Sumqayıt şəhərində bir nəfər avtomobildə yanaraq ölüb.
Bu haqda Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, “Kia” markalı minik avtomobilinin mühərrik hissəsi və salonu yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.