Ölkə əhalisinin sayı ilin əvvəlindən 6 min 769 və ya 0,1 faiz artaraq 2024-cü il mart ayının 1-i vəziyyətinə 10 milyon 187 min 539 nəfərə çatıb.Dövlət Statistika Komitəsinə istinadla bildirilir ki, əhalinin 54,5 faizini şəhər, 45,5 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.