• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Gömrük buraxılış məntəqələrində süni intellekt əsaslı avtomatlaşdırılmış sistem tətbiq olunur

Cəmiyyət

20-02-2024, 12:53

Azərbaycan Dövlət İnformasiya Agentliyi
REGİONLAR
Gömrük buraxılış məntəqələrində süni intellekt əsaslı avtomatlaşdırılmış sistem tətbiq olunur REPORTAJ
20.02.2024 [11:44]
Ölkəmizin Avropa ilə Asiya arasında körpü rolu oynaması, eləcə də Böyük İpək Yolu üzərində yerləşməsi beynəlxalq yük daşımalarda nəqliyyat bumunun artması ilə müşahidə olunur. Pandemiyadan, həmçinin Vətən müharibəsində Qələbəmizdən sonra ölkəmizin quru yollarına maraq daha da artıb desək yanılmarıq.
Bu, ilk növbədə, daxili sabitlik və beynəlxalq yükdaşımaların təhlükəsiz hərəkəti ilə bağlıdır. Lakin son dövrlərdə sosial şəbəkə və mətbuatda ölkəmizin gömrük-sərhəd buraxılış məntəqələrində nəqliyyat vasitələrinin gediş-gəlişində sıxlıqların yaranması barədə məlumatlara da təsadüf edilir. Əməkdaşımız mövzunu araşdırmaq üçün şimal-qərb bölgəsində yerləşən Mazımqara gömrük-sərhəd buraxılış məntəqəsində idxal-ixrac proseslərini izləyib, yeniliklərin tətbiqi ilə tanış olub.
Balakən Gömrük İdarəsinin Mazımqara gömrük sərhəd buraxılış məntəqəsi ölkəmizi Gürcüstanla bağlayan quru yolun üzərində yerləşir. Bu gömrük buraxılış məntəqəsi idxal-ixrac əməliyyatlarında xüsusi əhəmiyyətə malikdir. Adətən yük maşınlarının çoxluğu səbəbindən burada sıxlıq müşahidə olunur. Lakin həyata keçirilən son tədbirlər nəticəsində bu problem aradan qalxmaq üzrədir. Belə ki, gömrük postu ən müasir avadanlıqlarla, texniki nəzarət vasitələri və ixtisaslaşmış mütəxəssislərlə təmin olunub.
Son illərdə rezidentlərin və qeyri-rezindentlərin məmnuniyyətinin təmin olunması, sərhədkeçmə prosedurlarının sürətləndirilməsi, beynəlxalq ticarətin asanlaşdırılması məqsədilə Dövlət Gömrük Komitəsi bir sıra layihələr həyata keçirir. Belə layihələrdən biri də bu ilin yanvar ayından tətbiq edilən “Süni intellekt əsaslı avtomatlaşdırılmış risk analizi sistemi - ARAS”dır.
Mazımqara gömrük postunun əməkdaşı Aydın Uruxov bildirib ki, ARAS məlumatların öncədən emalı hesabına malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən sürətli keçidinə, çevik gömrük rəsmləşdirilməsinə şərait yaradan, biznes subyektlərinin əməliyyat xərclərini azaldan süni intellekt əsaslı avtomatlaşdırılmış risk analiz sistemidir.
Gömrük postunun rəisi Kamran Yusifovla da söhbət edirik. Onun sözlərinə görə, ölkəmizə gün ərzində 180-250-ə yaxın yük avtomobili daxil olursa, 150-200 arasında yük nəqliyyat vasitəsi gömruk sərhədindən qarşı tərəfə keçir. Kamran Yusifov buraxılış keçid məntəqələrində tıxacların yaranmasını mövsümi işlərlə əlaqədar baş verdiyini, ötən ilin eyni dövrü ilə müqayisədə bu il yükdaşımaların 2,5 dəfə artdığını diqqətə çatdırır. Yeni süni intellekt əsaslı avtomatlaşdırılmış layihənin tətbiqi isə ilk növbədə sıxlıqların, tıxacların aradan qaldırılmasında mühüm rol oynayır.
Buraxılış məntəqəsinə daxil olan nəqliyyat vasitələrinə əməkdaşlar tərəfindən baxış keçirdikdən sonra kinoloqlar bu işə cəlb edilir. Ziyəddin Abbasov it vasitəsilə nəqliyyat vasitəsinə baxış keçirir. Bildirir ki, “Lyama” ləqəbli it çox təcrübəlidir və dəfələrlə narkotik tərkibli vasitələr aşkarlayıb.
Gömrük postunda diqqətimizi cəlb edən məqamlardan biri də yük nəqliyyat vasitələrinin yollarda qarşılaşa biləcəyi problemlərin nəzarətdə saxlanılması, təhlükəsiz hərəkətin təmin edilməsidir. Belə ki, gömrük postu ərazisində bir neçə post patrul nəqliyyat vasitəsi də fəaliyyət göstərir. İdxal zamanı TIR-lar ölkəyə daxil olarkən bu avtomobillər GPERS vasitəsi ilə onları izləyir. Belə ki, TIR-larda hər hansı bir qəza, yaxud digər problem yaşanarsa, dərhal nəqliyyat vasitəsinə yaxınlaşır və onu aradan qaldırmağa kömək göstərilir.
Gömrük postunun rəisi Kamran Yusifov buraxılış məntəqəsindəki yeniliklər barədə məlumat verərkən, diqqətimizi bir daha yanvar ayından tətbiq edilən süni intellekt əsaslı avtomatlaşdırılmış risk analizi sistemi - ARAS-a cəlb edərək bildirir ki, bu sistem vasitəsilə öncədən xarici ticarət iştirakçılarına, daşıyıcılara, malların, nəqliyyat vasitələrinin müvafiq indikatorlar üzrə risk profili müəyyən edilməklə, onlara sərhəd keçidi və gömrük rəsmiləşdirilməsi proseduru təyin olunur. Belə ki, mallar ölkə ərazisinə daxil olanadək onlar üçün müvafiq dəhliz (yaşıl, sarı, mavi, qırmızı və mal buraxılış qaydası) risk mühərriki vasitəsilə müəyyən edilir. Bu isə gömrük buraxılış məntəqələrində vaxt itkisinin qarşısını alır, xərcləri azaldır, tıxacları aradan qaldırır.

Paylaş:
Digər xəbərlər

Cəmiyyət

11-12-2023, 18:16

1542 yük maşını gömrük-keçid məntəqələrində gözləyir

Cəmiyyət

31-01-2024, 10:24

Naxçıvanda gömrük-sərhəd buraxılış məntəqələri arasında yeni marşrut açılıb

Cəmiyyət

19-01-2024, 20:26

Azad olunmuş ərazilərdə hərbi polisin xidməti fəaliyyəti yüksək səviyyədə təşkil edilib

İqtisadiyyat

3-12-2023, 15:16

Azərbaycan və İranda tranzit yükdaşımalar artıb

İqtisadiyyat

25-01-2024, 23:11

Dövlət Gömrük Komitəsi Azərbaycan və Gürcüstanın xarici ticarət dövriyyələrində yaranan fərqlərə aydınlıq gətirib

Yazarlar
Ad gününüz mübarək, Sevil xanım!
20 YANVAR - ÜMUMXALQ HÜZN GÜNÜAzərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 35 il ötür. Ocak 16, 2025 XƏBƏR
Ad gününüz mübarək, Sevil xanım!
Bu gün görkəmli Azərbaycan alimi Sara Aşurbəylinin doğum günüdür
Şərqdə ilk opera yazan qadın bəstəkar - Şəfiqə Axundova
Səbuhi Məmmədlinin ikinci ayağı da amputasiya edildi
Hadisə
13-05-2026, 13:07
Qaxda 4 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
12-05-2026, 10:38
Sabirabaddakı yol qəzasında ölən və yaralananların kimliyi məlum olub
12-05-2026, 09:38
Lökbatanda yanğın ərazisində xilasedicilər tərəfindən zəruri təhlükəsizlik tədbirləri davam etdirilir
11-05-2026, 12:19
Yüksək sürət gənc motosikletçinin həyatına son qoyub
11-05-2026, 12:12
Son 2 gündə 25 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
9-05-2026, 17:56
Bərdədə ödəmə terminallarından 40 min manat oğurlayan şəxslər saxlanılıb
Son xəbərlər
  • Сегодня, 13:37
    Bu il 102 nömrəli tam orta ümumtəhsil məktəbindən 150 şagird məzun olub
  • Сегодня, 13:35
    Paytaxtın 53 nömrəli məktəbində 187 nəfər məzun olub
  • Сегодня, 13:33
    Paytaxtdakı 6 nömrəli məktəb-liseydən 144 nəfər məzun olur
  • Сегодня, 13:27
    Qarabağ və Şərqi Zəngəzurda iki yeni qan bankı fəaliyyət göstərəcək
  • Сегодня, 13:24
    Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb
  • Сегодня, 10:15
    Cari ildə tədris prosesində iştirak edən müəllimlərin sayı açıqlanıb
  • Сегодня, 09:27
    Neftçilər Milli Qurtuluş Gününü qeyd ediblər
  • Сегодня, 09:24
    BDU-nu ən yüksək Ümumi Orta Müvəffəqiyyət Göstəricisi ilə bitirən məzunların adları açıqlanıb
  • Сегодня, 09:22
    Bakı Dövlət Universitetinin “Məzun günü” qeyd olunub
  • Сегодня, 08:34
    Azərbaycan məktəblərində “Son zəng” sədaları
  • Сегодня, 08:32
    Cəmşid Naxçıvanski adına Hərbi Liseyin 54-cü buraxılış mərasimi olub
  • Вчера, 21:32
    Balakəndə 10 tona yaxın çətənə kolu məhv edilib
  • Вчера, 21:29
    Alparslan Bayraktar: TANAP Avropanın enerji təhlükəsizliyinin əsas təminatçısıdır
  • Вчера, 21:18
    HDQ-də döyüş atışlı taktiki təlim olub
  • 11-06-2026, 15:17
    Qərbi Azərbaycan İcmasında süni intellektin idarə olunması mövzusunda məlumatlandırma sessiyası
  • 11-06-2026, 15:14
    Ekspert: İstanbul Bəyannaməsi Türkiyə, Azərbaycan və Gürcüstan əlaqələrinə dair vizyonu əks etdirir
  • 11-06-2026, 15:12
    Bu ilin 5 ayı ərzində 4 tondan çox narkotik vasitə və psixotrop maddələr müsadirə olunub
  • 11-06-2026, 15:09
    Bu ilin 5 ayı ərzində “802” xidmətinə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 38 müraciət daxil olub
  • 11-06-2026, 15:07
    Fərid Şəfiyev: Dayanıqlı sülh üçün Azərbaycanın qanuni tələbləri tam şəkildə təmin edilməlidir
  • 11-06-2026, 15:05
    Cənubi Qafqazda yeni geosiyasi reallıqlar və Azərbaycanın sülh gündəliyi müzakirəyə çıxarılıb
  • 11-06-2026, 15:03
    Azərbaycan müdafiə naziri Pakistan tərəfinə başsağlığı verib
  • 10-06-2026, 19:28
    Yasamal rayonunda Həsən bəy Zərdabi küçəsindəki obyektdə yanğın baş verib
  • 10-06-2026, 19:26
    Sabunçu rayonunda 46 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb
  • 10-06-2026, 19:24
    Valideynlərin sosial şəbəkə platformalarına nəzarət mexanizmi güclənəcək RƏY
  • 10-06-2026, 19:19
    Hərbi Dəniz Qüvvələrində döyüş atışlı taktiki təlim
  • 10-06-2026, 13:22
    Saxta sənədlərlə daşınmaz əmlak əldə edənləri nə gözləyir? - Ali Məhkəmədən vacib qərardad
  • 10-06-2026, 13:17
    Azərbaycanın müdafiə naziri Serbiyada rəsmi səfərdədir
  • 10-06-2026, 11:08
    Yasamal rayonunda yanğın təhlükəli obyektin fəaliyyəti dayandırılıb
  • 10-06-2026, 10:00
    Yazlıq taxıl sahələrinin sığortalanması müddəti iyunun 15-də başa çatır
  • 10-06-2026, 09:58
    Azərbaycan nefti 95 dollara satılır
  • 10-06-2026, 09:56
    Araz çayında batan şəxsin meyiti tapılıb
  • 10-06-2026, 09:54
    Azərbaycan və Litva arasında siyasi məsləhətləşmələrin növbəti raundu aparılıb
  • 9-06-2026, 15:52
    Rəsmi Bakının məqsədi regionda sülhə nail olmaq və iqtisadi inkişafa təkan verməkdir
  • 9-06-2026, 12:59
    Kəlbəcərdə Günəş panelli avtonom radiomonitorinq stansiyası istifadəyə verilib
  • 9-06-2026, 12:57
    Süni intellekt dövründə insan hüquqlarının gələcəyi Bakıda müzakirə olunacaq
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Sevil Ağayeva
  • Telefon: (+99450) 852 18 82
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ASELA.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə