Bakı, 28 oktyabr.
Oktyabrın 27-də Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində 1992-ci il təvəllüdlü Rüstəmov Rüfət Ələsgər oğlunun qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 2000-ci il təvəllüdlü Səmədli Ələkbər Valeh oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb. Araşdırma aparılır.
27.10.2024 - 23:41
“Qaradağ rayonu Ələt qəsəbəsi ərazisində 1992-ci il təvəllüdlü Rüfət Rüstəmovun ölməsi barədə məlumat daxil olub”.
Bu barədə Qaradağ Rayon Prokurorluğu məlumat yayıb.
“Araşdırmalarla 2000-ci il təvəllüdlü Əliəkbər Səmədlinin aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Rüfət Rüstəmovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Əliəkbər Səmədli iş üzrə şübhəli şəxs qismində tutulub. İbtidai istintaq davam etdirilir”, - deyə bildirilib.