• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Azərbaycanın avtomobil bazarında vəziyyət: Gələn ildən bahalaşma gözlənilir - FOTO

Cəmiyyət

12-12-2023, 20:12


Azərbaycanın avtomobil bazarında yay aylarından etibarən durğunluq yaşansa da, dekabrın ilk həftəsində yenidən aktivlik başlayıb.
Bu barədə açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov deyib.
O, bazarda son dəfə qiymət artımının avqustda olduğunu bildirib:
“Rəsmi diler və distribütorlar yeni il bayramı ərəfəsində çoxlu endirim təklif edirlər. Bazarda yeni avtomobillərin sayı artıb. Gələn ilin birinci rübündən ölkədə avtomobil qiymətlərinin artacağı proqnozlaşdırılır. Əsasən köhnə avtomobillərin bahalaşacağı gözlənilir. Çünki istehsal tarixi 10 ildən çox olan avtomobillərin Azərbaycana idxalına məhdudiyyətlər qoyulub. Bununla yanaşı qarşıdakı aylarda utilizasiya proqramının başlanacağı, utilizasiya rüsumlarının toplanacağı gözlənilir. Bu amillər köhnə avtomobillərin bahalaşmasına səbəb olacaq. Bu ilin payız fəsli ilə ötən ilin eyni dövrü arasında böyük fərqlər var. Ötən payızda ölkənin avtomobil bazarı daha aktiv idi”.
Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının icraçı direktoru Eyyub Əliyev də gələn il köhnə avtomobillərin bahalaşacağını deyib:
“İlin sonu olduğu üçün yeni avtomobillərin qiymətində artım yoxdur, əksinə endirimlər var. Köhnə avtomobillərin bazarda böyük satış həcmi yoxdur. Yeni avtomobillərin isə stokları tükənir, sayı azalır. Bir çox markalar satışlarda 3-10 min manat endirim təklif edir. Məsələn, 43 min manata olan yeni avtomobillərin qiyməti 39 500 manata, 55 min manata olanların 51-52 min manata, 95 min manata olanların isə qiyməti 85 min manata enib. Hətta rəsmi dilerlər arasında 100 min manatdan yuxarı qiymətə satılan avtomobillərə 10 min manatdan çox endirim verənlər də var. İlin sonu olduğu üçün bir qədər satış var. Vətəndaşlar yeni il qabağı kampaniyalardan yararlanmaq istəyirlər. Satış çox olmasa da, maraq və müraciət çoxdur. Ümid edirəm ki, dekabrın 15-dən sonra bu müraciətlər satışa çevriləcək”.
E.Əliyev hesab edir ki, köhnə avtomobillər keçən aya baxdıqda hələ ki, çox bahalaşmayıb:
“Məsələn, 2008-ci ilin 3,5 min kubsantimetr mühərrik həcmli avtomobili bazarda 22 min manata idisə, elə o qiymətdə də qalıb. Çünki satış yoxdur. İkinci əl avtomobillərə maraq azalıb”.
Paytaxtda ikinci əl avtomobillərin satışı ilə məşğul olan şəxslər bildirirlər ki, bazarda əsas üstünlük “Mercedes”, “Hyundai”, Toyota” kimi avtomobil modellərinə verilir. Avtomobil bazarında mühərrikin gücü, yürüş məsafəsi, texniki vəziyyəti və digər amillərə görə bir sıra avtomobillərin qiyməti aşağıdakı aralıqda dəyişir:

“Mercedes C-class” (2007-2008-ci il) - 12 500-23 000 manat

“Mercedes GL-class” (2006-2007-ci il) - 22 500-37 500 manat

“Mercedes GL-class” (2015-ci il) - 52 500-81 500 manat

“Nissan Kicks” (2019-2021-ci il) - 27 500-34 000 manat

“Nissan Sunny” (2010-2011-ci il) - 12 000-17 500 manat

“Hyundai Sonata” (2008-2009-cu il) - 12 500-24 000 manat

“Hyundai Santa Fe” (2014-2015-ci il) - 27 500-44 500 manat

“Hyundai Accent” (2021) - 29 500-33 000 manat

“Hyundai Accent” (2010-2011-ci il) - 10 500-19 000 manat

“Toyota Camry” (2014-2015-ci il) - 23 500-40 000 manat

“Toyota Camry” (2021-ci il) - 50 000-75 000 manat

“Opel Astra” (2006-2007-ci il) - 8 000-18 500 manat

“Chevrolet Cruze” (2012-2013-cü il) - 10 000-18 000 manat.

Qeyd edək ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycana 1 milyard 374 milyon 23 min ABŞ dolları dəyərində 81 min 206 ədəd minik avtomobili idxal edilib ki, bu da 2022-ci ilin eyni dövrünün göstəricisindən müvafiq olaraq 65,7% və 33,6% çoxdur.

Hesabat dövründə Azərbaycan xaricdən 295,531 milyon ABŞ dolları dəyərində (2,5 dəfə çox) 11 min 769 ədəd (20,5% çox) daxili yanma mühərriklə yanaşı elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitəsi (hibrid) və 98,299 milyon ABŞ dolları dəyərində (7,7 dəfə çox) 2 min 425 ədəd (6,6 dəfə çox) yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitəsi (elektromobil) tədarük edib.

Paylaş:
Digər xəbərlər

İqtisadiyyat

4-12-2023, 09:45

Avtomobil bazarında bahalaşma gözlənilir

Dünya

2-10-2023, 11:52

Rusiyada işlənmiş avtomobillərin qiyməti 39 faiz artıb

İqtisadiyyat

19-11-2023, 18:43

Azərbaycanda kartofun qiyməti enəcək? - AÇIQLAMA

Siyasət

19-11-2023, 18:13

Ətin bahalaşması qaçılmaz reallıq kimi - “Kaspi”nin ARAŞDIRMASI

İqtisadiyyat

18-10-2023, 13:39

Azərbaycanda yeni pullu yolla bağlı RƏSMİ AÇIQLAMA

Yazarlar
Ad gününüz mübarək, Sevil xanım!
20 YANVAR - ÜMUMXALQ HÜZN GÜNÜAzərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 35 il ötür. Ocak 16, 2025 XƏBƏR
Ad gününüz mübarək, Sevil xanım!
Bu gün görkəmli Azərbaycan alimi Sara Aşurbəylinin doğum günüdür
Şərqdə ilk opera yazan qadın bəstəkar - Şəfiqə Axundova
Səbuhi Məmmədlinin ikinci ayağı da amputasiya edildi
Hadisə
13-05-2026, 13:07
Qaxda 4 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
12-05-2026, 10:38
Sabirabaddakı yol qəzasında ölən və yaralananların kimliyi məlum olub
12-05-2026, 09:38
Lökbatanda yanğın ərazisində xilasedicilər tərəfindən zəruri təhlükəsizlik tədbirləri davam etdirilir
11-05-2026, 12:19
Yüksək sürət gənc motosikletçinin həyatına son qoyub
11-05-2026, 12:12
Son 2 gündə 25 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
9-05-2026, 17:56
Bərdədə ödəmə terminallarından 40 min manat oğurlayan şəxslər saxlanılıb
Son xəbərlər
  • Сегодня, 13:37
    Bu il 102 nömrəli tam orta ümumtəhsil məktəbindən 150 şagird məzun olub
  • Сегодня, 13:35
    Paytaxtın 53 nömrəli məktəbində 187 nəfər məzun olub
  • Сегодня, 13:33
    Paytaxtdakı 6 nömrəli məktəb-liseydən 144 nəfər məzun olur
  • Сегодня, 13:27
    Qarabağ və Şərqi Zəngəzurda iki yeni qan bankı fəaliyyət göstərəcək
  • Сегодня, 13:24
    Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb
  • Сегодня, 10:15
    Cari ildə tədris prosesində iştirak edən müəllimlərin sayı açıqlanıb
  • Сегодня, 09:27
    Neftçilər Milli Qurtuluş Gününü qeyd ediblər
  • Сегодня, 09:24
    BDU-nu ən yüksək Ümumi Orta Müvəffəqiyyət Göstəricisi ilə bitirən məzunların adları açıqlanıb
  • Сегодня, 09:22
    Bakı Dövlət Universitetinin “Məzun günü” qeyd olunub
  • Сегодня, 08:34
    Azərbaycan məktəblərində “Son zəng” sədaları
  • Сегодня, 08:32
    Cəmşid Naxçıvanski adına Hərbi Liseyin 54-cü buraxılış mərasimi olub
  • Вчера, 21:32
    Balakəndə 10 tona yaxın çətənə kolu məhv edilib
  • Вчера, 21:29
    Alparslan Bayraktar: TANAP Avropanın enerji təhlükəsizliyinin əsas təminatçısıdır
  • Вчера, 21:18
    HDQ-də döyüş atışlı taktiki təlim olub
  • 11-06-2026, 15:17
    Qərbi Azərbaycan İcmasında süni intellektin idarə olunması mövzusunda məlumatlandırma sessiyası
  • 11-06-2026, 15:14
    Ekspert: İstanbul Bəyannaməsi Türkiyə, Azərbaycan və Gürcüstan əlaqələrinə dair vizyonu əks etdirir
  • 11-06-2026, 15:12
    Bu ilin 5 ayı ərzində 4 tondan çox narkotik vasitə və psixotrop maddələr müsadirə olunub
  • 11-06-2026, 15:09
    Bu ilin 5 ayı ərzində “802” xidmətinə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 38 müraciət daxil olub
  • 11-06-2026, 15:07
    Fərid Şəfiyev: Dayanıqlı sülh üçün Azərbaycanın qanuni tələbləri tam şəkildə təmin edilməlidir
  • 11-06-2026, 15:05
    Cənubi Qafqazda yeni geosiyasi reallıqlar və Azərbaycanın sülh gündəliyi müzakirəyə çıxarılıb
  • 11-06-2026, 15:03
    Azərbaycan müdafiə naziri Pakistan tərəfinə başsağlığı verib
  • 10-06-2026, 19:28
    Yasamal rayonunda Həsən bəy Zərdabi küçəsindəki obyektdə yanğın baş verib
  • 10-06-2026, 19:26
    Sabunçu rayonunda 46 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb
  • 10-06-2026, 19:24
    Valideynlərin sosial şəbəkə platformalarına nəzarət mexanizmi güclənəcək RƏY
  • 10-06-2026, 19:19
    Hərbi Dəniz Qüvvələrində döyüş atışlı taktiki təlim
  • 10-06-2026, 13:22
    Saxta sənədlərlə daşınmaz əmlak əldə edənləri nə gözləyir? - Ali Məhkəmədən vacib qərardad
  • 10-06-2026, 13:17
    Azərbaycanın müdafiə naziri Serbiyada rəsmi səfərdədir
  • 10-06-2026, 11:08
    Yasamal rayonunda yanğın təhlükəli obyektin fəaliyyəti dayandırılıb
  • 10-06-2026, 10:00
    Yazlıq taxıl sahələrinin sığortalanması müddəti iyunun 15-də başa çatır
  • 10-06-2026, 09:58
    Azərbaycan nefti 95 dollara satılır
  • 10-06-2026, 09:56
    Araz çayında batan şəxsin meyiti tapılıb
  • 10-06-2026, 09:54
    Azərbaycan və Litva arasında siyasi məsləhətləşmələrin növbəti raundu aparılıb
  • 9-06-2026, 15:52
    Rəsmi Bakının məqsədi regionda sülhə nail olmaq və iqtisadi inkişafa təkan verməkdir
  • 9-06-2026, 12:59
    Kəlbəcərdə Günəş panelli avtonom radiomonitorinq stansiyası istifadəyə verilib
  • 9-06-2026, 12:57
    Süni intellekt dövründə insan hüquqlarının gələcəyi Bakıda müzakirə olunacaq
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Sevil Ağayeva
  • Telefon: (+99450) 852 18 82
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ASELA.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə