• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Hərbi ekspert: Antiterror əməliyyatı regionda yeni geosiyasi reallıqlar yaratdı

Cəmiyyət

22-09-2024, 11:54

Azərbaycan Dövlət İnformasiya Agentliyi
ORDU
Hərbi ekspert: Antiterror əməliyyatı regionda yeni geosiyasi reallıqlar yaratdı
21.09.2024 [16:43]
Hərbi ekspert: Antiterror əməliyyatı regionda yeni geosiyasi reallıqlar yaratdı
Bakı, 21 sentyabr.

“Kapitulyasiya aktı imzalamasına baxmayaraq, Ermənistan üçtərəfli Bəyanatın bir sıra müddəalarına əməl etmir, Qarabağda vaxtaşırı təxribatlar törədilməsinə rəvac verirdi. Antiterror tədbirlərindən bir neçə gün əvvəl, yəni 2023-cü il sentyabrın 2-də Ermənistanın baş naziri Nikol Paşinyanın qondarma rejimə təbrik məktubu göndərməsi xüsusilə yolverilməz idi və Azərbaycanın səbir kasasını daşıran son damla oldu. Axı necə ola bilərdi ki, Paşinyan bir tərəfdən Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edir, digər tərəfdən qondarma rejimə təbrik məktubu ünvanlayırdı?! Bu, əslində Ermənistan dövləti rəhbərinin Qarabağda qalmaqda davam edən qanunsuz erməni silahlı birləşmələrinə, terrorçulara, revanşist qüvvələrə, separatçılara dolayısı ilə dəstək verməsi idi. Bu, həm də Azərbaycan dövlətinə və onun ərazi bütövlüyünə qarşı çox ciddi təhdid yaradırdı və cavabsız qala bilməzdi”.

Bu fikirləri açıqlamasında hərbi ekspert, jurnalist İbrahim Rüstəmov söyləyib.

Ekspert qeyd edib ki, İkinci Qarabağ müharibəsində qazanılmış parlaq Qələbənin məntiqi davamı olan antiterror tədbirləri Azərbaycan Silahlı Qüvvələrinin savaş sonrası dövrdə həyata keçirdiyi ən uğurlu hərbi əməliyyatlardan biridir və ən çox dəqiqliyi ilə yadda qalıb: “Hərbçilərimiz 24 saatdan da az çəkən antiterror əməliyyatını əsl zərgər dəqiqliyi ilə icra etdilər. Nəticədə yalnız hərbi təyinatlı obyektlər, yəni silah anbarları, atəş mövqeləri və nöqtələri vuruldu, eyni zamanda, xeyli sayda terrorçu edildi. Əməliyyatın digər unikallığı onda idi ki, mülki infrastruktura və Qarabağın erməni əhalisinə heç bir ziyan dəymədi.

Antiterror əməliyyatına qədər Qarabağda erməni əhali də yaşayırdı. Ancaq bu dinc erməni əhalisindən, mülki şəxslərdən bir nəfər də yaralanmadı. Yəni o qədər düzgün, dəqiq hesablanmış əməliyyat həyata keçirildi ki, yalnız Azərbaycanın ərazi bütövlüyünə qarşı təhdid yaradan, təhlükə törədən qüvvələr və obyektlər məhv edildi”.

O vurğulayıb ki, antiterror tədbirlərinədək bir sıra qüvvələrin, o cümlədən Avropa İttifaqının da fəaliyyətsizliyi xüsusi qeyd olunmalıdır. “Çünki onların əllidən çox nümayəndəsi Ermənistan-Azərbaycan sərhədində baş verənləri müşahidə edir və öyrənirdilər. Bu missiyaya daxil olanların böyük əksəriyyətini Avropanın xüsusi xidmət orqanlarının nümayəndələri, keçmiş hərbi qulluqçular, xüsusi təyinatlılar təşkil edirdi. Eyni zamanda, başda Fransa olmaqla, Cənubi Qafqazda maraqları toqquşan bir sıra dövlətlərin sülhməramlı missiya adı ilə Qarabağ ərazisinə soxulmaq niyyəti də vardı. Həmin qüvvələr iddia edirdilər ki, guya ərazidə yaşayan dinc erməni əhalisinə qarşı təhdid mövcuddur və onların həyatı təhlükə altındadır. Halbuki Prezident, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyev Qarabağda yaşayan ermənilərə beynəlxalq siyasi tribunalardan dəfələrlə müraciət edərək bildirmişdi ki, Azərbaycan vətəndaşlığını qəbul edən və qanunlarına tabe olan bütün ermənilərin təhlükəsizliyi tam təmin ediləcək. Yəni Azərbaycan vətəndaşları həmin qanunlarla necə yaşayırsa, onlar da elə şəraitdə yaşayacaqlar. Əslində bu, xüsusi və çox önəmli jest idi. O mənada ki, tolerant dövlət olan Azərbaycanda müxtəlif millətlərin nümayəndələri, o cümlədən ermənilər respublikamızın tamhüquqlu vətəndaşı kimi həyatlarına davam edə bilərdilər. Vətəndaşlığı qəbul etmək istəməyənlər üçün isə, Prezidentin dediyi kimi, yol açıq idi, kim istəsə gedə bilərdi. Belə də oldu”, – deyə həmsöhbətimiz vurğulayıb.

Hərbi ekspert diqqətə çatdırıb ki, dövlətimizin başçısı səviyyəsində belə bəyanatların verilməsi sonradan bir sıra xarici dövlətləri Azərbaycana qarşı hər hansı siyasi iftira, yaxud siyasi təzyiq vasitəsinə çevirmək üçün ata biləcəyi addımlardan çəkindirdi. Yəni Prezident İlham Əliyev beynəlxalq hüquqa əsaslanan bəyanatları ilə bəzi xarici qüvvələrin “canfəşanlığının” qarşısını aldı: “Azərbaycan Prezidenti birmənalı şəkildə bildirdi ki, ölkəmizin ərazisində yaşamaq istəyən ermənilər üçün bütün vətəndaşlarımıza tətbiq olunan qanunlar çərçivəsində lazımi şərait yaradılacaq. Bu, çox önəmli çəkindirici faktor oldu. Yəni yaranmış vəziyyətdə, xüsusilə xarici qüvvələrin ermənilərin hüquqlarını müdafiə etmək, Azərbaycanın ermənilərə qarşı guya hər hansı təhdidinin qarşısını almaq bəhanəsi ilə Qarabağ ərazisinə girmək kimi təhlükəli addımlarının qarşısına sədd çəkildi”.


Müsahibimizin sözlərinə görə, antiterror tədbirləri Azərbaycanın çox güclü və döyüşərək formalaşan peşəkar orduya malik olmasını bir daha ortaya qoydu. “Bu əməliyyatlar Azərbaycanın öz dövlət maraqlarını qorumaq istiqamətində müstəqil respublika kimi çox geniş imkanlara malik olduğunu nümayiş etdirdi. Prezident çıxışlarında dəfələrlə vurğulayırdı ki, müstəqil, güclü siyasi iradəyə və iqtisadiyyata malik Azərbaycanın Qarabağ problemi ilə bağlı digər ikinci, yaxud üçüncü dövlətlərin köməyinə ehtiyacı yoxdur. Yəni Azərbaycan Qarabağ problemini öz daxili imkanları hesabına həll etmək qüdrətinə sahibdir. Antiterror tədbirləri Qarabağda başda Fransa olmaqla, bir sıra xarici dövlətlərin, eyni zamanda, erməni şovinizminə, terrorizminə, revanşizminə dəstək verən, erməni lobbisinin Qarabağda, xüsusilə Xankəndində həyata keçirmək istədiyi təhlükəli planların qarşısını aldı. Bununla da Azərbaycan 44 günlük Vətən müharibəsindən sonra qarşısına qoyduğu ən yaxın məqsədinə nail oldu, separatçı rejimin mövcudluğuna birdəfəlik son qoyaraq öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edə bildi. Uğurlu antiterror əməliyyatının ən böyük əhəmiyyəti məhz bundan ibarətdir.

Beləliklə, Azərbaycan Cənubi Qafqazda aparıcı və öz sözünü deyən, müstəqil siyasət həyata keçirən dövlət olduğunu bir daha təsdiqləmiş oldu. Həm 44 günlük savaşda, həm də ondan sonrakı proseslərin gedişində Laçın yolunda öz postlarımızı qurduq və oradan ermənilərin Qarabağa qanunsuz girişinin qarşısını aldıq. Bu, antiterror əməliyyatının uğurunu şərtləndirən çox böyük amillərdən biri idi. Ordumuz antiterror əməliyyatı zamanı şəhidlər verdi, yaralılarımız oldu. Şəhidlərimizə Allahdan rəhmət diləyir, qazilərimizə şəfa arzulayıram.

Antiterror əməliyyatı həm strateji, həm də taktiki baxımdan heç vaxt unudulmayacaq. Bu, hətta 44 günlük Vətən müharibəsi kimi tarixi əhəmiyyət kəsb edən əməliyyat idi”, - deyə İ.Rüstəmov bildirib.

Paylaş:
Digər xəbərlər

Cəmiyyət

4-09-2024, 20:50

Qarabağdakı antiterror tədbirləri dünya hərb tarixində nadir əməliyyatlardan biridir - RƏY

Cəmiyyət

6-09-2024, 22:01

Anar Eyvazov: Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi

Cəmiyyət

14-09-2024, 14:52

Hərbi ekspert: Azərbaycan ordusunun antiterror əməliyyatları dünya hərb tarixində bir ilk oldu – AÇIQLAMA

Siyasət

7-12-2023, 17:50

Cənubi Qafqazın taleyi Azərbaycanın iradəsi ilə dəyişir – ŞƏRH

Cəmiyyət

13-06-2024, 21:10

Bölgədə yaranan yeni vəziyyət Rusiya sülhməramlılarına ehtiyacın qalmadığını göstərdi - Hərbi ekspert

Yazarlar
Ad gününüz mübarək, Sevil xanım!
20 YANVAR - ÜMUMXALQ HÜZN GÜNÜAzərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 35 il ötür. Ocak 16, 2025 XƏBƏR
Ad gününüz mübarək, Sevil xanım!
Bu gün görkəmli Azərbaycan alimi Sara Aşurbəylinin doğum günüdür
Şərqdə ilk opera yazan qadın bəstəkar - Şəfiqə Axundova
Səbuhi Məmmədlinin ikinci ayağı da amputasiya edildi
Hadisə
Вчера, 11:30
Bakıda internat məktəbinin yataqxanasında yanğın baş verib
18-04-2026, 10:18
Gəncədə oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb
18-04-2026, 10:16
Lənkəranda zəncirvari qəza olub, 7 nəfər xəsarət alıb
16-04-2026, 12:57
Binəqədi rayonunda saxlanılan şəxslərdən 54 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
16-04-2026, 12:55
Şirvanda oğurluq etməkdə təqsirli bilinən 2 nəfər saxlanılıb
9-04-2026, 12:28
Nəsimi rayonunda saxlanılan şəxslərdən 72 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
Son xəbərlər
  • Вчера, 22:03
    Otuz il əvvəl törədilmiş qətlin üstü açılıb, iki nəfər həbs edilib – BİRGƏ MƏLUMAT
  • Вчера, 22:01
    Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları “Heydər Əliyev-2026” birgə təlimində yüksək peşəkarlıq nümayiş etdiriblər
  • Вчера, 21:59
    Prezident Edqars Rinkeviçs: Azərbaycan bir çox Avropa ölkəsi üçün strateji tərəfdaşdır
  • Вчера, 21:57
    Prezident: Bu gün Avropa İttifaqının 10 üzvü Azərbaycandan təbii qaz alır
  • Вчера, 21:53
    Bakıda Azərbaycan-Latviya biznes-forumu keçirilib
  • Вчера, 21:50
    Prezident İlham Əliyev Latviya Prezidentinin ölkəmizə səfəri ilə bağlı paylaşım edib
  • Вчера, 21:48
    Azərbaycan Prezidenti İlham Əliyev və Latviya Prezidenti Edqars Rinkeviçs mətbuata bəyanatlarla çıxış ediblər
  • Вчера, 21:44
    Latviya Prezidentinin rəsmi qarşılanma mərasimi olub
  • Вчера, 11:41
    Tramp: Dəniz blokadası qaldırılarsa, İranla razılaşma mümkün deyil
  • Вчера, 11:39
    DİM: Aprelin 26-da 55 mindən çox IX sinif şagirdi buraxılış imtahanı verəcək
  • Вчера, 11:37
    Ali Məhkəmə: Eyni əsasla təkrar mənzil tələbi yolverilməzdir
  • Вчера, 11:32
    Vəkilliyə qəbulla bağlı növbəti ixtisas imtahanının test mərhələsinə sənəd qəbulu davam edir
  • Вчера, 11:30
    Bakıda internat məktəbinin yataqxanasında yanğın baş verib
  • Вчера, 11:27
    Latviya Prezidenti Edqars Rinkeviçs Şəhidlər xiyabanını ziyarət edib
  • Вчера, 11:25
    Latviya Prezidenti Edqars Rinkeviçs Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
  • Вчера, 11:20
    Latviya Prezidentinin rəsmi qarşılanma mərasimi olub
  • 21-04-2026, 12:32
    Ombudsman: Energetik içkilər uşaqların sağlamlıq hüququnun təmininə ciddi narahatlıq yaradır
  • 21-04-2026, 12:30
    Tədrisdə yeni imkanlar: “Google” alətləri artıq “Rəqəmsal məktəb”də
  • 21-04-2026, 12:28
    Media: Üç gəmi Hörmüz boğazından keçməyə çalışır
  • 21-04-2026, 12:26
    Fövqəladə hallar nazirinin Naxçıvan şəhərində vətəndaşlarla görüşünün vaxtı dəyişib
  • 21-04-2026, 12:24
    “GOAL” proqramı yekunlaşdı: Azərbaycan startapları qlobal arenada
  • 21-04-2026, 12:22
    Aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı almaq istəyənlər üçün imtahan təşkil ediləcək
  • 20-04-2026, 13:45
    İran Prezidenti: Diplomatik vasitələrdən istifadə etmək zəruridir
  • 20-04-2026, 13:43
    Rezidenturaya qəbul olmaq üçün ərizə qəbulu başa çatır
  • 20-04-2026, 13:41
    Naftalanda və Tərtərdə məhkəmə qərarları əsasında müsadirə olunmuş narkotik vasitələr məhv edilib
  • 20-04-2026, 13:39
    ASAN Karyera Akselerasiya Proqramı başlayır
  • 20-04-2026, 13:37
    Prezident İlham Əliyev: Azərbaycan əsas daşımalar qovşağı kimi öz rolunu gücləndirir
  • 20-04-2026, 13:35
    Prezident: Yüksələn geosiyasi gərginlik onilliklər ərzində əldə olunmuş inkişaf nailiyyətlərinin kövrəkliyini üzə çıxarır
  • 18-04-2026, 10:22
    Bu gündən qatarlar Kürdəmirdə də dayanır
  • 18-04-2026, 10:20
    Tramp: ABŞ razılaşmadan dərhal sonra İran limanlarının blokadasını dayandıracaq
  • 18-04-2026, 10:18
    Gəncədə oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb
  • 18-04-2026, 10:16
    Lənkəranda zəncirvari qəza olub, 7 nəfər xəsarət alıb
  • 18-04-2026, 10:14
    Azərbaycan ilə Aİ arasında yeni ikitərəfli saziş üzrə danışıqlar bərpa edilir
  • 17-04-2026, 21:03
    Sabah magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq
  • 17-04-2026, 20:58
    Antalyada Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü keçirilir
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Sevil Ağayeva
  • Telefon: (+99450) 852 18 82
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ASELA.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə