələrdə institusionallaşdırılmış uğurlarla davamlı etmək, daha vacibdir. Bunu isə milli dəyərlərə və tarixi şüura sahib, azad, cəsur, düşünən, komanda işi ilə özünü yeni axtarışlara yönəldə bilən, dünyagörüşlü, mədəni insanlar yetişdirməyi qarşısına məqsəd qoyan təhsil sistemi ilə həyata keçirmək mümkündür. Bu qələbə ruhu hər bir azərbaycanlının qəlbində əbədi məşəl kimi alovlanıb daim şüurumuzu, yolumuzu elm və biliklə işıqlandırmalıdır. Azərbaycan xalqı Qalib idealını səngərlərdə, diplomatiya cəbhəsində torpaqlarını işğaldan azad etməklə reallığa çevirdi.
Müəllif yazır ki, Azərbaycanın milli təhlükəsizliyinin təmin olunması istiqamətində əldə etdiyi uğurlar onun daxili və xarici maraqlarının düzgün müəyyənləşdirilməsi ilə bağlıdır. Vətən müharibəsində qazanılan Qələbə Azərbaycanın milli təhlükəsizliyinin təmini baxımından mühüm əhəmiyyət kəsb edir. Belə ki, Azərbaycan dünyada təbii sərvətlərdən tam səmərəli istifadə etməyi bacaran nadir ölkələrdən biridir. Çünki ölkəmiz təbii sərvətini təkcə iqtisadi resurs kimi deyil, həm də milli təhlükəsizliyini təmin edən resursa çevirməyi bacardı. Müstəqilliyini yeni qazanan Azərbaycan üzləşdiyi müharibə nəticəsində iqtisadi və strateji cəhətdən ən münbit 20 faiz ərazisini itirdi. Büdcəsi olmayan, xarici borc ala bilməyən və 1 milyondan çox qaçqın və məcburi köçkün problemi ilə üzləşən Azərbaycan çoxlarının arzuladığı kimi bölünmədi, parçalanmadı, yox olmadı. Milli və təbii resurslarını uğurla dəyərləndirib, güclü dövlət qurdu. Dünyanın ən müasir ordusunu qurub, yeni nəsil texnologiyaları orduda tətbiq edərək dünya müharibə tarixində inqilab yaradıb, suverenliyini və ərazi bütövlüyünü təmin etməklə yanaşı, milli təhlükəsizliyinin zirehini qüvvətləndirdi. Bütün bunlar ölkəmizin malik olduğu resursların düzgün qiymətləndirilməsi hesabına reallığa çevrildi.
Məqalədə, həmçinin diqqətə çatdırılıb ki, Azərbaycan-Türkiyə tarixin müxtəlif çətin dövrlərində dostluqları və qardaşlıqları sınanmış bir millət iki dövlətdir. Çanaqqala müharibəsində azərbaycanlılar Türkiyənin köməyinə gedib döyüşüb şəhid və qazi oldular. İlk respublikanın qurulduğu illərdə Qafqaz İslam Ordusu əsgər və silahları ilə köməyə gəlib Azərbaycanı işğalçılardan təmizləməyə kömək etdi. Ölkəmiz İstiqlal mübarizəsi aparan Türkiyəyə neft və maddi yardım göndərib, qardaş köməyini əsirgəmədi. Azərbaycan ikinci dəfə müstəqilliyini qazananda onu ilk tanıyan Türkiyə oldu. Birinci Qarabağ savaşı dövründə Azərbaycan odövrdəki hakimiyyətinin yürütdüyü xarici siyasət səbəbindən beynəlxalq siyasi və maddi dəstək görmədi. Lakin Ulu Öndər Heydər Əliyevin ölkəmizdə hakimiyyətə qayıdışı ilə Azərbaycan bütün sahələrdə olduğu kimi, beynəlxalq siyasətdə də uğurlar qazanmağa başladı. Ulu Öndər Heydər Əliyevin “Əsrin müqaviləsi” ilə başlatdığı uğurlu xarici siyasət Prezident İlham Əliyev tərəfindən davam etdirildi. Xarici siyasəti və iqtisadiyyatı ilə güclənən Azərbaycan beynəlxalq iqtisadi əhəmiyyətli müqavilələr imzaladı, Türkiyənin ən yaxın müttəfiqinə çevrildi. Azərbaycan İkinci Qarabağ müharibəsində Türkiyədən siyasi və mənəvi dəstək alaraq torpaqlarını işğaldan azad etdi. 2021-ci il iyunun 15-də imzalanan strateji müttəfiqlik haqqında Şuşa Bəyannaməsi iki dövlətin birliyini daha da sarsılmaz etdi. Tarixdə ilk dəfə “Bir millət, iki dövlət” şüarı reallığa çevrildi.
Dövlətin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət Azərbaycanı inkişaf etdirərək onu regional və beynəlxalq miqyasda tanınan güclü və etibarlı dövlətə çevirdi. Məhz uğurlu xarici siyasət nəticəsində Vətən müharibəsində tarixi Qələbə qazanıldı. Bu Qələbə ordu-xalq-dövlət birliyini gücləndirməklə yanaşı, Azərbaycanının beynəlxalq arenada nüfuzunu daha da yüksəltdi, ona inamı və hörməti artırdı. Qələbə dünya azərbaycanlılarını birləşdirdi, onlar arasında həqiqi mənada həmrəyliyi təmin etdi. Bu gün ölkəmiz hər bir azərbaycanlının görmək istədiyi, arzuladığı Azərbaycandır.
Beləliklə, Prezident İlham Əliyevin 20 illik fəaliyyətinə nəzər saldıqda görürük ki, ölkəmizdə milli özünüdərk və soy-kökünə bağlılıq artdı. Dünya azərbaycanlılarının həmrəyliyi qürur səviyyəsinə çatdı, onların Azərbaycan dövlətinə olan inamı möhkəmləndi. İndi, eyni zamanda, vətəndaş cəmiyyətlərinin fəaliyyəti və funksionallığı artıb, dövlət qurumları və institutları ilə koordinasiyalı şəkildə işləyərək dövlətçiliyin inkişafına və güclənməsinə töhfə verir. Bu gün İcmalar, müxtəlif dinlərin nümayəndələrinin və Azərbaycanda yaşayan azsaylı xalqların birliyinin, bütövlüyünün multikultural və tolerant əsaslarla balansı təmin olunub. Xəzəryanı dövlətlərlə siyasi və iqtisadi maraqlar qarşılıqlı münasibətlər çərçivəsində uzlaşdırılıb, yüksək səviyyədə dostluq və əməkdaşlıq platformasına çevrilib. Azərbaycan beynəlxalq təşkilatlarla əməkdaşlığını inkişaf etdirən regional dövlət kimi qlobal siyasi və iqtisadi məkanda böyük nüfuz sahibi olub, regional təhlükəsizliyə, sabitliyə töhfə verən ölkə kimi tanınıb. Hazırda Azərbaycan milli təhlükəsizliyi üçün sürətli yenilənən və inkişaf edən informasiya-kommunikasiya sistemlərinə malik bir ölkəyə çevrilib. Azərbaycan elm, təhsil və elmi-tədqiqat institutlarının kadr bazasını yeniləyərək təkmilləşdirib, onların texnoloji potensialının artırılmasına investisiya qoyub. Azərbaycan xalqının tarixində ilk dəfə olaraq dövlətə, Liderə, Orduya inam ən yüksək səviyyəyə çatıb, xalqın birliyi və vahidliyi tam təmin olunub. Habelə ölkəmizin beynəlxalq səviyyədə tanınan sərhədlərinin möhkəmləndirilməsinə nail olunub. Dövlətin müstəqilliyini və suverenliyini təhdid edən işğala son qoyulub, respublikamızın suverenliyi və ərazi bütövlüyü təmin edilib. Son olaraq isə işğaldan azad edilmiş ərazilərimiz yenidən qurulur və oraya keçmiş məcburi köçkünlərin qayıdışı başlayıb.

Paylaş:
Digər xəbərlər

Siyasət

4-11-2023, 16:18

Zəfər Günü - Azərbaycanın dövlət müstəqilliyinin, suverenliyinin, gücünün və qüdrətinin rəmzi ŞƏRH

Siyasət

12-12-2023, 19:43

Heydər Əliyev və Azərbaycanın milli maraqlara əsaslanan xarici siyasəti - TƏHLİL

Siyasət

7-11-2023, 14:26

Qətiyyətli Lider, güclü ordu və ümumxalq birliyi tarixi Zəfəri qaçılmaz etdi - ŞƏRH

Siyasət

16-02-2024, 10:47

Qalib xalqın qalib Lideri ilə Azərbaycan yeni hədəflərə doğru daha inamla irəliləyəcək –

Siyasət

30-12-2023, 14:33

Milli Məclis İlham Əliyev və Mehriban Əliyevanı təbrik edib

Yazarlar
Ad gününüz mübarək, Sevil xanım!
20 YANVAR - ÜMUMXALQ HÜZN GÜNÜAzərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 35 il ötür. Ocak 16, 2025 XƏBƏR
Ad gününüz mübarək, Sevil xanım!
Bu gün görkəmli Azərbaycan alimi Sara Aşurbəylinin doğum günüdür
Şərqdə ilk opera yazan qadın bəstəkar - Şəfiqə Axundova
Səbuhi Məmmədlinin ikinci ayağı da amputasiya edildi
Hadisə
7-07-2026, 13:14
Mərdəkanda faciə: Bir ailənin iki üzvü dənizdə batıb
13-05-2026, 13:07
Qaxda 4 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
12-05-2026, 10:38
Sabirabaddakı yol qəzasında ölən və yaralananların kimliyi məlum olub
12-05-2026, 09:38
Lökbatanda yanğın ərazisində xilasedicilər tərəfindən zəruri təhlükəsizlik tədbirləri davam etdirilir
11-05-2026, 12:19
Yüksək sürət gənc motosikletçinin həyatına son qoyub
11-05-2026, 12:12
Son 2 gündə 25 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Son xəbərlər
  • Вчера, 11:50
    Faktiki hava: Bəzi yerlərdə leysan yağır
  • Вчера, 11:47
    Xüsusi icra məmuru fəaliyyəti üzrə müsabiqədə iştirak edən namizədlərlə müsabiqənin ikinci mərhələsi başlayır
  • Вчера, 11:44
    Prezident: Azərbaycan-Qırğızıstan münasibətlərinin müttəfiqlik səviyyəsinə çatması məmnunluq doğurur
  • Вчера, 10:22
    Dünya birjalarında neft bahalaşıb
  • Вчера, 10:14
    Təhsilverənlərin təkrar sertifikatlaşdırılmasının müsahibə mərhələsi sentyabrın 3-dən başlanır
  • Вчера, 10:12
    Bakının bəzi yollarında sıxlıq yaranıb
  • Вчера, 10:09
    Azərbaycan-ŞƏT əməkdaşlığı və Avrasiyada strateji bağlantının gücü - Analitik təhlil
  • 29-08-2026, 15:04
    Ombudsman Beynəlxalq Məcburi Yoxaçıxma Qurbanları Günü ilə bağlı bəyanat yayıb
  • 29-08-2026, 12:46
    Nizami rayonunda quldurluq edən şəxs saxlanılıb
  • 29-08-2026, 12:41
    Bu gün Beynəlxalq Nüvə Sınaqlarına Qarşı Mübarizə Günüdür
  • 28-08-2026, 16:31
    Dövlət orqanlarında daxili müsahibələrin keçirilmə qrafiki müəyyənləşdirilib
  • 28-08-2026, 16:28
    Qanunsuz onlayn kazino əməliyyatları çərçivəsində daha 3 nəfər saxlanılıb
  • 28-08-2026, 09:56
    Bu ilin ikinci Ay tutulması başlayıb
  • 28-08-2026, 09:54
    Heydər Əliyev Beynəlxalq Hava Limanında “Elektron qapı sərhəd nəzarəti sistemi” istifadəyə verilib
  • 28-08-2026, 09:52
    Göyçayda narkotik tərkibli bitkilər yetişdirən şəxs tutulub
  • 28-08-2026, 09:51
    34 il, 24 həyat, bir faciə - Ballıqaya
  • 27-08-2026, 16:33
    Bakı-Tbilisi aviareysi ilə gedən sərnişinin üzərində kokain aşkarlanıb
  • 27-08-2026, 16:30
    Podrat müqaviləsi bağlayarkən bunlara diqqət edin – Ali Məhkəmədən mühüm açıqlama
  • 27-08-2026, 16:26
    Azərbaycan-Pakistan 12-ci İşçi Qrupu Səviyyəli Görüşü olub
  • 27-08-2026, 16:24
    “Eternity-2026” təliminin yekun planlaşdırma konfransı olub
  • 26-08-2026, 15:05
    Laçın Şəhəri Günü rəngarəng mədəni proqramlarla qeyd olunur
  • 26-08-2026, 15:00
    “Gənc istedadlar” liseyinin məzunlarının hamısı ali məktəbə qəbul olunub
  • 26-08-2026, 14:57
    UNEC ilə Özbəkistan universitetləri arasında birgə elmi tədqiqatlar genişlənir
  • 26-08-2026, 14:49
    Ekspert: Laçın üzərində nəzarətin təmin olunması Qarabağda separatizmin kökünün kəsilməsində mühüm amillərdən olub
  • 26-08-2026, 11:25
    Bakıda yanğın baş verib, 1 nəfər ölüb
  • 25-08-2026, 15:42
    “Brent” neftinin qiyməti 90 dollardan aşağı enib
  • 25-08-2026, 15:39
    BDU-nun tələbəsi adını qazanan şəhid övladları
  • 25-08-2026, 15:34
    Baş prokuror Şəkidə sakinlərin müraciətlərini dinləyib, yeni xidməti mənzillər istifadəyə verilib
  • 25-08-2026, 15:29
    AQTA monitorinq keçirib, 158,4 kiloqram uyğunsuz dondurma məhsulu məhv edilib
  • 25-08-2026, 14:40
    Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək
  • 25-08-2026, 14:36
    Faiz müqabilində borc verənləri hansı təhlükə gözləyir? - Ali Məhkəmə xəbərdarlıq etdi
  • 24-08-2026, 11:10
    Azərbaycanda ilk dəfə kriptovalyuta dövlət nəfinə müsadirə edilib
  • 24-08-2026, 11:06
    Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub
  • 24-08-2026, 11:06
    Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub
  • 23-08-2026, 11:41
    Səbinə Əliyeva: Ombudsman və milli insan hüquqları təsisatları süni intellektin təhlükəsiz tətbiqinin təşviqində mühüm rol oynayır
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Sevil Ağayeva
  • Telefon: (+99450) 852 18 82
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ASELA.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə