• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Azərbaycan Cüdo Federasiyasının baş katibi: Ən yaxşı nəticələri məhz bu il əldə etdik -

İdman

16-12-2023, 16:48


Azərbaycan Cüdo Federasiyasının (ACF) baş katibi Rəşad Rəsullu suallari cavablandırıb. Həmin müsahibəni təqdim edirik.
- Bu il keçirilən beynəlxalq yarışlarda Azərbaycan cüdoçuları ümumilikdə 236 medal əldə etdilər. Başa çatmaqda olan ili necə dəyərləndirərdiniz?
- Hesab edirəm ki, ən yaxşı nəticələri məhz bu il əldə etdik. Məsələ təkcə medal sayında deyil. Bütün yaş qrupları üzrə cüdoçularımızda keyfiyyət dəyişikliyi görürük. Müəyyən problemlərimiz var idi. İdmançılarımız son iki ildə kifayət qədər ciddi irəliləyiş əldə ediblər. Amma daha yaxşı səviyyəyə çatmaq üçün bir qədər yol qət etməliyik. Buna baxmayaraq, idmançılarımızın inkişafı göz qabağındadır.
- Ötən ay Bakıda milli komandalar üçün Təlim-Məşq Mərkəzi istifadəyə verildi. Müxtəlif regionlardakı cüdo zallarında da təmir işləri aparılır. Sizcə, bütün bunlar Azərbaycanda cüdonun inkişafına necə təsir göstərəcək?
- Cüdo üzrə milli komandaların Təlim-Məşq Mərkəzinin istifadəyə verilməsi ölkəmizdə xüsusilə, elit cüdonun inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Fürsətdən istifadə edib, ölkə rəhbərliyinə, Prezident İlham Əliyevə bütün cüdo ailəsi adından təşəkkür edirəm. Bu il bir çox əlamətdar hadisələr olub. Federasiya olaraq, regionlarda təxminən 8-9 cüdo zalı təmir olunaraq istifadəyə verilib. 80-ə yaxın kluba beş minədək tatami paylanılıb. Bütün bunları nəzərə alsaq, 2023-cü ili cüdo üçün uğurlu hesab etmək olar.
- Azərbaycan millisinin üzvü Səid Mollayi son vaxtlar ona bəslənən ümidləri doğrulda bilmir. Təcrübəli idmançının hazırkı çıxışı federasiya rəhbərliyini və məşqçilər heyətini qane edirmi?
- Mən deməzdim ki, o, ümidləri doğrultmadı. Səid ötən ilin aprel ayında yığmamıza qoşulub. Bundan sonra o, iştirak etdiyi bir neçə yarışda qızıl medal qazandı. Ötən ilin oktyabrında dünya çempionatında beşinci yerin sahibi oldu. Həmin ilin dekabrında isə “Masters” yarışında fəxri kürsünün ikinci pilləsinə yüksəldi. O yarışdan sonra Səid Mollayi əməliyyat olundu. Dirsəyində onu narahat edən zədə var idi. Ona görə də idmançımızın ilin əvvəlində keçirəcəyi hazırlıqla bağlı müəyyən problemlər meydana gəldi. Təəssüf ki, mayda təşkil olunan dünya çempionatında Səidin çıxışını tam görə bilmədik. Daha sonra o, yenidən bir neçə zədə aldı. Hətta bu zədələrə görə Bakıda keçirilən Böyük Dəbilqə turnirini buraxmalı oldu. Bunun kimi bir neçə vacib və nüfuzlu yarışlarda iştirak edə bilmədi. Hətta Avropa çempionatında da güləşə bilmədi. Aldığı zədələrdən sonra Səid ilk dəfə Yaponiyanın paytaxtı Tokioda baş tutan Böyük Dəbilqədə yarışdı. Bu səbəbdən onun çıxışında müəyyən enişləri müşahidə etmək olar. Bütün bunlara baxmayaraq, Mollayinin komandada olması digər idmançılarımızın inkişafına müsbət təsir göstərir. Hazırda Olimpiya reytinqində 6-cı pillədə qərarlaşıb. 81 kiloqram çəki dərəcəsində digər idmançımız Zelim Kotsoyev isə doqquzuncudur. Onlar arasında güclü və sağlam rəqabət mövcuddur. Qarşıdakı yarışlarda onlardan hansının Olimpiya Oyunlarına lisenziya qazanacağını izləyib görəcəyik. Əminəm ki, cüdoçularımızın hər ikisi lisenziya əldə edəcək. Amma hansının seçiləcəyinə millinin məşqçilər heyəti və federasiya rəhbərliyi qərar verəcək. Biz Səidin zəif çıxışının obyektiv səbəblərə əsaslandığını bilirik. Bütün bunlar zədə ilə bağlıdır. Amma o, çox təcrübəli idmançıdır. Qısa zamanda toparlanıb lazım olan nəticəni göstərmə iqtidarına malikdir.
- Azərbaycan millisinin yeni məşqçisi Rüstəm Alimlinin həm əsas, həm də yeniyetmələr yığmasındakı fəaliyyətindən razısınız?
Ə Rüstəm Alimli yeniyetmə cüdoçulardan ibarət milli komandanın baş məşqçisidir. Onun necə işlədiyini mən yox, kişilərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman müəyyən müddət keçdikdən sonra qiymətləndirə bilər.
- Hidayət Heydərov (73 kiloqram) bu il əla təsir bağışlayır. Yəqin ki, gələn il Fransanın paytaxtı Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarında ondan gözləntilər böyük olacaq?
- Hidayətin cari ilin ilk yarısındakı çıxışı ürəkaçan deyildi. Düzdür, dünya çempionatında beşinci yeri tutmuşdu. Bu, pis nəticə sayılmır. Amma onun özünə görə zəif nəticədir. Cüdoçumuzun potensialına bələdik. Bakı və Tokiodakı Böyük Dəbilqə turnirlərində, eləcə də Avropa çempionatında qızıl medal qazandı. Hazırda çox yaxşı formadadır. Biz ona güvənirik. Özündə də qələbəyə inam böyükdür. Hidayətin də qeyd etdiyi kimi, Paris Olimpiadasında ən yaxşı nəticə üçün əlindən gələni edəcək.
- Necə düşünürsünüz, Azərbaycan cüdo yığması Parisdən neçə medalla qayıda bilər?
- Onu proqnozlaşdırmaq çətin məsələdir. Buna görə də dəqiq bir şey deyə bilmərəm. Cüdoçuların Vətənə hansı nəticələrlə dönəcəklərini birlikdə izləyib görəcəyik.

Paylaş:
Digər xəbərlər

İdman

3-10-2023, 09:09

Azərbaycanın gənc cüdoçuları dünya çempionatına yola düşüblər

İdman

14-11-2023, 16:53

Dünya çempionatında qızıl medal qazanan gimnastımız: Bu mənim ən böyük arzum idi

İdman

12-11-2023, 20:00

"Ocaq" Beynəlxalq Kuboku bizdə çox müsbət təəssürat yaratdı – Küveytdən olan gimnastlar

Siyasət

1-12-2023, 11:27

Fransanın məkri baş tutmadı: Nüfuzlu tədbirə ev sahibliyi Azərbaycana verildi - FOTO

Siyasət

29-11-2023, 14:43

“Ermənistan praktiki olaraq dövlət suverenliyini itirib, o artıq Fransanın müstəmləkəsidir” - RF-dən MÜSAHİBƏ

Yazarlar
Ad gününüz mübarək, Sevil xanım!
20 YANVAR - ÜMUMXALQ HÜZN GÜNÜAzərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 35 il ötür. Ocak 16, 2025 XƏBƏR
Ad gününüz mübarək, Sevil xanım!
Bu gün görkəmli Azərbaycan alimi Sara Aşurbəylinin doğum günüdür
Şərqdə ilk opera yazan qadın bəstəkar - Şəfiqə Axundova
Səbuhi Məmmədlinin ikinci ayağı da amputasiya edildi
Hadisə
7-07-2026, 13:14
Mərdəkanda faciə: Bir ailənin iki üzvü dənizdə batıb
13-05-2026, 13:07
Qaxda 4 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
12-05-2026, 10:38
Sabirabaddakı yol qəzasında ölən və yaralananların kimliyi məlum olub
12-05-2026, 09:38
Lökbatanda yanğın ərazisində xilasedicilər tərəfindən zəruri təhlükəsizlik tədbirləri davam etdirilir
11-05-2026, 12:19
Yüksək sürət gənc motosikletçinin həyatına son qoyub
11-05-2026, 12:12
Son 2 gündə 25 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Son xəbərlər
  • Сегодня, 18:00
    Gömrük nəzarətinə bəyan edilməyən mallar aşkarlanıb
  • Сегодня, 17:55
    Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazə və ödənişlər kimlərə şamil edilmir?
  • Сегодня, 17:43
    Prezident İlham Əliyev: Ermənistanla birlikdə yeni yerüstü nəqliyyat kommunikasiyalarının yaradılması üzərində çalışırıq
  • Сегодня, 13:45
    13 il əvvəl qəsdən adam öldürülmə cinayətini təşkil etməkdə təqsirləndirilən şəxs barəsində materiallar məhkəməyə göndərilib
  • Сегодня, 13:41
    Bişkekdə ŞƏT-in növbəti sammiti keçirilir
  • Сегодня, 13:38
    Dünya mediası Prezident İlham Əliyevin Bişkekdə Nikol Paşinyanla görüşünü diqqət mərkəzində saxlayıb
  • Сегодня, 13:30
    Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
  • Сегодня, 13:27
    Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
  • Вчера, 11:50
    Faktiki hava: Bəzi yerlərdə leysan yağır
  • Вчера, 11:47
    Xüsusi icra məmuru fəaliyyəti üzrə müsabiqədə iştirak edən namizədlərlə müsabiqənin ikinci mərhələsi başlayır
  • Вчера, 11:44
    Prezident: Azərbaycan-Qırğızıstan münasibətlərinin müttəfiqlik səviyyəsinə çatması məmnunluq doğurur
  • Вчера, 10:22
    Dünya birjalarında neft bahalaşıb
  • Вчера, 10:14
    Təhsilverənlərin təkrar sertifikatlaşdırılmasının müsahibə mərhələsi sentyabrın 3-dən başlanır
  • Вчера, 10:12
    Bakının bəzi yollarında sıxlıq yaranıb
  • Вчера, 10:09
    Azərbaycan-ŞƏT əməkdaşlığı və Avrasiyada strateji bağlantının gücü - Analitik təhlil
  • 29-08-2026, 15:04
    Ombudsman Beynəlxalq Məcburi Yoxaçıxma Qurbanları Günü ilə bağlı bəyanat yayıb
  • 29-08-2026, 12:46
    Nizami rayonunda quldurluq edən şəxs saxlanılıb
  • 29-08-2026, 12:41
    Bu gün Beynəlxalq Nüvə Sınaqlarına Qarşı Mübarizə Günüdür
  • 28-08-2026, 16:31
    Dövlət orqanlarında daxili müsahibələrin keçirilmə qrafiki müəyyənləşdirilib
  • 28-08-2026, 16:28
    Qanunsuz onlayn kazino əməliyyatları çərçivəsində daha 3 nəfər saxlanılıb
  • 28-08-2026, 09:56
    Bu ilin ikinci Ay tutulması başlayıb
  • 28-08-2026, 09:54
    Heydər Əliyev Beynəlxalq Hava Limanında “Elektron qapı sərhəd nəzarəti sistemi” istifadəyə verilib
  • 28-08-2026, 09:52
    Göyçayda narkotik tərkibli bitkilər yetişdirən şəxs tutulub
  • 28-08-2026, 09:51
    34 il, 24 həyat, bir faciə - Ballıqaya
  • 27-08-2026, 16:33
    Bakı-Tbilisi aviareysi ilə gedən sərnişinin üzərində kokain aşkarlanıb
  • 27-08-2026, 16:30
    Podrat müqaviləsi bağlayarkən bunlara diqqət edin – Ali Məhkəmədən mühüm açıqlama
  • 27-08-2026, 16:26
    Azərbaycan-Pakistan 12-ci İşçi Qrupu Səviyyəli Görüşü olub
  • 27-08-2026, 16:24
    “Eternity-2026” təliminin yekun planlaşdırma konfransı olub
  • 26-08-2026, 15:05
    Laçın Şəhəri Günü rəngarəng mədəni proqramlarla qeyd olunur
  • 26-08-2026, 15:00
    “Gənc istedadlar” liseyinin məzunlarının hamısı ali məktəbə qəbul olunub
  • 26-08-2026, 14:57
    UNEC ilə Özbəkistan universitetləri arasında birgə elmi tədqiqatlar genişlənir
  • 26-08-2026, 14:49
    Ekspert: Laçın üzərində nəzarətin təmin olunması Qarabağda separatizmin kökünün kəsilməsində mühüm amillərdən olub
  • 26-08-2026, 11:25
    Bakıda yanğın baş verib, 1 nəfər ölüb
  • 25-08-2026, 15:42
    “Brent” neftinin qiyməti 90 dollardan aşağı enib
  • 25-08-2026, 15:39
    BDU-nun tələbəsi adını qazanan şəhid övladları
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Sevil Ağayeva
  • Telefon: (+99450) 852 18 82
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ASELA.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə