İmişli, 9 mart.
İmişli rayonunda dəm qazından boğularaq ölən şəxslərin adları məlum olub.
Bəhrəmtəpə qəsəbəsində qeydə alınan hadisədə ölənlər bir ailənin üzvüdür, digər bir nəfərin müalicəsi isə xəstəxanada davam etdirilir. Hadisədə Azadova Mehriban İdris qızı və onun övladları - Azadov Məhəmməd və Azadova Fatimə ölüb, ailə başçısı Azadov Vasif Əlirza oğlu isə İmişli Rayon Mərkəzi Xəstəxana hospitalizasiya olunub. Onun vəziyyəti ağır qiymətləndirilir.
İmişli rayonunda dəm qazından zəhərlənən bir ailənin üç üzvü ölüb.
Hadisə rayonun Bəhrəmtəpə qəsəbəsində qeydə alınıb. Hadisə zamanı ana və iki azyaşlı övladı dəm qazından zəhərlənərək ölüb. Zəhərlənməyə məruz qalan 1989-cu il təvəllüdlü şəxs (kişi cinsli) İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Onun vəziyyəti ağır qiymətləndirilir.