Bakıda it öz sahibini parçalayaraq öldürüb.
Hadisə Xətai rayonu NZS qəsəbəsində qeydə alınıb.
Orada yaşayan, 70 yaşlı Əliyev Yaqub Aydın oğlunun saxladığı "Alabay" cinsli itlər sahibinə hücum edib.
Səs-küyə qonşular gəlsələr də itlərin qarşısında aciz qalıblar.
Nəticədə itlər sahibini parçalayaraq öldürüb.
Müdaxilədən sonra itlər zərərsizləşdirilib.
Qonşuların bildirdiyinə görə Yaqub Əliyev biri erkək, biri dişi olmaqla 2 nəhəng it saxlayıb.