• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Apellyasiya Arbitraj Tribunalının yekun iclası keçirilib

İdman

25-12-2023, 19:44


Apellyasiya Arbitraj Tribunalının 2023-cü il ərzində fəaliyyətinin yekunlarına həsr olunmuş iclası keçirilib.
İclasda əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Apellyasiya Arbitraj Tribunalının sədri Nazim Rəşidov qurumun il ərzindəki fəaliyyəti barədə hesabat məruzəsi ilə çıxış edib. Qeyd olunub ki, Tribunal yeni tərkibdə fəaliyyətə başladığı ötən dövrdə qarşıya qoyulmuş bütün vəzifələri icra edib, baxılan çoxsaylı işlər üzrə bərabərlik, çəkişmə və ədalətli baxış prinsiplərini gözləyib, hər kəsin müstəqil və qərəzsiz tribunal hüququnun təmin edib, operativ şəkildə qərarlar qəbul edib.
Tribunalın “Heydər Əliyev İli”ndə yeni tərkibdə fəaliyyətə başladığını vurğulayan N.Rəşidov bildirib ki, Ümummilli Liderin “İdman insanları həm fiziki, həm də mənəvi cəhətdən yüksəldən bir vasitədir” fikirləri dövlətimizin müasir dövrdəki uğurlu idman siyasətinin formalaşmasında və inkişafında müstəsna əhəmiyyətə malik olub. Prezident İlham Əliyevin idmanın həyatımızın tərkib hissəsi olması barədə fikrini əldə rəhbər tutan Tribunal qəbul etdiyi obyektiv, ədalətli və humanist dəyərlərə söykənən qərarlarla bu sahənin inkişafına töhfə verməyə çalışıb.
N.Rəşidov qeyd edib ki, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın dekabrın 21-də Xankəndi stadionunda futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOİK komandaları arasında keçirilən oyuna baxmaları və dövlətimizin başçısının oyundan əvvəl çıxışı hər bir azərbaycanlıya qürur hissi yaşadıb.
O, qurumun müstəqil, səmərəli və şəffaf fəaliyyətinə görə AFFA rəhbərliyinə, habelə Tribunalın üzvlərinin təmsil etdikləri qurumların rəhbərlərinə minnətdarlığını bildirib. Qeyd edib ki, Apellyasiya Arbitraj Tribunalı bundan sonra da fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyinin, eyni zamanda, FIFA və UEFA-nın normativ tələblərini nəzərə almaqla, AFFA tərəfindən müəyyən olunan norma və qaydalar əsasında səmərəli təşkil edəcək, göstərilmiş etimadı daim doğrultmağa çalışacaq.
Tribunalın üzvləri çıxış edərək gündəlikdə duran məsələ ilə bağlı fikirlərini bölüşüblər. Çıxışlarda Tribunalın növbəti ildə fəaliyyətinin daha səmərəli təşkili üçün müvafiq təkliflər irəli sürülüb, müxtəlif məsələlər müzakirə olunub.
Xatırladaq ki, Tribunalın yeni tərkibi (sədri Nazim Rəşidov – Azərbaycan Respublikası Baş Prokurorluğunun nümayəndəsi; digər üzvlər: Rüfət Kərimov – Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin nümayəndəsi, Arif Əyyubov – Vəkillər Kollegiyasının üzvü, Orxan Məmmədov – Dövlət Vergi Xidmətinin nümayəndəsi, Rəşad Qasımov – fərdi sahibkar, Cavid Quliyev – Dövlət Təhlükəsizlik Xidmətinin nümayəndəsi) AFFA İcraiyyə Komitəsinin 2023-cü il 7 mart tarixli qərarı ilə təsdiq olunaraq fəaliyyətə başlayıb.
Çıxışlardan sonra Tribunal bir neçə şikayətə baxaraq qərarlar qəbul edib.
AFFA U-13 Liqasında çıxış edən “Baku Sportinq” klubunun apellyasiya şikayəti təmin edilməyib. Komandanın heyətində yer alan doqquz nömrəli futbolçu Roman Bayandurov adından lisenziyası olmayan Əli Hüseynov adlı şəxs mötərizədə qeyd edilən oyunlarda (I tur “Baku Sporting” – “Zirə” PFK (2:1), II tur “Modern FC” – “Baku Sporting” (1:5), III tur “Baku Sporting” – “Fənər Bakı” (8:1), IV tur EFA – “Baku Sporting” (2:4), V tur “Baku Sporting” - ROFM (0:0), VI tur “Zəngəzur” FK – “Baku Sporting” (2:1), VII tur “Baku Sporting” – “Xəzər Baku” (5:0), VIII tur “Neftçi” PFK – “Baku Sporting” (2:2), IX tur “Baku Sporting” – “Xəzri Buzovna” (6:1)) iştirak etdiyinə görə kluba həmin matçlarda 0:3 hesablı texniki məğlubiyyət verilməsi barədə İntizam Komitəsinin qərarı qüvvədə saxlanılıb.
AFFA U-17 Qızlar Liqasında mübarizə aparan “Baku Sportinq” klubunun şikayəti isə qismən təmin edilib. “Sumqayıt”la oyunun 41-ci dəqiqəsində hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 5 oyun cəzalanan “Baku Sportinq”in baş məşqçisi Aliyə Vəliyeva ilə bağlı İntizam Komitəsinin qərarı dəyişdirilib. Təyin olunan cəzanın bir hissəsi icra edilərək sonuncunun müvafiq liqada 1 oyun buraxması, digər 4 matçlıq cəzasının isə ödənilməsi nəzərə alınaraq, yerdə qalan 4 oyun cəza şərti tətbiq edilib. Şərti cəzanın tətbiqi üçün 3 ay sınaq müddəti təyin olunub. Sınaq müddətinin başlanğıcı ilkin cəzanın çəkildiyi 24 dekabr tarixindən müəyyənləşdirilib. İntizam Komitəsinin qərarı qalan hissədə qüvvədə saxlanılıb.
Tural Bayramlının nümayəndəsi Elcan Həsənli tərəfindən verilən apellyasiya şikayəti də qismən təmin edilib. “Səbail” klubuna qarşı “kompensasiya” tələbinə dair” iş üzrə Oyunçuların Statusu və Transferi Komitəsi tərəfindən qəbul olunmuş əvvəlki qərar ləğv edilib. Bakı klubundan iddiaçı T.Bayramlının xeyrinə ikinciyə dəymiş zərərin əvəzi olaraq 70 000 manat məbləğində pul tutulub. Apellyasiya şikayəti qalan hissədə təmin edilməyib.
Maraqlı tərəflər Apellyasiya Arbitraj Tribunalının qərarından Lozannadakı (İsveçrə) İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət verə bilərlər. Qərarın tam mətni 30 gün ərzində hazırlanaraq tərəflərə göndəriləcək.

Paylaş:
Digər xəbərlər

İdman

29-09-2023, 12:26

AFFA bu klubun şikayətini qismən təmin etdi

Cəmiyyət

1-12-2023, 19:00

Gənclərin zərərli vərdişlərdən qorunmasında milli-mənəvi dəyərlərimizin rolu böyükdür

İdman

18-11-2023, 20:25

Voleybol üzrə ordu birinciliyi başa çatıb

Mədəniyyət

7-12-2023, 17:46

Bakıda Ulu Öndərin 100 illiyinə həsr olunmuş turizm sammiti keçirilir YENİLƏNİB

İdman

15-12-2023, 16:17

Çövkən üzrə Prezident Kubokunun açılış mərasimi olub

Yazarlar
Ad gününüz mübarək, Sevil xanım!
20 YANVAR - ÜMUMXALQ HÜZN GÜNÜAzərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 35 il ötür. Ocak 16, 2025 XƏBƏR
Ad gününüz mübarək, Sevil xanım!
Bu gün görkəmli Azərbaycan alimi Sara Aşurbəylinin doğum günüdür
Şərqdə ilk opera yazan qadın bəstəkar - Şəfiqə Axundova
Səbuhi Məmmədlinin ikinci ayağı da amputasiya edildi
Hadisə
16-04-2026, 12:57
Binəqədi rayonunda saxlanılan şəxslərdən 54 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
16-04-2026, 12:55
Şirvanda oğurluq etməkdə təqsirli bilinən 2 nəfər saxlanılıb
9-04-2026, 12:28
Nəsimi rayonunda saxlanılan şəxslərdən 72 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
8-04-2026, 12:21
İşlədiyi evdən 30 min manatlıq oğurluq edən şəxs saxlanılıb
8-04-2026, 12:19
Şirvanda 6 nəfərin zəhərlənməsi faktı ilə bağlı araşdırma aparılır
8-04-2026, 12:15
Füzulidə 15 kiloqram marixuana və psixotrop həblər aşkarlanıb
Son xəbərlər
  • Вчера, 21:03
    Sabah magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq
  • Вчера, 20:58
    Antalyada Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü keçirilir
  • Вчера, 12:22
    ATMU və Ankara Hacı Bayram Veli Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb
  • Вчера, 12:20
    Ali Məhkəmədən xəbərdarlıq: Alqı-satqı müqaviləsi ilə borc təminatı təhlükəlidir
  • Вчера, 12:18
    Azərbaycan QHT-lərinin dünyaya bu cür açılması ilk dəfə baş verir
  • Вчера, 12:15
    Müdafiə Nazirliyinin rəhbərliyi azad olunmuş ərazilərdə xidmət edən şəxsi heyətlə görüşüb
  • Вчера, 12:09
    Prezident İlham Əliyevin Antalyada Moldova Prezidenti ilə görüşü olub
  • Вчера, 12:07
    Azərbaycan Prezidenti İlham Əliyevin Antalyada Şimali Kipr Prezidenti ilə görüşü olub
  • Вчера, 12:06
    Prezident İlham Əliyevin Antalyada Suriyanın keçid dövrü Prezidenti ilə görüşü olub
  • 16-04-2026, 16:11
    Azərbaycan və Rusiya rəsmiləri Zəngilan şəhərinə gəliblər
  • 16-04-2026, 16:05
    Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə işgüzar səfərə gəlib
  • 16-04-2026, 13:02
    Hörmüz boğazının blokadası dünya iqtisadiyyatına təhdid yaradıb
  • 16-04-2026, 12:59
    Ağır cinayətlərdə ittiham olunan daha bir şəxs ölkəmizə ekstradisiya ediləcək
  • 16-04-2026, 12:57
    Binəqədi rayonunda saxlanılan şəxslərdən 54 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
  • 16-04-2026, 12:55
    Şirvanda oğurluq etməkdə təqsirli bilinən 2 nəfər saxlanılıb
  • 16-04-2026, 12:47
    “İmmunlaşdırma həftəsi” başlayır
  • 15-04-2026, 12:18
    Fərdi sahibkarların sayı 1 milyon 472 mini keçib
  • 15-04-2026, 12:16
    Astronomlar: Kainat gözlənildiyindən daha sürətlə genişlənir
  • 15-04-2026, 12:13
    Dövlət Proqramı çərçivəsində 2026/2027-ci tədris ili üzrə sənəd qəbuluna başlanılır
  • 15-04-2026, 12:11
    Alimentə görə hansı hallarda mənəvi zərər tutula bilər? – Ali Məhkəmə açıqladı
  • 15-04-2026, 12:05
    Nurlu ömür, zəngin elmi irs, unudulmaz şəxsiyyət – akademik Zərifə Əliyeva
  • 14-04-2026, 20:24
    Misir Azərbaycanla enerji sahəsində genişmiqyaslı əməkdaşlıqda maraqlıdır
  • 14-04-2026, 20:20
    Dövlət orqanlarında daxili müsahibələrin keçirilmə qrafiki müəyyən edilib
  • 14-04-2026, 12:37
    Füzulidə mina partlayıb, ANAMA-nın əməkdaşı həyatını itirib
  • 14-04-2026, 12:36
    Məhkəmə ipoteka işlərində hansı məqamlara diqqət yetirməlidir? – Açıqlama
  • 14-04-2026, 12:33
    Hərbi xidməti başa vuran sərhədçi əsgərlər evlərinə yola salınıblar
  • 14-04-2026, 12:32
    Azərbaycandan Ermənistana dizel yanacağı və gübrə daşıyan növbəti qatar yola salınıb
  • 14-04-2026, 12:30
    Prezident İlham Əliyev Somalinin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
  • 13-04-2026, 11:34
    Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi üzrə elektron sənəd qəbulu aparılır
  • 13-04-2026, 11:32
    Jurnalistlər üçün elm və təhsil üzrə media məktəbi fəaliyyətə başlayır
  • 13-04-2026, 11:30
    DİM: Magistraturaya qəbulun II cəhdində iştirak etmək istəyən 13 mindən çox bakalavr ərizəsini təsdiq edib
  • 13-04-2026, 11:27
    Naxçıvanda çağırışçılar müddətli həqiqi hərbi xidmətə yola salınıblar
  • 13-04-2026, 11:25
    Mənzil təminatı ilə bağlı rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxs barəsində cinayət işi məhkəməyə göndərilib
  • 12-04-2026, 10:41
    İran ABŞ gəmilərinin Hörmüz boğazından keçməsi ilə bağlı xəbərləri təkzib edib
  • 12-04-2026, 10:38
    Tramp: İranla razılaşma olsa da, olmasa da, mənim üçün fərqi yoxdur
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Sevil Ağayeva
  • Telefon: (+99450) 852 18 82
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ASELA.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə