• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Xoşxassəli beyin şişlərinin müayinə və cərrahi müalicəsi icbari tibbi sığorta ilə qarşılanır

Cəmiyyət

30-01-2025, 12:34

Bakı, 30 yanvar.

Beyin şişləri beyindəki toxuma, sinir, qişa və damarlardan, eləcə də beynin endokrin və limfatik strukturlarından inkişaf edən yeni törəmələrdir. Bu şişlər xoşxassəli və bədxassəli olmaqla müxtəlif xüsusiyyətlərə malik ola bilər.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətindən verilən məlumata görə, xoşxassəli beyin şişlərinin müayinə və cərrahi müalicəsi icbari tibbi sığorta ilə qarşılanır. Ötən il ərzində xidmətlər zərfi çərçivəsində 450-dən çox xoşxassəli beyin şişinin çıxarılması əməliyyatı icra olunub.

Xoşxassəli şişlər ləng inkişaf edir və orqanizmin digər hissələrinə yayılmırlar (metastaz vermirlər). Lakin ətraf toxumalara təzyiq göstərərək nəticədə nevroloji və şişin yerləşməsinə aid simptomlar əmələ gətirir və müəyyən ölçülərə çatdıqda həyati təhlükə yaratmağa başlayır. Beyin şişləri başağrısı, nitqin pozulması, yaddaş itkisi, görmə və eşitmə problemləri, başgicəllənmə, əl və ayaqlarda keyimə, hərəkətin çətinləşməsi, ürəkbulanma və ya qusma kimi simptomlarla müşahidə olunurlar.

Xəstəliyin diaqnostika və müalicəsi nevropatoloq və neyrocərrah tərəfindən aparılır. Pasiyentin şikayətlərinə əsasən həkim təyinatı ilə tələb olunan müayinələr icra edilir. Beyin şişlərinin aşkarlanması və müalicəsi üçün lazım olan ixtisaslı həkim müayinəsi, MRT, kontrastlı MRT, KT, ExoEQ, EEQ, laborator analizlər, digər müayinələr və cərrahi əməliyyat icbari tibbi sığorta hesabına qarşılanır.

Əsas müalicə üsulu kimi isə cərrahiyyəyə üz tutulur. İcra edilən cərrahi əməliyyat, stasionarda yatış zamanı istifadə edilən dərman, tibbi sərf və anesteziya, qidalanma, biopsiya və patohistoloji müayinələr icbari tibbi sığorta təminatına daxildir.

İcbari tibbi sığorta ilə sözügedən tibbi xidmətlər tibbi göstəriş və həkim təyinatı əsasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyindəki dövlət tibb müəssisələrində və göndəriş əsasında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müqaviləli tibb müəssisələrində (özəl və müvafiq dövlət orqanlarının tabeliyindəki) icra olunur.

Beyin və digər lokalizasiyalı şişlərin inkişafı radiasiya, müxtəlif toksiki maddələrin təsiri, ətraf mühitin əhəmiyyətli dərəcədə çirklənməsi, genetik faktorlar, immun sistemin zəifləməsi və digərləri ilə əlaqələndirilir. Beyin şişlərinin xüsusi profilaktik tədbirləri olmasa da, erkən diaqnoz xəstələrin sağalma şansını yüksəldir. Bu səbəbdən şübhəli simptomlar müşahidə olunarsa, vaxtında həkimə müraciət etmək çox vacibdir.

Paylaş:
Digər xəbərlər

Cəmiyyət

5-07-2024, 11:33

Tiroidektomiya əməliyyatı icbari tibbi sığorta ilə ödənişsizdir

Cəmiyyət

15-08-2024, 19:22

Miomektomiya əməliyyatı icbari tibbi sığorta təminatına daxildir

Cəmiyyət

24-01-2025, 12:15

Vətəndaşlar üç tibb müəssisəsində göndəriş olmadan stasionar xidmətlərdən yararlana biləcəklər

Cəmiyyət

13-01-2025, 12:59

Tənəffüs sistemi xəstəliklərinin diaqnostikası və müalicəsi icbari tibbi sığorta hesabına qarşılanır

Cəmiyyət

6-12-2024, 11:18

Agentlik: İcbari tibbi sığorta hesabına 690 mindən çox fizioterapiya xidməti göstərilib

Yazarlar
Ad gününüz mübarək, Sevil xanım!
20 YANVAR - ÜMUMXALQ HÜZN GÜNÜAzərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 35 il ötür. Ocak 16, 2025 XƏBƏR
Ad gününüz mübarək, Sevil xanım!
Bu gün görkəmli Azərbaycan alimi Sara Aşurbəylinin doğum günüdür
Şərqdə ilk opera yazan qadın bəstəkar - Şəfiqə Axundova
Səbuhi Məmmədlinin ikinci ayağı da amputasiya edildi
Hadisə
7-07-2026, 13:14
Mərdəkanda faciə: Bir ailənin iki üzvü dənizdə batıb
13-05-2026, 13:07
Qaxda 4 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
12-05-2026, 10:38
Sabirabaddakı yol qəzasında ölən və yaralananların kimliyi məlum olub
12-05-2026, 09:38
Lökbatanda yanğın ərazisində xilasedicilər tərəfindən zəruri təhlükəsizlik tədbirləri davam etdirilir
11-05-2026, 12:19
Yüksək sürət gənc motosikletçinin həyatına son qoyub
11-05-2026, 12:12
Son 2 gündə 25 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Son xəbərlər
  • Вчера, 18:00
    Gömrük nəzarətinə bəyan edilməyən mallar aşkarlanıb
  • Вчера, 17:55
    Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazə və ödənişlər kimlərə şamil edilmir?
  • Вчера, 17:43
    Prezident İlham Əliyev: Ermənistanla birlikdə yeni yerüstü nəqliyyat kommunikasiyalarının yaradılması üzərində çalışırıq
  • Вчера, 13:45
    13 il əvvəl qəsdən adam öldürülmə cinayətini təşkil etməkdə təqsirləndirilən şəxs barəsində materiallar məhkəməyə göndərilib
  • Вчера, 13:41
    Bişkekdə ŞƏT-in növbəti sammiti keçirilir
  • Вчера, 13:38
    Dünya mediası Prezident İlham Əliyevin Bişkekdə Nikol Paşinyanla görüşünü diqqət mərkəzində saxlayıb
  • Вчера, 13:30
    Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
  • Вчера, 13:27
    Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
  • 31-08-2026, 11:50
    Faktiki hava: Bəzi yerlərdə leysan yağır
  • 31-08-2026, 11:47
    Xüsusi icra məmuru fəaliyyəti üzrə müsabiqədə iştirak edən namizədlərlə müsabiqənin ikinci mərhələsi başlayır
  • 31-08-2026, 11:44
    Prezident: Azərbaycan-Qırğızıstan münasibətlərinin müttəfiqlik səviyyəsinə çatması məmnunluq doğurur
  • 31-08-2026, 10:22
    Dünya birjalarında neft bahalaşıb
  • 31-08-2026, 10:14
    Təhsilverənlərin təkrar sertifikatlaşdırılmasının müsahibə mərhələsi sentyabrın 3-dən başlanır
  • 31-08-2026, 10:12
    Bakının bəzi yollarında sıxlıq yaranıb
  • 31-08-2026, 10:09
    Azərbaycan-ŞƏT əməkdaşlığı və Avrasiyada strateji bağlantının gücü - Analitik təhlil
  • 29-08-2026, 15:04
    Ombudsman Beynəlxalq Məcburi Yoxaçıxma Qurbanları Günü ilə bağlı bəyanat yayıb
  • 29-08-2026, 12:46
    Nizami rayonunda quldurluq edən şəxs saxlanılıb
  • 29-08-2026, 12:41
    Bu gün Beynəlxalq Nüvə Sınaqlarına Qarşı Mübarizə Günüdür
  • 28-08-2026, 16:31
    Dövlət orqanlarında daxili müsahibələrin keçirilmə qrafiki müəyyənləşdirilib
  • 28-08-2026, 16:28
    Qanunsuz onlayn kazino əməliyyatları çərçivəsində daha 3 nəfər saxlanılıb
  • 28-08-2026, 09:56
    Bu ilin ikinci Ay tutulması başlayıb
  • 28-08-2026, 09:54
    Heydər Əliyev Beynəlxalq Hava Limanında “Elektron qapı sərhəd nəzarəti sistemi” istifadəyə verilib
  • 28-08-2026, 09:52
    Göyçayda narkotik tərkibli bitkilər yetişdirən şəxs tutulub
  • 28-08-2026, 09:51
    34 il, 24 həyat, bir faciə - Ballıqaya
  • 27-08-2026, 16:33
    Bakı-Tbilisi aviareysi ilə gedən sərnişinin üzərində kokain aşkarlanıb
  • 27-08-2026, 16:30
    Podrat müqaviləsi bağlayarkən bunlara diqqət edin – Ali Məhkəmədən mühüm açıqlama
  • 27-08-2026, 16:26
    Azərbaycan-Pakistan 12-ci İşçi Qrupu Səviyyəli Görüşü olub
  • 27-08-2026, 16:24
    “Eternity-2026” təliminin yekun planlaşdırma konfransı olub
  • 26-08-2026, 15:05
    Laçın Şəhəri Günü rəngarəng mədəni proqramlarla qeyd olunur
  • 26-08-2026, 15:00
    “Gənc istedadlar” liseyinin məzunlarının hamısı ali məktəbə qəbul olunub
  • 26-08-2026, 14:57
    UNEC ilə Özbəkistan universitetləri arasında birgə elmi tədqiqatlar genişlənir
  • 26-08-2026, 14:49
    Ekspert: Laçın üzərində nəzarətin təmin olunması Qarabağda separatizmin kökünün kəsilməsində mühüm amillərdən olub
  • 26-08-2026, 11:25
    Bakıda yanğın baş verib, 1 nəfər ölüb
  • 25-08-2026, 15:42
    “Brent” neftinin qiyməti 90 dollardan aşağı enib
  • 25-08-2026, 15:39
    BDU-nun tələbəsi adını qazanan şəhid övladları
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Sevil Ağayeva
  • Telefon: (+99450) 852 18 82
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ASELA.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə