• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

® Mərkəzi Gömrük Hospitalında Gömrük əməkdaşlarının peşə bayramına həsr olunmuş tədbir keçirilib

Cəmiyyət

31-01-2024, 15:43

Mərkəzi Gömrük Hospitalında Dövlət Gömrük Komitəsinin yaradılmasının 32-ci ildönümü - gömrük əməkdaşlarının peşə bayramı gününə həsr edilmiş tədbir keçirilib. Tədbirdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, tibb xidməti general-mayoru Ceyhun Məmmədov, Dövlət Gömrük Komitəsi sədrinin müşaviri Əsgər Məmmədov, rəis müavinləri dosent, t.ü.f.d., İsmayıl Əfəndiyev, Şahlar Mirqasım, Mərkəzi Gömrük Hospitalının baş həkimi Bəxtiyar Musayev, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin və Mərkəzi Gömrük Hospitalının kollektivi iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb. Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, tibb xidməti general-mayoru Ceyhun Məmmədov açılış nitqi ilə çıxış edərək bütün gömrükçüləri peşə bayramı münasibətilə, eləcə də Azərbaycan Respublikası Prezidentinin Dövlət Gömrük Komitəsinin ali xüsusi rütbə və medallarla təltif etdiyi əməkdaşlarını təbrik edib.
İdarə rəisi Ceyhun Məmmədov qeyd edib ki, Azərbaycan öz müstəqilliyinin bərpa etdikdən sonra dövlət quruculuğu sahəsində təxirəsalınmaz vəzifələrdən ölkənin iqtisadi maraqlarının qorunması, səmərəli iqtisadi fəaliyyət və idxal-ixrac əməliyyatlarına dövlətin nəzarət sisteminin yaradılması, sərhədlərin iqtisadi təhlükəsizliyinin təmin edilməsi idi. Qısa zaman kəsiyində ölkənin milli gömrük xidmətinin yaradılması və formalaşdırılması əsas vəzifələrdən biri kimi qarşıda dururdu. Azərbaycan öz müstəqilliyini bərpa etdikdən qısa müddət sonra - 1992-ci il yanvarın 30-da yaradılan Dövlət Gömrük Komitəsi Ulu Öndər Heydər Əliyev tərəfindən həyata keçirilən uzaqgörən siyasət və köklü islahatlar nəticəsində dinamik inkişaf yoluna qədəm qoydu.
Əsgər Məmmədov yarandığı gündən indiyə qədər Dövlət Gömrük Komitəsinin keçdiyi inkişaf yolundan danışıb, deyib ki, bu gün Azərbaycanda gömrük işinin təkmilləşdirilməsi, modernləşdirilməsi daim diqqət mərkəzində saxlanılır. Hazırda biz gömrük xidmətində elektron xidmətlərin sayının artmasının, informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin canlı şahidiyik. Bütün bu islahatlar gömrük orqanlarında xidmət mədəniyyətinin yüksəldilməsinində və beynəlxalq ticarətin asanlaşdırılmasında əhəmiyyətli rol oynayır.
Dövlət Gömrük Komitəsi sədrinin müşaviri Əsgər Məmmədov çıxışının sonunda Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin və Mərkəzi Gömrük Hospitalının bütün kollektivini peşə bayramı münasibətilə təbrik edib, həm COVID-19 pandemiyası dövründə, həm də hazırkı dövrdə bütün tibb personalının əzmlə çalışması və tibb sahəsində qazandığı böyük uğurları yüksək qiymətləndirib.
Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini Fərid Əbilov çıxış edərək gömrükçüləri peşə bayramı münasibətilə təbrik edib, Mərkəzi Gömrük Hospitalında gömrükçülərə, onların ailə üzvlərinə göstərilən tibbi xidmətlərin statistikası, Mərkəzi Gömrük Hospitalının yeni inzibati binasının açılışı və istifadəyə verilməsi ilə bağlı görülən işlər barədə ətraflı məlumat verib.
Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin İnzibati idarəetmənin təşkili şöbəsinin rəisi Minurə Ağayeva xidmətdə fərqlənən gömrük əməkdaşları ilə bağlı təltif əmrlərini iştirakçıların diqqətinə çatdırıb.
Tədbirin sonunda Mərkəzi Gömrük Hospitalının Texniki-təsərrüfat şöbəsinin rəisi Pərviz Sadıqov, Xəstə xidmətləri şöbəsinin rəisi Gülşən İmanova və Kardiologiya şöbəsinin rəisi İlqar Tahiroğlu çıxış edərək öz səmimi təbriklərini səsləndiriblər.
Tədbirdə Dövlət Gömrük Komitəsinin 2023-cü il ərzində həyata keçirdiyi yeni layihələrdən bəhs edən videoçarx və Mərkəzi Gömrük Hospitalının həkimlərinin təbrik videosu nümayiş etdirilib.

Paylaş:
Digər xəbərlər

İqtisadiyyat / Cəmiyyət

12-12-2023, 19:54

Mərkəzi Gömrük Hospitalında Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib

Cəmiyyət

16-11-2023, 11:04

Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi Bakı SOS Uşaq kəndində tibbi sosial aksiya keçirib

İqtisadiyyat

30-01-2024, 16:13

Dövlət Gömrük Komitəsinin yaradılması münasibətilə tədbir keçirilib

Cəmiyyət

11-12-2023, 18:16

1542 yük maşını gömrük-keçid məntəqələrində gözləyir

Cəmiyyət

2-01-2024, 22:07

Sədərək Gömrük Postunda TIR-ların keçi

Yazarlar
Ad gününüz mübarək, Sevil xanım!
20 YANVAR - ÜMUMXALQ HÜZN GÜNÜAzərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 35 il ötür. Ocak 16, 2025 XƏBƏR
Ad gününüz mübarək, Sevil xanım!
Bu gün görkəmli Azərbaycan alimi Sara Aşurbəylinin doğum günüdür
Şərqdə ilk opera yazan qadın bəstəkar - Şəfiqə Axundova
Səbuhi Məmmədlinin ikinci ayağı da amputasiya edildi
Hadisə
7-07-2026, 13:14
Mərdəkanda faciə: Bir ailənin iki üzvü dənizdə batıb
13-05-2026, 13:07
Qaxda 4 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
12-05-2026, 10:38
Sabirabaddakı yol qəzasında ölən və yaralananların kimliyi məlum olub
12-05-2026, 09:38
Lökbatanda yanğın ərazisində xilasedicilər tərəfindən zəruri təhlükəsizlik tədbirləri davam etdirilir
11-05-2026, 12:19
Yüksək sürət gənc motosikletçinin həyatına son qoyub
11-05-2026, 12:12
Son 2 gündə 25 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Son xəbərlər
  • Сегодня, 15:36
    Prokurorluq orqanlarında qulluğa qəbulla əlaqədar test imtahanında iştirak edəcək namizədlərin nəzərinə
  • Сегодня, 15:33
    Əməkhaqqlarının artırılması həkimlərin öz işlərinə daha məsuliyyətlə yanaşmasına, motivasiyalarının yüksəlməsinə güclü təkan verir - RƏY
  • Сегодня, 15:29
    İcraçı direktor: Növbəti mərhələlərdə həkimlərin əməyinin qiymətləndirilməsi nəticə ilə ölçülməlidir
  • Сегодня, 13:12
    Bakıda IV Beynəlxalq Minatəmizləmə konfransı işə başlayıb
  • Сегодня, 13:08
    Azərbaycanda humanitar minatəmizləmə fəaliyyətinə ayrılan vəsait açıqlanıb
  • Сегодня, 13:04
    Azərbaycan Prezidenti: Azad edilmiş ərazilərdə genişmiqyaslı minatəmizləmə əməliyyatları yerinə yetirilir
  • Сегодня, 13:02
    Prezident İlham Əliyev: 2020-ci ildən indiyədək 437 Azərbaycan vətəndaşı mina qurbanı olub
  • Сегодня, 13:00
    Azərbaycan Prezidenti: Humanitar minatəmizləmə təhlükəsiz yaşayış məskənlərinin yaradılmasının təməlində dayanır
  • Сегодня, 12:57
    Prezident: Azərbaycan-Vyetnam münasibətləri qarşılıqlı hörmət və dostluq ənənələrinə əsaslanır
  • Вчера, 18:00
    Gömrük nəzarətinə bəyan edilməyən mallar aşkarlanıb
  • Вчера, 17:55
    Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazə və ödənişlər kimlərə şamil edilmir?
  • Вчера, 17:43
    Prezident İlham Əliyev: Ermənistanla birlikdə yeni yerüstü nəqliyyat kommunikasiyalarının yaradılması üzərində çalışırıq
  • Вчера, 13:45
    13 il əvvəl qəsdən adam öldürülmə cinayətini təşkil etməkdə təqsirləndirilən şəxs barəsində materiallar məhkəməyə göndərilib
  • Вчера, 13:41
    Bişkekdə ŞƏT-in növbəti sammiti keçirilir
  • Вчера, 13:38
    Dünya mediası Prezident İlham Əliyevin Bişkekdə Nikol Paşinyanla görüşünü diqqət mərkəzində saxlayıb
  • Вчера, 13:30
    Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
  • Вчера, 13:27
    Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
  • 31-08-2026, 11:50
    Faktiki hava: Bəzi yerlərdə leysan yağır
  • 31-08-2026, 11:47
    Xüsusi icra məmuru fəaliyyəti üzrə müsabiqədə iştirak edən namizədlərlə müsabiqənin ikinci mərhələsi başlayır
  • 31-08-2026, 11:44
    Prezident: Azərbaycan-Qırğızıstan münasibətlərinin müttəfiqlik səviyyəsinə çatması məmnunluq doğurur
  • 31-08-2026, 10:22
    Dünya birjalarında neft bahalaşıb
  • 31-08-2026, 10:14
    Təhsilverənlərin təkrar sertifikatlaşdırılmasının müsahibə mərhələsi sentyabrın 3-dən başlanır
  • 31-08-2026, 10:12
    Bakının bəzi yollarında sıxlıq yaranıb
  • 31-08-2026, 10:09
    Azərbaycan-ŞƏT əməkdaşlığı və Avrasiyada strateji bağlantının gücü - Analitik təhlil
  • 29-08-2026, 15:04
    Ombudsman Beynəlxalq Məcburi Yoxaçıxma Qurbanları Günü ilə bağlı bəyanat yayıb
  • 29-08-2026, 12:46
    Nizami rayonunda quldurluq edən şəxs saxlanılıb
  • 29-08-2026, 12:41
    Bu gün Beynəlxalq Nüvə Sınaqlarına Qarşı Mübarizə Günüdür
  • 28-08-2026, 16:31
    Dövlət orqanlarında daxili müsahibələrin keçirilmə qrafiki müəyyənləşdirilib
  • 28-08-2026, 16:28
    Qanunsuz onlayn kazino əməliyyatları çərçivəsində daha 3 nəfər saxlanılıb
  • 28-08-2026, 09:56
    Bu ilin ikinci Ay tutulması başlayıb
  • 28-08-2026, 09:54
    Heydər Əliyev Beynəlxalq Hava Limanında “Elektron qapı sərhəd nəzarəti sistemi” istifadəyə verilib
  • 28-08-2026, 09:52
    Göyçayda narkotik tərkibli bitkilər yetişdirən şəxs tutulub
  • 28-08-2026, 09:51
    34 il, 24 həyat, bir faciə - Ballıqaya
  • 27-08-2026, 16:33
    Bakı-Tbilisi aviareysi ilə gedən sərnişinin üzərində kokain aşkarlanıb
  • 27-08-2026, 16:30
    Podrat müqaviləsi bağlayarkən bunlara diqqət edin – Ali Məhkəmədən mühüm açıqlama
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Sevil Ağayeva
  • Telefon: (+99450) 852 18 82
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ASELA.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə