Sabirabad rayonu ərazisində yol qəzası baş verib. Nəqliyyat vasitəsinin idarəetmədən çıxaraq maneəyə çırpılması nəticəsində xəsarət alan şəxslər olub.
Hadisə gecə saatlarında Sabirabad şəhəri Vidadi küçəsində qeydə alınıb. Qəza nəticəsində xəsarət alanlar - Ələkbərov Cəlal və Cəfərov Xeyrulla rayon mərkəzi xəstəxanasına yerləşdirilib.
Hadisə ilə bağlı araşdırma aparılır.