• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

1918-ci il soyqırımı erməni vandalizminin qanlı izləridir – ŞƏRH

Cəmiyyət

31-03-2026, 13:04

Bakı, 31 Mart.

Martın 31-i Azərbaycan tarixində yalnız hüzn günü deyil, eyni zamanda, milli yaddaşın, tarixi ədalət uğrunda mübarizənin təcəssümüdür. 1918-ci ilin mart-aprel aylarında azərbaycanlılara qarşı törədilmiş kütləvi qırğınlar erməni millətçiliyinin “böyük Ermənistan” kimi mifik ideologiyası əsasında həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin ən qanlı mərhələlərindən biri olub. Ulu Öndər Heydər Əliyevin qeyd etdiyi kimi, uzun illər ərzində bu faciənin əsl mahiyyəti gizlədilib, yalnız müstəqillik dövründə dövlət səviyyəsində bu məsələyə obyektiv və hüquqi-siyasi qiymət verilib. 1998-ci il 26 mart tarixli Fərmanla martın 31-nin Azərbaycanlıların Soyqırımı Günü elan edilməsi, əslində, tariximizin saxtalaşdırılmış səhifələrinin üzə çıxarılması istiqamətində dönüş nöqtəsi olub.

Bu fikirləri müsahibəsində Milli Məclisin deputatı Tahir Mirkişili deyib. O bildirib ki, bu addım yalnız anım xarakteri deyil, eyni zamanda, beynəlxalq ictimaiyyətin diqqətini xalqımıza qarşı həyata keçirilmiş cinayətkar siyasətə yönəltmək məqsədi daşıyır: “Tarixi faktlar və çoxsaylı araşdırmalar sübut edir ki, 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən azərbaycanlılara qarşı misli görünməmiş vəhşiliklər törədilib. Bakı, Şamaxı, Quba, Qarabağ, Zəngəzur, Naxçıvan, İrəvan quberniyası və digər bölgələrdə on minlərlə dinc insan yalnız etnik və dini mənsubiyyətinə görə qətlə yetirilib, yaşayış məntəqələri dağıdılıb, mədəni və dini abidələr yerlə-yeksan edilib. Həmin qırğınlar zamanı 30 mindən çox azərbaycanlı öldürülüb, on minlərlə insan öz doğma yurdlarından didərgin salınıb. Şamaxı qəzasında yüzlərlə kəndin dağıdılması, minlərlə insanın, o cümlədən qadın və uşaqların xüsusi qəddarlıqla qətlə yetirilməsi bu faciənin miqyasını açıq şəkildə göstərir. Quba qəzasında isə yüzlərlə yaşayış məntəqəsi məhv edilib. İrəvan quberniyasında və Zəngəzurda törədilmiş hadisələr də eyni qəddarlıqla həyata keçirilib. Təkcə İrəvan quberniyasında yüzlərlə kənd dağıdılıb, on minlərlə azərbaycanlı qətlə yetirilib və ya qaçqın vəziyyətinə düşüb. Bu faktlar bir daha təsdiq edir ki, azərbaycanlılara qarşı həyata keçirilən siyasət epizodik deyil, sistemli və məqsədyönlü olub. Prezident İlham Əliyevin vurğuladığı kimi, XIX əsrin əvvəllərindən başlayaraq tarixi Azərbaycan torpaqlarına erməni əhalisinin köçürülməsi, demoqrafik vəziyyətin zorla dəyişdirilməsi, sonrakı dövrlərdə isə kütləvi qırğınlar və deportasiyalar bu siyasətin ardıcıl şəkildə həyata keçirildiyini göstərir. 1905, 1918-ci illər hadisələri, 1920-ci illərdə Zəngəzurun Ermənistana verilməsi, 1948-1953-cü illərdə azərbaycanlıların deportasiyası bu qanlı siyasətin ayrı-ayrı mərhələləridir”.

Tahir Mirkişili qeyd edib ki, xüsusilə 2007-ci ildə Qubada aşkarlanmış kütləvi məzarlıq soyqırımının real miqyasını təsdiqləyən ən mühüm sübutlardan biri olub: “Bu həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması məqsədilə Prezident İlham Əliyevin təşəbbüsü ilə Quba Soyqırımı Memorial Kompleksi yaradılıb. Eyni zamanda, 2018-ci ildə “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncamın imzalanması bu istiqamətdə aparılan dövlət siyasətinin ardıcıl və sistemli xarakter daşıdığını göstərir. Bu sənədlər yalnız tarixi yaddaşın qorunması deyil, həm də beynəlxalq müstəvidə hüquqi-siyasi qiymətin verilməsi istiqamətində əhəmiyyət kəsb edir. Bu gün qarşıda duran əsas vəzifələrdən biri soyqırımı həqiqətlərinin dünya ictimaiyyətinə daha dolğun şəkildə çatdırılmasıdır. Xarici ölkələrdə yaşayan azərbaycanlı icmaların, ictimai təşkilatların və hər bir vətəndaşın bu istiqamətdə fəal iştirakı xüsusi əhəmiyyət daşıyır. 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü yalnız keçmişin xatırlanması deyil, həm də gələcəyə yönəlmiş siyasi və mənəvi mesajdır. Tarixi həqiqətlərin unudulmaması, saxtalaşdırılmasına yol verilməməsi və beynəlxalq səviyyədə tanıdılması dövlətimizin prioritet istiqamətlərindən biridir. 2020-ci ildə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan tarixi Qələbə isə bu ədalət mübarizəsinin məntiqi nəticəsi kimi qiymətləndirilə bilər. Azərbaycan Ordusu tarixi ədaləti bərpa edib, şəhidlərimizin qisasını döyüş meydanında alıb”.

Paylaş:
Digər xəbərlər

Siyasət

31-03-2025, 10:10

XİN 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb

Siyasət

31-03-2025, 10:08

Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb

Cəmiyyət

31-03-2025, 10:13

Milli Kitabxana Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı elektron məlumat bazası və virtual sərgi təqdim edib

Cəmiyyət

31-03-2025, 18:50

Azərbaycan Ordusunda 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar anım tədbirləri keçirilib

Siyasət

29-03-2024, 10:38

Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb

Yazarlar
Ad gününüz mübarək, Sevil xanım!
20 YANVAR - ÜMUMXALQ HÜZN GÜNÜAzərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 35 il ötür. Ocak 16, 2025 XƏBƏR
Ad gününüz mübarək, Sevil xanım!
Bu gün görkəmli Azərbaycan alimi Sara Aşurbəylinin doğum günüdür
Şərqdə ilk opera yazan qadın bəstəkar - Şəfiqə Axundova
Səbuhi Məmmədlinin ikinci ayağı da amputasiya edildi
Hadisə
7-07-2026, 13:14
Mərdəkanda faciə: Bir ailənin iki üzvü dənizdə batıb
13-05-2026, 13:07
Qaxda 4 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
12-05-2026, 10:38
Sabirabaddakı yol qəzasında ölən və yaralananların kimliyi məlum olub
12-05-2026, 09:38
Lökbatanda yanğın ərazisində xilasedicilər tərəfindən zəruri təhlükəsizlik tədbirləri davam etdirilir
11-05-2026, 12:19
Yüksək sürət gənc motosikletçinin həyatına son qoyub
11-05-2026, 12:12
Son 2 gündə 25 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Son xəbərlər
  • Вчера, 18:00
    Gömrük nəzarətinə bəyan edilməyən mallar aşkarlanıb
  • Вчера, 17:55
    Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazə və ödənişlər kimlərə şamil edilmir?
  • Вчера, 17:43
    Prezident İlham Əliyev: Ermənistanla birlikdə yeni yerüstü nəqliyyat kommunikasiyalarının yaradılması üzərində çalışırıq
  • Вчера, 13:45
    13 il əvvəl qəsdən adam öldürülmə cinayətini təşkil etməkdə təqsirləndirilən şəxs barəsində materiallar məhkəməyə göndərilib
  • Вчера, 13:41
    Bişkekdə ŞƏT-in növbəti sammiti keçirilir
  • Вчера, 13:38
    Dünya mediası Prezident İlham Əliyevin Bişkekdə Nikol Paşinyanla görüşünü diqqət mərkəzində saxlayıb
  • Вчера, 13:30
    Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
  • Вчера, 13:27
    Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
  • 31-08-2026, 11:50
    Faktiki hava: Bəzi yerlərdə leysan yağır
  • 31-08-2026, 11:47
    Xüsusi icra məmuru fəaliyyəti üzrə müsabiqədə iştirak edən namizədlərlə müsabiqənin ikinci mərhələsi başlayır
  • 31-08-2026, 11:44
    Prezident: Azərbaycan-Qırğızıstan münasibətlərinin müttəfiqlik səviyyəsinə çatması məmnunluq doğurur
  • 31-08-2026, 10:22
    Dünya birjalarında neft bahalaşıb
  • 31-08-2026, 10:14
    Təhsilverənlərin təkrar sertifikatlaşdırılmasının müsahibə mərhələsi sentyabrın 3-dən başlanır
  • 31-08-2026, 10:12
    Bakının bəzi yollarında sıxlıq yaranıb
  • 31-08-2026, 10:09
    Azərbaycan-ŞƏT əməkdaşlığı və Avrasiyada strateji bağlantının gücü - Analitik təhlil
  • 29-08-2026, 15:04
    Ombudsman Beynəlxalq Məcburi Yoxaçıxma Qurbanları Günü ilə bağlı bəyanat yayıb
  • 29-08-2026, 12:46
    Nizami rayonunda quldurluq edən şəxs saxlanılıb
  • 29-08-2026, 12:41
    Bu gün Beynəlxalq Nüvə Sınaqlarına Qarşı Mübarizə Günüdür
  • 28-08-2026, 16:31
    Dövlət orqanlarında daxili müsahibələrin keçirilmə qrafiki müəyyənləşdirilib
  • 28-08-2026, 16:28
    Qanunsuz onlayn kazino əməliyyatları çərçivəsində daha 3 nəfər saxlanılıb
  • 28-08-2026, 09:56
    Bu ilin ikinci Ay tutulması başlayıb
  • 28-08-2026, 09:54
    Heydər Əliyev Beynəlxalq Hava Limanında “Elektron qapı sərhəd nəzarəti sistemi” istifadəyə verilib
  • 28-08-2026, 09:52
    Göyçayda narkotik tərkibli bitkilər yetişdirən şəxs tutulub
  • 28-08-2026, 09:51
    34 il, 24 həyat, bir faciə - Ballıqaya
  • 27-08-2026, 16:33
    Bakı-Tbilisi aviareysi ilə gedən sərnişinin üzərində kokain aşkarlanıb
  • 27-08-2026, 16:30
    Podrat müqaviləsi bağlayarkən bunlara diqqət edin – Ali Məhkəmədən mühüm açıqlama
  • 27-08-2026, 16:26
    Azərbaycan-Pakistan 12-ci İşçi Qrupu Səviyyəli Görüşü olub
  • 27-08-2026, 16:24
    “Eternity-2026” təliminin yekun planlaşdırma konfransı olub
  • 26-08-2026, 15:05
    Laçın Şəhəri Günü rəngarəng mədəni proqramlarla qeyd olunur
  • 26-08-2026, 15:00
    “Gənc istedadlar” liseyinin məzunlarının hamısı ali məktəbə qəbul olunub
  • 26-08-2026, 14:57
    UNEC ilə Özbəkistan universitetləri arasında birgə elmi tədqiqatlar genişlənir
  • 26-08-2026, 14:49
    Ekspert: Laçın üzərində nəzarətin təmin olunması Qarabağda separatizmin kökünün kəsilməsində mühüm amillərdən olub
  • 26-08-2026, 11:25
    Bakıda yanğın baş verib, 1 nəfər ölüb
  • 25-08-2026, 15:42
    “Brent” neftinin qiyməti 90 dollardan aşağı enib
  • 25-08-2026, 15:39
    BDU-nun tələbəsi adını qazanan şəhid övladları
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Sevil Ağayeva
  • Telefon: (+99450) 852 18 82
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ASELA.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə