• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Ali Məhkəmə ümumi paylı mülkiyyətdə olan əmlakın hərracdan satılması ilə bağlı mübahisəli hüquqi məsələni müzakirəyə çıxarır

Cəmiyyət

8-07-2024, 11:15

Azərbaycan Dövlət İnformasiya Agentliyi
CƏMİYYƏT
Ali Məhkəmə ümumi paylı mülkiyyətdə olan əmlakın hərracdan satılması ilə bağlı mübahisəli hüquqi məsələni müzakirəyə çıxarır
08.07.2024 [10:42]
Ali Məhkəmə ümumi paylı mülkiyyətdə olan əmlakın hərracdan satılması ilə bağlı mübahisəli hüquqi məsələni müzakirəyə çıxarır
Bakı, 8 iyul

Ali Məhkəmənin vahid məhkəmə təcrübəsinin formalaşdırılması vəzifəsinin icrası istiqamətində gördüyü işlərin davamı olaraq Mülki Prosessual Məcəllənin 418-1-ci maddəsində təsbit edilmiş mexanizmə növbəti dəfə müraciət edilməsi qərara alınıb.

Məhkəmənin mətbuat xidmətindən bildirilib ki, hazırda Ali Məhkəmənin Mülki kollegiyasının icraatında əvvəllər müəyyən edilmiş hüquqi mövqedən fərqli yanaşmanın tətbiqini zəruri edən “paylı mülkiyyətdə olan əmlakın hərracdan satılması” tələbinə dair mülki iş var. Mülki işin halları ilə müəyyən olunub ki, tərəflərin paylı mülkiyyətlərində olan daşınmaz əmlakın paylara uyğun naturada bölünməsi mümkün olmadığından, iddiaçı həmin əmlakın açıq hərracdan satılması barədə iddia tələbi ilə məhkəməyə müraciət edib.

Birinci instansiya məhkəməsi tərəfindən iddia təmin olunub, əmlakın satış qiyməti müəyyən olunmaqla, onun hərracdan satılması, satışdan əldə edilən pul vəsaitinin tərəflərin paylarına mütənasib sürətdə aralarında bölünməsi qət edilib. Apellyasiya instansiyası məhkəməsi tərəfindən rayon məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılıb.

İşə kassasiya qaydasında baxılarkən mübahisəli məsələyə münasibətdə Ali Məhkəmənin ayrı-ayrı məhkəmə tərkibləri arasında fərqli hüquqi yanaşmaların mövcud olduğu müəyyən olunub.

Belə ki, Ali Məhkəmənin Mülki kollegiyasının bir sıra məhkəmə tərkibləri əvvəllər oxşar mübahisələr üzrə qəbul etdiyi qərarlarında paylı mülkiyyətdə olan əmlakların hərracdan satılması tələblərinə baxarkən bu əmlakın satış qiymətinin məhkəmə mübahisəsinin predmeti olmamasını, iddianın hüquqi əsası olan Mülki Məcəllənin 220-ci maddəsində əmlakın dəyərinin müəyyən edilməsinin məhkəmənin vəzifəsi kimi göstərilməməsini əsas gətirməklə, əmlakın açıq hərracdakı ilkin satış qiymətinin “İcra haqqında” Qanuna əsasən icra hərəkətləri həyata keçirilərkən müəyyən edilməli olmasını göstəriblər.

Məsələ ilə bağlı digər mövqe isə ondan ibarətdir ki, Mülki Məcəllənin 220-ci maddəsində ümumi paylı mülkiyyətdə olan əşyanın məhkəmə qərarı əsasında açıq hərracdan satılması üçün əmlakın hərracdakı dəyərinin hansı qaydada müəyyən edilməli olmasının bilavasitə tənzimlənməməsi, əşyanın qiymətinin məhkəmə araşdırmasının predmetini təşkil etməməsi kimi qiymətləndirilməməlidir.

Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 4 aprel tarixli qərarına görə məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib sürətdə bölüşdürülməsi Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür.

Qeyd olunmalıdır ki, Mülki Məcəllənin 220-ci maddəsində paylı mülkiyyətdə payının ayrılmasını istəyən şəxsə payının dəyərinin (pul kompensasiyasının) ödənilməsinin qeyri-mümkünlüyünün müəyyənləşdirilməsi zəruri mərhələ kimi göstərilib. Bu mərhələ, həm ayrılmaq istəyən paylı mülkiyyətçinin, həm də qalan mülkiyyətçilərin mülkiyyət hüquqlarının müdafiəsinə yönəldilib. Belə ki, bu mərhələ bir tərəfdən mülkiyyətçiyə əmlakdakı payına sərəncam vermək, digər tərəfdən qalan mülkiyyətçilərə mülkiyyətlərini saxlamaq imkanı verir.

Göstərilənlərə əsasən, Mülki Məcəllənin 220-ci maddəsində paylı mülkiyyətdə olan əmlakın hərracdan satılması ilə bağlı iddialara baxılarkən ayrılmaq istəyən mülkiyyətçinin payının dəyərinin və əmlakın hərracdakı ilkin satış qiymətinin müəyyən edilməsi nəzərdə tutulmasa da, bu halların araşdırılmaması mülkiyyətçilərin mülkiyyət hüquqlarının əsassız olaraq pozulmasına və ya məhdudlaşdırılmasına səbəb ola bilər.

Bununla belə, nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 221-ci maddəsində əmlakın bölgüsü nəticəsində mülkiyyətçilərin ümumi paylı mülkiyyət hüquqlarına açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılması yolu ilə xitam verilməsi nəzərdə tutulsa da, payçıların bir-birindən kompensasiya almaq hüquqları təsbit olunmayıb.

Odur ki, Ali Məhkəmənin ayrı-ayrı məhkəmə tərkibləri arasında ümumi paylı mülkiyyətdə olan əmlakın hərracdan satılması ilə bağlı fərqli hüquqi yanaşmaların mövcud olduğu nəzərə alınaraq, mübahisəli məsələ üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi baxımından Mülki Prosessual Məcəllənin 418-1-ci maddəsində nəzərdə tutulmuş hüquqi mexanizmdən istifadə olunmasına qərar verilib.

Müzakirəyə çıxarılacaq məsələlər aşağıdakılardan ibarətdir:

- Bu kateqoriya işlərə baxılarkən paylı mülkiyyətdə olan əmlakın dəyəri məhkəmə araşdırmasının predmetini təşkil etməlidirmi? Məhkəmə, əmlakın açıq hərracdan satılması barədə qətnamə qəbul etdiyi halda, ilkin satış qiymətini qətnamənin nəticə hissəsində müəyyən etməlidirmi?

- Müsbət halda, əmlakın dəyərinin araşdırılması iddiaçının bununla bağlı iddia tələbinin mövcudluğundan asılıdırmı, yoxsa məhkəmə Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinin ikinci cümləsinə uyğun olaraq bu məsələni iddia tələbindən kənara çıxmaqla həll etməlidir?

- Mülki Məcəllənin 220.3-cü maddəsinin ikinci cümləsinə əsasən ayrılan mülkiyyətçi digər mülkiyyətçilərdən öz payının kompensasiya olunmasını tələb edərkən, onun tələb etdiyi məbləğin əmlakın bazar qiymətinə uyğun olub-olmaması məhkəmə araşdırmasının predmetini təşkil etməlidirmi?

- Ayrılan mülkiyyətçinin tələb etdiyi kompensasiya məbləğinin əmlakın bazar dəyərinə münasibətdə açıq-aydın yüksək olduğu müəyyən edildiyi halda, əmlakın hərracdan satılması tələbi bu əsasla rədd edilməli və ya müəyyən edilmiş bazar qiymətinə uyğun olaraq əmlakın ilkin satış qiyməti ilə hərracdan satılması qət edilməlidir?

- Mülki Məcəllənin 220-ci maddəsi ilə müqayisədə, mülkiyyətçilərin ümumi paylı mülkiyyət hüquqlarına məhkəmə qaydasında xitam verilərkən, onların bir-birinə kompensasiya verməsi mərhələsini nəzərdə tutmayan 221-ci maddəsinin tətbiqi xüsusiyyətləri nədən ibarətdir?

Bununla əlaqədar olaraq, Ali Məhkəmə müzakirəyə çıxarılmış mübahisəli hüquqi məsələni ictimaiyyətin diqqətinə çatdıraraq, maraqlı şəxsləri və təşkilatları 2024-cü ilin sentyabr ayının 1-dək yazılı formada əsaslandırılmış hüquqi rəylərini (amicus curiae rəyi) Ali Məhkəməyə təqdim etməklə müzakirələrdə iştiraka dəvət edir.

Rəylər yazılı qaydada Ali Məhkəmənin Mülki kollegiyasının ünvanına və ya elektron poçt vasitəsilə (mulkikollegiya@supremecourt.gov.az) göndərilməlidir.

Paylaş:
Digər xəbərlər

Cəmiyyət

12-03-2024, 19:44

Ali Məhkəmənin Plenumunda ər-arvadın əmlakının bölünməsi ilə bağlı mübahisələrə dair qərar qəbul olunub

Cəmiyyət

29-03-2024, 14:51

Cinayət-Prosessual Məcəlləyə təklif edilən bir sıra dəyişikliklər təsdiqlənib

İqtisadiyyat

17-11-2023, 14:05

Prezident İlham Əliyev “Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” informasiya sisteminin yaradılması haqqında” Fərman imzalayıb

Cəmiyyət

16-02-2024, 15:08

Borclunun əmlakı üzərinə həbs qoyulması ilə bağlı Mülki Prosessual Məcəlləyə əlavələr edilir

Hadisə

20-06-2024, 18:47

Azər Maqsudova qarşı 400 minlik mülki iddia - Əmlaklarına həbs qoyulması istənildi

Yazarlar
Ad gününüz mübarək, Sevil xanım!
20 YANVAR - ÜMUMXALQ HÜZN GÜNÜAzərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 35 il ötür. Ocak 16, 2025 XƏBƏR
Ad gününüz mübarək, Sevil xanım!
Bu gün görkəmli Azərbaycan alimi Sara Aşurbəylinin doğum günüdür
Şərqdə ilk opera yazan qadın bəstəkar - Şəfiqə Axundova
Səbuhi Məmmədlinin ikinci ayağı da amputasiya edildi
Hadisə
7-07-2026, 13:14
Mərdəkanda faciə: Bir ailənin iki üzvü dənizdə batıb
13-05-2026, 13:07
Qaxda 4 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
12-05-2026, 10:38
Sabirabaddakı yol qəzasında ölən və yaralananların kimliyi məlum olub
12-05-2026, 09:38
Lökbatanda yanğın ərazisində xilasedicilər tərəfindən zəruri təhlükəsizlik tədbirləri davam etdirilir
11-05-2026, 12:19
Yüksək sürət gənc motosikletçinin həyatına son qoyub
11-05-2026, 12:12
Son 2 gündə 25 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Son xəbərlər
  • Вчера, 11:50
    Faktiki hava: Bəzi yerlərdə leysan yağır
  • Вчера, 11:47
    Xüsusi icra məmuru fəaliyyəti üzrə müsabiqədə iştirak edən namizədlərlə müsabiqənin ikinci mərhələsi başlayır
  • Вчера, 11:44
    Prezident: Azərbaycan-Qırğızıstan münasibətlərinin müttəfiqlik səviyyəsinə çatması məmnunluq doğurur
  • Вчера, 10:22
    Dünya birjalarında neft bahalaşıb
  • Вчера, 10:14
    Təhsilverənlərin təkrar sertifikatlaşdırılmasının müsahibə mərhələsi sentyabrın 3-dən başlanır
  • Вчера, 10:12
    Bakının bəzi yollarında sıxlıq yaranıb
  • Вчера, 10:09
    Azərbaycan-ŞƏT əməkdaşlığı və Avrasiyada strateji bağlantının gücü - Analitik təhlil
  • 29-08-2026, 15:04
    Ombudsman Beynəlxalq Məcburi Yoxaçıxma Qurbanları Günü ilə bağlı bəyanat yayıb
  • 29-08-2026, 12:46
    Nizami rayonunda quldurluq edən şəxs saxlanılıb
  • 29-08-2026, 12:41
    Bu gün Beynəlxalq Nüvə Sınaqlarına Qarşı Mübarizə Günüdür
  • 28-08-2026, 16:31
    Dövlət orqanlarında daxili müsahibələrin keçirilmə qrafiki müəyyənləşdirilib
  • 28-08-2026, 16:28
    Qanunsuz onlayn kazino əməliyyatları çərçivəsində daha 3 nəfər saxlanılıb
  • 28-08-2026, 09:56
    Bu ilin ikinci Ay tutulması başlayıb
  • 28-08-2026, 09:54
    Heydər Əliyev Beynəlxalq Hava Limanında “Elektron qapı sərhəd nəzarəti sistemi” istifadəyə verilib
  • 28-08-2026, 09:52
    Göyçayda narkotik tərkibli bitkilər yetişdirən şəxs tutulub
  • 28-08-2026, 09:51
    34 il, 24 həyat, bir faciə - Ballıqaya
  • 27-08-2026, 16:33
    Bakı-Tbilisi aviareysi ilə gedən sərnişinin üzərində kokain aşkarlanıb
  • 27-08-2026, 16:30
    Podrat müqaviləsi bağlayarkən bunlara diqqət edin – Ali Məhkəmədən mühüm açıqlama
  • 27-08-2026, 16:26
    Azərbaycan-Pakistan 12-ci İşçi Qrupu Səviyyəli Görüşü olub
  • 27-08-2026, 16:24
    “Eternity-2026” təliminin yekun planlaşdırma konfransı olub
  • 26-08-2026, 15:05
    Laçın Şəhəri Günü rəngarəng mədəni proqramlarla qeyd olunur
  • 26-08-2026, 15:00
    “Gənc istedadlar” liseyinin məzunlarının hamısı ali məktəbə qəbul olunub
  • 26-08-2026, 14:57
    UNEC ilə Özbəkistan universitetləri arasında birgə elmi tədqiqatlar genişlənir
  • 26-08-2026, 14:49
    Ekspert: Laçın üzərində nəzarətin təmin olunması Qarabağda separatizmin kökünün kəsilməsində mühüm amillərdən olub
  • 26-08-2026, 11:25
    Bakıda yanğın baş verib, 1 nəfər ölüb
  • 25-08-2026, 15:42
    “Brent” neftinin qiyməti 90 dollardan aşağı enib
  • 25-08-2026, 15:39
    BDU-nun tələbəsi adını qazanan şəhid övladları
  • 25-08-2026, 15:34
    Baş prokuror Şəkidə sakinlərin müraciətlərini dinləyib, yeni xidməti mənzillər istifadəyə verilib
  • 25-08-2026, 15:29
    AQTA monitorinq keçirib, 158,4 kiloqram uyğunsuz dondurma məhsulu məhv edilib
  • 25-08-2026, 14:40
    Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək
  • 25-08-2026, 14:36
    Faiz müqabilində borc verənləri hansı təhlükə gözləyir? - Ali Məhkəmə xəbərdarlıq etdi
  • 24-08-2026, 11:10
    Azərbaycanda ilk dəfə kriptovalyuta dövlət nəfinə müsadirə edilib
  • 24-08-2026, 11:06
    Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub
  • 24-08-2026, 11:06
    Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub
  • 23-08-2026, 11:41
    Səbinə Əliyeva: Ombudsman və milli insan hüquqları təsisatları süni intellektin təhlükəsiz tətbiqinin təşviqində mühüm rol oynayır
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Sevil Ağayeva
  • Telefon: (+99450) 852 18 82
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ASELA.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə