Bakı, 27 fevral.
Bakıda Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin təşkilatçılığı ilə “İnformasiya təhlükəsizliyi riskləri və onların idarə edilməsi” adlı tədbir keçirilir.
Tədbirdə açılış nitqi ilə çıxış edən XRİTDX-nin baş idarə rəisi, general-mayor Azər Əhədov qeyd edib ki, müasir dövrdə rəqəmsal mühitin genişlənməsi fonunda informasiya təhlükəsizliyi məsələləri yalnız texniki yanaşma ilə məhdudlaşmır, strateji və institusional idarəetmə komponenti kimi çıxış edir. Bu baxımdan risklərin vaxtında müəyyən edilməsi və idarə olunması dövlət informasiya resurslarının qorunmasının əsas şərtlərindən biridir.
Qeyd olunub ki, tədbirin əsas məqsədi dövlət orqanlarında informasiya təhlükəsizliyi risklərinin sistemli və effektiv idarə olunması mexanizmlərinin təkmilləşdirilməsi, mövcud təhdidlərə qarşı vahid yanaşmanın formalaşdırılması və risklərin uçotu prosesinin praktik tətbiq mexanizmlərinin təqdim edilməsidir.