Milli Məclis Gender bərabərliyinin təmin olunmasına nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının illik məlumatını qəbul edib.
Bununla bağlı məsələ parlamentin mayın 24-də keçirilən iclasının gündəliyinə daxil edilib.
Hesabatı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova təqdim edib.
Deputatların müzakirələrindən sonra illik məlumat səsverməyə qoyularaq qəbul olunub.