• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Qarabağ Universitetində AMEA-nın 80 illiyinə həsr olunmuş elmi konfrans keçirilib YENİLƏNİB

Cəmiyyət

3-06-2025, 12:40

Azərbaycan Dövlət İnformasiya Agentliyi
ELM VƏ TƏHSİL
Qarabağ Universitetində AMEA-nın 80 illiyinə həsr olunmuş elmi konfrans keçirilib YENİLƏNİB
03.06.2025.
Bakı, 3 iyun.

Qarabağ Universitetində Elm və Təhsil Nazirliyi və AMEA-nın birgə təşkilatçılığı ilə “Azərbaycan Milli Elmlər Akademiyasında Qarabağnamə ənənəsi və müasir dövr” mövzusunda elmi konfrans keçirilib.

Bu barədə AMEA-dan məlumat verilib.

Konfransı açan Qarabağ Universitetinin rektoru Şahin Bayramov bildirib ki, rəhbərlik etdiyi ali təhsil müəssisəsində elmi potensialın artırılması, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və Qarabağın zəngin mədəni-mənəvi irsinin öyrənilməsi əsas prioritetlərdən biridir. Bu məqsədlə rəhbərlik etdiyi ali təhsil müəssisəsi ilə AMEA arasında təməli qoyulan elmi əməkdaşlıq perspektiv imkanlar yaradacaq.

Elm və təhsil naziri Emin Əmrullayev çıxışında əvvəlcə AMEA-nın 80 illiyi münasibətilə akademiyanın kollektivini, alimləri və elmi ictimaiyyəti təbrik edib. Nazir Qarabağ Universitetinin qarşısında dayanan vəzifələrə də toxunaraq bildirib ki, bu ali təhsil müəssisəsi təkcə regionun deyil, bütövlükdə Azərbaycanın elmi və tədris həyatında mühüm yer tutacaq. Qarabağ Universiteti elmi mühitin təşəkkül tapması, innovativ təhsil modellərinin tətbiqi və milli-mədəni irsin sistemli şəkildə araşdırılması baxımından strateji əhəmiyyət daşıyır.

AMEA-nın prezidenti İsa Həbibbəyli “Azərbaycan Milli Elmlər Akademiyasının fəaliyyətində Qarabağın tədqiqi problemləri və Böyük Qayıdış hərəkatı” mövzusunda məruzə ilə çıxış edib. Prezident İlham Əliyevin “Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqında” 2025-ci il 18 mart tarixli Sərəncamının əhəmiyyətini xüsusi vurğulayan akademik İsa Həbibbəyli bu mühüm dövlət sənədinin Azərbaycan elminə, akademiyaya verilən ən yüksək qiymətin ifadəsi olduğunu bildirib. Akademik qeyd edib ki, dövlətimizin başçısının Sərəncamı həm 80 ildə şərəfli tarixi yol keçmiş, Azərbaycan dövlətinin inkişafına, azərbaycançılıq ideologiyasına, milli kadr hazırlığına öz töhfəsini vermiş, elmi məktəblər yaratmış görkəmli alimlərimizin xidmətlərinə göstərilən yüksək qiymət, həm də akademiyanın bu gününə və gələcəyinə verilən ali dəyərin ifadəsidir. AMEA rəhbəri bu gün azad Qarabağ torpağında belə yüksək səviyyəli elmi tədbirin keçirilməsinin tarixi hadisə olduğunu vurğulayıb. Akademik İsa Həbibbəyli qeyd edib ki, bu konfrans təkcə AMEA-nın 80 illiyinə deyil, həm də azad edilmiş torpaqlarda elmi həyatın bərpasına töhfə verən mühüm bir mərhələdir.

Sonra AMEA-nın prezidenti akademik İsa Həbibbəyli tərəfindən Qarabağ Universitetinin kitabxanasına 1200-dən çox kitab, eləcə də akademiyanın təsisçilərinə və müasir inkişafına həsr olunmuş rəsm əsəri hədiyyə edilib.

Tədbirin ikinci hissəsində Qarabağın tarixi, mədəniyyəti və toponimik irsi ilə bağlı elmi məruzələr dinlənilib. A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun direktoru tarix elmləri doktoru Kərim Şükürov “Azərbaycan tarixində Qarabağnamələr və yeni dövrün Qarabağnaməsinin yaradılmasında Milli Elmlər Akademiyasının missiyası”, Arxeologiya və Antropologiya İnstitutunun direktoru tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyev “Qarabağ ərazisində və Şərqi Zəngəzurda arxeoloji tədqiqatlar”, Nəsimi adına Dilçilik İnstitutunun direktoru filologiya elmləri doktoru Nadir Məmmədli “Qarabağda ermənilər tərəfindən saxtalaşdırılmış Azərbaycan toponimlərinin bərpa edilməsinin elmi əsasları” və Folklor İnstitutunun direktoru filologiya üzrə fəlsəfə doktoru Hikmət Quliyev “Qarabağ folkloru: Böyük Qayıdış kontekstində folklor yaddaşının reaktuallaşdırılması” mövzularında məruzə ilə çıxış ediblər.

Konfrans çərçivəsində Qarabağ Universitetində AMEA-nın rəhbər heyəti və əməkdaşları tərəfindən ayrı-ayrı auditoriyalarda tələbələr qarşısında 13 ixtisas üzrə mühazirələr də deyilib və onların çoxsaylı sualları cavablandırılıb. Mühazirələr AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, AMEA-nın vitse-prezidentləri – akademik Dilqəm Tağıyev, akademik İradə Hüseynova, akademik Rasim Əliquliyev, akademik-katib akademik Arif Həşimov, akademik Teymur Kərimli, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə, tarix elmləri doktoru Kərim Şükürov, fəlsəfə elmləri doktoru İlham Məmmədzadə, filologiya elmləri doktoru Nadir Məmmədli, filologiya elmləri doktoru Sərxan Xavəri, tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyev, biologiya üzrə fəlsəfə doktoru Esmira Əlirzayeva tərəfindən təqdim edilib.

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli tərəfindən elm və təhsil naziri Emin Əmrullayev, Naxçıvan Muxtar Respublikasının elm və təhsil naziri Elxan Nəcəfov və Qarabağ Universitetinin rektoru Şahin Bayramova AMEA-nın ensiklopedik nəşrləri və Akademiyanın 80 illiyi münasibətilə toxunmuş miniatür xalça hədiyyə olunub. Qarabağ Universitetinin tələbələrinə “Elm və həyat” jurnalının və “Elm” qəzetinin nüsxələri paylanılıb.

1 iyun 17:42

İyunun 1-də Qarabağ Universitetində Elm və Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) birgə təşkilatçılığı ilə “Azərbaycan Milli Elmlər Akademiyasında Qarabağnamə ənənəsi və müasir dövr” adlı konfrans keçirilib.

AMEA-dan verilən məlumata görə, konfransda Akademiyanın prezidenti İsa Həbibbəylinin Qarabağın tədqiqi problemləri və “Böyük Qayıdış” hərəkatı haqqında geniş çıxışı dinlənilib.

Sonra Nəsimi adına Dilçilik İnstitutunun direktoru, professor Nadir Məmmədli “Qarabağda ermənilər tərəfindən saxtalaşdırılmış Azərbaycan toponimlərinin bərpa edilməsi” mövzusunda geniş məruzə edib.

Professor çıxışında önəmli məqamlara toxunub: “Toponimlərimizin erməniləşdirilməsi məkrli siyasətin tərkib hissəsidir... Düşmənin çirkin məqsədi qədim Azərbaycan adlarını yaddaşlardan silməkdir. Toponimlərin dəyişdirilməsi və ya mənimsənilməsi cəhdlərinə qarşı elmi əsaslarla mübarizə aparmaq bu gün daha da aktualdır. Çünki toponimlər – “xalqın dili ilə torpağın danışması”dır. Onların dəyişdirilməsi xalqın kimliyinə, tarixinə, mədəniyyətinə qarşı yönəlmiş hücumdur. Akademik Bəkir Budaqov haqlı olaraq yazırdı: “Toponimin tarixi, onun kökü, məkanı, coğrafiyası öyrənilməzsə – o, yersizdir, dili öyrənilməzsə – o, laldır.” Bu baxımdan, toponimlərin qorunması və öyrənilməsi məsələsi təkcə dilçilik və tarixşünaslıq cəhətdən deyil, bütövlükdə xalqın milli təhlükəsizliyi və mədəni davamlılığı baxımından da strateji əhəmiyyət daşıyır”.

Çıxışlardan sonra AMEA-nın prezidenti İsa Həbibbəyli Qarabağ Universitetinə 1000 ədəd kitab hədiyyə edib.

Paylaş:
Digər xəbərlər

Cəmiyyət

14-09-2024, 14:59

AMEA prezidenti: Qarabağ Universiteti böyük elmi-mədəni mərkəzdir

Cəmiyyət

17-07-2024, 18:09

“Süni intellekt və rəqəmsal inkişaf: mövcud reallıqlar və gələcəyə baxış” - elmi konfrans

Siyasət

29-11-2023, 14:21

AMEA-nın iki institutunun adı dəyişdirilib, regional bölmələrə sədrlər seçilib

Cəmiyyət

15-04-2025, 11:03

Bəxtiyar Vahabzadənin 100 illiyi ilə bağlı AMEA-nın Tədbirlər planı təsdiqlənib

Cəmiyyət

18-05-2024, 10:29

BDU-da Cəfər Cabbarlının 125 illik yubileyi münasibəti ilə tədbir keçirilib

Yazarlar
Ad gününüz mübarək, Sevil xanım!
20 YANVAR - ÜMUMXALQ HÜZN GÜNÜAzərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 35 il ötür. Ocak 16, 2025 XƏBƏR
Ad gününüz mübarək, Sevil xanım!
Bu gün görkəmli Azərbaycan alimi Sara Aşurbəylinin doğum günüdür
Şərqdə ilk opera yazan qadın bəstəkar - Şəfiqə Axundova
Səbuhi Məmmədlinin ikinci ayağı da amputasiya edildi
Hadisə
13-05-2026, 13:07
Qaxda 4 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
12-05-2026, 10:38
Sabirabaddakı yol qəzasında ölən və yaralananların kimliyi məlum olub
12-05-2026, 09:38
Lökbatanda yanğın ərazisində xilasedicilər tərəfindən zəruri təhlükəsizlik tədbirləri davam etdirilir
11-05-2026, 12:19
Yüksək sürət gənc motosikletçinin həyatına son qoyub
11-05-2026, 12:12
Son 2 gündə 25 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
9-05-2026, 17:56
Bərdədə ödəmə terminallarından 40 min manat oğurlayan şəxslər saxlanılıb
Son xəbərlər
  • Сегодня, 13:27
    Qarabağ və Şərqi Zəngəzurda iki yeni qan bankı fəaliyyət göstərəcək
  • Сегодня, 13:24
    Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb
  • Сегодня, 10:15
    Cari ildə tədris prosesində iştirak edən müəllimlərin sayı açıqlanıb
  • Сегодня, 09:27
    Neftçilər Milli Qurtuluş Gününü qeyd ediblər
  • Сегодня, 09:24
    BDU-nu ən yüksək Ümumi Orta Müvəffəqiyyət Göstəricisi ilə bitirən məzunların adları açıqlanıb
  • Сегодня, 09:22
    Bakı Dövlət Universitetinin “Məzun günü” qeyd olunub
  • Сегодня, 08:34
    Azərbaycan məktəblərində “Son zəng” sədaları
  • Сегодня, 08:32
    Cəmşid Naxçıvanski adına Hərbi Liseyin 54-cü buraxılış mərasimi olub
  • Вчера, 21:32
    Balakəndə 10 tona yaxın çətənə kolu məhv edilib
  • Вчера, 21:29
    Alparslan Bayraktar: TANAP Avropanın enerji təhlükəsizliyinin əsas təminatçısıdır
  • Вчера, 21:18
    HDQ-də döyüş atışlı taktiki təlim olub
  • 11-06-2026, 15:17
    Qərbi Azərbaycan İcmasında süni intellektin idarə olunması mövzusunda məlumatlandırma sessiyası
  • 11-06-2026, 15:14
    Ekspert: İstanbul Bəyannaməsi Türkiyə, Azərbaycan və Gürcüstan əlaqələrinə dair vizyonu əks etdirir
  • 11-06-2026, 15:12
    Bu ilin 5 ayı ərzində 4 tondan çox narkotik vasitə və psixotrop maddələr müsadirə olunub
  • 11-06-2026, 15:09
    Bu ilin 5 ayı ərzində “802” xidmətinə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 38 müraciət daxil olub
  • 11-06-2026, 15:07
    Fərid Şəfiyev: Dayanıqlı sülh üçün Azərbaycanın qanuni tələbləri tam şəkildə təmin edilməlidir
  • 11-06-2026, 15:05
    Cənubi Qafqazda yeni geosiyasi reallıqlar və Azərbaycanın sülh gündəliyi müzakirəyə çıxarılıb
  • 11-06-2026, 15:03
    Azərbaycan müdafiə naziri Pakistan tərəfinə başsağlığı verib
  • 10-06-2026, 19:28
    Yasamal rayonunda Həsən bəy Zərdabi küçəsindəki obyektdə yanğın baş verib
  • 10-06-2026, 19:26
    Sabunçu rayonunda 46 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb
  • 10-06-2026, 19:24
    Valideynlərin sosial şəbəkə platformalarına nəzarət mexanizmi güclənəcək RƏY
  • 10-06-2026, 19:19
    Hərbi Dəniz Qüvvələrində döyüş atışlı taktiki təlim
  • 10-06-2026, 13:22
    Saxta sənədlərlə daşınmaz əmlak əldə edənləri nə gözləyir? - Ali Məhkəmədən vacib qərardad
  • 10-06-2026, 13:17
    Azərbaycanın müdafiə naziri Serbiyada rəsmi səfərdədir
  • 10-06-2026, 11:08
    Yasamal rayonunda yanğın təhlükəli obyektin fəaliyyəti dayandırılıb
  • 10-06-2026, 10:00
    Yazlıq taxıl sahələrinin sığortalanması müddəti iyunun 15-də başa çatır
  • 10-06-2026, 09:58
    Azərbaycan nefti 95 dollara satılır
  • 10-06-2026, 09:56
    Araz çayında batan şəxsin meyiti tapılıb
  • 10-06-2026, 09:54
    Azərbaycan və Litva arasında siyasi məsləhətləşmələrin növbəti raundu aparılıb
  • 9-06-2026, 15:52
    Rəsmi Bakının məqsədi regionda sülhə nail olmaq və iqtisadi inkişafa təkan verməkdir
  • 9-06-2026, 12:59
    Kəlbəcərdə Günəş panelli avtonom radiomonitorinq stansiyası istifadəyə verilib
  • 9-06-2026, 12:57
    Süni intellekt dövründə insan hüquqlarının gələcəyi Bakıda müzakirə olunacaq
  • 9-06-2026, 12:55
    Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb
  • 9-06-2026, 12:53
    Azərbaycanın xarici işlər naziri Yaponiyaya rəsmi səfərə yola düşüb
  • 9-06-2026, 12:51
    XİN beynəlxalq təhlükəsizlik mühitində artan risklərlə bağlı bəyanat yayıb
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Sevil Ağayeva
  • Telefon: (+99450) 852 18 82
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ASELA.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə