• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Bakıda “Dinin siyasiləşdirilməsi: zərərli təsirlər” mövzusunda konfrans keçirilib

Cəmiyyət

11-01-2024, 22:13

Azərbaycan Dövlət İnformasiya Agentliyi
CƏMİYYƏT
Bakıda “Dinin siyasiləşdirilməsi: zərərli təsirlər” mövzusunda konfrans keçirilib
11.01.2024 [19:47]
Bakı, 11 yanvar.
Yanvarın 11-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə “Dinin siyasiləşdirilməsi: zərərli təsirlər” mövzusunda konfrans keçirilib.
Azərbaycan İlahiyyat İnstitutunda təşkil edilən tədbirdə ölkəmizdə müxtəlif konfessiyalara mənsub dini icmaların sədrləri və din xadimləri iştirak ediblər.
DQİDK-nin sədr müavini Səyavuş Heydərov tədbirdə çıxış edərək əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi dövlət-din münasibətlərinə diqqət çəkib. Azərbaycanın din siyasətində dini etiqad azadlığının təminatının prioritet məsələlərdən olduğunu qeyd edən S.Heydərov dövlət tərəfindən dini icmalara, müxtəlif dinlərə məxsus ibadətgahlara göstərilən diqqət və qayğıdan danışıb. Dövlət tərəfindən icmalara hər cür dəstək göstərildiyini, onların müraciətlərinin diqqətdə saxlanıldığını bildirən Komitə rəsmisi deyib: “Hər il Prezident tərəfindən rəsmi qaydada ölkədəki dini konfessiyalara maliyyə yardımı ayrılır. Bu yardım bütün dini icmalara, o cümlədən qeyri-müsəlman icmalarına şamil edilir. Heydər Əliyev Fondu tərəfindən tarixi, mədəni, dini abidələr bərpa olunur, yeni ibadət ocaqları inşa edilir. Cəmiyyətimizdə milli və dini həmrəylik ölkəmizin tarixində ən yüksək həddədir. Bu birlik 44 günlük Vətən müharibəsi dövründə özünü bir daha sübut etdi”.
Sədr müavini vurğulayıb ki, bu faktların fonunda ABŞ Dövlət Departamenti tərəfindən Azərbaycanda dini etiqad azadlığının pozulması barədə fərziyyələrə istinadla ölkəmizi heç bir beynəlxalq statusa malik olmayan qrupa (xüsusi izləmə siyahısı) daxil etməsi təəssüf doğurur. ABŞ-ın Beynəlxalq Din Azadlığı Komissiyası tərəfindən təqdim edilən “nöqsanlar” ölkəmizdəki gerçəkliyi əks etdirmir, reallıqla daban-dabana ziddiyyət təşkil edir. Beynəlxalq Din Azadlığı Komissiyasının hesabatında bir çox məqamların araşdırılmadığı, qeyri-müstəqil və ənənəvi olaraq ermənipərəst mərkəzli məlumatlar yayan mənbələrdən istifadə edilməsi, bəzən isə hadisələrə məqsədli şəkildə yanlış izahatlar verilməsi diqqəti cəlb edir.
S.Heydərov, həmçinin bu gün insan hüquqları, dini azadlıqlar meyarlarının bəzi böyük güclər tərəfindən təzyiq vasitəsinə çevrildiyini qeyd edib. O, Azərbaycanda fəaliyyət göstərən dini icmalara çağırış edərək ölkəmizin əleyhinə qarayaxma kampaniyası aparan qüvvələrə qarşı həmrəy və ayıq-sayıq olmanın vacibliyini vurğulayıb.
Milli Məclisin deputatı Hikmət Məmmədov bildirib ki, hər bir cəmiyyətdə, hüquqi dövlətdə ictimai, dini münasibətlərin əsaslarını hüquq tənzimləyir. Bu, ölkəmizdə Azərbaycan Respublikasının Konstitusiyasında, “Dini etiqad azadlığı haqqında” qanunda və digər qanunvericilik aktlarında əksini tapıb. Səmavi dinlərin hər birinin burada yayılaraq insanların milli düşüncəsinə, davranışlarına və həyat tərzinə təsir etdiyini deyən H.Məmmədovun sözlərinə görə, dini dözümlülük, insanların inanclarına hörmət ölkəmizin vətəndaşlarının həyat tərzinə çevrilib.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Fuad Nurullayev qeyd edib ki, illərlə Ermənistanın şər və böhtanlarının qarşısını layiqincə alan xalqımız ölkəmizə qarşı çirkin addımlar atan qüvvələrə qarşı bundan sonra da mübarizə aparacaq. ABŞ Dövlət Departamentinin Azərbaycanda fəaliyyət göstərən dini icmalarla bağlı qərəzli mövqeyini qınayan F.Nurullayev vurğulayıb ki, ölkəmizdə dini etiqad azadlığı yüksək səviyyədə qorunur və dini baxışlarına görə heç kimə təzyiq göstərilmir, şiə-sünni problemi yoxdur. Bizim güclü dövlətimiz var və onu heç kim sarsıda bilməz. ABŞ-ın qərəzli münasibəti gözügötürməzlikdən başqa bir şey deyil.
Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov bildirib ki, multikulturalizmi və tolerantlığı özünün ideoloji əsaslarından hesab edən Azərbaycanın həmin siyahıya daxil edilməsi ən azından ədalətsizlikdir. Hesabatda guya ölkəmiz tərəfindən Qarabağda xristian dini irsinin məhv olunması iddiası gülüncdür. Azərbaycan hökumətinin Qarabağda təkcə dağıdılan müsəlman ibadətgahlarına deyil, xristian dini abidələrinə qarşı qayğı və diqqəti haqqında onlarla nümunə sadalamaq mümkündür. Azərbaycanda müsəlmanlarla yanaşı, qeyri-müsəlman dini icmaların nümayəndələrinin heç bir diskriminasiya halı ilə qarşılaşmadıqlarını vurğulayan A.Şirinov deyib ki, ABŞ-ın elə özündə diskriminasiya ildən-ilə artmaqda davam edir. Kaliforniya Dövlət Universitetinin Nifrət və Ekstremizm Tədqiqatları Mərkəzi tərəfindən ötən il hazırlanan tədqiqatda ABŞ-da dini nifrət motivli cinayətlərin 27 faiz artdığı qeyd olunur.
Rektor çıxışında Azərbaycan İlahiyyat İnstitutunun yaradılmasını, təhsil ocağında müxtəlif dinlər və məzhəblərin fərq qoyulmadan tədris olunmasını da dövlətimizin müxtəlif inanclara tolerant münasibətinin göstəricisi kimi dəyərləndirib.
Bakı Şəhəri Dağ Yəhudiləri dini icmasının sədri Milix Yevdayev, Rus Pravosloav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının nümayəndəsi Elnur Əfəndiyev, Azərbaycan Katolik Kilsəsinin nümayəndəsi Yozef Marek, Avropa Yəhudilərinin Bakı Dini icmasının ravvini Şneor Seqal, Alban-udi Xristian dini icmasının sədri Robert Mobili, Gürcü Yəhudiləri dini icmasının sədri Zamir İsayev, Azərbaycan Bəhailəri Mərkəzinin katibi Ramazan Əsgərli və “Azərbaycan Bibliya Cəmiyyəti” xristian dini icmasının sədri Rasim Xəlilov çıxışlarında ABŞ-ın Beynəlxalq Din Azadlığı Komissiyasının Azərbaycanla bağlı dərc etdiyi xüsusi hesabatı və Dövlət Departamenti tərəfindən ölkəmizin qondarma xüsusi izləmə siyahısına daxil olan ölkə kimi müəyyənləşdirilməsini yekdilliklə pisləyiblər. Bildirilib ki, həmin sənədlərdə Azərbaycandakı dini etiqad azadlığı ilə əlaqədar yer almış böhtan fikirlər ölkəmizdə mövcud olan dini tolerantlıq mühitinə qarşı qərəzli kampaniyadır. Müxtəlif konfessiyaların nümayəndələri olaraq heç bir zaman Azərbaycanda dini zəmində qarşıdurma, qısnama, ayrı-seçkilik yaşamadıqlarını diqqətə çatdıran natiqlər ABŞ Dövlət Departamentini bundan sonra Azərbaycan həqiqətlərini nəzərə alaraq obyektiv mövqe sərgiləməyə səsləyiblər.

Paylaş:
Digər xəbərlər

Cəmiyyət

1-12-2023, 19:00

Gənclərin zərərli vərdişlərdən qorunmasında milli-mənəvi dəyərlərimizin rolu böyükdür

Cəmiyyət

7-01-2024, 11:47

Müdafiə Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında birgə tədbirlər planı imzalanıb

İdman

25-12-2023, 19:40

Taekvondo üzrə Azərbaycan çempionatının açılışı olub

İqtisadiyyat / Cəmiyyət

12-12-2023, 19:54

Mərkəzi Gömrük Hospitalında Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib

İqtisadiyyat

4-12-2023, 17:54

Bakıda “Nəqliyyatın planlaşdırılması və nəqliyyat axınlarının modelləşdirilməsi” mövzusunda beynəlxalq konfrans keçiriləcək

Yazarlar
Ad gününüz mübarək, Sevil xanım!
20 YANVAR - ÜMUMXALQ HÜZN GÜNÜAzərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 35 il ötür. Ocak 16, 2025 XƏBƏR
Ad gününüz mübarək, Sevil xanım!
Bu gün görkəmli Azərbaycan alimi Sara Aşurbəylinin doğum günüdür
Şərqdə ilk opera yazan qadın bəstəkar - Şəfiqə Axundova
Səbuhi Məmmədlinin ikinci ayağı da amputasiya edildi
Hadisə
13-05-2026, 13:07
Qaxda 4 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
12-05-2026, 10:38
Sabirabaddakı yol qəzasında ölən və yaralananların kimliyi məlum olub
12-05-2026, 09:38
Lökbatanda yanğın ərazisində xilasedicilər tərəfindən zəruri təhlükəsizlik tədbirləri davam etdirilir
11-05-2026, 12:19
Yüksək sürət gənc motosikletçinin həyatına son qoyub
11-05-2026, 12:12
Son 2 gündə 25 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
9-05-2026, 17:56
Bərdədə ödəmə terminallarından 40 min manat oğurlayan şəxslər saxlanılıb
Son xəbərlər
  • Сегодня, 13:37
    Bu il 102 nömrəli tam orta ümumtəhsil məktəbindən 150 şagird məzun olub
  • Сегодня, 13:35
    Paytaxtın 53 nömrəli məktəbində 187 nəfər məzun olub
  • Сегодня, 13:33
    Paytaxtdakı 6 nömrəli məktəb-liseydən 144 nəfər məzun olur
  • Сегодня, 13:27
    Qarabağ və Şərqi Zəngəzurda iki yeni qan bankı fəaliyyət göstərəcək
  • Сегодня, 13:24
    Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb
  • Сегодня, 10:15
    Cari ildə tədris prosesində iştirak edən müəllimlərin sayı açıqlanıb
  • Сегодня, 09:27
    Neftçilər Milli Qurtuluş Gününü qeyd ediblər
  • Сегодня, 09:24
    BDU-nu ən yüksək Ümumi Orta Müvəffəqiyyət Göstəricisi ilə bitirən məzunların adları açıqlanıb
  • Сегодня, 09:22
    Bakı Dövlət Universitetinin “Məzun günü” qeyd olunub
  • Сегодня, 08:34
    Azərbaycan məktəblərində “Son zəng” sədaları
  • Сегодня, 08:32
    Cəmşid Naxçıvanski adına Hərbi Liseyin 54-cü buraxılış mərasimi olub
  • Вчера, 21:32
    Balakəndə 10 tona yaxın çətənə kolu məhv edilib
  • Вчера, 21:29
    Alparslan Bayraktar: TANAP Avropanın enerji təhlükəsizliyinin əsas təminatçısıdır
  • Вчера, 21:18
    HDQ-də döyüş atışlı taktiki təlim olub
  • 11-06-2026, 15:17
    Qərbi Azərbaycan İcmasında süni intellektin idarə olunması mövzusunda məlumatlandırma sessiyası
  • 11-06-2026, 15:14
    Ekspert: İstanbul Bəyannaməsi Türkiyə, Azərbaycan və Gürcüstan əlaqələrinə dair vizyonu əks etdirir
  • 11-06-2026, 15:12
    Bu ilin 5 ayı ərzində 4 tondan çox narkotik vasitə və psixotrop maddələr müsadirə olunub
  • 11-06-2026, 15:09
    Bu ilin 5 ayı ərzində “802” xidmətinə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 38 müraciət daxil olub
  • 11-06-2026, 15:07
    Fərid Şəfiyev: Dayanıqlı sülh üçün Azərbaycanın qanuni tələbləri tam şəkildə təmin edilməlidir
  • 11-06-2026, 15:05
    Cənubi Qafqazda yeni geosiyasi reallıqlar və Azərbaycanın sülh gündəliyi müzakirəyə çıxarılıb
  • 11-06-2026, 15:03
    Azərbaycan müdafiə naziri Pakistan tərəfinə başsağlığı verib
  • 10-06-2026, 19:28
    Yasamal rayonunda Həsən bəy Zərdabi küçəsindəki obyektdə yanğın baş verib
  • 10-06-2026, 19:26
    Sabunçu rayonunda 46 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb
  • 10-06-2026, 19:24
    Valideynlərin sosial şəbəkə platformalarına nəzarət mexanizmi güclənəcək RƏY
  • 10-06-2026, 19:19
    Hərbi Dəniz Qüvvələrində döyüş atışlı taktiki təlim
  • 10-06-2026, 13:22
    Saxta sənədlərlə daşınmaz əmlak əldə edənləri nə gözləyir? - Ali Məhkəmədən vacib qərardad
  • 10-06-2026, 13:17
    Azərbaycanın müdafiə naziri Serbiyada rəsmi səfərdədir
  • 10-06-2026, 11:08
    Yasamal rayonunda yanğın təhlükəli obyektin fəaliyyəti dayandırılıb
  • 10-06-2026, 10:00
    Yazlıq taxıl sahələrinin sığortalanması müddəti iyunun 15-də başa çatır
  • 10-06-2026, 09:58
    Azərbaycan nefti 95 dollara satılır
  • 10-06-2026, 09:56
    Araz çayında batan şəxsin meyiti tapılıb
  • 10-06-2026, 09:54
    Azərbaycan və Litva arasında siyasi məsləhətləşmələrin növbəti raundu aparılıb
  • 9-06-2026, 15:52
    Rəsmi Bakının məqsədi regionda sülhə nail olmaq və iqtisadi inkişafa təkan verməkdir
  • 9-06-2026, 12:59
    Kəlbəcərdə Günəş panelli avtonom radiomonitorinq stansiyası istifadəyə verilib
  • 9-06-2026, 12:57
    Süni intellekt dövründə insan hüquqlarının gələcəyi Bakıda müzakirə olunacaq
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Sevil Ağayeva
  • Telefon: (+99450) 852 18 82
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ASELA.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə