• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Akademik Vahid Hacıyevin anadan olmasından 96 il ötür

Cəmiyyət

14-02-2024, 09:52

Fevralın 14-də Azərbaycanda geobotanika məktəbinin formalaşmasında mühüm xidmətləri olan görkəmli alim, Əməkdar elm xadimi, akademik Vahid Hacıyevin doğum günüdür. Ölkəmizdə botanika elminin inkişafına dəyərli töhfələr verən alim ömrünün 56 ilindən çoxunu bu sahəyə həsr edib.
Görkəmli alimin doğum günündə onun həyat və fəaliyyətinin bəzi məqamlarına nəzər salır.
Vahid Cəlal oğlu Hacıyev 1928-ci il fevralın 14-də Azərbaycanın dilbər guşəsi Şuşada dünyaya göz açıb. Gəncə Azərbaycan Dövlət Kənd Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət Aqrar Universiteti) Tarlaçılıq fakültəsində ali təhsil alıb. Ali təhsilini başa vurduqdan sonra Kənd Təsərrüfatı Nazirliyində geobotanik kimi fəaliyyətə başlayıb. Elmi tədqiqatlarını daha dərindən davam etdirmək arzusu onu 1949-cu ildə Sankt-Peterburqda SSRİ Elmlər Akademiyasının V.Komarov adına Botanika İnstitutunun aspiranturasına istiqamətləndirib. V.Hacıyev 1952-ci ildə “Azərbaycanın quraqlığa davamlı paxlalı yem bitkiləri və onlardan qış otlaqlarında istifadə imkanları” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək Azərbaycana qayıdıb. Respublika ərazisində yüksək dağ çəmənlərinin geobotaniki tədqiqat işlərinin çox səthi və aşağı səviyyədə olduğunu görən alim geobotanikanın məhz bu sahəsini əsaslı öyrənməyi və inkişaf etdirməyi qərara alıb. Gərgin elmi axtarışlar bəhrəsini verib. 1966-cı ildə о, “Böyük Qafqazın yüksək dağ bitkiliyi (Azərbaycan daxilində), onun dinamikası və təsərrüfat əhəmiyyəti” mövzusunda doktorluq dissertasiyasını uğurla müdafiə edib.
Görkəmli akademik yüksək dağ çəmənlərinin flora və bitki örtüyünə dair tədqiqatlara diqqət yetirib, elmi fəaliyyətinin əhatə dairəsini genişləndirərək Böyük və Kiçik Qafqazın, Talışın yüksək dağ çəmənlərini hərtərəfli və dərindən öyrənib. Tədqiqatlarında geobotanikanın klassik və müasir metodlarından, həmçinin bitki örtüyünün aerokosmik və məsafə metodlarından istifadə etməklə onların öyrənilməsinə geniş yer verən alimin bilavasitə elmi rəhbərliyi və iştirakı ilə Azərbaycanın qış (1,5 milyon hektar) və yay (0,5 milyon hektar) otlaqlarının ən müasir geobotaniki tədqiqi və pasportlaşdırılması aparılıb. V.Hacıyev uzun illər apardığı hərtərəfli elmi müşahidələr və çöl tədqiqatları zamanı topladığı zəngin materiallar əsasında Azərbaycanda yüksək dağ bitkiliyinə həsr olunan “Böyük Qafqazın yüksək dağ bitkiliyi (Azərbaycan daxilində) və onun təsərrüfat əhəmiyyəti” (1970), “Böyük Qafqazın yüksək dağ bitkiliyi formasiyalarının dinamikası və məhsuldarlığı” (1974) monoqrafiyalarını nəşr etdirib. Həmin əsərlərdə dağ yamaclarının bərpasında və heyvandarlığın inkişafında xüsusi əhəmiyyəti olan Böyük Qafqazın yüksək dağ bitkiliyinin tam floristik təhlili verilib, dominant və subdominant bitki formasiyalarının geobotaniki səciyyəsi və bitki örtüyünün dinamikası, ekzogen və endogen, xüsusilə antropogen amillərin təsiri açıqlanıb.
“Talışın yüksək dağ çəmənlərinin florası və bitkiliyi” (1979) əsərində alim Talışın endemik növlərinin Hirkan mənşəli bitkilər olmaqla genetik cəhətdən Mərkəzi Anadolu və İran növəmələgəlmə mərkəzləri ilə sıx qohumluq əlaqələrinin olduğu fikrini irəli sürüb və ilk dəfə Talışın yüksək dağ-çəmən bitki tiplərinin formalaşmasının əsas fitosenoloji parametrlərinin dinamikasını araşdıraraq geobotanikа və floristika sahəsində çox mühüm elmi və tətbiqi nəticələrin alınmasına əsas verib.
Akademik V.Hacıyevin elmi tədqiqatları sırasında faydalı, nadir və nəsli kəsilməkdə olan bitkilərin öyrənilməsi baxımından Moskvada 1985-ci ildə nəşr edilən “Zaqatala qoruğu” adlı irihəcmli əsəri də diqqəti cəlb edir. Əsərdə Zaqatala qoruğunun təşkilindən, onun florasından, yayılmış nadir bitkilərinin qorunmasından ətraflı bəhs olunur və elmi tövsiyələr verilir.
V.Hacıyev 1949-cu ildən AMEA-nın Botanika İnstitutunda çalışmağa başlayıb. İyirmi ildən çox bu elmi müəssisəyə rəhbərlik etmiş V.Hacıyevin institutun maddi-texniki bazasının möhkəmləndirilməsində, kadr potensialının inkişafında böyük xidmətlər göstərib.
Vahid Hacıyevin geniş elmi-tədqiqatları bitkilərin təsnifatı sahəsini də əhatə edib. Belə ki, müəlliflərindən biri olduğu səkkiz cildlik “Flora Azerbaydjana” əsərinin V-VIII cildləri üçün alim beş fəsiləyə, 25 cinsə aid işlədiyi 84 növün elmi təsvirini verib. Alimin, həmçinin 1989-cu ildə kollektivin ümumi səyi nəticəsində tərtib olunaraq nəşr edilən Azərbaycan florasının nadir, relikt, endemik növlərindən olan 140 bitkini əhatə edən “Azərbaycanın Qırmızı kitabı” (II hissə) əsərində həmin bitkilərin yayılmasına, qorunmasına dair kifayət qədər əməli təkliflər verilib.
Azərbaycanda, həmçinin keçmiş Sovet İttifaqında və digər xarici ölkələrdə nəşr edilən 350-dək elmi işin, o cümlədən yeddi monoqrafiyanın müəllifi V.Hacıyev flora, bitki örtüyü və bitki ehtiyatlarına həsr edilən 30-dan çox kitabın, dərslik və terminoloji lüğətlərin elmi redaktoru olub. 1979-cu və 1987-ci illərdə onun müxtəlif miqyaslarda tərtib etdiyi “Azərbaycan bitki örtüyü” xəritələrində ilk dəfə yüksək dağ çəmənlərinin bitki örtüyü rayonlaşdırılıb və assosiasiya səviyyəsində təsnifatı verilib. V.Hacıyevin rəhbərliyi və iştirakı ilə 1992-ci ildə yenidən hazırlanan və sonrakı illərdə rus, ingilis dillərində nəşr edilən “Azərbaycanın bitki örtüyü” xəritəsi respublikanın bitki örtüyünün və qismən florasının tam aynasıdır.
Elmi nailiyyətlərinə görə Vahid Hacıyev 1970-ci ildə professor, 1983-cü ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü və 1989-cu ildə isə həqiqi üzvü seçilib.
Görkəmli alim Azərbaycanın elmi əlaqələrinin beynəlxalq səviyyədə möhkəmləndirilməsində, botanika elmimizin dünyada təbliğ və təmsil olunmasında mühüm xidmətlər göstərib. Onun elmi fəaliyyəti hər zaman dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. Vahid Hacıyev müxtəlif illərdə bir sıra orden və medallarla təltif olunub, beynəlxalq elmi təşkilatların mükafatlarına layiq görülüb. Onun tələbələri hazırda ölkədə və xaricdə fəaliyyətlərini uğurla davam etdirirlər.
Akademik Vahid Hacıyev 2008-ci il aprelin 7-də vəfat edib. Alimin Azərbaycan elminin inkişafına, dünyada təbliğinə töhfələri daim böyük ehtiramla xatırlanır.

Paylaş:
Digər xəbərlər

Yazarlar

27-01-2024, 10:54

Bu gün görkəmli Azərbaycan alimi Sara Aşurbəylinin doğum günüdür

Siyasət

29-11-2023, 14:21

AMEA-nın iki institutunun adı dəyişdirilib, regional bölmələrə sədrlər seçilib

Cəmiyyət

4-10-2023, 10:16

Xoşbəxt Yusifzadənin dəfn yeri AÇIQLANDI

Cəmiyyət

5-01-2024, 21:39

Milli Kitabxana “Epiqrafçı alim Məşədixanım Nemətova – 100” adlı ənənəvi sərgi təqdim edib

Siyasət

12-12-2023, 10:05

Dövlət və hökumət rəsmiləri Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin xatirəsini yad ediblər

Yazarlar
Ad gününüz mübarək, Sevil xanım!
20 YANVAR - ÜMUMXALQ HÜZN GÜNÜAzərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 35 il ötür. Ocak 16, 2025 XƏBƏR
Ad gününüz mübarək, Sevil xanım!
Bu gün görkəmli Azərbaycan alimi Sara Aşurbəylinin doğum günüdür
Şərqdə ilk opera yazan qadın bəstəkar - Şəfiqə Axundova
Səbuhi Məmmədlinin ikinci ayağı da amputasiya edildi
Hadisə
7-07-2026, 13:14
Mərdəkanda faciə: Bir ailənin iki üzvü dənizdə batıb
13-05-2026, 13:07
Qaxda 4 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
12-05-2026, 10:38
Sabirabaddakı yol qəzasında ölən və yaralananların kimliyi məlum olub
12-05-2026, 09:38
Lökbatanda yanğın ərazisində xilasedicilər tərəfindən zəruri təhlükəsizlik tədbirləri davam etdirilir
11-05-2026, 12:19
Yüksək sürət gənc motosikletçinin həyatına son qoyub
11-05-2026, 12:12
Son 2 gündə 25 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Son xəbərlər
  • Сегодня, 18:00
    Gömrük nəzarətinə bəyan edilməyən mallar aşkarlanıb
  • Сегодня, 17:55
    Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazə və ödənişlər kimlərə şamil edilmir?
  • Сегодня, 17:43
    Prezident İlham Əliyev: Ermənistanla birlikdə yeni yerüstü nəqliyyat kommunikasiyalarının yaradılması üzərində çalışırıq
  • Сегодня, 13:45
    13 il əvvəl qəsdən adam öldürülmə cinayətini təşkil etməkdə təqsirləndirilən şəxs barəsində materiallar məhkəməyə göndərilib
  • Сегодня, 13:41
    Bişkekdə ŞƏT-in növbəti sammiti keçirilir
  • Сегодня, 13:38
    Dünya mediası Prezident İlham Əliyevin Bişkekdə Nikol Paşinyanla görüşünü diqqət mərkəzində saxlayıb
  • Сегодня, 13:30
    Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
  • Сегодня, 13:27
    Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
  • Вчера, 11:50
    Faktiki hava: Bəzi yerlərdə leysan yağır
  • Вчера, 11:47
    Xüsusi icra məmuru fəaliyyəti üzrə müsabiqədə iştirak edən namizədlərlə müsabiqənin ikinci mərhələsi başlayır
  • Вчера, 11:44
    Prezident: Azərbaycan-Qırğızıstan münasibətlərinin müttəfiqlik səviyyəsinə çatması məmnunluq doğurur
  • Вчера, 10:22
    Dünya birjalarında neft bahalaşıb
  • Вчера, 10:14
    Təhsilverənlərin təkrar sertifikatlaşdırılmasının müsahibə mərhələsi sentyabrın 3-dən başlanır
  • Вчера, 10:12
    Bakının bəzi yollarında sıxlıq yaranıb
  • Вчера, 10:09
    Azərbaycan-ŞƏT əməkdaşlığı və Avrasiyada strateji bağlantının gücü - Analitik təhlil
  • 29-08-2026, 15:04
    Ombudsman Beynəlxalq Məcburi Yoxaçıxma Qurbanları Günü ilə bağlı bəyanat yayıb
  • 29-08-2026, 12:46
    Nizami rayonunda quldurluq edən şəxs saxlanılıb
  • 29-08-2026, 12:41
    Bu gün Beynəlxalq Nüvə Sınaqlarına Qarşı Mübarizə Günüdür
  • 28-08-2026, 16:31
    Dövlət orqanlarında daxili müsahibələrin keçirilmə qrafiki müəyyənləşdirilib
  • 28-08-2026, 16:28
    Qanunsuz onlayn kazino əməliyyatları çərçivəsində daha 3 nəfər saxlanılıb
  • 28-08-2026, 09:56
    Bu ilin ikinci Ay tutulması başlayıb
  • 28-08-2026, 09:54
    Heydər Əliyev Beynəlxalq Hava Limanında “Elektron qapı sərhəd nəzarəti sistemi” istifadəyə verilib
  • 28-08-2026, 09:52
    Göyçayda narkotik tərkibli bitkilər yetişdirən şəxs tutulub
  • 28-08-2026, 09:51
    34 il, 24 həyat, bir faciə - Ballıqaya
  • 27-08-2026, 16:33
    Bakı-Tbilisi aviareysi ilə gedən sərnişinin üzərində kokain aşkarlanıb
  • 27-08-2026, 16:30
    Podrat müqaviləsi bağlayarkən bunlara diqqət edin – Ali Məhkəmədən mühüm açıqlama
  • 27-08-2026, 16:26
    Azərbaycan-Pakistan 12-ci İşçi Qrupu Səviyyəli Görüşü olub
  • 27-08-2026, 16:24
    “Eternity-2026” təliminin yekun planlaşdırma konfransı olub
  • 26-08-2026, 15:05
    Laçın Şəhəri Günü rəngarəng mədəni proqramlarla qeyd olunur
  • 26-08-2026, 15:00
    “Gənc istedadlar” liseyinin məzunlarının hamısı ali məktəbə qəbul olunub
  • 26-08-2026, 14:57
    UNEC ilə Özbəkistan universitetləri arasında birgə elmi tədqiqatlar genişlənir
  • 26-08-2026, 14:49
    Ekspert: Laçın üzərində nəzarətin təmin olunması Qarabağda separatizmin kökünün kəsilməsində mühüm amillərdən olub
  • 26-08-2026, 11:25
    Bakıda yanğın baş verib, 1 nəfər ölüb
  • 25-08-2026, 15:42
    “Brent” neftinin qiyməti 90 dollardan aşağı enib
  • 25-08-2026, 15:39
    BDU-nun tələbəsi adını qazanan şəhid övladları
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Sevil Ağayeva
  • Telefon: (+99450) 852 18 82
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ASELA.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə