• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

107 ildir fasiləsiz işləyən “Şollar-Bakı” su kəmərinin “0” nöqtəsindən REPORTAJ

Cəmiyyət

20-02-2024, 12:59

20 fevral 1917-ci il. Bakı əhalisi üçün çox əlamətdar günlərdən biri. Altı ildir davam edən “Şollar-Bakı” su kəmərinin tikintisi yekunlaşıb. Mənbəyini Bakıdan 187 kilometr uzaqdan götürən tərtəmiz içməli su təyinat nöqtəsinə çatıb. Bu münasibətlə təntənəli açılış mərasimi təşkil olunub. Fevralın 20-si tarixə “Şollar-Bakı” su kəmərinin istifadəyə verildiyi gün kimi yazılıb.
İngilis mühəndis Uilyam Lindleyin layihəsi əsasında, məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin bilavasitə dəstəyi ilə çəkilən su kəməri artıq 107 ildir Bakı əhalisini su ilə təmin edir.
“Şollar-Bakı” su kəməri Abşeron yarımadasının içməli su təchizatı üçün çəkilmiş ilk kəmərdir. Bu kəmər mənbəyini Xaçmaz rayonunun inzibati ərazisi olan Xudat şəhəri yaxınlığındakı Şollar kəndindəki yeraltı sulardan götürür.
Su kəmərinin Şollar kəndindəki mənbəyində yerləşən Şollar-Bakı Su Qurğuları Kompleksinin suqəbuledici kamerasında, həmçinin kəmərin layihələndirilməsi, tikintisi və istismarı zamanı istifadə edilən əşyalardan ibarət sərgi otağında olub, burada çalışan əməkdaşlarla kəmərin 107 illik fəaliyyəti haqqında söhbət edib.
“Şollar-Bakı” su kəmərinin mənbəyi əsrarəngiz təbii mənzərəsi ilə diqqət çəkir. Ərazi uca şam və çinar ağacları ilə əhatə olunub.
Kompleks Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən çox ciddi mühafizə olunur. Əraziyə xüsusi icazə əsasında və sənədlər yoxlanıldıqdan sonra daxil olmaq mümkündür. Qeyd edək ki, hələ XX əsrin əvvəllərində tikinti işlərinin təhlükəsizliyini təmin etmək üçün ilk dəfə Su polisi məntəqəsi də bu ərazidə yaradılıb.
Xaçmaz Su Mənbələri İstismarı Sahəsinin rəisi Namik Əliyev əvvəlcə bizi Şollar-Bakı Su Qurğuları Kompleksinin suqəbuledici kamerası ilə tanış edir. Burada Şahdağın ətəyindən süzülən yeraltı çaylardan və bulaqlardan gələn tərtəmiz suyun sifon tipli 4 tunel vasitəsilə bir mərkəzdə cəmləşərək “Şollar-Bakı” su kəmərinə axmasını müşahidə etmək mümkündür.
Namik Əliyev bildirir ki, Şolların mənbəyi artezian üsulu ilə qazılmış 24 quyu və lay sularından qidalanır. Birinci sifon tipli tunelə 16, ikinciyə 5, üçüncüyə isə 3 quyunun suyu daxil olur. Həmçinin dördüncü kaptaj xətti də var ki, bura lay suları və 32 bulaq qoşulur. Quyular mənbədən 2-3 kilometr şimalda “Şahdağ” silsiləsinə doğru meşəlikdə qazılıb.
“Bura “Şollar-Bakı” su kəmərinin başlanğıc nöqtəsidir. Bu tunellər vasitəsilə gələn sular burada bir yerə yığılıb kəmərə tökülür. “Şollar” kəməri ellipsoid formalı monolit betondan hazırlanmış borulardan çəkilib. Hündürlüyü 1,7, eni 1,2 metr olan borular marşrut boyunca torpağa basdırılıb. Borular özüaxımlı rejimi təmin etmək üçün ərazinin relyefindən asılı olaraq bəzi yerlərdə torpağın 2, bəzi yerlərdə isə 8 metr dərinliyində yerləşir. Bunun nəticəsidir ki, kəmər H.Z.Tağıyev qəsəbəsindəki nasosxanaya qədər özaxımlıdır. Buradan su nasoslar vasitəsilə Müşfiqabad qəsəbəsinə vurulur, oradan isə özaxımlı rejimdə Bakı şəhərinə nəql olunur”, - deyə Namik Əliyev söyləyir.
Kompleksin həyətində xeyriyyəçi və ictimai xadim Hacı Zeynalabdin Tağıyevin abidəsi ucaldılıb. Bura gələn hər kəs su kəmərinin çəkilməsində göstərdiyi əvəzsiz xidmətlərinə görə Tağıyevin xatirəsini böyük minnətdarlıq hissi və ehtiramla yad edir.
“Şollar-Bakı” su kəmərinin mənbəyində həm açıq havada, həm də sərgi otağında XX əsrin əvvəllərində kəmərin layihələndirilməsi, tikintisi və istismarı zamanı istifadə olunan əşyalar, texniki avadanlıqlar və fotolar nümayiş etdirilir.
Sahə ustası Valeh Tarıverdiyev bildirir ki, buradakı sərgi “Şollar-Bakı” su kəmərinin istifadəyə verilməsinin 100 illiyi münasibətilə yaradılıb.
“Mənbəyini Şollardan götürən 187 kilometrlik su kəmərinin tikintisinə 1911-ci ildə başlanılıb. Lakin kəmərin tikintisində fasilələr yarandığından Şollar suyu Bakı əhalisinə 1917-ci ildə çatdırılıb. Bu sərgi otağında kəmərin qazıntı işləri zamanı istifadə olunan avadanlıqlar, borular, laboratoriya avadanlıqları, cihazlar var. Tikinti prosesində çəkilən nadir fotoşəkillər də burada sərgilənir. Məsələn bu fotoda hələ kəmərin çəkilişindən öncə Bakıda çəlləklərdə su satışı bazarı təsvir olunub. O həmin vaxt idi ki, Bakıda təmiz içməli su yox idi. Bu səbəbdən bir sıra xəstəliklər yayılırdı. Bu foto isə kəmərin tikintisi zamanı betonun tərkibini yoxlamaq üçün yaradılan laboratoriyada çəkilib. Möhkəm olsun deyə o vaxtı betonda istifadə olunan çınqıl əvvəlcədən yuyulub təmizlənirmiş. Baxın həmin fotodakı bir sıra cihaz və avadanlıqla indi burada qorunub saxlanılır. Bunlar hamısı tarixin bir parçasıdır”, - deyən Valeh Tarıverdiyev bir-bir şəkilləri göstərir.
Sərgidəki əşyalar və fotolarla tanış olduqca insanın gözü qarşısında su kəmərinin çəkilişi prosesi canlanır. Həmin dövrdə məhdud texniki imkanlarla, əl əməyi ilə belə bir böyük layihənin reallaşdırılması möcüzə kimi görünür.
“Şollar-Bakı” su kəmərinin çəkilməsi zamanı Lindley tərəfindən aparılan araşdırmalar bu suyun heç bir təmizləmə əməliyyatına ehtiyacı olmadığını, filtrdən keçirmədən insanlara çatdırmağın mümkünlüyünü təsdiq etmişdi. Bu gün fiziki cəhətdən sağlam nəslin yetişməsində bu gərgin və uzun illərin əməyinin böyük rolu var. Dənizə axan yeraltı çaydan mənbəyini götürən bu suyun tərkibi təbii minerallarla zəngindir.
“Şollar” su kəmərinin layihə gücü saniyədə 1,27 kubmetrdir (sutkada 109 min kubmetr). 1917-ci ildə istifadəyə verilən kəmərlə gətirilən suyun həcmi ilk vaxtlar layihə gücünün təxminən 1/3 hissəsini təşkil edib. 1930-cu illərdə həyata keçirilən texniki tədbirlərdən - əlavə artezian quyularının qazılması, su anbarlarının tutumunun 170 min kubmetrədək, nasos stansiyalarının gücünün 3,5 dəfə artırılmasından sonra nəql olunan suyun həcmi sutkada 109 min kubmetrə çatdırılıb.
Əbədi həyat mənbəyi olan Şollar suyu hazırda Xaçmaz, Ceyranbatan və Oğuz-Qəbələdən gələn su ilə anbarlarda qarışır və paytaxta paylanılır.

Paylaş:
Digər xəbərlər

İqtisadiyyat

31-10-2023, 15:41

Bayram günlərində Bakı-Qəbələ-Bakı istiqamətində əlavə qatar reysləri təyin edildi

Siyasət

30-01-2024, 16:49

Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM

Cəmiyyət

19-01-2024, 20:02

Sumqayıt və Bakı arasında ekspres avtobuslar fəaliyyətə başlayır

Siyasət

29-09-2023, 12:46

Müştərək maraqların məzmunu sülhdür

Cəmiyyət

3-02-2024, 11:59

“Rehabus” layihəsi üzrə əlilliyi olan 1250 şəxsə xidmət göstərilib

Yazarlar
Ad gününüz mübarək, Sevil xanım!
20 YANVAR - ÜMUMXALQ HÜZN GÜNÜAzərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 35 il ötür. Ocak 16, 2025 XƏBƏR
Ad gününüz mübarək, Sevil xanım!
Bu gün görkəmli Azərbaycan alimi Sara Aşurbəylinin doğum günüdür
Şərqdə ilk opera yazan qadın bəstəkar - Şəfiqə Axundova
Səbuhi Məmmədlinin ikinci ayağı da amputasiya edildi
Hadisə
13-05-2026, 13:07
Qaxda 4 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
12-05-2026, 10:38
Sabirabaddakı yol qəzasında ölən və yaralananların kimliyi məlum olub
12-05-2026, 09:38
Lökbatanda yanğın ərazisində xilasedicilər tərəfindən zəruri təhlükəsizlik tədbirləri davam etdirilir
11-05-2026, 12:19
Yüksək sürət gənc motosikletçinin həyatına son qoyub
11-05-2026, 12:12
Son 2 gündə 25 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
9-05-2026, 17:56
Bərdədə ödəmə terminallarından 40 min manat oğurlayan şəxslər saxlanılıb
Son xəbərlər
  • Сегодня, 13:46
    Müəllimlərin sertifikatlaşdırılması prosesinə başlanılıb
  • Сегодня, 13:44
    Media qurumları arasında əməkdaşlıq gücləndirilir
  • Сегодня, 13:42
    Bəzi ixtisaslar üzrə həkimlərin rezidenturasız regionlara göndərilməsi mümkün olacaq
  • Сегодня, 13:41
    Sərhəd nəzarəti fəaliyyətində insan hüquq və azadlıqlarının təmin edilməsinin əhəmiyyətindən danışılıb
  • Сегодня, 13:38
    Füzuli, Ağdam və Cəbrayıl rayonlarının Mərkəzi xəstəxanalarının tikintisi davam etdirilir
  • Сегодня, 13:35
    Səhiyyə Nazirliyi Tibb İşçilərinin Peşə Bayramı Gününü qeyd edib
  • Сегодня, 13:35
    Səhiyyə Nazirliyi Tibb İşçilərinin Peşə Bayramı Gününü qeyd edib
  • Сегодня, 13:31
    Baş nazir Əli Əsədova “Bright Uzbekistan” layihəsi təqdim olunub
  • Сегодня, 13:29
    Dövlət Baxçalı: Zəngəzur dəhlizi Türk dünyasının Qərbi ilə Şərqini birləşdirən strateji həlqədir
  • Сегодня, 13:26
    Prezident İlham Əliyev ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvünü qəbul edib
  • Вчера, 12:30
    BDU-da yaz imtahan sessiyası davam edir
  • Вчера, 12:29
    Rezidenturaya qəbul imtahanının 2-ci mərhələsində iştirak edəcək namizədlərin nəzərinə
  • Вчера, 12:27
    Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyənin Qars şəhərində rəsmi səfərdə olub
  • Вчера, 12:24
    Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçilib
  • Вчера, 12:21
    Prezident İlham Əliyev Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefektini qəbul edib
  • 15-06-2026, 11:45
    Tahir Budaqov: Şuşa Bəyannaməsi Milli Qurtuluş Gününün formalaşdırdığı müstəqil dövlətçilik ideyalarının məntiqi davamıdır
  • 15-06-2026, 10:36
    Sumqayıtda yanğın hadisəsi baş verib
  • 15-06-2026, 09:50
    Böyük Qayıdışdan Qurtuluşa aparan yol
  • 15-06-2026, 09:46
    Prezident: Ölkəmiz regionda davamlı sülh və sabitlik mühitinin yaradılması istiqamətində qətiyyətli siyasət həyata keçirir
  • 15-06-2026, 09:25
    Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür
  • 15-06-2026, 09:23
    Milli Qurtuluş Günü: Azərbaycanın sabitlikdən Zəfərə uzanan inkişaf yolunun başlanğıcı
  • 15-06-2026, 09:19
    Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampı 80 illik yubileyi münasibətilə təbrik edib
  • 14-06-2026, 14:03
    Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub
  • 14-06-2026, 14:01
    Abşeron rayonunda Milli Qurtuluş Günü təntənə ilə qeyd edilib
  • 14-06-2026, 13:59
    İyunun 14-ü Ümumdünya Qan Donoru Günüdür
  • 14-06-2026, 13:57
    Milli Qurtuluş Günü və məhkəmə hakimiyyətinin formalaşması
  • 13-06-2026, 13:37
    Bu il 102 nömrəli tam orta ümumtəhsil məktəbindən 150 şagird məzun olub
  • 13-06-2026, 13:35
    Paytaxtın 53 nömrəli məktəbində 187 nəfər məzun olub
  • 13-06-2026, 13:33
    Paytaxtdakı 6 nömrəli məktəb-liseydən 144 nəfər məzun olur
  • 13-06-2026, 13:27
    Qarabağ və Şərqi Zəngəzurda iki yeni qan bankı fəaliyyət göstərəcək
  • 13-06-2026, 13:24
    Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb
  • 13-06-2026, 10:15
    Cari ildə tədris prosesində iştirak edən müəllimlərin sayı açıqlanıb
  • 13-06-2026, 09:27
    Neftçilər Milli Qurtuluş Gününü qeyd ediblər
  • 13-06-2026, 09:24
    BDU-nu ən yüksək Ümumi Orta Müvəffəqiyyət Göstəricisi ilə bitirən məzunların adları açıqlanıb
  • 13-06-2026, 09:22
    Bakı Dövlət Universitetinin “Məzun günü” qeyd olunub
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Sevil Ağayeva
  • Telefon: (+99450) 852 18 82
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ASELA.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə