Avqustun 9-da Sumqayıt şəhəri, Stansiya Sumqayıt adlanan ərazidə avtomobilin Samur-Abşeron su kanalına düşməsi nəticəsində batdığı ehtimal olunan 1998-ci il təvəllüdlü Əliyev Abusət Fəxrəddin oğlunun axtarışları davam etdirilir.
Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, hazırda vətəndaşın axtarışları batdığı ehtimal olunan istiqamətlər üzrə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin qüvvələri tərəfindən fasiləsiz olaraq həyata keçirilir.
FHN-in Mətbuat xidmətindən bildirilib ki, Abusət Əliyevin meyiti qurumun Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, Abusət Əliyev Vətən müharibəsi iştirakçısıdır. Bildirilir ki, o, maşını hadisədən iki gün öncə alıbmış.