Bakı, 8 oktyabr.
Şirvan Apellyasiya Məhkəməsinə yeni hakimlər təyin edilib.
Bununla bağlı parlamentin qərarını Milli Məclisin sədri Sahibə Qafarova oktyabrın 8-də imzalayıb.
Qərara əsasən “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 93-4-cü maddəsinə uyğun olaraq Əliyev Qasım Vəli oğlu Şirvan Apellyasiya Məhkəməsinin hakimi təyin edilib.
Həmin Qanunun 97-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq Mahir Əsədli və Aytən Novruzova isə vəzifələri dəyişdirilərək Şirvan Apellyasiya Məhkəməsinin hakimləri təyin ediliblər.
Samir Mayılov isə vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad edilib.